Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1711/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “maneələrin aradan qaldırılması”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; o Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan i barət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2025-ci il tarixli 2(103)-508/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətlərinə dair işə “12” iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Ümumi sahəsi 0.05533 ha torpaq sahəsi, ümumi sahəsi 55.2 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət olaraq xx.xx.2020-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır.
2. İddiaçı xx.xx.2021-ci i l tarixdə X4 rəsmi nikaha daxil olmuşdur.
3. X4 iddiaçı ilə nikaha daxil olmazdan əvvəl xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 83.4 kv.m ev və 0.0221 ha torpaq sahəsini bacısı Cavabdeh4 bağışlamışdır. Bağışlamadan sonra ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əml akın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, ümumi sahəsi 96.9 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsi 2/1 hissədə pay hüququ ilə xx.xx.2021-ci il tarixdə X2, 2/1 hissədə pay hüququ ilə xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. 5. 03.06.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
6. İddiaçı(arvadı), cavabdehlər Cavabdeh3 qız(anası)ı və Cavabdeh2 (qızı) mərhumun birinci növbə vərəsələridir. 7. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı və Cavabdeh2 şikayət ərizəsi əsasən toplanılmış material üzrə cinayət hadisəsi ol madığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh2 da ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən mərhum atası X3 məxsus həyət evində nənəsi Cavabdeh3 ilə atasının ölümündən bir il əvvəl ailə qurmuş İddiaçı ilə birgə yaşamışlar. Son 3 gündür ki, Arzu evin qapılarını bağlamış və evə heç kəsi buraxmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin 15(112)-45/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadına əsasən, iddiaçı Cavabdeh3 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, iddiaya mahiyəti üzrə baxılıb qurtarana qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən əmlaka dair hüquqların qeydiyyata al ınması ilə bağlı hərəkətlərin edilməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1488/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X5 Cavabdeh2 qarşı “məcburi payın tamamlanması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)-469/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, icra məmurunun qərardada izah verilməsi barədə ərizəsi təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)469/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsində DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Bakı xanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsindəki sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili nəzərdə tutulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fə rdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 üzərinə mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən istənilən fərdi yaşayış ev(lər)inə (onların hissələrinə) və digər özbaşına tikililərə daxil olmasına və istifadə üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixind ə X4 ilə nikaha daxil olmuşdur. Nikahdan sonra əri ilə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən evdə yaşamışlar. Həmin müddət ərzində evin təmir edilməsində, əşyalarının alınmasında maddi olaraq ərinə dəstək olmuşdur. Əri xx.xx.2021-ci il tarixədək həmin evə və onun yerləşdiyi torpaq sahəsinə tam pay hüququ ilə sahib olmuşdur. 2021-ci ilin may ayında sözügedən əmlak əri və bacısı Cavabdeh4 arasında bölünmüş və onların bu hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmış, ərinin payına düşən mülkiyyəti xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi: **********99-10301). Əri xx.xx.2023-cü il tarixində xəstəlik nəticəsində vəfat etmişdir. Bundan sonra ərinin anası Cavabdeh3, bacıları cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qızları, həmçinin qızı Cavabdeh2 tərəfindən sözügedən evdən istifadə hüququ məhdudlaşdırılmışdır. Mərhum ərinin 40 mərasimindən sonra cavabdehlər tərəfindən evə daxil olmağına nəinki icazə verilir, hətta ev, geyim və digər əşyalarını evdən çıxara bilməmişdir. Sonuncu dəfə 2023-cü ilin iyun ayının 24-ü evə getmək imkanı olmuş, həmin gündən sonra cavabdehlər onun evdə olmadığından istifadə edərək həyətin darvazasının kilidini dəyişdirmişlər. Mümkün qədər cavabdehlərlə razılaşmaq istəməyinə baxmayaraq, heç bir nəticə yoxdur, cavabdehlər onu evə buraxmamaqda israrlıdırlar, bildirirlər ki, məhkəmə qərarı olmadan evə daxil olmağına icazə verməyəcəklər. Hələ də ev üçün alınan əşyaların kreditini ödəməkdə davam edir. Hal-hazırda yaşayac aq heç bir yeri, fəslə uyğun geyimləri yoxdur, çətin vəziyyətdə qalmışdır, mərhum ərinin mülkiyyətində olan evdən istifadə hüququnu həyata keçirə bilmir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
14. Cavabdeh2, iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı ilkin olaraq cavabdehlərin üzərinə mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinə, torpaq sahəsinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını tələb etmişdir. Lakin daha sonra guya xəbəri olmayan sözügedən evə dair sənədləri xx.xx.2024-cü tarixdə əldə etmiş, həmin ünvanda özbaşına tikililərin mövcud olması faktını müəyyən etmişdir. Bu səbəbdən iddiaya dəqiqləşdirmə edərək digər özbaşına tikililərə daxil olmağı və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Buradan da məhkəməyə sübut və etiraf edilməsi faktı müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixə kimi həmin ünvanda hansı tikililərin, hansı evlərin yaşayış, qeyri-yaşayış və köməkçi sahə olması barədə heç xəbəri belə olmamışdır. Məhkəməyə aydın şəkildə etiraf edilməsi yox, dolayı yolla qeyd etdikləri ərizəsində tam olaraq sözügedən evin, evlərin olmasından belə xəbərinin olmaması faktı sübut olunur. Əgər iddiaçı həmin evdə yaşasaydı, həmin ünvanın hər bir sahəsi barədə məlumatlı olmalı idi. Bildirir ki, həmin ünvanda o, atasının ona bağışladığı özünəməxsus torpaq sahəsində sahəsi 100 kv.m fər di yaşayış evi inşa etdirmişdir. Həmin evə qaz, işıq, su çəkmiş, atasının sağlığında torpaq sahəsi onun adına qeydiyyata salınmışdır. Qeyd edir ki, həmin torpaq sahəsində bibisi Cavabdeh1 özü üçün şəxsi fərdi yaşayış evi inşa etdirmiş, nənəsi Cavabdeh3 torpaq sahəsinin bir hissəsində əlavə olaraq tikili inşa etdirmişlər. Ünvana aid bütün kommunal xidmətlər onun adınadır. Əgər iddiaçı həmin ünvanda yaşasaydı onun adına hər hansı rəsmi bir sənəd olmalı idi. İddiaçının hələ hansı evi görmək istədiyi, hansı evdə yaşaması onun özü üçün də qeyrimüəyyəndir. Rəsmi olaraq iddiaçı atası ilə nikaha daxil olduqdan sonra birgə yaşamaması faktı özü tərəfindən bilavasitə və ya dolayı yolla məhkəməyə sübut olunur. Hesab edir ki, iddiaçı elektron kabinetə başqa yerdə yaşaması barədə arayış və ya kirayə müq aviləsi yükləməli idi. Göründüyü kimi, iddiaçı onlara və məhkəməyə məlum olmayan yerdə yaşamış və hal-hazırda yaşamağa davam edir. İddiaçı yaşayış yerini itirməmişdir, həmin yerdə də yaşamağa davam edir. Həmçinin əlavə olaraq bildirir ki, iddiaçının tələbi öhdəlik qoyulması ilə bağlıdır, həmin tələbə də inzibati məhkəmədə baxılmalıdır. Bu səbəbdən iddia əsassızdır. Göstərilənlərə əsasən, cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
15. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı heç vaxt olmadığı ünvanda yaşaması faktını məhkəmə qaydasında sübut etmək istəsə də, orada yaşamasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Bildirir ki, qardaşı iddiaçı ilə nikaha qeyri-müəyyən şəraitdə və vaxtda nikaha daxil olmuşdur. Bu nikah ailə üzvlərindən, yəni bacısından, anasından, qızlarından, qohum-əqrabalarından gizlədilərək baş tutmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, əgər iddiaçı ilə onun qardaşı nikaha açıqaşkar şəkildə daxil olmuşsa, bu barədə onların məlumatları varsa, iddiaçı tərəfindən nikah bağlanması anında çəkilmiş fotoşəkillər təqdim edilməli və şahidlərin qohum tərəfindən olmasını məhkəməyə sübut etməliydi. Azərbaycan xalqının adətənənəsinə əsaslanaraq, nikah bağlanan şəxslər birgə mühitdə yaşayırlar. Bunlardan belə nəticəyə gəlmək olar ki, həqiqi nikah zamanı ər öz arvadını özünə məxsus ünvana qeydiyyat salmalıdır. Lakin iddiaçının iddia etdiyi ünvana heç bir zaman qeydiyyatı olmamışdır, qardaşı Vahabov Sabir onu evə qeydiyyata salmağı düşünməmişdir. İş materiallarında məlumdur ki, iddiaçının evləndikdən sonra yaşayış yerini n dəyişməsi barədə ərazi aidiyyatı üzrə müraciəti nə DİNnin elektron sənəd dövriyyəsində mövcuddur, nə də ki DİN-in ərazi əməkdaşı olan sahə müvəkkilinin iddiaçının yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun tələbinin pozulmasına görə iddiaçı barəsində inzibati xəta tənbeh növü tətbiq olunmuşdur. Buradan aydın olur ki, iddiaçı həqiqətən sözügedən ünvanda yaşamamışdır, nikah formal xarakterli olmuşdur, rəsmi nikaha daxil olaraq qardaşının adına rəsmiləşdirilmiş əmlaka dolayı yolla sahib olmaq istəyir. Onu da qeyd edir ki, iddiaçı formal xarakterli daxil olmuş nikaha görə vərəsəlik əldə edə bildiyi təqdirdə qardaşının əmlakının müəyyən hissəsini əldə edə bilərdi. Lakin qardaşının müəmmalı ölümünün Bakı Şəhər Prokurorluğundan araşdırılması səbəbindən vərəsəlik işinin aparılması dayandırılmışdır. Hesab edir ki, verilmiş iddia tələbi tam olaraq qardaşının qanuni vərəsələri olan iki qızının hüquqlarının pozulması deməkdir.
16. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil4 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cavabdeh4 həmin ünvana heç bir aidiyyatı yoxdur. O, həmin ünvanda qeydiyyatda deyil, orada yaşamır. Bu səbəbdən, hazırkı iddia ona qarşı yönəlməli deyil. İddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün Cavabdeh4 tərəfindən maneə yaradılması sübuta yetirilmir. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
17. Cavabdeh3 xx.xx.2 024-cü il tarixli ərizə ilə müraciət edərək qeyd etmişdir ki, T.Mustafayev küçəsi, ev 28 ünvanı 1953-cü ildə repressiya ailəsi olduqları üçün ona verilmişdir və əri ilə orada ev inşa etdirmişlər. İddiaçı onun sözügedən evində heç vaxt yaşamamışdır və o, iddiaçını tanımamışdır. Digər cavabdehlərin sübutlarını məqsədəuyğun saymış və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2(008)524/2024 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 üzərinə İddiaçı mərhum əri X2 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.0 33620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə (DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili) daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
19. Məhkəmə müəyyən etmişdir ki, işin mübahisəsiz halı odur ki, İddiaçı mərhum əri X2 birinci növbədə vərəsələrindən biridir. İşin məhkəmə icla sında müəyyən edilmiş hallarından görünür ki, ümumi sahəsi 0.05533 ha torpaq sahəsi, ümumi sahəsi 55.2 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət olaraq xx.xx.2020-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə X4 rəsmi nikaha daxil olmuşdur. X4 iddiaçı ilə nikaha daxil olmazdan əvvəl xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləyə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 83.4 kv.m və 0.0221 ha torpaq sahəsini bacısı Cavabdeh4 bağışlamışdır. Bağışlamad an sonra ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İşin hallarından göründüyü kimi, Cavabdeh4 mübahisə predmeti olan ünvanda deyil, ünvan 1anında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh4 iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün hansı formada maneə yaratması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan fərdi yaşayış evinə və torpaq sahəsinə daxil olması və istifadəsi üçün yaradıl mış maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh4 üzərinə qoyulması məqsədəmüvafiq deyildir.
20. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı X4 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olan zaman mərhum əri X2 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 üzərinə qoyulması tələbini irəli sürməkdə haqlı olmuşdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında verdikləri izahatlarından da məlumdur ki, onlar qeyd olunan ünvanda yaşayır, istifadə edir və iddiaçının qeyd olunan torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə daxil olması və istifadəsinə etiraz etməklə, buna maneələr yaradırlar. Cavabdehlər iddiaçının qeyd olunan ünvanda heç vaxt yaşamadığını qeyd etsələr də, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən mərhum atası X3 məxsus həyət evində nənəsi Cavabdeh3 ilə atasının ölümündən bir il əvvəl ailə qurmuş iddiaçı ilə birgə yaşamışlar.
21. Beləliklə, məhkəmə bu qənaətə gəlib ki, iddiaçı mərhum əri X2 birinci növbədə olan vərəsəsi olduğundan və mərhumun birinci növbədə olan digər vərəsələri ilə bərabər hüquqlara malik olduğundan, iddia qismən təmin edilərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə daxil olması və istifadəsi üçün cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, sübuta yetirilməməsi əsası ilə Cavabdeh4 aid hissədə rədd edilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1157, 1157-1.1, 1159.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Qətnamədən narazı qalan iddiaçı apellyasiya verərək, birinci instansiya məhkəməsinin e-2(008)-524/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın Cavabdeh4 dair təmin edilməyən hissəsində ləğv edilməsi, iş üzrə iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə Cavabdeh4 tərəfindən iddiadan irəli gələn hallara dair hər hansı maneənin yaradılmaması qənaətinə gəlsə də, cavabdehin istər məhkəmə işi davam edən zaman, istərsə də qətnamədən sonra şikayət verərək iddiaçının torpaq sahəsindən istifadə hüququnun olmamasını aşkaranə şəkildə ifadə etməsi, onun da iddiaçının hüquqlarının həyata keçirilməsinə maneçilik törətdiyini və belə bir niyyətdə olduğunu açıq aşkar göstərir. Lakin məhkəmə bu halı nəzərə almadan iddianı ona münasibətdə təmin etməmişdir.
25. Həmçinin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin e-2(008)-524/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
26. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçının mərhum əri X2 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında ümumi sahəsi 15 kv.m olan ev var, iddiaçının bu evdə varis kimi pay hüququ var. Qətnamədə sadalanan digər tikililərin məhruma aidiyyəti yoxdur. Sabunçu Rayon Məhkəməsi qərar qəbul edərkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)-469/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ndan görünür ki, icra məmurunun qərardada izah verilməsi barədə ərizəsi təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-16(008)-469/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsində DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsindəki sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili nəzərdə tutulması qərara alınmışdır. Sabunçu Rayon Məhkəməsi e-16(008)-469/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə icra məmurunun qərardada izah verilməsi barədə ərizəsi rədd edilərək, göstərilir ki, konkret olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən bir fərdi yaşayış evi nəzərdə tutulduğundan qərardadın izah edilməsinə zərurət yoxdur. Cavabdeh3 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək qeyd etmişdir ki, T.Mustafayev küçəsi, ev 28 ünvanı 1953- cü ildə repressiya ailəsi olduqları üçün ona verilmişdir və əri ilə orada ev inşa etdirmişlər. İddiaçı onun sözügedən evində heç vaxt yaşamamışdır və o, iddiaçını tanımamışdır. Digər cavabdehlərin sübutlarını məqsədəuyğun saymış və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.M ustafayev küçəsi, ev 28 ünvanında yerləşən ümumi sahəsi 98,6 kv.m olan fərdi yaşayış evi, ümumi sahəsi 0.0553 ha torpaq sahəsinin ümumi sahəsi 83.4 kv.m və 0.0221 ha torpaq sahəsini bacısı Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 mübahisə predmeti olan ünvanda deyil, ünvan 1anında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh4 iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə daxil olması və istifadəsi üçün hansı formada maneə yaratması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 15(112)-45/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh3 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, iddiaya mahiyəti üzrə baxılıb qurtarana qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən əmlaka dair hüquqların qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e2(008)1488/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı C avabdeh2 qarşı “məcburi payın tamamlanması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Beləliklə də, nəticədə belə qənaətə gəlmək mümkündür ki, məhkəmə qərar qəbul edərkən iş üzrə zəruri faktları tam şəkildə nəzərə almamış və iş üzrə əhəmiyyətli halları tam araşdırmadan bu hissədə ədalətsiz qərar qəbul etmişdir. Ona görə də, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)524/2024-cü il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.
27. Cavabdeh4, Cavabdeh3 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən, apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, hakim mövqeyini mövcud olmayan tikililərə yönəltmiş, həmin tikililər mövcud deyildir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Lakin məhkəmə qeydiyyatda olmayan, vərəsəliyin predmeti olmayan tikililərə daxil olması və istifadəsi üçün cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması öhdəliyi qoyulur. Məhkəmə hansı üsulla onun manelər yaratmadığını, anasının isə manelər yaratmasını, hansı qanuna əsaslanmasını qeyd etməmişdir. İddiaçı həmin üvanda yaşamamış, atasının evində onlar yaşamışlar.
28. Cavabdeh1, Cavabdeh3 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil ed ən, apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 1990-cı ildə ailə quraraq mübahsəli evi tərk etmişdir. Həmin tarixdən ünvan 2 ünvanda qeydiyyatda olmaqla, həmin mənzildə yaşayır. Məhkəmə bu faktı aydınlaşdırmadan qərar çıxarmışdır. Beləliklə də, nəticədə belə qənaətə gəlmək mümkündür ki, məhkəmə qərar qəbul edərkən iş üzrə zəruri faktları tam şəkildə nəzərə almamış və iş üzrə əhəmiyyətli halları tam araşdırmadan bu hissədə ədalətsiz qərar qəbul etmişdir.
29. Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən, apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəfindən vərəsəliklə bağlı hər hansı bir tədbirin görülməsi və ya görülməməsi barədə sorğuların verilməməsi işə düzgün hüquqi qiymət verilməməsi deməkdir. Belə ki, vərəsəlik də vərəsəlikdən məhrum olduqda iddiaçının həmin sözügedən evə daxil olması mülkiyyət hüququnun pozulması deməkdir. Bu halda hələ iddiaçının vərəsəliyi belə yoxdur, ümumiyyətlə atasının vəziyyətinin olub-olmaması hələ məhkəmə tərəfindən aydınlaşdırılmayıbdır. Sözügedən mülk baba mülküdür və atası dünyada olmamışdan qabaq tikilmişdir. İstinad olunmuş məhkəmə tərəfindən qərarlar ləğv olunmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-469/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 tərəfindən verilmiş şikayətlər təmin olunmuş, icra məmurunun e-16(008)-469/2023 №-li, xx.xx.2023cü il tarixli icra vərəqəsində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən hansı fərdi yaşayı ş evinə daxil olunacağı barədə izahın verilməsi barədə ərizəsi rədd edilmişdir. Lakin hakim mövqeyini mövcud olmayan tikililərə yönəldib həmin tikililər mövcud deyildir. Yerli baxış olsaydı məlum olardı ki, mövcud tikililər tam fərqlidir və onun, bibisi, nənəsi tərəfindən inşa etdirilmişdir. Atasına aid burda yalnız 15 kv.m. ev var. İddiaçı orada nə olması barədə bilmir. İddiaçı ilkin olaraq cavabdehlərin üzərinə mərhum əri X4 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinə, torpaq sahəsinə daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını tələb etmişdir. Lakin daha sonra guya xəbəri olmayan sözügedən evə dair sənədləri xx.xx.2024-cü il tarixd ə əldə etmiş, həmin ünvanda özbaşına tikililərin mövcud olması faktını müəyyən etmişdir. Bu səbəbdən iddiaya dəqiqləşdirmə edərək digər özbaşına tikililərə daxil olmağı və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Buradan da məhkəməyə sübut və etiraf edilməsi faktı müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixə kimi həmin ünvanda hansı tikililərin, hansı evlərin yaşayış, qeyri-yaşayış və köməkçi sahə olması barədə heç xəbəri belə olmamışdır. Məhkəməyə aydın şəkildə etiraf edilməsi yox, dolayı yolla qeyd etdikləri ərizəsində tam olaraq sözügedən evin, evlərin olmasından belə xəbərinin olmaması faktı sübut olunur. Əgər iddiaçı həmin evdə yaşasaydı, həmin ünvanın hər bir sahəsi barədə məlumatlı olmalı idi. Bildirir ki, həmin ünvanda o, atasının ona bağışladığı özünəməxsus torpaq sahəsində sahəsi 100 kv.m fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evə qaz, işıq, su çəkmiş, atasının sağlığında torpaq sahəsi onun adına qeydiyyata salınmışdır. Qeyd edir ki, həmin torpaq sahəsində bibisi Cavabdeh1 özü üçün şəxsi fərdi yaşayış evi inşa etdirmiş, nənəsi Cavabdeh3 torpaq sahəsinin bir hissəsində əlavə olaraq tikili inşa etdirmişlər. Ünvana aid bütün kommunal xidmətlər onun adınadır. Əgər iddiaçı həmin ünvanda yaşasaydı onun adına hər hansı rəsmi bir sənəd olmalı idi. İddiaçının hələ hansı evi görmək istədiyi, hansı evdə yaşaması onun özü üçün də qeyri-müəyyəndir. Rəsmi olaraq iddiaçı atası ilə nikaha daxil olduqdan sonra birgə yaşamaması faktı özü tərəfindən bilavasitə və ya dolayı yolla məhkəməyə sübut olunur. Hesab edir ki, iddiaçı elektron kabinetə başqa yerdə yaşaması barədə arayış və ya kirayə müqaviləsi yükləməli idi. Beləliklə də, nəticədə belə qənaətə gəlmək mümkündür ki, məhkəmə qərar qəbul edərkən iş üzrə zəruri faktları tam şəkildə nəzərə almamış və iş üzrə əhəmiyyətli halları tam araşdırmadan bu hissədə ədalətsiz qərar qəbul etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra apelyasiya instansiya məhkəməsi) xx.xx.2025-cü il tarixi 2(103)-508/2025 nömrəli iş üzrə (hakimlər S.R.Səlimova (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov, M.Ə.Rüstəmli) qətnaməsi ilə, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-524/2024 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)524/2024 nömrəli qətnaməsi iddianın Cavabdeh4 münasibətdə təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh4 üzərinə iddiaçının mərhum əri X2 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə (DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21. 3 kv.m köməkçi tikili) daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi qoyulması qət edilmişdir.
31. Məhkəmə kollegiyası iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Cavabdeh4 mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanla qonşuluqda yerləşən ünvan 1anında yaşaması halı onun iddiaçıya miras əmlakdan istifadə etməsinə manelər yaratmaması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi bu cavabdehə qarşı iddia tələbi ilə bağlı gəldiyi nəticə üçün işin mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmamışdır.
32. Belə ki, Cavabdeh4 məhkəmə iclaslarında verdiyi izahatlarından, məhkəməyə təqdim etdiyi ərizədən, nəhayət birinci instansiya məhkəməsi tərəfindən ona münasibətdə iddia tələbi təmin edilməyən qətnamədən verdiyi apellyasiya şikayətinin dəlillərindən aydın müəyyən olunur ki, o, iddiaçını mərhum qardaşının vərəsəsi olaraq qəbul etmir, digər cavabdehlərlə birlikdə iddiaçıya mərhum ərindən miras qalan əmlakdan istifadə etməsinə manelər yaradır.
33. Kollegiya qeyd edib ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.
34. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halı nda qiymət verib belə nəticəyə gəlib ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 tərəfindən İddiaçı mərhum əri X1 miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən 0.033620 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və digər tikililərə (DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən sahəsi 15 kv.m olan A tikilisi, İ rəqəmi ilə qeyd edilmiş 13.3 kv.m sanitar qovşağı, İİ rəqəmi ilə qeyd edilmiş 15 kv.m köməkçi tikili, İİİ rəqəmi ilə qeyd edilmiş 21.3 kv.m köməkçi tikili) daxil olması və istifadəsi üçün manelər yaratmaları araşdırma zamanı öz təsdiqini tapdığından iddiaçının tələbləri kimi apellyasiya şikayətinin dəlilləri də əsaslıdır.
35. Məhkəm ə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının ərindən miras qalan əmlakda əvvəllər yaşamaması halı belə cavabdehlər tərəfindən ona miras əmlakdan istifadə etməsinə manelər yaratmaları üçün əsas ola bilməz. Belə ki, qanun üzrə vərəsəlik zamanı miras qoyanın vərəsələri bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı da cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kimi mərhum X2 birinci növbəli vərəsələri sırasına daxildir.
36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 25, 29., 60, 71.-cı maddələrinə, Azərbaycan Respublkasının Mülki Məcəlləsinin 152.1, 152.2., 152.3.,152.4.,153.4.,157.1,157.2.,157.4.,1133.1.,1134.1,1151.1.,1159.1.,1159.1.1.,1159.2.,1160-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124 6 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına və AR MPM-in 14.2, 77.1, 88,119.1, 217.3, 217.4–cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
37. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ayrı ayrılıqda kassasiya şikayətləri ilə məhkəməyə müraciət etmiş, apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-508/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbiniın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər.
38. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmunu ilə oxşarlıq təşki l etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, Suraxanı rayon İcra şöbəsinin tərtib etdiyi aktdan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinə daxil olmasına dair heç bir maneə yaradılmamış, iddiaçı icra məmurunun evə baxış keçirilmə təklifini qəbul etməmiş və tərtib edilmiş aktı imza etməkdən imtina etmişdir.
39. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə, 29-cu maddəsinin İ hissəsin, “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi maddələrinə istinad etmişdir.
40. Cavabdeh1 kassasiya şikayəti apelyasiya şi kayətinin məzmunu ilə oxşarlıq təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, ümumi sahəsi 15 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi, ümumi sahəsi 0.033620 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq xx.xx.2021-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Lakin məhkəmə qeydiyyatda olmayan, vərəsəliyin predmeti olmayan tikililərə daxil olması və istifadəsi üçün cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması öhdəliyi qoyulur.
41. Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayətləri də apelyasiya şikayətinin məzmunu ilə oxşarlıq təşkil etməklə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətlərinin məzmunu və dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
42. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublkasının Mülki Məcəlləsi:
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
45. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəli r, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
46. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
47. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
48. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
49. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
50. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
51. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
53. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
54. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
55. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları.
56. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4.: Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda qətnamənin tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
68. Cavabdehlərin kassasiya şikayətləri işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
69. Beləliklə də, məhkəmə kol legiyası cavabdehlərin ayrı ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-cü il tarixi 2(103)508/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.