Məhkəmə qərarları › İş №2(102)-1714/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1714/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1714/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxxov-KM MMC”-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair maliyyə arayışının verilməklə mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzil ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4169/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 142 ünvanında yerləşən, “xxxx” KM MMC tərəfindən tikilən yaşayış binasının 3-cü giriş, 5-ci mərtəbəsində olan 2 otaqdan ibarət 112,78 kvadrat metr sahəsi olan 219 saylı mənzilin üzərində sahiblik və istifadə hüququnun tanınmaqla həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində vəsaitin və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələ bini belə əsaslandırmışdır ki, İddiaçı ilə “xxxx” KM MMC arasında Kooperativ binada mənzil tikdirilməsi haqqında Müqavilə bağlanmışdır, həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/48 məhəllə ünvanda inşa edilən yaşayış binasında mənzil almış, Cavabdeh MMC həmin ünvanda tikəcəyi yaşayış binasında 219 nömrəli mənzili ona verməyi, o isə qeyd edilən mənzili qəbul etməyi öz üzərinə götürmüşdür, hal-hazırda ünvan 3 ünvanda yerləşən 3-cü giriş, 5ci mərtəbə, 2 otaqdan ibarət olan 112,78 kv.m olan yaşayış sahəsinin mülkiyyətçisidir, lakin mülkiyyət hüququ əldə etdiyi tarixdən hazırki vaxtadək cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində həmin yaşayış sahəsindən istifadə edə bilmir, cavabdehlə aralarında bağlanan xx.xx.2014-cü il tarixli müqaviləyə ə sasən, mənzilin qiyməti 85000 manat müəyyən olunmuş və həmin məbləğ də cavabdehə tam olaraq ödənilmişdir, axırıncı ödəniş olunduqdan sonra maliyyə arayışını tələb etdikdə mənzilin dəyərinin tam ödənilməsi və hər hansı borcunun olmaması barədə arayışı ala bilməmişdir, halbuki müqavilədə mənzilin təhvil verilməsi və dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışının ona təqdim edilməsi barədə “xxxx” KM MMC-nin öhdəliyi barədə qeyd vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)4604/2019) iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllə ünvanında yerləşən 3-cü giriş, 5-ci mərtəbə, iki otaqdan ibarət olan 112,78 kv. m olan 219 saylı mənzilə dair maliyyə arayışı verilməklə, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşən 3-cü giriş, 5-ci mərtəbə, 2 otaqdan ibarət olan 112,78 kv.m olan yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında podrat müqaviləsi bağlanmış, tərəflər arasında mənzilin dəyəri kimi müəyyənləşdirilmiş 85000 manat məbləğdə pul iddiaçı tərəfindən cavabdehə ödənilmiş və cavabdeh mənzili iddiaçıya təhvil vermişdir. Bununla belə, qeyd edilən mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq n ormalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinın 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5.-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri p ozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllə ünvanında yerləşən 3-cü giriş, 5-ci mərtəbə, iki otaqdan ibarət olan 112,78 m2 olan 219 saylı mənzilə dair maliyyə arayışı verilməklə, mənzil üzərində sahiblik və istifadə hüququ tanınmalı və iddiaçıya mənzilə dair maliyyə arayışı verilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-4169/2020) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4604/2019 saylı, xx xxxx 2019-cu il tari xli qətnaməsi ləğv edilərək, üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı “mənzilə dair maliyyə arayışının verilməklə mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin mənzil ilə bağlı öhdəliyin cavabdeh “xxxx” KM MMC-nin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi K.Rizvan ifadəsində bildirmişdir ki, o ev alqısatqısı ilə məşğul olur, iddiaçı ona mənzil alması barədə müraciət etmişdir, ona tərəfindən Cavabdeh MMC-də boş mənzillərin olması barədə məlumat vermiş, birlikdə Cavabdeh MMC-nin direktoru olmuş Azad adlı şəxsin yanına gələrək bu barədə ona bildirmişlər, tərəflər Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllə ünvanda y erləşən 3-cü giriş, 5-ci mərtəbə, 2 otaqdan ibarət olan 112,78 kv.m olan yaşayış sahəsinin alqı-satqısı barədə razılığa gəlmişlər və bu barədə müqavilə bağlanmışdır, müqavilə bağlanan vaxt İddiaçı ilkin olaraq 45000 manat cavabdehə pul ödəmişdir. xx.xx.2014-cü il tarixli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Mənzil Tikintisi haqqında müqavilənin 1-ci bəndinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş, ümumi dəyəri 85000 manat olan mənzil İddiaçı satılmışdır. xx.xx.2014-cü il tarixli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış Mənzil Tikintisi haqqında müqavilənin 13-cü bəndlərinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş, ümumi dəyəri 85000 manat olan, 3-cü giriş, 5-ci mərtəbə 2 otaqdan ibarət 112,78 kv.m. olan Cavabdeh MMC-nin tikilməkdə olan binasında 219 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür, müqavilənin 2-ci bəndinə əsasən ümumi dəyəri 85000 manat olan mənzil İddiaçı satılmışdır, müqavilənin qeyd hissəsinə görə, qalıq borcun 40000 manat olması göstərilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş arayışla görə, İddiaçı tərəfindən müxtəlif vaxtlarda 10000, 5000, 2000, 4000, 2000, 4000, 5000, 2000, 6000 manat olmaqla, cəmi 40000 manat məbləğində pul Cavabdeh MMC-yə ödənilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, **********69 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 24A, 219 saylı mənzilin dövlət reyestrindən qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 02/132 saylı məktuba görə, Cavabdeh MMC-yə məxsus Telnov küçəsi, 2347/48-ci məhəllə ünvanda yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 5-ci mərtəbə, sahəsi 112,78 kv.m olan 219 saylı mənzilə dair “xxxx” MTK tərəfindən X1 adına Mənzil Tikintisi haqqında müqavilə olmuş, lakin həmin vətəndaşın adından həmin mənzilə dair heç bir ödəniş qəbzi, maliyyə arayışı yoxdur və olmamışdır, arxivdə olan müqavilənin yalnız kserosurəti mövcud olduğu üçün təsdiq olunmadan təqdim edilə bilir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə isə, mənzil, bağ, qara j və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, k ooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “xxxxov-KM” MMC cavabdehlər X3, Maraqlı şəxs və xxxx MTK-ya qarşı “xxxxov-KM" MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində y erləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m2 olan 219 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3543/2013 saylı, xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə “xxxxovKM” MMC cavabdehlər X2, Maraqlı şəxs və xxxx MTK-ya qarşı “xxxxov-KM” MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m" olan 23 9 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X4 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edil mişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1327/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə, iddiaçı “xxxxov-KM” MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2094/2015 saylı, xx xxx 2015-cü il tarixli qərarı ilə, iddiaçı “xxxxov KM” MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Maraqlı şəxs tərəfindən xx xxxx 2006-cı il tarixdə mənzil tikinti müqaviləsinin təsdiq olunmuş surəti, həmçinin 2009-cu ildə binanın tikilməsi ilə əlaqədar “xxxx” MTK ilə “x xxx K.M.” MMC arasında bağlanmış xx xxx 2006-cı il tarixli müqavilə ləğv edildikdən sonra “xxxx K.M.” MMC mübahisəli mənzilə dair Əsli Əhmədova ilə xx xxxx 2011-ci il tarixdə bağlanmış yeni müqavilə təqdim olunmuşdur. Həmin müqavilədə mənzilin dəyərini təşkil edən 38,345 ABŞ dollarının ödənilməklə Əsli Əhmədovanın həmin mənzilə dair borcunun olmaması qeyd olunmuşdur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “xxxxov-KM" MMC-yə məxsus olan Xətai rayonu Xocalı küçəsində 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 otaqlı sahəsi 122,78 m2 olan 219 saylı mənzilə dair Etalon İnşaat MTK ilə X4 arasında bağlanmış xx.xx.2006-cı il tarxili müqavilə, sonradan müqavilə ləğv edildikdən sonra “xxxx K.M.” MMC mübahisəli mənzilə dair Əsli Əhmədova ilə xx xxxx 2011-ci il tarixdə bağlanmış yeni müqavilə hazırda qüvvədədir və onun etibarsız hesab edilməsinə dair iddia tələbi qanuni qüvvəsini almış məhkəmə aktı ilə rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı “xxxx” KM MMC ilə bağlamış olduğu xx.xx.2014-cü il tarixli müqaviləyə istinad etməklə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 442-ci, 445-ci və 448-ci maddələrinə əsaslanmış və cavabdehin (“xxxx” KM MMC-nin) müqavilə öhdəliklərini icra etmədiyini irəli sürmüşdür; bununla belə, yuxarıda qeyd olunduğu kimi, İddiaçı ilə həmin MMC arasında müqavilə bağlandığı zaman Əsli Əhmədova ilə daha əvvəl bağlanmış müqavilələr qüvvədə olmuş, həmin müqavilədə mənzilin dəyərini təşkil edən 38,345 ABŞ dollarının ödənilməklə Əsli Əhmədovanın həmin mənzilə dair borcunun olmaması qeyd olunmuşdur. Başqa sözlə “xxxx” KM MMC, İddiaçı istina d etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilə bağlamış, həmin MMC ilə Ləyla Fətullayevadan daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqavilələrinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Bu hal, Əsli Əhmədovaya satılmış, ünvan 3 ünvanda yerləşən 3-cü giriş, 5-ci mərtəbə, 2 otaqdan ibarət olan 112,78 kv.m olan yaşayış sahəsinin İddiaçı təhvil verilməsini istisna etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Apellyasiya instansiya məhkəməsi maraqlarına toxunulan şəxsin həmin mənzilə gəlib-getməməsinə dair iddiaçının arqumentini əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda qeyd olunanlar əsasən, mübahisəli mənzilin maraqlarına toxunulan şəxsin mülkiyyətində və sahibliyində olunması müəyyən edilmişdir; bu isə o deməkdir ki, mülkiyyətçi sahib olduğu əmlaka dair sərbəst şəkildə sərəncam verə bilər və həmin əmlakdan istifadə edə bilər. Mülkiyyə tçinin mənzilinə baş çəkməməsi onun həmin mənzil üzərində olan mülkiyyət hüququna təsir göstərmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Ağali oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4169/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin olunması barəsində yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin xx xxx 2015-ci il tarixli qərarı ilə müəyyən olunur ki, mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi digər cavabdehlərlə yanaşı Maraqlı şəxs qarşı yönəlmişdir. Hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti isə məhz onun nümayəndəsi tərəfindən verilmiş olsa da, şikayət M araqlı şəxs adından verilmişdir. Belə olan halda isə Maraqlı şəxs mübahisəli mənzilə aidiyyəti olmaması nəticəsinə gəlmək mümkünsüzdür. Apelyasiya instansiya məhkəməsi haqlı olaraq Maraqlı şəxs maraqlarına toxunan şəxs olaraq qəbul etmiş və onun şikayəti əsasında apelyasiya icraatını mümkün hesab etmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndiril ən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4169/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar