Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1714/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Samux rayonu Qarayeri bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı Samux rayonu Qarayeri bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı “ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 4)-2430/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Samux rayonu, Qarayeri qəsəbəsinin adlı siyahısında olan 382 nömrəli 0,12 ha torpaq sahəsi aparılmış torpaq islahatı əsasında Samux rayonu, Qarayeri bələdiyyəsinin mülkiyyətindədir.
2. Həmin torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Samux rayonu Qarayeri bələdiyyəsinin sədri İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Qarayeri bələdiyyəsinin adlı siyahısında və mülkiyyə tində olan 382 nömrəli torpaq sahəsində ölçü və digər texniki işlərin aparılmasına cavabdehin yaratdığı maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi işin faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Bələdiyyəyə məxsus torpaq sahəsi özbaşına çəpərlənmiş və tikinti işi aparılmışdır. Həmin torpaq sahəsi hasara alındığı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları müvafıq ölçü işlərini apara bilmir, cavabdeh DƏDRX-nin əməkdaşlarının qeyd olunan ərazidə əməli fəaliyyətinə maneəçilik törədir. Cavabdehlə bu istiqamətdə aparılan söhbətlər heç bir nəticə vermir və cavabdeh bələdiyyənin mülkiyyətində olan torpağı özbaşına zəbt etmişdir. Bu səbəbdən də bələdiyyəyə məxsus torpaqlardan müvafiq ölçü və digə r texniki işlərin aparılması üçün cavabdeh tərəfindən yaradılan maneələri məhkəmə qaydasında aradan qaldırılmasına zərurət yaranmışdır.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh onun atasıdır. Bələdiyyə sədrinin iddia etdiyi torpaq sahəsinin yanında onların torpaq sahəsi vardır. Onlar həmin torpaq sahəsini almaq istəyirlər, lakin bələdiyyə həmin torpaq sahəsini başqa şəxsə satmaq istədiyini bildirmişdir, bu səbəbdən də, onlar həmin torpaq sahəsində ölçü işlərinin aparılmasına maneə törədirlər.
7. İcraat zamanı xx.xx.2022-ci il tarixli 58 nömrəli arayışa əsasən müəyyən olunmuşdur ki, S amux rayonu Qarayeri qəsəbəsinin adlı siyahısında 382 nömrəli olan torpaq sahəsi Qarayeri bələdiyyəsinə məxsusdur, həmin torpaq sahəsi hasara alındığı üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin” əməkdaşları koordinatları vura bilmir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2 5067/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı Samux rayon Qarayeri bələdiyyəsinin naturada mübahisələndirdiyi yəni, cavabdehin faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi, Samux rayonu Qarayeri bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair tərtib olunmuş 2009 cu il tarixli (KOD ********) yerquruluşu sxemi, Samux rayon Qarayeri qəsəbəsi ərazisində aparılmış torpaq islahatı əsasında, mülkiyyətə verilmiş torpaq sahələrinə dair 2000-ci il tarixli kompleks yerquruluşu layihəsinə istinadən 1371S nömrəli bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində də, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyəti olaraq qeyd olunmuşdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli 10/2378 nömrəli ekspert rəyinə istinadən müəyyən olunmuşdur ki, iddiaçı Samux rayon Qarayeri bələdiyyəsinin naturada mübahisələndirdiyi yəni, cavabdehin faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi, Samux rayonu, Qarayeri bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair tərtib olunmuş 2009cu il tarixli (KOD ********) yerquruluşu sxemi, Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində aparılmış torpaq islahatı əsasında, mülkiyyətə verilmiş torpaq sahələrinə dair 2000-ci il tarixli kompleks yerquruluşu layihəsinə istinadən 1371S nömrəli bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Müvafiq qanunvericiliyə əsasən, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyəti olaraq qeyd olunmuşdur.
10. Samux Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(058)-42/2023 nömrəli iş üzrə 17 avqust 2023-cü tarixli qətnaməsi ilə (hakim G ündüz Şirinov) iddia tələbi təmin edilmiş, Samux rayonu, Qarayeri bələdiyyəsinin mülkiyyətində olan (Samux rayonu, Qarayeri qəsəbəsinin adlı siyahısında olan 382 nömrəli) 0.12 ha torpaq sahəsində ölçü və digər texniki işlərin aparılmasına cavabdeh tərəfindən edilən maneə hərəkətləri ona qadağan edilməsi, torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və baxış keçirilməsinin təmin edilməsi qət edilmişdir.
11. Məhkəmə öz mövqeyini iş materiallarında olan sənədlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 152.1,157.2-ci maddələri, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Pr otokolunun 1-ci maddəsinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, onun və ailə üzvlərinin istifadəsindədir. Həmin torpaq sahəsi aqrar islahat zamanı ailə üzvlərinə ayrılmışdır. Bundan sonra hansı əsasla torpaq sahəsinin bələdiy yə mülkiyyətinə verilməsi ona məlum deyil. Arxivdən əldə edilmiş Kommunal Təsərrüfat Nazirliyinin 06 iyun 1978-ci il tarixli “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportun arxiv qovluğunda olan nüxsəsinin surəti də bunu sübut edir. Bundan başqa, birinci instansiya məhkəməsi Samux rayonu Qarayeri bələdiyyəsini mübahisəli torpaq sahəsinin mülkiyyətçisi hesab etmişdir. Lakin bələdiyyənin həmin torpaq sahəsinin mülkiyyətçisi olmasına dair iş materiallarında hər hansı sübut yoxdur.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (oğlu) X1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi mərhum babası Məmməd Məmmədova məxsus olmuşdur. Lakin aqrar islaha t zamanı həmin torpaq sahəsinə dair onlara rəsmi sənəd verilməmişdir. Sözügedən torpaq sahəsi hazırda onların istifadəsindədir və üzərində ev inşa etmişlər. Lakin həmin evə dair adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. Torpaq sahəsinin mülkiyyətlərinə verilməsini istəyir. Ərazi İdarəsinin işçiləri tərəfindən ölçmə işləri aparıldıqdan sonra həmin yer bələdiyyə tərəfindən digər şəxslərə satılacaqdır. Ona görə də, mütəxəsisslər tərəfindən ölçmə işlərinin aparılmasına razı olmamışdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsini n qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2430/2023 nömrəli 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.T.Həsənov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və L.S.Süleymanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Çünki apellyasiya şikayətində göstərilən dəlillər işin müəyyən olunmuş və faktiki halları i lə öz təsdiqini tapmamışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci, 152.1, 152.5 və 157.4cü maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-nömrəli protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”-nin 2.1-ci, 2.3.3, 2.3.4, 5.3 və 5.4-cü bəndlərinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə olan prosessual pozuntular sübutların düzgün qiymətləndirilməməsində, cavabdehin sübutlarına əhəmiyyət verilməməsində, işin faktiki hallarının kifayət qədər araşdırılmamasında, iddiaçı tərəfindən məhkəməyə iddianı təsdiq edəcək sübutlar təqdim edilmədiyi halda iddianın təmin edilməsində, həmçinin iddianın subyektiv hüququ olmayan şəxs tərəfindən verilməsinə əhəmiyyət verilməməsində ifadə olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olu nmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-nömrəli protokolu
23. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, s ervitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hü quqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”
27. Bənd 2.1. Mərzçəkmə işləri- kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsind ən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir.
28. Bənd 2.3.3 və 2.3.4. Torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, habelə hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır.
29. Bənd 5.3. Fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir h issəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır.
30. Bənd 5.4. Torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
31. Maddə
68. Torpaq sa hələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. İddiaçı Yaqubova Zabitə Ələddin qızının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətl əndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin də lilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2430/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.