Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1715/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil2,Cavabdeh1 və vəkili Xnın iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.10.2018-ci il tarixli 2(107)2088/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəm əyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31000 (otuz bir min) manat borc məbləğinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2016-cı ildən başlanılmaqla cavabdehlərə müxtəlif vaxtlarda bank vasitəsilə pul göndərmişdir. Tələbində göstərdiyi 59000 (əlli doqquz min) manat göndərilən pulun həqiqətən də cavabdehlərə verilməsini təsdiq edən bank qəbzləri vardır. Cavabdehlər borc məbləğindən 28000 (iyirmi səkkiz min) manatı ödəmişlər, lakin 31000 (otuz bir min) manat ödənilməmiş borc məbləği qalmışdır. Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) 30 may 2018-ci il tarixli, 2(033)-646/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 29000 (iyirmi doqquz min) manatın alınaraq iddaçı İddiaçı verilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X1) 12.10.2018-ci il tarixli 2(107)-2088/2018 qətnaməsi ilə iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(033)-646/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmşidir. Cavabdeh1 və vəkili Qəhrəmanova X4 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.10.2018-ci il tarixli 2(107)-2088/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxılarkən məhkəmə tərəfindən onun borc məbləğindən 28.000 manat ödədiyi qənaətinə gəlinsə də, qalan məbləğin ödənilməsini sübuta yetirən əsaslara məhkəmə tərəfi ndən hüquqi qiymət verilməmiş və hətta sübut etməyi üçün nə təqdim etdiyi sübutlarla bağlı danışmağına imkan verilməmiş nə də məhkəmə iclasına apardığı şahidlərin dindirilməsi təmin edilməmişdir. Nəzərə çatdırır ki, 2007-ci ilin avqust ayının birinci ongünlüyündə iddiaçı anası ilə onlara gələrək bir müddət qonaq qalmışdır. Həmin müddət ərzində qayınanasına məxsus olan evi X2 girov qoyaraq 28000 manat pulu iddiaçıya vermişdir. Bundan başqa, 09.09.2017-ci ildə iddiaçı nənəsi gildə olarkən 3500 manat pulu ona vermişdir. Bildirir ki, 27 noyabr 2017-ci il tarixdə iddiaçı onun adına «xxxx» ASC-nin Zaqatala filialına 10.000 manat pul göndərmişdi. Həmin pulun müqabilində 28 noyabr 2017-ci il tarixdə 360 qram çəkidə qızılzinət əşyalarını Zaqatala-Bakı marşrutu üzrə sərnişin daşıyan avtobusun sürü cüsü X1 adlı şəxslə iddiaçıya göndərmişdir. İddiaçının bank vasitəsi ilə ona göndərdiyi 10.000 manat pulun müqabilində həmin dəyərdə iddiaçıya göndərdiyi qızıl-zinət əşyalarının iddiaçıya verilməsini təsdiq edən sübut məhkəmə tərəfindən qərəzli olaraq qəbul edilmədi və bununla da onun ziyanına qətnamə çıxarılmasına nail olundu. Bundan başqa, o, iddiaçının tapşırığına əsasən 4800 manat pulu onun bacısı X2nın adına köçürmüşdür. Lakin əsassız və qanunsuz olaraq iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq bu faktlar məhkəmə tərəfindən sübut olaraq qəbul olunmamış və bununla da məhkəmə ona qarşı qərəzli olmuşdur. Eyni yanaşma apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsi tərəfindən bu hallar təkrar olunmuşdur. Bununla da istər İ instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bu faktlar araşdırılmadığından qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Bundan başqa, məhkəmə əsassız olaraq bu işə aidiyyəti olmayan ayrı-ayrı şəxslərin onun adına göndərdikləri pulların qəbzlərini sübut olaraq qəbul etmiş və buna əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, bu qəbzləri hazırki iddiaya heç bir aidiyyəti yoxdur. Qeyd edir ki, onun ümumiyyətlə iddiaçıya heç bir borcu yoxdur. Əksinə, onun ona borcu vardır. Bir faktı da nəzərə çatdırmaq istəyir ki, iddiaçı 2017-ci ilin təxminən sentyabr ayında ona təklif etdi ki, onun dost-tanışları qızıl-zinət əşyaları düzəldirlər və bu qızıl-zinət əşyalarından xeyir götürmək olar. O da onun təklifi ilə razılaşdı və bir müddət birlikdə işlədilər. Sonradan ona məlum oldu ki, iddiaçı bu qızılların saxta olduğunu bilə-bilə ona göndərmişdir. Hal-hazırda b məsələ ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq İdarəsində araşdırma gedir. Məhkəmə sübutların əsaslılığına, mötəbərliyinə düzgün qiymət vermək yerinə, yalnız iddiaçının mövqeyini müdafiə edərək cavabdeh tərəfə qərəzli yanaşmışdır. Bütün bunlar isə Azərbaycan Respublikasının MPM-nin 76, 88, 218.1-ci maddələrinin tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün qiymət verməmiş və nəticədə yuxarıda qeyd olunan və iş üçün əhəmiyyətli olan sübutlara əhəmiyyət verməmiş, diqqətdən kənarda saxlamış və iş üzrə bu hallara göz yummuşdur Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməsi, işi yeni dən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər: Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddə sinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 739.1-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, iddiaçı tərəfindən cavabdehə 59000 (əlli doqquz min) manat pulun göndərilməsi, cavabdeh tərəfindən isə həmin məbləğin 30.000 (otuz min) manat hissəsinin ödənilməsi, 29.000 (iyirmi doqquz min) manat borc məbləğinin qalması məhkəmə araşdırması nəticəsində dəqiqləşdirilmiş və tərəflər işin bu faktiki halını mübahisələndirməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi düzgün əsaslandırılmamı ş, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçı ilə cavabdeh qohumdurlar. İddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə bank vasitəsi ilə pul göndərilmiş, eyni zamanda cavabdeh göndərilmiş pulların müəyyən hissəsini iddiaçıya qaytarmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehə cəmi 59000 (əlli doqquz min) manat pul göndərdiyini, həmin puldan 28000 (iyirmi səkkiz min) manatının cavabdeh tərəfindən qaytarıldığını göstərərək qalan 31 000 (otuz bir min) manatın cavabdehdən alınaraq on a verilməli olmasını iddia etmişdir. Mübahisə ilə bağlı işin faktiki halları məhkəmə tərəfindən araşdırılarkən Cavabdeh1 iddia tələbində göstərilən məbləğin onun tərəfindən ödənildiyini bildirərək bununla bağlı ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Eyni zamanda iddiaçı cavabdehə göndərdiyi pul məbləğinin iddia tələbində göstərilənlərdən artıq olduğunu bildirərək o, da öz növbəsində ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Hər iki tərəf etdiyi ödəniş qəbzlərinin əslini məhkəməyə təqdim etdiyindən məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirərək qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 11 adda ödəniş qəbzi üzrə onun tərəfindən cavabdehə 2016-cı ildən başlayaraq ayrı-ayrı vaxtlarda cəmi 54305 (əlli dörd min üç yüz beş) manat və 4000 (dörd min) ABŞ dolları pul göndəril mişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən 2016-cı ildən başlayaraq ayrı-ayrı vaxtlarda 30 adda ödəniş qəbzləri əsasında 30000 (otuz min) manat iddiaçıya göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə 54305 (əlli dörd min üç yüz beş) manatın və 4000 (dörd min) ABŞ dollarının, cavabdeh tərəfindən isə iddiaçıya 30000 (otuz min) manatın göndərilməsi təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapmış və tərəflər həmin məbləğlərin həqiqi olmasını mübahisələndirməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən cavabdehə 54305 (əlli dörd min üç yüz beş) manatın və 4000 (dörd min) ABŞ dollarının, cavabdeh tərəfindən isə 2016-cı ildən başlayaraq ayrı-ayrı vaxtlarda 30 adda ödəniş qəbzləri əsasında iddiaçıya 30 000 (otuz min) manatın göndərilməsinin təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapmasını və tərəflərin həmin məbləğlərin həqiqi olmasını mübahisələndirməmələri qənaətinə gəlsə də, nəzərə almamışdır ki, cavabdeh iddianı qəbul etməyərək borc məbləğini tamamilə ödəməsini və iddiaya etirazının əsası kimi də təqdim etdiyi bank sənədlərinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda apellyasiya instansiyası məhkəməsi pulun köçürülməsi ilə bağlı iş materiallarında olan çoxsaylı bank sənədləri üzrə dəqiq hesablama aparılması baxımından xüsusi bilik tələb edildiyindən iş üzrə müvafiq ekspertizanın keçirilməsinin zəruriliyini müzakirə etməmiş, sübut kimi qəbul edilmiş 11 ədəd qəbzin hər birinin tarixi və məbləği qətnamədə göstərilməmiş, tərəflər in bir-birilərinə göndərdikləri pulların məbləği müəyyən edilərkən eyni bank köçürməsinə dair məbləğ 2 dəfə nəzərə alınmış(həm köçürmə bildirişi əsasında, həm də həmin vəsaitin banka mədaxil edilməsi barədə mədaxil qəbzi əsasında) və məhkəmə tərəfindən də iddiaçı tərəfindən cavabdehə göndərilmiş pulun ümumi məbləği düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan hazırki işə aidiyyəti olmayan ayrı-ayrı şəxslərin cavabdehin adına göndərdikləri pulların qəbzlərinin sübut olaraq qəbul edilməsinin əsaslarını göstərməmiş, göndərilən bu pulların təyinatı, hazırki iddia ilə əlaqəsinin olub-olmaması baxımından araşdırma aparmamış, həmçinin tərəflər arala rında borc münasibətlərinin olmasını göstərsələr də, apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının cavabdehlə lombard işi görməyi ilə bağlı 30000 manat pul verməsini, aylıq 1000 manat xeyri verməsini, lombardı yoxladıqda heç bir qızılın çıxmamasını, onun göndərdiyi pulu ana məbləğdən qaytarmasını, onu əkin əkməyə aparmasını, orada onu aldatması kimi izahatlarına iddia tələbinin əsası kimi istinad edilən hallarla bərabər hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-ni n 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tə rəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Normaların məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün m ateriallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddiaçı tərəfin izahatında göstərilən xüsusatların inandırıcı və ağlabatan olub-olmamasına, irəli sürülən dəlillərin həm də məntiqi ardıcıllığının olub- olmamasına diqqət yetirməmiş,iddianın hansı mötəbər sübutlar əsasında Cavabdeh1 münasibətdə əsaslı olmasını öz qətnaməsində əsaslandırmamış, həmçinin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, bununla da maddi və prossesual hüquq normalarının tələblərini pozaraq ca vabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etməmişdir. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Avropa Məhkəməsi “Kastravet Moldovaya qarşı” iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiq ediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverm Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəfl ərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılm asına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər tərəflərin iştirakı ilə araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.10.2018-ci il tarixli 2(107)-2088/2018 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin və mülki iş ləğv olunan hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1715/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1715/2019
13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver