Məhkəmə qərarları › İş №2(102)-1715/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1715/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1715/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Öhdəliyə onun icrası nəticəsində xitam verilməsi 06.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-366/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 may 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 11 oktyabr 2012ci il tarixli xxx saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 25.000 manat məbləğində, 11 oktyabr 2012-ci il tarixli xxx saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 25.000 ABŞ dolları məbləğində, 11 oktyabr 2012-ci il tarixli xxx saylı kredit müqaviləsinə əsasən isə 12 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir.

2. Həmçinin işdə olan, hər üç müqavilə üzrə tərəflər arasında bağlanmış 14 oktyabr 2013-cü il tarixli Əlavələrdən görünür ki, müqavilələrin qüvvədə olma müddəti 14 oktyabr 2014-cü il tarixdə bitir.

3. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - 11 oktyabr 2012-ci il tarixli 095-12 saylı kredit müqaviləsi üzrə- borcalan Cavabdeh kreditor «xxxx» ASC qarşısında 11 oktyabr 2012-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə həmin kredit müqaviləsi qüvvədə olduğu müddətdə istifadə edilmiş pul vəsaitləri üzrə həmin kredit müqaviləsi üzrə əsas və faiz borcları tam ödənilmişdir. 11 oktyabr 2012-ci il tarixli xxx saylı kredit müqaviləsinin qüvvədə olduğu müddət bitdikdə, yəni 14.10.2014- cü il tarixdən sonra həmin kredit müqaviləsi çərçivəsində kredit xəttindən pul vəsaitinin istifadə edilməsi mümkün hesab edilmir. - 11 oktyabr 2012-ci il tarixli xxx saylı «MasterCard» ödəniş sisteminə aid güzəştli müddət kartından istifadəyə dair müqaviləs i üzrə - borcalan Cavabdeh kreditor «xxxx» ASC qarşısında 11 oktyabr 2012-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə həmin kredit müqaviləsi qüvvədə olduğu müddətdə istifadə edilmiş pul vəsaitləri üzrə əsas və faiz borcları tam ödənilmişdir. 11 oktyabr 2012-ci il tarixli xxx saylı kredit müqaviləsinin qüvvədə olduğu müddət bitdikdə, yəni 14.10.2014-cü il tarixdən sonra həmin kredit müqaviləsi çərçivəsində kredit xəttindən pul vəsaitinin istifadə edilməsi mümkün hesab edilmir. - 11 oktyabr 2012-ci il tarixli xxx saylı «Visa» ödəniş sisteminə aid güzəştli müddət kartından istifadəyə dair müqaviləsi üzrə - borcalan Cavabdeh kreditor «xxxx» ASC qarşısında 11 oktyabr 2012-ci il tarixli xxxsaylı kredit müqaviləsi üzrə həmin kredit müqaviləsi qüvvədə olduğu müddətdə istifadə edilmiş pul vəsai tləri üzrə əsas və faiz borcları tam ödənilmişdir. 11 oktyabr 2012-ci il tarixli xxx saylı kredit müqaviləsinin qüvvədə olduğu müddət bitdikdə, yəni 14.10.2014-cü il tarixdən sonra həmin kredit müqaviləsi çərçivəsində kredit xəttindən pul vəsaitinin istifadə edilməsi mümkün hesab edilmir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xxx nömrəli 11.10.2012-ci tarixli kredit müqaviləsinə əsasən 15 noyabr 2015-ci il tarixə - əsas borc üzrə 24134,7 manat, faiz borcu üzrə 5939,82 manat, cərimə borcu üzrə 50 manat olmaqla, cəmi 30124,52 manat, xxx nömrəli 11.10.2012-ci il tarixli kredit müqavilə sinə əsasən 15 noyabr 2015- ci il tarixə - əsas borc üzrə 24669,55 ABŞ dolları, faiz borcu üzrə 17028,46 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları olmaqla, cəmi 41748 ABŞ dolları (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq), xxxx nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 15 noyabr 2015-ci il tarixə - əsas borc üzrə 24987,31 manat, faiz borcu üzrə 18208,52 manat, cərimə borcu üzrə 50 manat olmaqla, cəmi 43248,83 manat kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 11.10.2012-ci tarixli, xxxx nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə 25000 manat məbləğində, həmç inin tərəflər arasında bağlanmış 11.10.2012-ci il tarixli, xxxx nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 25000 ABŞ dolları məbləğində və xxxx nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 25000 manat məbləğində kredit ayrılmışdır. Cavabdeh kredit vəsaitlərindən istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq kredit məbləğini və ona hesablanmış faizləri tam qaytarmamışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(008)- 1073/2018 saylı qətnaməsi ilə (hakim İmran Burcayev) iddia təmin olunmamışdır.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış hər üç müqavilə üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş son müddət 14 oktyabr 2014-cü i l tarixdə başa çatmış, iddiaçının qeyd olunan müqavilələr üzrə müddəti ötürməməklə məhkəmədə iddia qaldırmaq hüququ 14 oktyabr 2017-ci il tarixədək olmuşdur.

8. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarındakı mövqeyi ondan ibarət olmuşdur ki, iddia müddəti müqavilə müddətinin başa çatmasının son tarixindən hesab olunmaqla üç ildir və həmin müddət ərzində öhdəlikləin qismən icra olunması həmin müddətin uzadılması üçün əsas ola bilməz. Eyni zamanda bank daxili prosedurların gec icra edilməsi iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsi üçün əsas ola bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinin 373.2, 373.3, 375.1, 377, Mülki Prossesual Məcəllənin 242-244, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Qətnamədən iddiaçı apellyasiya şikayətləri vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 dekabr 2018-ci il tarixli, 2(103)-12279/2018 saylı qətnaməsi ilə (sədrlik edən-A.İmanov, hakimlər: A.Hüseynov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunmuş, iddia təmin olunmuş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 095-12 nömrəli 11.10.2012-ci tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24134,7 manat, faiz borcu üzrə 5939,82 manat, cərimə borcu üzrə 50 manat, cəmi 30124,52 manat, 103-12 nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24669,55 ABŞ dolları, faiz borcu üzrə 17028,46 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ dolları, cəmi 41748 ABŞ dolları (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq), 104-12 nömrəli, 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24987,31 manat, faiz borcu üzrə 18208,52 manat, cərimə borcu üzrə 50 manat, cəmi 43248,83 manat kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərinə üç illik iddia müddətinin tətbiq edilməsi qənaətinə gəlməkdə haqlı olsa da, iddia müddətini ötürülmüş olması barədə nəticəyə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

13. Belə ki, işə apellyasiya instansiyası baxışı zamanı iddiaçı bankın məhkəməyə təqdim etdiyi qəbzlərdən həmin kredit müqavilələri üzrə yaranmış borcların hesabına müxtəlif tarixlərdə ödənişlər həyata keçirildiyi, sonuncu dəfə 095-12 saylı kredit müqaviləsi üzrə 10.03.2015-ci il tarixdə 15000 manat məbləğində, 103-12 saylı kredit müqaviləsi üzrə 28.11.2014-cü il tarixdə 21000 ABŞ dolları, 104-12 saylı müqavilə üzrə isə 31.07.2015-ci il tarixdə 4694,4 manat məbləğində ödənişlər olunduğu aydın olur. Birinci instansiya məhkəməsi isə bu ödəmələri cavabdehin iddia müddətinin axımını kəsən hərəkətləri kimi qiymətləndirməmiş, həmçinin gəldiyi nəticəni hər hansı mötəbər dəlillə əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, 095-12 saylı kredit müqaviləsi üzrə iddia müddəti 11.03.2018-ci ildə, 103-12 saylı kredit müqaviləsi üzrə 29.11,2017-ci ildə, 104-12 saylı müqavilə üzrə isə 01.08.2018-ci ildə bitir.

14. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı bank 28.11.2017-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbləri üzrə iddia müddətlərini ötürməmişdir.

15. Bundan başqa məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı bankla Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində adı çəkilən cavabdeh öhdəliklərini lazımınca icra etmədiyi üçün Cavabdeh 095-12 nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 24134,7 AZN əsas, 5939,82 AZN faiz borcu, 103-12 nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 24669,55 USD əsas, 17028,46 USD faiz borcu, 104-12 nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləinə əsasən isə 24987,31 AZN əsas, 18208,52 AZN faiz borcu tutulmalıdır.

16. Həmçinin kollegiya iddiaçı bankın “095-12 nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 50 AZN cərimə borcu, 103-12 nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 50 USD cərimə borcu, 104-12 nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə 50 AZN cərimə borcunun ödənilməsi” iddiasını əsaslı hesab etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 30 may 2019-cu il tarixli, 2(102)-3695/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni dən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

19. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi maliyyə arayışını iş materialları ilə müqayisəli şəkildə tədqiq etməmiş, arayışda göstərilmiş məlumatların həqiqiliyini araşdırmamışdır. Hər 3 müqavilə müddəti 24 ay müəyyən edilməsinə baxmayaraq maliyyə arayışlarında müqavilənin müddəti 36 ay göstərildiyi halda məhkəmə bu ziddiyətin səbəbini araşdırmamışdır. Kredit müqavilələrinə edilmiş 14 oktyabr 2013-cü il tarixli əlavə və dəyişikliklərdə müqavilə müddətlərinin qurtarması 14 oktyabr 2014-cü il göstərilməsinə baxmayaraq, bankın tərtib etdiyi maliyyə arayışlarında faizlərin 15 noyabr 2017-ci il tarixə kimi hesablanması nəzərə alanmamışdır.

20. Bundan başqa apellyasiya məhkəməsi həmin faizlərin hansı qaydada hesablanmasını araşdırmamış, zərurət olmasına baxmayaraq iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etməmişdir. Faizlərin yalnız müqavilə müddətində hesablanmalı olması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarının tələblərini nəzərə almamışdır.

21. Bununla yanaşı maliyyə arayışında 095-12 saylı müqavilə üzrə kredit üzrə son ödənişin 28 aprel 2017-ci il tarixdə 11.125,09 manat ödənilməsi göstərilsə də apellyasiya şikayətində həmin müqavilə üzrə son ödənişin 10 mart 2015-ci il tarixdə 15.000 AZN ödənilməsi qeyd olunmuşdur. 103-12 saylı müqavilə üzr ə verilmiş arayışda son ödənişin 28 noyabr 2014-cü il tarixdə 21.000 ABŞ dolları edilməsi göstərilsə də apellyasiya şikayətində ödənişin həmin tarixdə 21.000 ABŞ dolları və 29.791 ABŞ dolları məbləğində aparılması göstərilmişdir. 104-12 saylı müqavilə üzrə verilmiş arayışda kredit üzrə son ödənişin 28 aprel 2017-ci il tarixdə 510,74 manat edilməsi göstərilsə də apellyasiya şikayətində son ödəniş məbləğinin 31 iyul 2015-ci il tarixdə 4694,40 AZN ödənilməsi göstərilmişdir. Apellyasiya məhkəməsi maliyyə arayışları ilə apellyasiya şikayəti arasındakı ziddiyətlərin səbəbini araşdırmamış, eləcə də apellyasiya şikayətində ödənilməsi etiraf olunan məbləğlərin hansı səbəbdən nəzərə almamasını qəbul etdiyi qətnamədə əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-366/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən-R.Eyvazov, hakimlər: F.Talışinski və Z.Şirinov) İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(008)-1073/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(008)-1073/2018 saylı qətnaməsi ləğv edilmiş, iddianın təmin olunmaması, məhkəmə xərcinin İddiaçı ASC-yə aid edilməsi, iddiaçıdan aparılmış ekspertizanın dəyəri olan 145 (bir yüz qırx beş) manat pulun tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlə rə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi, hər üç kredit müqaviləsi üzrə həmin kredit müqavilələri qüvvədə olduğu müddətdə istifadə edilmiş pul vəsaitləri üzrə əsas və faiz borcları tam ödənilmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi də bu halı təsdiq edərək göstərmişdir ki, bank sənədlərindən (hesabdan çıxarış və s.) hər üç kredit müqaviləsi üzrə həmin kredit müqavilələri qüvvədə olduğu müddətdə, yəni 14 oktyabr 2014-cü il tarixə istifadə edilmiş pul vəsaitləri üzrə əsas və faiz borcları cavabdeh tərəfindən tam ödənilmişdir. Lakin, kredit müqavilələrinin müddəti bitdikdən sonra kartlar bloklanmamış və cavabdeh sonradan kartlardan müvafiq pul vəsaitlərini çıxararaq onlardan istifadə etmiş və beləliklə borc yaranmışdır. İddiaçının nümayəndəsi bunun izahatı kimi həmçinin göstərmişdir ki, adətən kredit müqaviləsinin müddəti bitdikdə kartlardan istifadə mümkün olmur, bir şərtlə ki, müqavilənin müddəti uzadılmış olmasın. Tərəflər arasında bağlanmıq hər üç kredit müqaviləsinin müddəti isə 14.10.2014-cü il tarixdə bitmiş və sonradan uzadılmamışdır. Lakin, onlara məlum olmayan səbəblərdən kredit müqavilələrinin müddəti bitdikdən sonra kartl ar bloklanmamış, bu səbəbdən də cavabdeh sonradan kartlardan istifadə etməkdə davam etmişdir.

24. Göründüyü kimi, kredit müqavilələrinin müddəti ərzində cavabdehin həmin müqavilələrin şərtlərinə əsasən istifadə etdiyi pul vəsaitlərinə görə borcunun qalması araşdırılmış sübutlarla müəyyən olunmur.

25. Qeyd edilməlidir ki, müqavilənin müddətinin qurtarması ilə müqaviləyə xitam verilir (tərəflərin hüquq və vəzifələrinə xitam verilir). Lakin, qanunverici istisna nəzərdə tutumuşdur ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (Mülki Məcəllənin 399.4-cü maddəsi).

26. Hazırki işin hallarından isə görünür ki, cavabdehin müqavilə müddəti qurtaran anda müqavilənin şərtlərindən irəli gələ n hər hansı öhdəliyi (kredit borcu və s.) olmamış, beləliklə müddətin bitməmsi ilə müqaviləyə xitam verilmişdir. Bu səbəbdən də qeyd edilən norma iddianın əsasını təşkil edə bilməz.

27. Qeyd edildiyi kimi, işdə olan sübutlarla hazırki iş üzrə hər üç müqavilərin müddətinin bitməsi anına cavabdehin hər hansı borcu olmamışdır (iddia tərəf də bu halı mübahisələndirmir). Belə olan halda isə, öhdəliyə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən (öhdəliyə kreditorun xeyrinə icra) xitam verilmiş sayılır.

28. İddiaçı isə hazırki iddia ərizəsində məhz kredit müqavilələri üzrə cavabdehin borcunun qalması əsası ilə tələb irəli sürmüşdür ki, belə bir tələb də təmin oluna bilməz. Qeyd edildiyi kimi, iddiaçı hər hansı pulun yox, məhz kredit müqavilələri üzrə kredit borcunun tələb etmişdir ki, yuxarıda da qe yd edildiyi kimi, kredit müqavilələri üzrə borc müəyyən edilmir. Ekspertiza rəyinə əsasən də, hər üç kredit müqaviləsi üzrə müddət bitdikdən sonra isə, yəni 14.10.2014-cü il tarixdən sonra həmin kredit müqavilələri çərçivəsində kredit xəttindən pul vəsaitinin istifadə edilməsi mümkün hesab edilmir.

29. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh sonradan kredit müqavilələrindən kənar qaydada, yəni kredit müqavilələrinin qüvvədə olmadığı dövrdə iddiaçıya aid pul vəsaitindən istifadə etmişdirsə, iddiaçının digər əsaslarla (əsassız varlanma və s.) həmin pulu tələb etmək hüququ istisna olunmur. İddiaçının isə belə bir əsasla tələbi olmadığından məhkəmə kollegiyası tələbdən kənar çıxmağı zəruri hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izaha tları a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı ASC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. İddiaçının nümayəndəsi X3 və vəkili Vəkil izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

35. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

39. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icras ını tələb etmək hüququ vardır. (maddə 385.1)

40. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

41. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

42. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi t ərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

43. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

44. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) baş a düşülür. (maddə 442)

45. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

46. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

47. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)

48. Əgər borclu öhd əliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2)

49. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. (maddə 528) Mülki Prossesual Məcəllə

50. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

51. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

52. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

53. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)

54. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

55. Kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətində qeyd edilən dəlillər işə 2-ci apelyasiya baxışında araşdırma predmeti olmuş və həmin dəlillərin əsassız olduğu sübuta yetirilmişdir.

59. Belə ki, işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçı cavabdehdən pul tələbini 11 oktyabr 2012-ci il tarixli tarixli kredit müqavilələrinə əsasən irəli sürmüşdür. İşin 2-ci apelyasiya baxışında müəyyən olunmuş halları ilə sübut edilir ki, qeyd edilən kredit müqavilələri üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyi qalmamışdır.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-366/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar