Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1717/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı ASC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 İddia tələbi: borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Arif Həsən oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil Yusif qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-328/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -03 mart 2017-ci il tarixli, 1**-HF-***4 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 illik 16 faiz dərəcəsi ilə 550000 manat məbləğində kredit verilmişdir. -03 mart 2017-ci il tarixli, 101-NFİ-3764 №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, kreditin təminatı olaraq, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evi bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. -03 mart 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin 06 aprel 2017ci il tarixdən başlayıb 06 mart 2018-ci il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. -RX seriyalı ******* nömrəli, 11.03.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X. ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.05.2018-ci il tarixli, **********04 nömrəli İddiaçı ASC-yə ünvanlanmış məktubundan görünür ki, X2 məxsus X.ünvanında yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. -1 0.04.2018-ci il tarixli, PKD/330 saylı pretenziya məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. -06 iyul 2018-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, borclu Cavabdeh1 03 mart 2017-ci il tarixli, 1**-HF-***4-13 saylı kredit müqaviləsi üzrə 06 iyul 2018-cı il tarixinə banka iddia qaldırılan günə əsas kredit borcu 507.000 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 03.03.2018-ci il tarixə faiz borcu 66.157,96 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 03.03.2018-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 662.18 manat, kredit müqaviləsinin müddətinin bitdiyi 03.03.2018-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) 54.134,35 manat, cəmi 627.954,49 manat məbləğində borcu vardır. -məhkəmə-mühasibatlıq ekspertizasının 28134 nömrəli, 14 mart 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair mədaxil elanları, hesabdan çıxarış məlumatları, 03 mart 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəaların şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərara müvafiq olaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 03 mart 2018-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 566.500,89 manat: əsas borc üzrə 506.000.00 manat, faiz borcu üzrə 60.500,89 manat. 05 iyul 2018-ci il tarixə (müqavilə müddəti b itən tarixədən sonra illik 5%-lə hesablanmaqla) 575.074,78 manat: əsas borc üzrə 506.000,00 manat, faiz borcu üzrə 69.074,78 manat təşkil edir. -“xxxx” MMC-nin 10 mart 2020-ci il tarixli rəyinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın fərdi yaşayış evi kimi bazar dəyəri 1.237.000 manat, faktiki vəziyətinə (qeyri-yaşayış binası) əsasən 2.220.000 manat təşkil edir. -“xxxx” MMC-nin 16 sentyabr 2020-ci il tarixli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın fərdi yaşayış evi kimi bazar dəyəri 1.237.000 manat, likvid dəyəri 1.150.000 manat, faktiki vəziyətinə (qeyri-yaşayış binası) əsasən 2.220.000 manat, likvid dəyəri 1.930.000 manat təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsinin müddəti bitdiyi tarixə 507.000 manat, faiz borcu üzrə 66157,96 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 662,18 manat və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 54.134,35 manat, cəmi 627.954,49 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı) ümumilikdə 628.044,49 manat tutulması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabın a İddiaçı ASC-yə olan 627.954,49 manat məbləğində borcun ödənilməsi; Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(009)188/2019 saylı qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 03 mart 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi üzrə 507000 (beş yüz yeddi min) manat əsas, 60 500,89 (altmış min beş yüz manat səksən doqquz qəpik) manat faiz borcu, 662,18 (altı yüz altmış iki manat on səkkiz qəpik) manat cərimə borcu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 54 134,35 (əlli dörd min yüz otuz dörd manat otuz beş qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 20 (iyirmi) manat dövlət rüsumu, 40 (qırx) manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən İddiaçı ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən həmin vəsaitin qalan hissəsinin cavabdeh Cavabdeh1 qaytarılması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evi satıldıqdan sonra bir ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Agentliyi, kod 210005, VÖEN:**********, Müxbir h esab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-328/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev, Ş.A.Məmmədova) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(009)-188/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 03 mart 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi üzrə 506.000 (beş yüz alt ı min) manat əsas, 60.500,89 (altmış min beş yüz manat səksən doqquz qəpik) manat faiz borcu, 662,18 (altı yüz altmış iki manat on səkkiz qəpik) manat cərimə borcu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 8.855 (səkkiz min səkkiz yüz əlli beş) manat, 27,3 (iyirmi yeddi manat otuz qəpik) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 18,2 (on səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu, 36,4 (otuz altı manat qırx qəpik) manat xidmət haqqı, cəmi 576099,97 (beş yüz yetmiş altı min doxsan doqquz manat doxsan yeddi qəpik) manatın tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 1-ə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 1.930.000 (bir milyon doqquz yüz otuz min) manat olmaqla, həmin evin açıq hərracdan satılması, ipot eka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən İddiaçı ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra, qalıq məbləğin Cavabdeh2 Adil oğluna qaytarılması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ipoteka predmeti satıldıqdan sonra bir ay ərzində Cavabdeh2 tərəfindən boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 182 (yüz səksən iki) manatının Cavabdeh1, 18 (on səkkiz) manatının cavabdeh İddiaçı ASC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesabına keçirilməsi, apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ek spertiza tədqiqatının dəyəri olan 480 (dörd yüz səksən) manatın 436,8 (dörd yüz otuz altı manat səksən qəpik) manatının Cavabdeh1, 43,2 (qırx üç manat iyirmi qəpik) manatının cavabdeh İddiaçı ASC-dən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD:505594; SWİFT: GUNAAZ22) keçirilməsi və apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manatın 364 (üç yüz altmış dörd) manatının Cavabdeh1, 36 (otuz altı) manatının cavabdeh İddiaçı ASC-dən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ48AZEG**********5118200001, Bank: AG BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, KOD:505817; SWİFT: NABZAZ2C) keçirilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası lazım olan maddi hüquq normalarını tətbiq etməməklə səhv nəticəyə gəlmiş, ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya sı məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil Yusif qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Arif Həsən oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin b azar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilm əsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. -445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbb ə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. -319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. -34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. -36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyya tı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. -39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əs asən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan b orcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi 507.000 manat əsas və 66.157,96 manat faiz borcunun tutulması hissələrində qismən təmin edilməli, ekspert rəyi nəzərə alınmaqla, 506.000 manat əsas borc, 60.500,89 manat faiz borcu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparıldığından və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğun olduğundan keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. İşin hallarından göründüyü kimi, kredit müqaviləsinin müddəti 03 mart 2018-ci ildə bitmişdir. Ekspert rəyində müqavilə müddətinin sonundan, yəni 03 mart 2018-ci il tarixdən 05 iyul 2018-ci il tarixədək 5%-lə olan əldən çıxmış faydanı və faizi birlikdə 69.074,78 manat kimi qeyd olunduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 5%-lə əldən çıxmış faydanın dəqiqləşdirilməsinə zərurət vardır. Belə ki, 03. 03.2018-ci il tarixdən maliyyə arayışının verildiyi 06.07.2018-ci il tarixədək olan müddət 126 gün təşkil edir. Müqavilə müddətinin sonundan- 03.03.2018-ci il tarixdən maliyyə arayışının verildiyi- 06.07.2018-ci il tarixədək 126 gün üçün illik 5% hesablanmaqla əldən çıxmış fayda 8855 manat təşkil edir (126 gün x 5%:365 gün x 506000 manat əsas borc=8855 manat). Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi dəbbə pulu ilə bağlı hissədə əsaslı olduğundan, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tənasübsüzlük müəyyən olunmadığından, həmin hisədə iddia təmin edilməli, 662,18 manat cərimə borcu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklər i lazımınca icra etmədiyindən, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulduğundan və onun tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(009)-188/2019 saylı qətnaməsində ipoteka predmetinin satış qiymətinə münasibət bildirilmədiyindən, ünvan 1 ünvanında yerləşən yaşayış evinin qiymətləndirilməsi barədə məhkəmə koll egiyasının 10 iyul 2019-cu il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin olunmuşdur. İşdə olan “xxxx” MMC-nin 10 oktyabr 2019-cu il tarixli rəyinə əsasən ünvan 3 ünvanında, Cavabdeh2 xüsusi mülkiyyətində olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, 0269927No-li çıxarışa əsasən ümumi sahəsi 317,1 kv.m. təşkil edən 5 mərtəbəli obyektin bu günə avqust 2019-cu il tarixə bazar qiyməti 1.380.000,0 manat civarında olduğu müəyyən edilmişdir. Bundan sonra cavabdeh tərəf vəsatət verərək, təkrar qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etmiş, vəsatətə “xxxx” MMC-nin 03.12.2019-cu il tarixli, ƏEM/D-01-981/2019 saylı rəyini əlavə etmişdir. Həmin rəyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (faktiki qeyri-yaşayış sahəsi) 03 dekabr 2019-cu il tarixinə bazar dəyəri 1.934.310 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdeh tərəfin vəsatəti əsasında apellyasiya instansiyası məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəməqiymətləndirmə ekspertizası təyin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin rəyi daha ətraflı və dolğun olmaqla, qiymətləndirmə ilə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakların mövcud faktiki vəziyyətinə uyğun likvid dəyəri (internet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 1.930.000 manat müəyyən edilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən lazım olan maddi hüquq normalarını tətbiq etməməklə səhv nəticəyə gəlindiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-328/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1717/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1717/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver