Məhkəmə qərarları › İş №2(102)-1718/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1718/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1718/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9186/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Res publikası Nəqliyyat X1 surətindən görünür ki, “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. Xətai RPİ-nin 27.10.2020-ci il tarixli qərarından görünür ki, toplanmış HK-1/573 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, YNH-ni törətmiş “Ford Fusion” markalı, ** ZC *** d.q.n avtomobilin sürücüsü vətəndaş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın sürəti Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 3629053 nömrəli 14.11.2020-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, 14.10.2020-ci il tarixdə “Ford Fusion” markalı ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yo l nəqliyyat hadisəsi edərək “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan xətanı törətmişdir. "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, 14.10.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə zərərçəkmiş şəxsə 3717 manat məbləğində sığorta ödənişi edilmişdir. ƏN-İV № 579356 nömrəli etibarnamənin surətindən görünür ki, “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı tərəfindən idarə etmək üçün X3 etibarnamə verilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 25.12. 2020-ci il tarixli 62/2 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləsindən görünür ki, İddiaçı vurulmuş maddi ziyan tələbi ilə bağlı ərizəyə görə 100 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür. Mədaxil qəbzindən görünür ki, “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə görə 150 manat X5 ödənilmişdir. 18.11.2020-ci il tarixli müstəqil ekspert X4 “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin qiymətləndirilməsi barədə rəyindən görünür ki, “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 13720 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1881 nömrəli 29.04.2021-ci i l tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə müstəqil ekspert X4 18.11.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11492 manat müəyyən edilir. 05.06.2021-ci il tarixli DİN BDYPİ “Siqnal” İLİİ-nin birdəfəlik dayanacaq haqqı qəbzindən görünür ki, “Nissan X-Trail” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanacaqda saxlanma xərci 234 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı – ona məxsus ** OZ *** qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobilə vurduğu maddi ziyana görə 10003 manatın, avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini aparan şəxsə ödənilmiş 150 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 manatın, cəmi 10083 manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh onun mülkiyyətində olan ** OZ *** qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobilə vurduğu maddi ziyana görə 7775 manatın, avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirən müstəqil ekspertə ödənilmiş 150 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın, həmin avtomobilin DİN BDYPİ “Siqnal” İLİİ-nin dayanacağında saxlanmasına görə ödənilmiş 234 manatın və hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 100 manatın, c əmi 8289 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ** OZ *** qeydiyyat nişanlı “Nissan X-Trail” markalı, 2013-cü buraxılış ili olan avtomobil iddiaçının mülkiyyətindədir və həmin avtomobili idarə etmək üçün iddiaçı oğlu, X3 22.09.2015-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda 10 il müddətinə etibarnamə vermişdir. 14.10.2020-ci il tarixdə Elvin həmin avtomobili idarə edərkən, Bakı şəhəri, Xətai rayonu, Zığ dairəsindən Nobel prospekti ilə şəhər istiqamətində hərəkətdə olarkən işıqforda qırmızı işıq olduğundan dayanıb, işıqforun yaşıl işığının yanmasını gözləyərkən, arxadan gələn “Ford Fusion" markalı, ** ZG *** qeydiyyatlı minik avtomobil onun avtomobilinə çırpılmış, nəticədə Elvinin idarə etdiyi avtomo bil qarşısında dayanan “Mercedes 190” markalı, ** TR *** dövlət qeydiyyatlı nişanlı avtomobilə, həmin avtomobil də qarşısında dayanmış ** RU *** dövlət qeydiyyatlı nişanlı “Renault Megane” markalı avtomobilə, həmin avtomobil də qarşısında dayanmış ** VP *** dövlət qeydiyyatlı nişanlı “Wolsvagen Passat” markalı avtomobilə dəymiş, baş vermiş hadisədən bir müddət sonra DYP əməkdaşları hadisə yerinə gəlmiş və bəlli olmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə “Ford Fusion" markalı ** ZG *** qeydiyyatlı minik avtomobili idarə edən Cavabdeh təqsirlidir. Qəza baş verən zaman cavabdehin idarə etdiyi avtomobildə olan qızı, X2 xəsarət almışdır, lakin onun aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül yaralanmaya səbəb olduğundan, yol nəqliyyat hadisəs ini törətmiş “Ford Fusion" markalı, ** ZG *** qeydiyyatlı minik avtomobilinin sürücüsü Cavabdeh barəsində toplanmış HK-1/573 nəticəsində iddiaçının mülkiyyətində olan ** OZ *** qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı, 2013-cü buraxılış ili avtomobilin bərpasına cəmi 13720 manat zərər dəymişdir. İddiaçının avtomobilinin "xxxx" DSKŞ-də icbari sığortası olduğundan, baş vermiş hadisəyə görə, sığortaçı tərəfindən 3717 manat sığorta haqqı ödənilmişdir. Yəni, iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş 13720 manat zərərdən, 3717 manat sığorta haqqı ödənilmiş, yerdə qalan 10003 manat zərəri cavabdeh iddiaçıya tam həcmdə ödəməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-1721/2021) iddia təmin edilərək, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 7775 (yeddi min yeddi yüz yetmiş beş) manat, müstəqil ekspertə ödənilmiş 150 (yüz əlli) manat, avtomobilin dayanacaqda saxlanmasına görə ödənilmiş 234 (iki yüz otuz dörd) manat, hüquqi yardımdan istifadə edilməsinə görə ödənilmiş 100 (bir yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 8289 (səkkiz min iki yüz səksən doqquz) manat tutularaq, İddiaçı ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçının avtomobilinə birbaşa ziyan vurulması iş materialları ilə təsdiq olunduğundan, iddiaçının avtomobilinə dəymiş ziyanın ödənilməsi ni tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 7775 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin iddianın “avtomobilin qiymətləndirilməsi üçün müstəqil ekspertə ödənilmiş 150 manat məbləğində xərcin, avtomobilin dayanacaqda saxlanmasına görə ödənilmiş 234 manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardımın göstəriləməsi üçün ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəymiş, zərərin məbləğinin müəyyən edilməsi və ödənilməyən zərərin əvəzinin cavabdehdən ödənilməsinin təmin edilməsi üçün iddiaçının hüquqi yardımdan istifadə etməsi və avtomobilin dayanacaqda saxlanması nəticəsində ona qeyd edilən zərər də dəymişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-9186/2021) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1721/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan və oğlu Elvin Aşirovun idarə etdiyi “Nissan X-Trail” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin cinayət işi başlanmasının rədd edilməsi haqqında 27.10.2020-ci il tarixli qərarı, Nəsimi RPİ-nin DYPŞ-nin İXP ******* nömrəli, 14.11.2020-ci il tarixli İnzibati xəta haqqında protokolu, ekspert rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində mütəxəssis rəyində “Nissan X-Trail” minik mar kalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarının çox hesablanmasını göstərsə də, zərərin mütəxəssis rəyində göstəriləndən daha az olmasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Bundan başqa Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli 2(103)-9186/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillər ilə eyni məzmunlu olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdə n apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü madd əsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şə xsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yaz ılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda gö stərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9186/2021 nömrəli iş üzrə 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar