Məhkəmə qərarları › İş №2(102)-1719/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1719/2019

11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1719/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması ü çün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon məhkəməsinə müraciət etmişdir. Göyçay rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Quliyev, iş 2(046)-158/2018) iddia qismən təmin edilərək, 3252 ABŞ dolları 50 sent əsas borc və 1069 ABŞ dolları 28 sent faiz borcu olmaqla cəmi 4321 ABŞ dolları 78 sent məbləğində pul vəsaitinin ödəniş gününə olan məzənnə üzrə Azərbaycan Respublikasının pul vahidi manatla Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə 20 manat dövlət rüsumunun 2 manatının İddiaçı ASC-yə, 18 manatının Cavabdeh aid edilməsi, 10 manat ödənilmiş dövlət rüsumu əvəzinin Cavabdeh tutularaq dövlət b üdcəsinə ödənilməsi, habelə 50 manat məbləğində ekspertiza tədqiqatı dəyərinin 5 manatının İddiaçı ASC-yə, 45 manatının Cavabdeh aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi), R.Əliyev və İ.Şükürov, iş № 2(107)-2264/2018) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin lə ğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilə r. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC Cavabdeh 48 ay müddətinə illik 28 % kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 3631 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh isə həmin kredit borcunu müəyyən olunmuş müddətdə faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (16 fevral 2015-ci il tarixli kredit müqaviləsi). Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 3252 ABŞ dolları 50 sent əsas və 1268 ABŞ dolları 60 sent faiz borcu olmaqla cəmi 4521 ABŞ dolları 10 sent yaranmışdır (16.05.2017-ci il tarixli maliyyə arayışı). Məhkəmə Ekspertiza Mərkəzinin 3 12.04.2018-ci il tarixli 30623 nömrəli rəyinə əsasən Cavabdeh 16 may 2017-ci il tarixinə banka olan borcu - əsas borc 3374 ABŞ dolları 58 s ent, faiz borcu 1069 ABŞ dolları 28 sent olmaqla, cəmi 4443 ABŞ dolları 86 sent təşkil edir. Bank cavabdehə öhdəliyin icrası ilə bağlı pretenziya məktubları göndərmişdir (12.01.2016-cı il tarixli və 02.03.2017-ci il tarixli xəbərdarlıq məktubları). Hazırkı ərizə ilə bağlı bank tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir (15.05.2017-ci il tarixli ödəniş tapşırığı). Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 442, 445.2.1, 448.2, 739.1, 739.2-ci maddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 senty abr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar