Məhkəmə qərarları › İş №2(102)-1719/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1719/2024

16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1719/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Kateqoriya - açar sözlər: Pul tələbi və sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-706/2024 saylı 24 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X3 özünə məxsus olan **-ZS-*** qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobili Cavabdeh (bundan sonra cavabdeh) 20000 manata satmışdır. 2. **-ZS-*** qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobil **-SC-*** qeydiyyat nömrəsi ilə dəyişdirilmişdir (bundan sonra mübahisəli avtomobil).

3. Mübahisəli avtomobil xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək AVTORENTACAR Məhdud Məsuliyyətli Cəmiyyətinə etibarnamə verilmişdir.

4. Mübahisəli avtomobil xx.xx.2019-cu il tarixdə qeydiyyat şəhadətnaməsinin dəyişməsi əsasında cavabdehin adına qeydiyyata alınmışdır. 5. xx.xx. 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X4, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı (bundan sonra iddiaçı) etibarnamə verilmişdir.

6. Cavabdehə məxsus 29 iyul 2019-ci il qeydiyyat tarixli, mübahisəli avtomobili 9 iyun 2022-ci il tarixdə sərəncam vermək hüququnu (bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq üçün ərizə vermək) da ehtiva edən etibarnamə verməklə onun sahibliyinə və istifadəsinə verib. Eyni vaxtda cavabdeh digər avtomobilini və avtomobil üzərində idarəetmə və sərəncam hüququnu da nəzərdə tutan etibarnamə ilə birlikdə X2 verib. Daha sonra X5 maşını öz adına qeydiyyatdan keçirib. İddiaçıya verilmiş etibarnaməni isə cavabdeh 07 aprel 2023-cü il tarixdə xitam etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Bi rinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 15000 manat məbləğində pul vəsaitinin və məhkəmə xərcləri üçün ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehə məxsus mübahisəli avtomobili X4 15000 manat məbləğində pulu verərək əldə etmişdir. Eyni zamanda iddiaçının qardaşı oğlu da 20000 manat məbləğində pul verərək cavabdehdən avtomobil əldə etmişdir. X6 onların vermiş olduğu pulu yanlarında cavabdehə vermişdir. Qardaşı oğlu avtomobili aldıqdan sonra onu öz adına rəsmiləşdirmişdir. O, isə əldə etmiş olduğu xx.xx.20 19-cu il qeydiyyat tarixli mübahisəli avtomobili bir müddət sonra rəsmiləşdirməyi düşünmüşdür. Bundan sonra cavabdeh iddiaçıya həmin avtomobilə dair özündə idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verən etibarnamə vermişdir. Həmin avtomobili bir müddət idarə etdikdən sonra 2022-ci ilin sentyabr ayında Bərdə Rayon Polis İdarəsindən etibarnamənin cavabdeh tərəfindən ləğv edilməsi barədə məlumat verilmişdir. Qeyd olunan halla bağlı şikayət etdikdən sonra cavabdeh iddiaçıya bildirmişdir ki, X6 ona yalnız pulun yarısını vermişdir, qalan məbləği isə verməmişdir. İddiaçı qeyd etmişdir ki, o, 15000 manat məbləğində pulu cavabdehə və X4 vermişdir.

9. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı cavabdehə məxsus mübahisəli avtomobili X4 15000 manat məbləğində pulu verərək əldə etmişdir. O özü isə aldığı avtomobilə görə 20000 manat məbləğində pulu cavabdehə vermişdir. Avtomobilləri cavabdehdən aldıqdan sonra sonuncu onlara notariat qaydada təsdiq edilmiş etibarnamələr vermişdir. Lakin bir müddətdən sonra vermiş olduğu notariat qaydada təsdiq edilmiş etibarnamələri ləğv etdirmişdir.

10. Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 28 iyul 2023-cü il tarixli e-2(005)-1857/2023 saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, tək şahidin ifadəsi əsasında (xüsusilə də qohumluq əlaqəsində olan) iddianın təmin edilməsi düzgün deyildir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırılmışdır ki, id diaçı tərəfindən iddiasını təsdiq edən başqa heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

13. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş “whatsapp” yazışmalarının skrinşotlarını məhkəmə mötəbər mənbə qismində qiymətləndirmir, çünki həmin görüntülərin həqiqi olmaması ehtimalı mövcuddur. Eyni zamanda onlar cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hal olaraq qiymətləndirir.

14. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin qanuni əsası olaraq öhdəliyin pozulması deyil, əsassız varlanma və ya maddi ziyanın vurulması olsaydı belə, iddiaçı tərəfindən 15000 manat pul məbləğinin cavabdehə təhvil verilməsi barədə konkret və mötəbər sübutlar təqdim edilmədiyinə görə iddia tələbi təmin edilə bilməz.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Az ərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 389.1, 390.1, 417.3, 442, 448.1, 739.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunnmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətini işin faktiki hallarına və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəf avtomobilin alqı-satqı müqaviləsini bağlayarkən müqavilənin yazılı qaydada X1 həyata keçirilməsi ilə bağlı qaydaya riayət edilməməsini qəbul etmişdir. Buna səbəb İddiaçı avtomobili müəyyən müddət istifadə etdikdən sonra onun üçün yararlı olub-olmamasını dəqiqləşdirmək, əgər avtomobili yararlı hesab etməsə, onu satıb başqa avtomobil almaq niyyəti olmuşdur. Ona görə hesab etmişdir ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin formasına riayət edilməməsi qərarına gəlmişdirsə, onda MM-in 1091-ci maddəsinə (əsassız varlanma) əsasən iddia tələbini təmin etməli idi. Çünki cavabdeh iddiaçıya satdığı maşını geri almaqla yanaşı, ona ödənilmiş 15.000 manatı da özündə saxlamaqla hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-706/2024 nömrəli 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin tə min edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı istər öz iddia ərizəsində, istər birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında, istərsə də apellyasiya baxışında iddia tələbini təşkil edən 15.000 manat məbləğində vəsaitin birbaşa olaraq hazırkı iş üzrə cavabdehə deyil, üçüncü bir şəxsə - Xalid Əliyevə verdiyini bildirmiş, həmin pul məbləğinin sonuncunun vasitəsi ilə cavabdehə ötürüldüyünü qeyd etmişdir. İddiaçı ilə hansısa şəxs arasında, həqiqətən, avtomobil alqı-satqısı və bundan doğan münasibətlər baş vermişdirsə (halbuki bu fakt hansısa sübutla təsdiq olunmamışdır), bu şəxs ilk növbədə cavabdeh deyil, tamamilə başqa bir şəxs olmuşdur və iddia tələbi h əmin şəxsə qarşı yönəlməmişdir. İddiaçı pul qarşılığında aldığı avtomobilin mülkiyyətçisinin hazırkı iş üzrə cavabdeh olduğunu bildirərək bu əsasla iddia tələbi ilə bağlı subyektiv cavabdehin sonuncu olmasını qeyd etsə də, bu halda alqı-satqı müqaviləsi üzrə ödənilməli olan pul məbləğinin nəyə görə qanuni sahibi kimi cavabdehə deyil, üçüncü bir şəxsə ödənilməsi barədə məsələyə aydınlıq gətirməmiş, bununla bağlı məhkəməyə hansısa sübut təqdim etməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsi, qarşılığında ondan avtomobilin idarə olunması, o cümlədən onunla bağlı sərəncam vermə hüququnun təsbit olunduğu etibarnamə aldığını, lakin cavabdehin sonradan bu hüquqa xitam verərək əsassız varlandığı ilə bağlı hesab etmişdir ki, hansısa pul qarşılığında cavabdeh xx.xx.2019-cu il qeydiyyat tarixli, mübahisəli avtomobilini etibarnamə ilə iddiaçıya verməsi ehtimalını istisna etmir. Lakin tərəflərin arasındakı razılaşma məbləğinin məhz 15.000 manat olması, bundan əlavə və ən əsası məhz həmin miqdarda pul məbləğinin cavabdehə verilməsi barədə hər hansı maddi sübut təqdim etməmişdir.

21. Məhkəmə onuda qeyd etmişdir ki, cavabdeh tərəfindən 3 avtomobilə görə ümumilikdə 65.000 manat məbləğində pul alındığı (hərçənd ki, cavabdeh də həmin pul məbləğinin iddiaçıdan deyil, Xalid Əliyev adlı şəxsdən aldığını bildirmişdir və bu da münasibətlərin birbaşa iddiaçı və cavabdeh arasında baş tutmadığını bir daha təsdiq edir) bildirilsə də, məhz hazırkı iddia tələbini təşkil edən mübahisəli avtomobilə görə dəqiq olaraq hansı məbləğdə pul vəsaitini alması barədə hər hansı məlumat tə qdim etməmişdir. Əgər iddianın əsasını cavabdehin əsassız varlanması halı təşkil edirsə, bu halda iddiaçı həmin əsassız varlanmanın miqdarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməli idi.

22. Kollegiyası hesab etmişdir ki, cavabdeh yenə Xalid Əliyev adlı şəxs tərəfindən ona həmin avtomobillərə görə 80.000 manat ödənilməli olduğu halda 65.000 manat ödənildiyini bildirmiş, 15.000 manat məbləğində borcun isə qaytarılmadığını bildirmişdir. Əgər məhkəmə heç bir maddi sübut olmadan hüquqi nəticəyə gələ bilərsə, bu halda cavabdeh tərəfindən qeyd edilən, ödənilməyən 15.000 manat məbləğində vəsaitin də məhz iddiaçının ödədiyini iddia etdiyi məbləğlə eyniləşdirə bilər və iddiaçının tələbini məhz bu əsasla rədd edə bilərdi. Göründüyü kimi bu halda da heç bir maddi sübuta söykənməyən və h üquqi əsası olmayan mövqe sərgilənmiş olacaqdır..

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 329.1, 329.2, 385.1, 386.1, 389.1, 442, 567, 1091.1-cı, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. İddiaçı tərəfindən kassasiya şikayətini işin faktiki hallarına, iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

30. Maddə 329.

2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

31. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mal larda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 44. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayəti iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyi üçün həmin məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

50. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı pul qarşılığında aldığı avtomobilin mülkiyyətçisinin hazırkı iş üzrə cavabdeh olduğunu bildirərək bu əsasla iddia tələbi ilə bağlı subyektiv cavabdehin sonuncu olmasını qeyd etsə də, bu halda alqısatqı müqaviləsi üzrə ödənilməli olan pul məbləğinin nəyə görə qanuni sahibi kimi cavabdehə deyil, üçüncü bir şəxsə ödənilməsi barədə məsələyə aydınlıq gətirməmiş, bununla bağlı məhkəməyə hansısa sübut təqdim etməmişdir

51. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2 -ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasını n tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

55. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əh əmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-706/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar