Məhkəmə qərarları › İş №2(102)-172/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-172/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-172/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-172/2022 Açar sözlər: (kredit borcu tələbi) Bakı şəhəri 25 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(106)-65/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İKB ASC-nin 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 3-G-1-0-33514 saylı, 29 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədilə illik 25 % dərəcəsi tətbiq edilməklə, 60 ay müddətinə 36000 AZN məbləğində kredit verilmişdir.

2. İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 3-G-1-0-335-14 saylı, 29 may 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 bank qarşısında “zamin” durmuşd ur.

3. İddiaçı İKB ASC ilə ilə Cavabdeh3 arasında bağlanmış 3-G-1-0-335-14 saylı, 29 may 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, 50 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9879.97 (doqquz min səkkiz yüz yetmiş doqquz, doxsan yeddi) AZN məbləğində əsas kredit borcunun, 838.43 (səkkiz yüz otuz səkkiz, qırx üç) AZN məbləğində faiz borcunun, 844.59 (səkkiz yüz qırx dörd, əlli doqquz) AZN məbləğində cərimə borcunun, müqavilə müddəti bitdikdən sonra hesablanmış 273.05 (iki yüz yetmiş üç, sıfır beş) AZN məbləğində faiz borcunun, ümumilikdə 11836.04 (on bir min səkkiz yüz otuz altı, sıfır dörd) AZN məbləğində kredit borcunun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) AZN məbləğində dövlət rüsumunun və 20 (iyirmi) AZN məbləğində xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov kü çəsi, ev 13, 50 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcunun ödənilməsi, satışdan əldə ediləcək pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin cavabdehdən tutulması, mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh3 həmin yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, eləcə də, İddiaçı X3 ilə Cavabdeh1 arasında bağlanmış 3-G-1-0-335-14 saylı, 29 may 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin şərtlərinə əsa sən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 banka olan kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir.

6. İmişli Rayon Мəhkəməsinin (hakim T.Nüsrətov) 10 iyul 2020-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qis mən təmin edilmiş, "xxxx" X1 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 3-G-1-0-335-14 saylı, 29 may 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9879.97 (doqquz min səkkiz yüz yetmiş doqquz, doxsan yeddi) AZN məbləğində əsas kredit borcu, 838.43 (səkkiz yüz otuz səkkiz, qırx üç) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 10768.40 (on min yeddi yüz altmış səkkiz, qırx) AZN məbləğində kredit borcunun, iddia qaldirılması üçün ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun əvəzinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 AZN məbləğində dövlət rüsumu və 20 AZN məbləğində xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan, banka ipoteka predmeti kimi təqdim edilmiş Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, 50 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış giymətinin 92000 (doxsan iki min) AZN məbləği olmaqla, açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcunun ödənilməsi qət edilmiş, iddianın qalan hissədə əsassız hesab edilərək təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıql ı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Göründüyü kimi ipoteka predmetinə yönəldilmə həyata keçirilməsi məsələsinə məhkəmə hüquqi qiymət verərkən ipoteka predmetinin ilkin satış qiymətini gəldiyi nəticədə göstərməlidir.

8. Tərəflər ipoteka müqaviləsi bağladıqları zaman ipoteka predmeti olan Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, 50 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi barədə razılığa gələrək ipoteka predmetini 92000 (doxsan iki min) AZN məbləği həddində qiymətləndirilməsinə etiraz etməmişlər. Bundan başqa, məhkəmə tədqiqi zamanı da ipoteka predmetinin ilkin satış məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcud olmadığı və əmlakın bazar dəyərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olduğu üçün ipoteka predmetinin hərracda ilkin satış qiyməti 92000 (doxsan iki min) AZN məbləği müəyyən edilməlidir.

9. Məhkəmə iddia tələbinin “844.59 AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab etmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı X3 ASC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 844.59 (səkkiz yüz qırx dörd, əlli doqquz) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər azaldılmalıdır.

10. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra hesablanmış 273.05 (iki yüz yetmiş üç, sıfır beş) AZN məbləğində faiz borcunun ödənilməsi” hissəsində hesab etmişdir ki, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu, yəni borclu tərəfindən qaytarılmayan həmin pul məbləğindən faydalanma faktını və dəymiş zərərin məbləğini sübut edə bilmədiyi üçün (bank uçot dər əcəsi nəzərə alınmaqla, faiz sanksiyası formasında əlavə faiz məbləğinin hesablanması) iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra hesablanmış 273.05 (iki yüz yetmiş üç, sıfır beş) AZN dolları məbləğində faiz borcunun ödənilməsi” rədd edilməlidir.

11. Məhkəmə iddia tələbinin “əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin cavabdehdən tutulması” hissəsində hesab etmişdir ki, Cavabdeh1 bu barədə bank qarşısında öz üzərinə öhdəlik götürmədiyi, eləcə də, əldə olunan pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin cavabdehdən tutulması kimi icra tədbirləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildiyi, bu tədbirlərin tətbiqi yalnız məhkəmə qərarının icrası mərhələsində, eləcə də, buna dair hü quqi əsaslar məhz həmin mərhələdə yarandıqda mümkün olduğu üçün iddia tələbinin həmin hissəsi rədd edilməlidir.

12. Məhkəmə iddia tələbinin “mənzilin açıq hərracda satıldıqdan sonra mülkiyyətçinin yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi, mülkiyyətçinin və mənzildə yaşayan şəxslərin yaşayış sahəsindən çıxarılması, mənzilin boşaldılaraq, banka təhvil verilməsi” hissəsində hesab etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipo teka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

13. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmeti olan mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüqu qi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığı üçün iddia tələbinin “mənzilin açıq hərracda satıldıqdan sonra boşaldılması” hissəsi rədd edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni əsası kimi Mülki Məcəllənin 152, 203, 295, 296, 297, 385, 425, 442, 443, 445, 448, 449, 460, 470, 472, 421, 424, 467, 739, “İpoteka haqqında” Qanunun 34, 59, 1, 39-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin e dilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Şikayətə görə, birinci instansiya məhkəməsi müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış əldən çıxmış faydanı və azaldılmış cərimə borcunun rədd etməkdə haqlı olmamışdır. Məhkəmə Cavabdeh3 yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində iddiaçının iddia tələbini təmin etməməklə əsassız nəticəyə gəlmişdir.

17. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayətin verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh qətnamədə göstərilən borc məbləği və ipoteka predemetinin ilkin satış qiyməti ilə razı olmadığını bildirmişdir.

19. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatına görə ipoteka predmeti olan, ünvan 1 ünvanında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 5 otaqlı, 50 nömrəli mənzilin 28 oktyabr 2021-ci il tarixə olan vizual orta bazar qiyməti 90.000 manat və orta likvid dəyəri 80000 manat təşkil edir.

20. İş üzrə məhkə mə-mühasibatlıq ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 9/4681 nömrəli rəyinə görə iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi və s.) 29 may 2019-cu il tarixli, 3-G-1-0-335-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu 29 may 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixdən) əsas borc üzrə 9.259,48 manat, faiz borcu üzrə 465,19 manat, 24 yanvar 2020-ci il tarixə əsas borc üzrə 9.259,48 manat, faiz borcu üzrə 767,41 manat təşkil edir.

21. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2021ci il tarixdə 1.000,00 amant məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2020-ci il tarixə göstərildiyində n 1.000,00 manat məbləğində ödəniş nəzərə alınmamışdır.

22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və N.F.Mirzəyev) 2(106)-65/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(036)-894/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, İddiaçı X1 3 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 3-G-1-0-335-14 saylı, 29 may 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9879.97 AZN məbləğində əsas kredit borcu, 465.19 məbləğində faiz borcu, 50 AZN məbləğində cərimə borcu, müqavilə müddətindən sonrakı müddətə illik 5 faizlə hesablanan 273.05 manat faiz borcu olmaqla, ümumilikdə 10668.21 AZN (on min altı yüz altmış səkkiz manat, 21 qəpik) məbləğində kredit borcu, iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) AZN, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 10 (on) AZN məbləğində pul tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, 50 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 92000 (doxsan iki min) AZN müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına cavabdehin banka olan kredit borcunun ödənilməsi, mənzil açıq hərracda satıldıqdan sonra 1 ay müddətində Cavabdeh3 həmin yaşayış sahəsindən çıxarılması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəf apellyasiya şikayətində iddianın tam təmin edilməsini, borcun cavabdehlərdən tam tutulmasının təmin edilməsini, ipoteka predmetinə tutma yönəldildikdən sonra mənzilin boşaldılmasını, cavabdeh tərəf məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini, ipoteka predmetini qiymətinin müəyyən edilməsini xahiş etmişdir.

24. İş üzrə ipoteka predmetinin ilkin satış q iymətinin müəyyən edilməsi və borcun müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin və məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri alınmışdır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert rəyi sübut mənbəyi kimi qəbul edilməli, iddiaçının tələb etdiyi əsas borcla yanaşı, müqavilə müddətinin bitdiyi tarixə olan faiz borcu, eləcə də müqavilə müddətindən sonrakı vaxt üzrə gecikmə illik 5 faizlə hesablanmaqla faiz borcu tutulmalıdır.

26. Borclu tərəfindən xx.xx.2021-ci il tarixdə 1.000,00 manat məbləğində ödəniş edilməsi, qətnamədən sonra həyata keçirildiyindən icra zamanı nəzərə alına bilər.

27. İlkin satış qiyməti kimi isə likvid qiymət əsas götürülməlidir. Lakin ipoteka predmetinin ilkin satış qiyməti Bank tərəfindən mübahisələndirilməmişdir. İpoteka predmetinin ilkin satış qiymət ini artırılmasını cavabdeh mübahisələndirmişdir, İpoteka predmetinin ilkin satış qiymətinə dair hissədə cavabdeh onun artırılmasını xahiş etmişdir.

28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 739, 445, 443, 385, 449, 470, 472, “İpoteka haqqında” Qanunun 33, 59, 39-cu maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh2 (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti dəlilləri on dan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi heç bir hüquqi əsası olmayan ekspert rəyinə əsaslanaraq işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İş üzrə verilmiş rəydə ipoteka predmetinin dəyəri real dəyərindən olduqca az göstərilsə də, məhkəmə bu hala qiymət verməyərək ipoteka predmetinin dəyərini rəydə qeyd edilən məbləğdə göstərmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məh dudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir.

33. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

38. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etsə də, kassasiya şikayətinin dəlili yalnız ipoteka predmetinin satış qiymətinə aid olduğundan qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti üzrə mübahisələndirilən ipotekanın satış qiyməti hissəsi üzrə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə bu hissədə ləğv edilməlidir.

45. İşdən görünür ki, iş üzrə ipoteka müqaviləsində əmlakın qiyməti 92.000 manat müəyyən ed ilmiş, birinci instansiya məhkəməsində cavabdehlər iştirak etməmiş və məhkəmə müqavilədəki qiymətin mübahisələndirilmədiyinə istinad edərək müqavilədəki qiyməti ipotekanın satış qiyməti kimi müəyyən etmişdir.

46. Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan apellyasiya məhkəməsi iş üzrə əmlakın qiymətləndirilməsi rəyi almışdır.

47. İşdən görünür ki, ipoteka predmeti olan, ünvan 1 ünvanında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 5 otaqlı, ümumi sahəsi 111,81 kv.m olan 50 nömrəli mənzilə "xxxx" MMC tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatına görə mənzilin daxilinə baxış keçirilmədən (fotoşəkillər küçədən çəkilib) vizual orta bazar qiyməti 90.000 manat və orta likvid dəyəri 80000 manat qiymət qoyulmuşdur. Ekspert rəyində yalnız əml akın texniki göstəricilərini göstərməklə kifayətlənmiş, onun təmiri, şəraiti nzərə alınmaqla, analoji ərazidə oxşar evlərin qiyməti barəsində hər hansı araşdırma aparılmadan və gəlinən nəticə əsaslandırmadan rəy verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsində əmlakın dəyəri 92.000 manat müəyyən edimiş, keçən 7-8 il müddət ərzində daşınmaz əmlak bazarında qiymətlər artan templə dəyişmişdir.

48. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən h alları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.

49. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi“, “müstəsna“ sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.

50. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 n oyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

52. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

53. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndiril məsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ipotekanın satış qiymətinin müəyyən edilməsi hissəsində gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

55. Ona görə də qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İş üzrə yeni qərar çıxarılmasına əsas olmadığından kassasiya şikayəti qismən təmin edilməlidir.

56. İşə yenidən baxılan zaman qeyd olunan nöqsanları aradan qaldırılmaqla mübahisəni obyektiv həll etmək üçün ipoteka predmetinin yenidən, ipoteka predmetinə baxış keçirilməsini təşkil etməklə təkrar qiymətləndirilməsinin həyata keçirilməsinin zəruriliyi müzakirə edilməlidir.

57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Məmədov Əziz Xuduş oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-65/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. İşə həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar