Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-172/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X3, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zaminlik, ipoteka, əşya hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1230/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya bank) ilə bağladığı 07 sentyabr 2012-ci il tarixli 08L000005313 saylı kredit xətti müqaviləsinə əsasən, 120 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 3. 10 sentyabr 2012-ci il tarixli, 08M000000906 saylı ipoteka müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m² yaşayış, 54.6 m² yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m² tikintialtı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m2 tikintialtı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m² tikintialtı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bankın bağladığı 10 sentyabr 2012-ci il tarixli, 08M000000903 saylı sonrakı ipoteka müqaviləsi əsasında Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət q eyri-yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bankın bağladığı 28 sentyabr 2012-ci il tarixli 08R000010914 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
6. Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilm əsi qeydiyyata alınmışdır.
7. Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət qeyriyaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
8. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh2 ilə Bankın bağladığı 10 sentyabr 2012-ci il tarixli, 08M000000905 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 2 saylı evin 63 m² ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 9. 28 sentyabr 2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh6 07 sentyabr 2012-ci il tarixli kredit xətt müqaviləsi (iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış kredit xətt müqaviləsi) və onun ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin təmin edilməsi məqsədi ilə bağlanmışdır. Öhdəliyin həddi kredit xətti üzrə 600.000 ABŞ dolları və 120 ay. 10. 17 aprel 2015-ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017ci il tarixli 08R000010914SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 08R000010914 saylı kredit razılaşması üzrə 41351.38 ABŞ dolları kredit borcu, 29947.87 ABŞ dolları faiz borcu və 47397.96 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 116697.21 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının tutulması; - tələbin Astara rayonu, Ərçivan kəndində Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 paylı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi; - tələbin "xxxx" MMC-nin mülkiyyətində olan Astara şəhəri, Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi; - tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m² ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə yönəldilməsi; - həmin əmlakların açıq hərracdan satılması və 116697 ABŞ dolları 21 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; - hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin " xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada tutulması; - Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 299.5 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 2 saylı evin 63 m² ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə tutma yönəldildikdən və satıldıqdan 01 (bir) ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, 07 sentyabr 2012-ci il tarixli müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Lakin "xxxx" MMC kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 oktyabr 2017-ci il tarixdən banka qaytarmamışdır. "xxxx" MMC götü rdüyü kredit borcundan 158.648.62 ABŞ dolları ödəmiş, onun 41351.38 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Nəticədə 27 dekabr 2018-ci il tarixə 448 gün üçün hesablanmış faiz borcu 29947.87 ABŞ dolları, 27 dekabr 2018-ci il tarixə 448 gün üçün hesablanmış cərimə 47397.96 ABŞ dolları təşkil etmişdir. Həmçinin kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İpoteka saxlayan iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir.
13. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, bankdan götürdükləri kreditlərin əsas hissəsini qaytarmış, sonradan maliyyə vəziyyətləri zəiflədiyi üçün bank qarşısında borcları yaranmışdır. Bankın tələb etdiyi faiz borcları həddindən artıq dərəcədə çoxdur. Eyni zamanda, bank onlardan həddən artıq cərimə pulu tələb edir. İpoteka predmeti olan əmlakların hazırda bazar qiymətləri əvvəlki illərdən artıqdır. Ona görə də məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş edir.
14. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/1557 saylı rəyinə əsasən, xx.xx.2012-ci il tarixli 08R000010914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 yanvar 2019-cu il tarixinə iddiaçıya olan borcu - 63.367,95 ABŞ dolları əsas borc, 8.504,41 ABŞ dolları faiz borcu müəyyən olunmuşdur.
15. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası üzrə Azərbaycan Respublikası “X5” tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli, 440 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Ərçivan kəndində olan 0.06 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 274.0 kv.m., yaşayış sahəsi 219.4 kv.m., yardımçı sahəsi 54.6 kv.m., tərkib hissəsi olan 22.3 kv.m. qaraj, 19.7 kv.m. hamam, 2.1 kv.m. ayaqyolu, darvaza, hasardan ibarət 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 62.687,00 manat müəyyən edilir. Qeyd olaraq göstərilmişdir: Astara rayonu, Ərçivan kəndində və ona yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərin in daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 106.250.00 manat müəyyən edilir. Astara şəhəri, Azərbaycan küçəsində və ona yaxın ərazilərdə yerləşən qeyri-yaşayış binalarının daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 111.010.00 manat müəyyən edilir. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində və ona yaxın ərazilərdə yerləşən m ənzillərin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir.
16. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli, 10/7304 saylı rəyinə əsasən RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6 məxsus Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti təqribən 85.500,0 manat və RX seriyalı, ******* nömrəli hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Astara şəhəri, Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 m² ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiyməti 112500,0 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və Cavabdeh2 məxsus ünvan 1,9 saylı mənzilin ilkin satış qiymətinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.
17. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 sentyabr 2022-ci il tarixli, 01/22- 425 nömrəli, 05 sentyabr 2022-ci il tarixl i, 01/22-430 nömrəli, 05 sentyabr 2022-ci il tarixli, 01/22-424 nömrəli ekspert rəylərinə əsasən, Astara rayonun, Ərçivan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 274.0 kv.m., yaşayış sahəsi 219.4 kv.m., yardımçı sahəsi 54.6 kv.m, tərkib hissəsi olan 22.3 kv.m. qaraj, 19.7 kv.m. hamam, 2.1 kv.m. ayaqyolu, darvaza, hasardan ibarət 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 68.000 manat, Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 93.500 manat, ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 119.000 manat müəyyən edilir.
18. Astara Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(018)09 /2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Zamin İbrahimov) ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 41351,38 ABŞ dolları, faiz borcu üzrə 8,504,41 ABŞ dolları və cərimə borcu olaraq 1000 ABŞ dolları, ümumilikdə 50.855,79 ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan manatına məzənnə ilə), ödənilmiş 30 manat dövlət rüsumunun 60 manat xidmət haqqına görə pulun alınıb iddiaçıya verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət f ərdi yaşayış evi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68.000 manat müəyyən edilməsi, Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetini n satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid qiymət) 93.500 manat müəyyən edilməsi, ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiymətinin (likvid qiymət) 119.000 manat müəyyən edilməsi, iddianın qalan hissələrdə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə faiz borcunu qismən təmin edərkən müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcələri ilə müqavilə müddətinin sonuna qədər hesablanmış faizləri əsas götürmüş, müqavilə müddəti bitdikdən sonra iddiaçının tələb etdiyi gecikdirilmiş faizləri rədd etməyi qanuni və əsaslı saymışdır.
20. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan 47397,96 ABŞ dolları cərimə pulunu azaldaraq 1000 ABŞ dollar həcmində müəyyən etmişdir.
21. Həmçinin məhkəmə əsas borcu ekspert rəyində göstərilən kimi deyil, iddia tələbində qeyd olunan həddə təmin edərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəməyə müraciət edilməmişdir.
22. Məhkəmə tələbin yönəldildiyi ipoteka predmeti olan hər üç əmlakın dəyəri ilə təmin olunan və cavabdehlərdən alı nmalı olan pul məbləği arasında olan fərqlə bağlı qeyd etmişdir ki, həmin əmlaklara qoyulmuş likvid qiymətlər qətnamə qanuni qüvvəsini aldıqdan və icra yönəldikdən sonra dəyişilə bilər. Belə ki, gələcəkdə əmlaklar açıq hərracdan satıldıqda, satış vaxtı əmlakların dəyəri azala bilər və belə olan halda, əgər əmlaklardan hər hansı birinə tutma yönəldilməyibsə, onda bu qətnamənin tam olaraq icrasına maneçilik yaratmış olar. Digər tərədən, hər üç əmlakın mülkiyyətçiləri olan cavabdehlər ayrı-ayrı şəxslərdir və tələbin əmlaklardan birinə yönəldilməsi, digər əmlakla bağlı isə iddianın təmin olunmaması ziddiyyətli olardı.
23. Məhkəmə iddianın ipoteka predmetinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə cavabdehlərdən ümumi qaydada tutulması ilə bağlı hissəni təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icraya yönəldilməklə, müvafiq icra hərəkətləri aparılmalı və qətnamənin cavabdeh tərəfindən ümumi qaydada icra edilməsi də icra mərhələsində həyata keçirilməlidir.
24. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin boşaldılması kimi öhdəliyin əmələ gəlməsi ipoteka predmetinə tutmanın yönəldiləməsi və onun satılması ilə şərtləndirilmişdir. Hazırkı vəziyyətdə isə tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılsa da, həmin predmeti təşkil edən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsində olan 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binası və ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzil satılmamışdır. Bu isə o deməkdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin boşaldılması yalnız həmin ev açıq hərracdan satıldıqdan sonra tərəflər 1 ay ərzində onu tərk etmədikdə mümkün ola bilər.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka qoyan şəxs ipoteka predmeti satılanadək istənilən vaxt kredit öhdəliyini icra edib, ipotekaya xitam vermək hüququna malikdir və bu hüququnun məhdudlaşdırılması barədə hər hansı razılaşma etibarsızdır.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317.1, 319.1, 319.6, 385.1, 4 42, 448.1, 460.1, 462.1, 467, 472.1, 475.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasınım Qanununun 33, 34, 36, 37, 39.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər mü lkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin əmlaklara tutma yönəldiyi təqdirdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Belə ki, müvafiq qanunvericilik normalarının tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır.
29. Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcunun tutulması və ipoteka predmetləri olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m. ümumi, 219,4 kv.m. yaşayış, 54 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 68.000 manat və Astara şəhəri Azərbaycan küçəsind ə yerləşən 299,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının isə ilkin satış qiymətinin 93.500 manat müəyyən edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Cavabdeh6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanın onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına yönəldilməsi hissələrində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir.
31. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanı n onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına və ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 9 nömrəli mənzilə yönəldilməsi hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir.
32. Cavabdeh9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və mütəxəssis xərclərinin ondan tutulması hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi n əticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Belə ki, onunla bank arasında hər hansı kredit və zaminlik müqaviləsi bağlanmamış və bunlarla bağlı bank qarşısında hər hansı öhdəlik götürməmişdir.
33. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 12 yanvar 2023-cü il tarixli, 2(106)-196/2023 nömrəli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Tofiq Heydərov) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmeti olan əmlaklara yön əldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması və əmlakların hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m. ümumi, 219.4 kv.m. yaşayış, 54.6 kv.m. yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4n, Cavabdeh6, Cavabdeh8, X7 və Cavabdeh7 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299,5 (kv.m.) ümumi sahədən ibarət qeyri- yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi 2 saylı evin 63 kv.m. sahəsindən ibarət 3 otaqlı 9 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh9 kredit müqaviləsi üzrə borcun, ekspertiza və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
34. Məhkəmə kollegiyası gədiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi hissəsində iddi açıya və Cavabdeh9 münasibətdə qətnamə qəbul edərkən həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, maddi hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin dəlillərini əsaslı sayaraq hesab etmişdir ki, iş materiallarında olan sənədlərdən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə dair öhdəlik götürdükləri görünür. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv olunması üçün əsasdır. İddiaçının həmin tələbi qanundan və cavabdehlərin notariat qaydasında üzərinə götürmüş olduqları öhdəliklərdən irəli gəlir və t utmanın ipoteka predmeti olan yaşayış evinə və əmlaka yönəldilməsi mərhələsində yeni mülkiyyətçi bəlli olmadan tələbin bu hissədə əsassız olmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır.
36. Məhkəmə kollegiyası Cavabdeh9 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi borcun, ekspertiza və mütəxəssis xərclərinin həmçinin Cavabdeh7 tutmaqda haqlı olmamışdır. Belə ki, iddiaçı ilə Cavabdeh7 arasında hər hansı kredit və ya zaminlik müqaviləsi bağlanmamış və o, bank qarşısında qeyd edilənlərlə bağlı hər hansı öhdəlik götürməmişdir. Ümumiyyətlə iddia ərizəsinə nəzər saldıqda aydın olur ki, iddia ərizəsi üzrə Cavabdeh7 qarşı belə bir tələb irəli sürülməmişdir. Birinci instansiya məhkəməsi borcun, ekspertiza və mütəxəssis xərclərinin Cavabdeh7 tutmaqla iddia tələbindən kənara çıxmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi digər cavabdehlərin şikayətlərinin dəlilləri ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı borc alan Cavabdeh3 ilə kredit xətti müqaviləsi çərçivəsində kredit razılaşması bağlayarkən, verilən kreditin faizi və qaytarılması müddəti barədə zaminlər Cavabdeh6 və Cavabdeh2 razılığını almışdır. Belə ki, cavabdehlər iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehlərə qarşı həmin müqavilə əsasında irəli sürdüyü öhdəliklərin icrasından ibarət tələbi qanuni və əsaslıdır.
38. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 442, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, MPM-in 14.2, 218.3, 384.0.2, 385-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
39. Cavabdeh6 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən a raşdırılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan kredit razılaşması ilə müəyyən edilən faiz dərəcəsi barədə onun zamin və ipoteka qoyan olaraq razılığı alınmamışdır. 17 aprel 2015-ci il tarixli, 05 noyabr 2015-ci il tarixli, 19 fevral 2016-cı il tarixli və 07 aprel 2017-ci il tarixli sazişlərlə həmin kredit razılaşması və ödəniş planına dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər barədə onun xəbəri olmamış və faiz dərəcəsi barədə razılığı alınmamışdır. Belə ki, bu hal onun zamin olaraq məsuliyyətinin artması kimi qiymətləndirilməli və zaminliyinə xitam verilməli, həmçinin onunla bağlanmış ipoteka müqavilələrinin "xxxx" MMC ilə bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit razılaşmasına və ona dəyişikliklərin edilməsi ilə əlaqədar bağlanmış sazişlərə münasibətdə bağlanmamış hesab edilməlidir. Məhkəmənin heç bir sübut olmadan cavabdehin razılığı olmasına dair əsaslandırma irəli sürməsi onun mövqeyinin əsaslı olmadığını göstərir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2081/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi) İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) Cavabdeh6 kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh6 əsas borc üzrə 41.351, 38 ABŞ dolları, faiz borcu üzrə 8.504.41 ABŞ dolları və cərimə borcu olaraq 1000 ABŞ dolları pulun alınıb iddiaçıya verilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 v ə Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m. ümumi, 219.4 kv.m. yaşayış, 54.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, X4 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68000 manat müəyyən edilməsi” hissələrində ləğv edilmiş, həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
42. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi kredit xətt müqaviləsi, onun əlavəsi olan razılaşma və sazişlər üzrə borcun borclu və zaminlərdən kreditorun xeyrinə tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlıdır. Hazırkı iş üzrə iddianın faktiki əsasını təşkil edən 07 sentyabr 2012-ci il tarixli 08L000005313 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2012-ci il tarixli kredit razılaşmasına əsasən 48 ay müddətinə aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə MMC-yə hissəhissə qaytarmaq şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 17 aprel 2015ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017-ci il tarixli 08R000010914SD saylı sazişlə 28 sentyabr 2012-ci il razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Sazişlər əsasında kredit razılaşma ilə müəyyən olunmuş müddətdə müvafiq olaraq artırılmışdır. xx.xx.2012-ci il tarixdə Cavabdeh6 ilə bağlanmış zaminlik müqaviləsində kredit razılaşmasında nəzərdə tutulmuş şərtlər deyil, məhz kredit xətti müqaviləsində nəzərdə tutulmuş şərtlər (kredit xəttinin ümumi m əbləği və kreditin müddəti) göstərilmişdir. Borcalanla borcverən arasında bağlanmış kredit razılaşması ilə şərtlər müəyyən edilmişdir. 10 sentyabr 2012-ci il tarixli, 08M000000906 saylı ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m² ümumi, 219.4 m² yaşayış, 54.6 m² yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m² tikinti altı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m² tikinti altı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m ² tikinti altı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müvafiq olaraq ipoteka müqaviləsində də kredit razılaşmasında nəzərdə tutulmuş şərtlər deyil, kredit xətt müqaviləsində nəzərdə tutulmuş şərtlər göstərilmişdir. Göründüyü kimi, kassasiyaçının ipoteka qoyan və zamin kimi məsuliyyət götürdüyü müqavilə kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış, həmin müqavilədə isə kreditin illik faiz dərəcəsinə dair şərtlər öz əksini tapmamış, həmin müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği, faiz dərəcələri, məqsədi və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunması şərtləşdirilmişdir. Sonradan isə sazişlərlə müddət müvafiq olaraq uzadılmışdır. Apellyasiya instansiyası məhkəməs i cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlilləri ilə bağlı isə qeyd etmişdir ki, iş üzrə zaminlərin (ayrıca götürüldükdə Cavabdeh6) kredit xətt müqaviləsinin əlavə razılaşmasının bağlanması zamanı razılığı olmuşdur.
43. Kassasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “ xx.xx.2019-cu il tarixli Qərarına istinad etmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il qərardadına əsasən Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il və və 25 iyul 2019-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun həmin Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarından isə görünür ki, sözügedən zaminlik müqaviləsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi xx.xx.2019-cu il tarixdən başlanmışdır.
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh6 şikayəti əsasında yoxlayarkən zaminin xx.xx.2012-ci il tarixli kredit razılaşmasında nəzərdə tutulan illik faiz dərəcəsi ilə bağlı razılığını təsdiqləyən hər hansı sənədin iş mater iallarında mövcud olmamasına, bu halın zamin və ipoteka qoyan olaraq məsuliyyətinin artması kimi qiymətləndirilməsinə və Mülk Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin xitamına əsas olmasına diqqət yetirməmiş, belə razılığın olub-olmamasını araşdırmamış, həmin hissədə iş üzrə gəlinən nəticəni qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
45. Kassasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası olaraq Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 448.1, 470.1, 477.0.4, MPM-in 14.2, 77.1, 88, 416.1, 416.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 43 9.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında təsbit olmuş hüquqi mövqelərə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1230/2023 nömrəli, 2 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlha m Əsədov (sədrlik edən və məruzəçi) Tofiq Heydərov və Müşfiq Həsənov) iddiaçının apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Cavabdeh6 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsi “Cavabdeh6 əsas borc, faiz borcu və cərimə borcunun, eləcə də məhkəmə xərcləri qismində dövlət rüsumunun və xidmət haqqının tutulması, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi- 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m.ümumi, 219.4 kv.m.yaşayış, 54.6 kv.myardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabd eh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, X4 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 68000 manat müəyyən edilməsi” hissələrində ləğv edilmiş və həmin hissələrdə iddia təmin edilməmişdir.
47. Apellyasiya instansiyası mə hkəməsi qeyd etmişdir ki, mübahisələndirilən hissədə məhkəmə baxışının predmetini borcun zamin Cavabdeh6 tutulması və Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi, 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 68.000 (altmış səkkiz min) manat müəyyən edilməsi təşkil edir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, kredit razılaşması ü zrə müəyyən edilən faiz dərəcəsi barədə onun zamin və ipoteka qoyan olaraq razılığı alınmamışdır.
48. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 28 sentyabr 2012-ci il tarixli razılaşmaya edilmiş sonrakı dəyişikliklərə zamin, eyni zamanda ipoteka qoyan Cavabdeh6 razılığı alınmamışdır. 28 sentyabr 2012-ci il tarixli razılaşmaya edilmiş sonrakı dəyişikliklər zamin Cavabdeh6 məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olmuşdur. Ona görə də həmin zaminə münasibətdə zaminlik xitam verilmiş hesab edilməli, onunla bağlanmış ipoteka müqaviləsi isə bağlanmamış hesab edilməlidir. Bu səbəbdən, Cavabdeh6 apellyasiya şikayəti təmin edilməli, həmin hissədə qətnamə ləğv edilməli və Cavabdeh6 qarşı iddia təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh6 apellyasiya şikayətinin təmin edilməsi, mübahisələndirilən hissədə iddiaçının apellyasiya şikayətinin təmin edilməsini aradan qaldırır.
50. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 385.1, 443.1, 472.1, 477, 739.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci i l tarixli Qərarı və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər eyni ailənin üzvləri olmaqla eyn i ünvanda qeydiyyatdadırlar və birlikdə yaşayırlar. Cavabdehlər paylı mülkiyyət üzrə ipoteka qoyan olmaqla həm də zamindirlər. Onlar həm bağlanmış kredit müqaviləsindən, həm də sazişlərdən məlumatlı olmuşlar və məsuliyyətlərinin ağırlaşmasına əsas verən hal mövcud olmamışdır.
53. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına istinad edilməklə qeyd edilib ki, hazırkı işdə kredit razılaşması bağlanarkən zamin və ipoteka qoyan Cavabdeh6 kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə tanış olaraq “ödəniş planı ilə tanış oldum, razıyam” qeydini aparmış və ad soyad və ata adını qeyd edib, ayın tarixini yazıb imzamaqla öz yazılı razılığını bildirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərar ında ifadə etdiyi hüquqi mövqeyinə görə ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
54. Hazırkı iş üzrə kredit razılaşması Cavabdeh6 zamin olduğu kredit xətti müqaviləsi müddətində bağlanılmaqla sonuncunun zaminlik götürdüyü kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, bununla da onun məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmamışdır. 55. 10.09.2012-ci il tarixli 08M000000906 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə bir tərəfdən ipoteka saxlayan Bank, digər tərəfdən isə kred it alan "xxxx" MMC-nin direktoru Cavabdeh3, ipoteka qoyanlar Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8oğlu və Cavabdeh2 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Əmlakın ipoteka ilə yüklü edilməsinə dair DƏDRX tərəfindən verilmiş RX № 0056915, xx.xx.2012-ci il tarixli çıxarışdan müəyyən olunur ki, ipoteka predmeti olan Astara rayonu, Ərçivan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.01 ha hissəsi Cavabdeh6 mülkiyyətindədir..
56. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində iddiaçının apellyasiya şikayətinin təmin edilmədiyi qeyd edilmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini "ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra 1 ay ərzində boşaldılması” hissəsində mübah isələndirmişdir. Bankın apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə 3 ədəd ipoteka predmeti mövcuddur və hər birinin boşaldılması ilə bağlı bankın şikayəti təmin edilmişdir. Digər əmlaklarla bağlı hissələr kassasiya baxışının predmeti olmamışdır. Lakin işə yenidən baxan apellyasiya məhkəməsi əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan sonra boşaldılması hissəsində iddianı təmin etməməklə apellyasiya baxışının hədlərindən kənara çıxmışdır.
57. Məhkəmə tərəflər arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka qoyan Cavabdeh6 üzərinə götürdüyü öhdəliklər, onun kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə tanış olaraq razılığını bildirməsi, beləliklə də verilm iş kreditin məbləği, müddəti, faiz dərəcəsi, valyutası və s. şərtlərlə tanış olmasına düzgün hüquqi qiymət verilməmişdir.
58. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsində baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticələr onda şərh edilməmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında qeyd etdiyi məcburi xarakter daşıyan göstərişlərini düzgün yerinə yetirməmiş, işə şikayət həddində baxmamış, şikayətlə bağlı olmayan və işin mübahisələndirilməyən hissələrini də təkrarən yo xlamış və şikayətin hüdudlarından kənara çıxmışdır.
60. Kassasiya şikayəti əsaslandırılarkən Mülki Məcəllənin 404, 472, MPM-in 88, 217, 420-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
62. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 X2:
63. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağla batan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
64. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
65. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
66. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
67. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
68. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
69. Maddə 307.
4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir.
70. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
71. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
72. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üç ün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
73. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
74. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
75. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun ü çün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
76. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
84. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
85. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh6 zamin kimi borcun tutulması tələbinə aid hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin sözügedən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, 28 sentyabr 2012-ci il tarixli razılaşmaya edilmiş sonrakı dəyişikliklərə zamin Cavabdeh6 razılığı alınmamışdır. Həmin dəyişikliklər zamin Cavabdeh6 məsuliyyətinin artmasına v ə onun üçün digər əlverişsiz nəticələrə səbəb olmuşdur.
87. Belə olan halda Cavabdeh6 zaminliyinə xitam verilməsi barədə apellyasiya məhkməsinin qənaəti əsaslıdır.
88. Qanuna əsasən, zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir (§ 75).
89. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən bu xüsusat üzrə işdəki sübutlar araşdırılmış, onlara və iddiaçını dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
90. Kassasiya kollegiyası Cavabdeh6 zaminliyinə xitam verilməsi ilə bağlı gəlinən nə ticə və əsaslandırma ilə razılaşaraq hesab edir ki, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.
91. Bununla belə, kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iddianın “Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi-2 mərtəbəli, 8 otaqlı, 274 kv.m.ümumi, 219.4 kv.m.yaşayış, 54.6 kv.myardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavab deh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, X4 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 68000 manat müəyyən edilməsi” hissələrində hüquq normaları düzgün tətbiq edilməmişdir.
92. Ona görə ki, əvvəla, iddiaçının bildirdiyinə görə, kreditorla əsa s borclu arasında bağlanmış 28 sentyabr 2012-ci il tarixli razılaşmaya sonradan dəyişikliklər edilsə də, öhdəliyin zəruri şərtlərinin əks olunduğu ödəniş planı həmin tarixdə Cavabdeh6 tərəfindən imzalanmışdır.
93. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarına əsasən, ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.
94. Buna baxmayaraq apellyasiya məhkəməsi sözügedən ipoteka müqaviləsini bağlanmamış sayarkən işin həmin halına Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi baxımın dan hüquqi qiymət verməmişdir.
95. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, ipoteka məhdud əşya hüququdur və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə əsaslandır.
96. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
97. Buna baxmayaraq, iddiaçının mədud əşya (ipoteka) hüququna dair dövlət reyestrində aparılmış qeydiyyat ləğv olunmadığı halda apelyasiya məhkəməsi həmin qeydə əsaslanan tələbi təmin etməməsini əsaslandırmamışdır.
98. Məlum olduğu kimi, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (§ 65-67).
99. Baxılan işdə isə iddiaçının ipoteka hüququna dair reyestr qeydinin mötəbərliyinə qarşı iddia qaldırılması və həmin qeydin ləğv edilməsi aşkar olunmur. Belə olan halda, həmin qeydin əsasında duran ipoteka müqaviləsinin etibarlılığının yoxlanılması ilə bağlı apellyasiya məhkməsinin apardığı araşdırma qanuni və əsaslı sayıla bilməz.
100. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadının 54-56-cı bəndlərində vurğulanmışdır ki, “...əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sah ibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdik də (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir”.
101. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, qətnamə ipoteka predmetinə aid hissədə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması isə həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbu l etməyə imkan vermir.
102. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun və İnsan Hüquqlarının və X6 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 62-63).
103. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi qismən - ipoteka predmetinə aid tələblər hissəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
104. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1230/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsi qismən - “Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi- 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m.ümumi, 219.4 kv.m.yaşayış, 54.6 kv.myardımçı sahədən ibarət fərdi yaşayış evi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətində olan Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsinin açıq hərracdan satılması, satış pulundan əldə edilmiş vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, yönəldikdən bir ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, X4 və Cavabdeh7 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil veril məsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin (likvid qiymət) 68000 manat müəyyən edilməsi” tələblərinin təmin edilmədiyi hissələrdə ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.