Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1720/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4223/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. “X1 ” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 09 sentyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, “X1” ASC Cavabdeh istehlak məqsədi ilə illik 21 faiz ödəmək şərti ilə 60 ay müddətinə 4.219 ABŞ dolları kredit vermişdir. 2. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh 2.463,80 manat (1440,08 ABŞ dolları) məbləğində kompensasiya hesablanmış, hesablanmış kompensasiyanın 15,65 manat məbləğindəki hissəsi kredit borcuna Bank tərəfindən edilmiş güzəşt məbləği qədər azaldılmış, yerdə qalan 2.448,15 manat hissəsi proporsional qaydada ilk növbədə Cavabdeh 1 mart 2019cu il tarixə Bank qarşısında 10 gündən artıq gecikməsi olan əsa s kredit borcunun azaldılmasına yönəlmişdir. Cavabdeh Banka olan borcu, gecikdirilmiş günlər 360 gündən az olduğu üçün borcların restrukturizasiya olunmasına dair hissəsi Fərmanın əhatə dairəsinə düşməmişdir.
3. Bank Cavabdeh 21 iyun 2022-ci il tarixdə pretenziya xarakterli bildiriş ünvanlayaraq Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsini borcluya təklif etmiş, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq tutulması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “X1” ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkə məyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 2469.1 ABŞ dolları əsas, 865.19 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə olmaqla, cəmi 3335.29 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 76.70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsiüçün məhkəməyə ərizə ilə müraciət ed ərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
6. İddiaçı tərəfindən sübut növü kimi təqdim edilmiş 22 avqust 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə üzrə xx.xx.2022-ci il tarixə 2469.1 ABŞ dolları əsas, 865.19 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə olmaqla, cəmi 3335.29 ABŞ dolları borcu vardır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 6 fevral 2023-cü il tarixli, 9/369 saylı rəyindən görünür ki, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən cavabdehin Banka olan borcu 9 sentyabr 2020-ci il tarixə əsas borc üzrə 2470,17 ABŞ dolları, faiz borcu üzrə 1356,45 ABŞ dolları, illik 5%-lə faiz borcu 241,18 ABŞ dolları müəyyən edilir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-665/2023 nömrəli iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməmiş, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur. Öhdəliyini icra etməyən borclu kimi cavabdeh Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin yuxarıda sadalanan maddələrinə və 386.1, 442, 462.1, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti aşağıdakı dəlillərlə əsaslandırılmışdır: cavabdeh 2014-cü ildə Bankdan 5.000 manat məbləğində kredit almışdır. 2015-ci ilin avqust ayında cavabdeh işdən 1 aylıq kursa göndərilmiş və bu səbəbdən Banka ödəniş edə bilməmişdir. Ödənişdə problem yarandığından Bankın əməkdaşları manatla olan kredit borcunun ABŞ dollarına çevirilməsini təklif etmiş və cavabdeh onlara inanaraq təklif ilə razılaşmış və Bankla iddia ərizəsində qeyd edilən 9 sentyabr 2015-ci il tarixli kredit müqaviləsini bağlamışdır. Bu yeni müqavilə üzrə ona hər hansı məbləğdə pul verilməmiş, Bankın əməkdaşları cavabdehi aldatmışlar. Cavabdeh məlum Fərmanla bağlı Banka müraciət etsə də, Bankın əməkdaşları cavabdehə bildirmişlər ki, özləri onunla əlaqə saxlayacaqlar. Cavabdeh də bunu və əvvəllər etdiyi ödənişlərin ödənilməli olan məbləğdən daha artıq olmasını nəzərə alaraq güman etmişdir ki, borcu silinmişdir. Lakin 2022-ci ilin may ayında Bankın əməkdaşları cavabdeh ilə əlaqə saxlayaraq borcun ödənilməmiş qaldığını bildirmişlər. Nə Bank, nə də işə baxmış məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mərk əzi Bankının cavabdehə ünvanlandığı 21 fevral 2022-ci il tarixli məktubunda Fərmanın cavabdehə də şamil edilməsi və kredit borcuna görə ona güzəşt edilməsi göstərilmişdir. Məhkəmə nəzərə almamışdır ki, Bank cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddia irəli sürərkən, 3 illik iddia müddətini ötürmüşdür.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4223/2023 nömrəli iş üzrə 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov sədrlik edən və məruzəçi, F.Talışınski və Azad İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquq i əsaslandırma ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin ilk, yəni, müqavilə bağlanarkən iddiaçı tərəfindən aldadılmasına dair dəlilini əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış sonuncu kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmışdır. Müqavilənin bir nüsxəsi Bank tərəfindən cavabdehə təqdim edilmiş, bu müqavilədə və müqaviləyə edilmiş “1 saylı Əlavədə” Bank tərəfindən cavabdehə verilmiş kreditin ABŞ dolları ilə verilməsi aydın şəkildə qeyd edilmişdir. Cavabdeh “kredit müqaviləsinin” şərtlərinə əsasən kreditin ABŞ dolları ilə ifadə edildiyini əvvəlcədən bilmiş, müqavilənin bu şərti ilə razılaşmış və təxminən 8 il sonra Bank tərəfindən ona qarşı irəli sürülmüş iddianın təmin edilməsi barədə qətnamə qəbul edildikdən sonra həmin qətnamədən verdiyi apellyasiy a şikayətində Bankın əməkdaşları tərəfindən aldadıldığını bildirmiş, lakin bu halı təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Sübuta söykənməyən tələb və ya tələbə qarşı etiraz əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli “kredit müqaviləsi” etibarsız deyil.
15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ikinci, yəni məlum Fərmanın cavabdehə də şamil edilməsi və kredit borcuna görə ona güzəşt edilməsinin Bank və məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, Bankın təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin krediti də qeyd edilən Fərmanın təsiri altına düşdüyündən, cavabdehə 1.440,08 ABŞ dolları kompensasiya hesablanmış, hesablanmış ko mpensasiya məbləği isə xx.xx.2019-cu il tarixə cavabdehin gecikən kredit borcunun silinməsinə yönəlmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətinin iddia müddətinin ötməsi ilə bağlı dəlilini də əsassız hesab etmiş və bildirmişdir ki, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Belə olan halda iddia müddətinin axımı xx.xx.2023-ci ildə bitir. Lakin iş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi Bank iddia müddətini ötürməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 373.2, 377.2, 386.1, 443.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın də lilləri a)Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri Bankın onu aldadaraq müqavilədə krediti ABŞ dolları ilə götürdüyünü göstərməsi, devalvasiya nəticəsində onun da ziyan görməsinə baxmayaraq məhkəmədə iddia qaldırılan zaman ona heç bir güzəşt edilməməsi və iddia müddətinin ötürülməsindən ibarətdir. İlkin dəlillə bağlı kassator qeyd etmişdir ki, o, krediti manatla götürdüyündən hər ay manatla ödəniş etmiş, lakin Bank onu aldadaraq müqavilədə krediti ABŞ dolları ilə götürdüyünü göstərmişdir. İkinci dəlillə bağlı qeyd etmişdir ki, apellyasi ya instansiyası məhkəməsi Mülki Məcəllənin 385 və 443-cü maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, onun götürdüyü kredit məbləğininin qarşısında tələb edilən borc yarana bilməzdi. Mərkəzi Bankın müvafiq məktubunda məlum Fərman ilə ona güzəşt edilməsi öz əksini tapmışdır. Üçüncü dəlillə bağlı göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 373 və 377-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Bank onun ödənişlər etmədiyini bildirmişdir. Bu baxımdan kredit müqaviləsinin hansı müddətədək bağlanmasından asılı olmayaraq cavabdehin ödəniş etməyəcəyini bildiyi gündən iddiaçının həmin tarixədək yaranmış borcu ondan tələb etmək hüququ yaranmış, lakin iddiaçı 3 il müddət ərzində borcu tələb etməmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı ona münasib ətdə iddia tələbini əsaslandıra bilməmiş, məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər sayıb qəbul edərək onun sübutlarını qəbul etməyərək Mülki Prosessual Məcəllənin 77.1, 88, 9.1ci maddəsinin tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
23. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə id dia müddəti isə altı ildir.
25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında 9 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi bağlanıb və Bank cavabdehə istehlak məqsədi ilə illik 21 faiz ödəmək şərti ilə 60 ay müddətinə 4.219 ABŞ dolları kredit verib. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq cavabdehə 2.463,80 manat (1440,08 ABŞ dolları) kompensasiya hesablanıb və hesablanmış kompensasiyanın 15,65 manat hissəsi kredit borcuna Bank tərəfindən edilmiş güzəşt məbləği qədər azaldılıb, yerdə qalan 2.448,15 manat hissəsi proporsional qaydada ilk növbədə cavabdehin 1 mart 2019-cu il tarixə Bank qarşısında 10 gündən artıq gecikməsi olan əsas kredit borcunun azaldılmasına yönəlib. Həmçinin cavabdehin Banka olan borcu, gecikdirilmiş günlər 360 gündən az olduğu üçün borcların restrukturizasiya olunmasına dair hissəsi Fərmanın əhatə dairəsinə düşməyib.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin ilk, yəni, mü qavilə bağlanarkən iddiaçı tərəfindən aldadılmasına dair dəlilini əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış sonuncu kredit müqaviləsi cavabdeh tərəfindən imzalanmışdır. Müqavilənin bir nüsxəsi Bank tərəfindən cavabdehə təqdim edilmiş, bu müqavilədə və müqaviləyə edilmiş “1 saylı Əlavədə” Bank tərəfindən cavabdehə verilmiş kreditin ABŞ dolları ilə verilməsi aydın şəkildə qeyd edilmişdir. Cavabdeh “kredit müqaviləsinin” şərtlərinə əsasən kreditin ABŞ dolları ilə ifadə edildiyini əvvəlcədən bilmiş, müqavilənin bu şərti ilə razılaşmış və təxminən 8 il sonra Bank tərəfindən ona qarşı irəli sürülmüş iddianın təmin edilməsi barədə qətnamə qəbul edildikdən sonra həmin qətnamədən verdiyi apellyasiya şikayətində Bankın əməkdaşları tərəfindən aldadıldığını bildirmiş, lakin bu ha lı təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Sübuta söykənməyən tələb və ya tələbə qarşı etiraz əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015ci il tarixli “kredit müqaviləsi” etibarsız deyil.
41. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ikinci, yəni məlum Fərmanın cavabdehə də şamil edilməsi və kredit borcuna görə ona güzəşt edilməsinin Bank və məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, Bankın təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin krediti də qeyd edilən Fərmanın təsiri altına düşdüyündən, cavabdehə 1.440,08 ABŞ dolları kompensasiya hesablanmış, hesablanmış kompensasiya məbləği isə xx.xx.2019-cu il tarixə cavabdehin gecikən kredit borcunun silinməsinə yönəlmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətinin iddia müddətinin ötməsi ilə bağlı dəlilini də əsassız hesab etmiş və bildirmişdir ki, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Belə olan halda iddia müddətinin axımı xx.xx.2023-ci ildə bitir. Lakin iş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi Bank iddia müddətini ötürməmişdir.
43. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələ blərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(103)-4223 /2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.