Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1721/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1721/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2407/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “x xxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 8973 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh illik 28 faizlə, 18 ay müddətinə 3500 manat məbləğində kredit almışdır. Cavabdeh bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu hər ay qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məkhəməsinə müraciət edərək, xx xxxxxxxx 2015-ci il tarixli 8973 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 3414.98 manat əsas borc, 737.03 manat müqavilə müddəti üçün hesablanmış faiz, 2316.04 manat cərimə, 489.27 manat müqavilə müddətindən sonra əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu olmaqla ümumilikdə 6957.32 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsalsandırlmışdır ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 8973 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh illik 28 faizlə, 18 ay müddətinə 3500 manat məbləğində kredit almışdır. Cavabdeh bankdan aldığı krediti və ona hesablanmış faiz bor cunu hər ay qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.5-ci bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin aylıq ödənişinin 0.1 faiz həcmində dəbbə pulu ödəyir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-732/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Quliyev) iddia qismən təmin olunaraq, "xxxx" ASC-nin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 8973 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 3414.98 manat əsas, 737.03 manat müqavilə müddəti üçün hesablanmış faiz, 100 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun 18 manat hissəsinin alınaraq ləğv prosesində olan xxxx ASC-nin ləğvedicisi İddiaçı2na ödənilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələblərini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310, 317, 319, 385, 443, 445, 470, 472, 739-cu maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Şirvan Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Kərimov (sərlik edən və məruzəçi), T.Heydərov və F.Soltanov) Ağcabədi Rayon Məhkəməsinin 2(017)-732/2 020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətərin Sığortalanması Fondunun apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 458, 467-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları d) və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətərin Sığortalanması Fondu kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və id dia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərini nəzərə almayaraq Cavabdeh LPO “xxxx” ASC-yə kredit müqaviləsi üzrə olan borcunun tərkib hissləri olan 489.27 manat müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ əsassız olaraq silmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqav ilə şərtləri qoymaqda sərbəstdirlər.
14. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
15. Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin.
16. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilm iş güzəştli kredit verilməsini təmin etsin.
17. Fərmanın 5.2. bəndi. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
18. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.
19. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesa blanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.
20. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 418.1. Maddi və prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi
27. İddiaçı bankın mübahisələndirdiyi məsələ ondan ibarətdir ki, cavabdehə MMnin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz məbləğini rədd etməkdə məhkəmə haqlı olmamışdır.
28. Məhkəmə kollegiyası kassasiyanın dəlilləri ilə razılaşmır. Əvvəla, cavabdehin borcunun Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri dairəsinə düşməsi işin mübahisəsiz halıdır. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşk ilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.
29. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək-borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə b ağlanması təklif olunurdu.
34. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır.
35. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Yəni dövlət, borclunun buna razılığının olub-olmamasından asılı olmayaraq borcun bir hissəsini qarşılamağı öz üzərinə götürmü və icra etmişdir. Ona görə cavabdehdən əlavə olaraq borcun gecikdirilməsinə görə əlavə faiz tutulması əsassızdır. Çünki, cavabdehin borcu gecikdirildiyi üçün problemli kredit kimi Fərmanın təsiri altına düşmüşdür.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəm əsi Mülki Kollegiyasının 2(106)-2407/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı bankın kassasiya şikayəti əsasında dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.