Məhkəmə qərarları › İş №2(102)-1723/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1723/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1723/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyiilə, Cavabdeh5 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tаrixli, 2(039)-290/2018 saylı qətnaməsi ilə (hakim T.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh5 müştərək qayda da 16 iyul 2014-cü il tarixli, *************** saylı kredit müqaviləsi üzrə 13,600 manat əsas, 560.56 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 14,260 (on dörd min iki yüz altmış) manat 56 (əlli altı) qəpik pulun İddiaçı ASC-nin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi və 31 manat bildirişin alınmasına dair xərc, cəmi 61 (altmış bir) manat pulun cavabdehlər Cavabdeh1, X3, X4, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş, cavabdeh X2 mülkiyyətində olan Yevlax şəhəri, M.P.Vaqif küçəsi, 76 saylı fərdi yaşayış evinə yönəldilərək həmin fərdi yaşayış evinin açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ASC-yə ödənilməsi, cavabdeh X2 mülkiyyətində olan Yevlax şəhəri, **************** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 30,000 (otuz min) manat müəyyən edilməsi, Yevlax şəhəri, ************* saylı fərdi yaşayış evinin satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər X3, X4 və Cavabdeh4 həmin fərdi yaşayış sahəsindən çıxarılmaları və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi M.Əsədli, Ə.Məcidov və İ.Quliyevdən ibarət tərkibdə), Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tаrixli, 2(039)-290/2018 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Murad İbrahimova, Gülər Muradovaya, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 16 iyul 2014-cü il tarixli, *************** saylı kredit müqaviləsi üzrə 13,600 manat əsas, 560.56 manat faiz borcun və 4,822.41 manat cərimə borcunun, cəmi 18,982.97 manat borcun tutulması, tutmanın cavabdeh Murad İbrahimova məxsus Yevlax şəhəri, ************ saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və evin açıq hərracda satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, M6 məxsus Yevlax şəhəri, ********* küçəsi, 76 saylı fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra həmin cavabdehin fərdi yaşayış evindən hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, iddiaçı tərəfindən ödənilmiş 30 ma nat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildiriş DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 16 iyul 2014-cü il tarixli, ***************saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 6 faizlə 36 ay müddətinə 15 000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmışdır.16 iyul 2014-cü il tarixli, *************** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün iddiaçı “xxxx” ASC(ipoteka saxlayan) ilə M6 (ipoteka qoyan) arasında 16 iyun 2014-cü il tarixli ************* saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqavilələrin şərtləriunə görə iddiaçıya Yevlax şəhəri, *********** küçəsi, 76 saylı fərdi yaşayış evinin ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təstiqlənmişdir.Cavabdeh1 16 iyul 2014-cü il tarixli *************** saylı kredit müqaviləsi üzrə iddiaçıya 21 avqust 2017-ci il tarixə olan borcu 13 600 manat əsas, 560.56 manat faiz borcunun və 4822.41 manat cərimə borcunun, cəmi 18 982.97 manat təşkil edir.İddiaçı xxxx ASC-nin nümayəndəsi N6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın həcminin artırılması barədə ərizə təqdim edilərək Cavabdeh1 13,600 manat əsas, 4,331.83 manat faiz borcunun və 3,771.27 manat cərimə borcun, cəmi 21,703.10 manat təşkil edir. Odur ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 21,7 03.10 manat məbləğində pulun tutulması və iddia tələbinin qalan hissədə dəyişdirilmədən təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh5 bildirmişdir ki, digər cavabdehlər onun ailə üzvləridir.Kredit müqaviləsi üzrə zamin olaraq üzərinə öhdəlik götürmüşdür. Müqavilə üzrə verilmiş 15000 manat borcunbir hissəsi qaytarılmış, lakin maddi çətinliklərlə bağlı ödənişləri vaxtında həyata keçirə bilməmişlər.İpoteka predmeti olan evin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd edilən məbləğdə müəyyən edilməsinə etirazı yoxdur. O iddianın qismən, yalnız əsas borc hissəsində təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh5 kassasiya şikayətində Şəki Apellyasiya məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217.4, -ci maddələrinin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələl ər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istin ad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış iş materiallarından görünür ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyul 2014cü il tarixli, *************** kredit müqaviləsi, eyni tarixli İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış zaminlik müqaviləsi, İddiaçı ASC-nin Yevlax filialı ilə M6 arasında bağlanmış 16 iyun 2014-cü il tarixli *************** saylı ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıx arışlarla, ipoteka predmeti olan fərdi yaşayış evi, habelə maliyyə arayışı ilə təsdiq olunur ki, Cavabdeh1 Bank tərəfindən illik 6 faizlə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmiş, həmin kreditin təminatı olaraq İbrahim Muradov özünə məxsus Yevlax şəhəri, ********** küçəsi, 76 saylı fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etdirmiş, Cavabdeh5 isə birgə məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Digər cavabdehlərə Cavabdeh3 və Cavabdeh4 evin ipotekaya qoyulmasına razılıq vermiş və evə borc yönəldiləcəyi təqdirdə evi tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh1 tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə gö rə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. - 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun ic rаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. - 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. - 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər b u məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. - 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. İş materiallarından da göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi, eləcə də bu müqavilənin təminatı olaraq zaminlik və ipoteka müqaviləsi bağlanmış və b ununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun Bank qarşısında öhdəlikləri yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 34 maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması anında yarana bilər. 41 Maddəsinə görə, ipotekasaxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti predmeti açıq bazarda satıla bilər. 59.3 Maddəsinə görə, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqlar ı yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2-ci maddəsinə görə, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə görə,bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxma dıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apelyator faiz borcunun şişirdildiyini bildirsə də borcun hansı məbləğdə artıq hesablanmasını qeyd etməmiş, eləcə də səhv hesablanmasına şübhə yaradacaq hər hansı bir dəlil təqdim etməmişdir. Əlavə olaraq birinci instansiya məhkəməsi cаvаbdehlərin mаddi durumunu və əmlаk mənаfeyini, nəzərə аlıb, cərimə məbləğinin azaldılması nəticəsinə gəlmişdir. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətna məsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin: - 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 9.3-cü mаddələrinə əsаsən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qan uni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar