Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1723/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin əhəmiyyətsiz əqd sayılması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümükün hesab edilməsi, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin əhəmiyyətsiz əqd sayılması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1396/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 19 aprel 2019cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 130.000 ABŞ dolları məbləğində kreditin (borc pul vəsaitinin) tutularaq ona ödən ilməsi barəsində qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Həmçinin Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı oğuna (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia rədd edilməklə, ilkin İddiaçıla aralarında bağlanılmış 19 aprel 2019-cu il tarixli 130.000 ABŞ dollarına dair kredit müqaviləsinin əhəmiyyətsiz əqd sayılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(005)-2359/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh 130.00 0 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
4. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2359/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Birinci instansiya məhk əməsi apellyasiya şikayətini geri qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən verilmişdir.
7. Daha sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vüqar Hüseynzadə yenidən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və ona əlavə edilmiş qətnamədən şikayət vermək üçün buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti üç ün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2359/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vüqar Hüseynzadə tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və müddətin bərpa olunması, apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1396/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər Azad İmanov ( sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti qeyri-mümkün hesab hesab edilərək, geri qaytarılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi 130.000 ABŞ dolları məbləğində kreditin (borc pul vəsaitinin) tutularaq iddiaçıya ödənilməsindən ibarət olmaqla, birinci instansiya məhkəməsi tərəfindən tam təmin edilmişdir. Apellyasiya şikayətindən görünür ki, ilk iddia üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə bütövlükdə razılaşmayaraq iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 8.1.4-cü maddəsinə görə ilkin iddia tələbi ilə bağlı dövlət rüsumunun ödənilmə li olan məbləği 511 manat olmuşdur. Apellyasiya şikayətindən müəyyən olunur ki, ilkin iddia üzrə cavabdeh, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mübahisələndirdiyi hissədə 255,50+50=305,50 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 50 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəfindən dövlət rüsumu natamam ödənilmiş, lakin buna baxmayaraq, birinci instansiyası məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir.
11. Həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vüqar Hüseynzadə tərəfindən verilmiş apellyasiya şikayətinin formasına diqqət yetirdikdə görünür ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin ə əlavə 2-də göstərilən formada verilməmişdir.
12. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7, 361.1, 363.1.2-ci və Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 8.1.4 və 8.6-cı maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
13. Qərardaddan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi qanunverici tərəfindən imperativ norma kimi müəyyən edilməmişdir və məhkə mənin diskresion səlahiyyətinə həvalə olunmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəfindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi konstitusion hüquq olan vətəndaşın “hüquqların məhkəmədə müdafiəsi” hüququnun pozulması ilə nəticələnə bilər. Çünki mübahisələndirilən məbləğ kifayət qədər ciddi rəqəmdir və məhkəmə qətnaməsinin qanuniliyi baxımından bütün instansiyaları tərəfindən yoxlanılması vacibdir.
15. Qeyd olunmalıdır ki, Cavabdeh maddi imkanı aşağı səviyyədədir, hal-hazırda heç harda işləmir və mülkiyyətində hər hansı daşınar və daşınmaz əmlak yoxdur. Bu hal apellyasiya instansiya məhkəməsinin Cavabdeh dövlət hesabına vəkillə təmin olunması ilə bağlı qərardadında da öz təsdiqini tapmışdır.
16. Apellyasiya şikayətinin qanunla müəyyən olunan form asına riayət olunmaması məsələsinə gəldikdə isə Mülki Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin mütləq formada Əlavə 2-yə uyğun verilməsi ilə bağlı imperativ tələb yoxdur. Əks halda, elektron məhkəmə sistemi vasitəsi ilə verilən apellyasiya şikayətinin başqa formada sistemə yerləşdirilməsi texniki cəhətdən mümkün olmazdı. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə əsasən göstərilməli olan bütün məlumatlar hamısı əks olunmuşdur, sadəcə ardıcıllıq və ya forma baxımından nümunəvi Əlavə 2-yə uyğun olmamışdır. Odur ki, bu da apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsas deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu.
17. Maddə 8.1.4. Qiymətləndirilən iddia ərizə sinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
18. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
19. Maddə 108.1.7. Mülki məhkəmə icraatında dövlət rüsumu apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə ödənilir.
20. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olu nmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
21. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həm in aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.
22. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.
23. Maddə 363.1.1-1. əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
24. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər.
25. Maddə 366.2 əg ər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
26. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəl lənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında olan qərardadlarından kassasiya şikayəti verilə bilər.
27. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o v axt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.. Kassasiya baxışının hədləri:
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada və məzmunda verilməlidir. Apellyasiya şikayətinin məzmunu Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddənin tələblərinə uyğun deyildir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğu na dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətində prosessual hüquq normalarını sadalasa da, qətnamə çıxarılarkən maddi hüquq normanın düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Həmçinin apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “Əlavə 2”-də təsbit edilmiş formasına uyğun olaraq tərtib edilməmiş, orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar tam doldurulmamışdır. Bu isə apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.
37. Bundan başqa iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi, ilkin iddia tələbi 130.000 ABŞ dolları məbləğində kreditin (borc pul vəsa itinin), həmçinin 511 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsindən ibarət olmaqla, birinci instansiya məhkəməsi tərəfindən tam təmin edilmişdir. Apellyasiya şikayətindən görünür ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə bütövlükdə razılaşmayaraq iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə görə ilkin iddia tələbi ilə bağlı dövlət rüsumunun ödənilməli olan məbləği 511 manat olmuşdur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən kassasiya şikayəti verilməsinə görə 8.1-ci və 8.2-ci maddələrdə müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayətindən müəyyən olunur ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mübahisələndirdiyi hissədə 255,50+50=305,50 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 50 manat dövlət rüsumu ödənilmişdir.
38. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
39. Eyni zamanda apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qeyrimümkün hesab etməklə yanaşı, birinci instansiya məhkəməsinə apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün də şərait yaratmış, bununla apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən qayıtmaq imkanını məhdudlaşdırmamışdır.
40. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin mübahisələndirilən məbləğin kifayət qədər ciddi rəqəm olması və məhkəmə qətnaməsinin qanuniliyi baxımından bütün məhkəmə instansiyaları tərəfindən yoxlanılmasının vacib olması, həmçinin Cavabdeh maddi imkanının aşağı səviyyədə olması, hal-hazırda heç harda işləməməsi, mülkiyyətində hər hansı daşınar və daşınmaz əmlakın olmaması, bu halın ona apellyasiya instansiya məhkəməsi tərəfindən dövlət hesabına vəkillə təmin olunması ilə bağlı qərardadında da öz təsdiqini tapması barədə dəlillərinə münasibət bildirərək, həmin dəlləri əsassız hesab edir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən işlərə yalnız mübahisə tərəflərinin narazı qaldıqları qətnamə və qərardadlardan verdikləri şikayətlərə əsasən baxılır və müvafiq şikayətin olmaması mübahisələndirilməyən məhkəmə aktlarının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasını istisna edir. Həmçinin mülki işlər üzrə məhkəmə aktlarından şikayətin verilməsi şəxsin iradəsindən və imkanlarından asılı olduğundan, qeyd olunan aktlardan şikayətin verilməsinin məcburi qaydası qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsindən azad olunan şəxslər kateqoriyasına aid olmamaqla, verdiyi şikayətlər üzrə dövlət rüsumunu ödəməlidir.
41. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prossesual Məcəlləsinin 363.4cü maddəsinə əsasən həmin Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıld ıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1396/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir