Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1725/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(103)6679/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 4 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin faktiki halları
1. Cavabdeh rəsmi nikah əsası nda İddiaçı ilə ailə qurmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(001)5677/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsaitin onlar arasında paylarına uyğun olaraq bölünməsi və mənzil hərracdan satıldıqdan sonra bir ay müddətində boşaldılması qət edilmişdir. 3. "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli, 211 saylı hesabata görə Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilinin tələblə təklifin qarşılı qlı təsiri nəticəsində (likvid qiyməti nəzərə alınmaqla) təşəkkül tapan qiyməti 85.000 manat təşkil edir. 4. 3 dekabr 2020-ci il tarixli, 53/01-1 saylı “Hərracın yekunları haqqında” Protokola əsasən İddiaçı Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilini 85.000 manata satın almışdır. 5. 02 fevral 2021-ci il tarixli Akta əsasən İddiaçı 85.000 manata qiymətləndirilmiş Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilini 42.500 manata əldə etmiş və mənzil 2 fevral 2021-ci il tarixdə ona təhvil verilmişdir. 6. 6 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış və bu barədə onun adına 6 yanvar 2021-ci il tarixli Çıxarış verilmişdir. 7. 24 yanvar 2021-ci il tarixli, QR-2105 saylı "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin sahəsi 68,15 kv.metr olan, 2 otaqdan 3-otağa çevrilmiş 81 saylı mənzilin 1 kv.metrinin təmir qiyməti 175 manat olmaqla, 12.000 manat civarındadır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 8 avqust 2022-ci il tarixli, 10/2417-9/2702 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilə dəymiş ziyanın qəsdən və ya təmirin zamanla köhnəlməsi nəticəsində əmələ gəlməsini dəqiqliklə müəyyən etmək mümkün deyildir. İş materiallarında olan 14 adda əşyaların istifadə olunması nəzərə alınmaq la, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4.625 manat müəyyən olunur. Digər 15 adda əşyalar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və sair) olmadığından həmin əşyalar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8 avqust 2022-ci il tarixli, 10/2417-9/2702 saylı ekspert rəyinə əsasən iş materiallarında göstərilən 29 adda əşyaların istifadə olunması nəzərə alınmaqla, orta istismar intensivliyi parametlərinə uyğun olaraq hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12.125 manat olduğu müəyyən edilmişdir. Digər 2 adda əşyalar haqqında kifayət qədər məlumat (markası, model i, ölçüləri və sair) olmadığından həmin əşyalar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus qonaq otağında olan 1 ədəd 3 nəfərlik divan, 2 kreslo- Embavud markalı, boz rəngli, qolları dəri (1050 manat); qonaq otağı dəsti- 1 masa (şüşəli), 6 stul (dəri üzlü oturacaqlı), 1 siyirmə (kamod), 1 şüşəli şkaf – tünd bordo rəngli Malayziya istehsalı (5500 manat); 1 qara şüşəli 3 mərtəbəli televizor altlığı-Maqnit mağazasından alınmış (500 manat); 1 ayaqüstü taxta-şüşəli dekor saat – tünd bordo rəngli (500 manat ); 1 gecə lampası – qara dəri dirəkli, ağ örtüklü (100 manat); 1 Samsung markalı televizor – Maqnit mağazasından alınmış 100 duym (2500 manat); 1 Samsung markalı DVD və 6 (4 uzun, 1 orta, 1 kiçik ölçüdə) səs gücləndirici – 500 manat; 1 kondisioner (BEKO markalı) – 35 kv.m-lik (750 manat); 2 dəst dekorlu pərdə - naxışlı orqanza tül, qara sadə qollu, 6 metr eni, 3 metr hündürlüyü (1700 manat); 1 çilçıraq məxmər naxışlı (6 şamlı) – 150 manat; yataq otağında 1 yataq, 1 dolab (kupe, güzgülü, üç gözlü), 1 siyirmə - qəhvəyi mebel rəngli (2000 manat); uşaq otağında 1 yataq (birnəfərlik), 1 böyük şkaf, 1 yazı stolu- 1500 manat; 1 pərdə - 3 metr orqanza tül (50 manat); mətbəxdə 1 mebel dəsti – boz-göy rəngli, uzunluğu 7.5 metr (4000 manat); 1 böyük soyuducu (BEKO markalı) – boz rəngli (650 manat); 1 paltaryuyan – İndesit markalı, boz rəngli (500 manat); 1 mikrodalğalı soba (180 manat); 1 şüşə, güllü, açılıb-yığılan masa, 4 stul (boz dəri rəngli oturacaqlı)- 280 manat; 1 divan – 3 nəfərlik, açılıb-yığılan, boz rəngli (500 manat); 1 dəst pərdə- kətan, boz rəngli, 4 metr (150 manat); 1 şirəçəkən maşın – Gepas markalı (55 manat); 1 ətçəkən maşın – Gepas markalı (50 manat); 1 koridorda isə 1 böyük şkaf (800 manat), 1 kiçik şkaf- 200 manat olmaqla, qeyd edilən əşyaların dəyəri kimi 25.000 manat və ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilinə cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi kimi 12.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, 2016-cı ildən etibarən cavabdehdən ayrılmışdır. Cavabdehlə aralarında bağlanmış nikah pozulduqdan sonra əmlak mübahisələri onun əmlakı satın alması ilə yekunlaşsa da, cavabdeh mənzili boşaldarkən ona zərər vurmuş və mənzildə olan əşyaları özü ilə aparmışdır. 24 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin sahəsi 68,15 kv.metr olan, 2 otaqdan 3-otağa çevrilmiş 81 saylı mənzilin 1 kv.metrinin təmir qiyməti 175 manat olmaqla, 12.000 manat civarındadır. Cavabdeh özü ilə apardığı əşyaları könüllü ona qaytarmaqdan imtina edir. Mənzilin təmiri üçün 12.000 manat, mənzildən aparılmış əşyaların dəyəri isə 8.000 manat olmaqla, ümumilikdə 20.000 ma nat təşkil edir. Cavabdeh mənzili yararsız hala salaraq ona təhvil vermişdir. Mənzili yararlı vəziyyətə gətirməsi üçün əlavə xərc tələb olunur. Əlavə xərcin çəkilib-çəkilməməsindən asılı olmayaraq cavabdehin mənzilə maddi zərər vurması aşkardır. Bunu mənzil hərraca çıxarılarkən, mənzil təhvil verilərkən çəkilmiş foto şəkillərdən aydın görmək olar. O, mənzili bundan sonra təmir edib satmışdır və mənzilin təmirinə 1 kv.metrinin qiyməti 175 manat olmaqla, 12.000 manat xərc çəkmişdir.
12. Cavabdeh isə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, o mənzilin qapılarını pəncərə altını sındırmamış, divar kağızlarını və kafelləri sökməmişdir. Qapı, pəncərə və divar kağızları iddiaçı ilə 15 illik təmirlərindən sonrakı erroziyanın nə ticəsidir. Metlağın sökülməsinə gəlincə isə o, mənzildən çıxarkən metlaxı sökməmiş və ona məxsus olan mətbəx mebelini mənzildən çıxararkən mebelə məxsus aralıq taxta lövhəni götürüb. İddiaçının iddia etdiyi əşyalar birgə nikah dövründə əldə olunub və iddiaçı ailə qurarkən cehiz gətirməyib. Hazırda əşyaları iddiaçıya qaytarmağa hazırdır, amma o ona məxsus xalçaları geri qaytarsın. İddiaçı ilə aralarında əşyaları bölmüşdür və xalçalar ona düşmüşdür. İddiaçı xalçaları qaytararsa o da həmin əşyaları qaytarar. Ona görə də iddiaçı, mənzildən aparılmış əşyaların əvəzinə 8.000 manat pul tələbinə aid hissəsi üzrə vaxtında iddia irəli sürmədiyi üçün iddia müddətinin tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(001)45/2023 saylı qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbinin qismən təmin edilərək cavabdehdən 6.935 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia əşyaların dəyərinə aid hissədə qismən təmin edilməlidir. Belə ki, “Maqnit” mağazasından alınmış 2.000 manat dəyərində olan “Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan maşın iddiaçının anası tərəfindən ona hədiyyə verilmişdir.
15. Həmçinin məhkəmə müəyyən etmişdir ki, ekspert rəyində 16 və 24-cü sırada qeyd olunan “pərdə dəstləri” (165 manat dəyərində) iddiaçının özündədir. Odur ki, iddia ərizəsində göstər ilən digər əmlaklar birgə nikah dövründə əldə edilmişdir və həmin əşyaların dəyəri bərabər bölünməklə, cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
16. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, ailə qanunvericiliyinin tələblərinə görə mübahisə predmeti olan əşyalar nikaha daxil olduqdan sonra əldə edildiyindən (əşyaların mövcud olması işin mübahisəsiz halıdır), həmin əşyalar tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlaklar kimi qiymətləndirilməlidir. Odur ki, iddia həmin hissədə qismən təmin olunmalıdır.
17. Məhkəmə qeyd etmişdir ki, 6.935 manat (8.470 manat birgə nikah dövründə əldə edilmiş əşyaların dəyəri) ÷ 2 = 4.235 manat + 2.700 manat (hədiyyə olunan əşyaların dəyəri 2000 + 400 + 300 = 2.700 manat) = 6.935 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Məhkəmə iddia tələ binin vurulmuş ziyanın əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3066-cı məhəllə, 40 “a” saylı evin 81 saylı mənzilinə dəymiş ziyanın cavabdeh tərəfindən qəsdən vurulmasını təsdiq edən heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, təmirin zamanla köhnəlməsi nəticəsində əmələ gəlməsi müəyyən edildiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 225.1, 225.2, 1096.1, 1096.2-ci maddələrinə, habelə Ailə Məcəlləsinin 32.2.2, 34.1 və 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar dəqiq araşdırılmadığından, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, ziddiyyətli sübutlarla təsdiq edildiyindən qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, məhkəmə tərəfindən araşdırma tam, obyektiv və hərtərəfli aparılmamış, sübutların qiymətləndirilməsində birtərəfli mövqe tutaraq yalnız iddiaçının dediklərinə üstünlük vermişdir. İddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra əşyaları öz aralarında bərabər surətdə bölmüşlər. İddiaçı ona məxsus olan (bütün əşyaların siyahı sı iş materiallarında vardır) əşyaları aparmışdır. Şüşəli stol, 6 ədəd stul, termo, mebel saat, gecə lampası ağır olduğundan apara bilməmiş və evdə qalmışdır. Bölgüdən sonra o, evdə olmayanda iddiaçı gəlib 5 ədəd bahalı xalçanı aparıb ki, yudurdub qaytaracaq, ancaq qaytarmadı. Evdə qalan ona məxsus qablaşdırılmış əşyaları istəyəndə demişdir ki, xalçaları gətir, sonra əşyalarını apar. İddiaçı Binəqədi rayon, 5-ci polis bölməsinə şikayət ərizəsi yazdı, o, polis bölməsinə izahat verərkən evin xalçalı və xalçasız şəkillərini təqdim etdi və dedi ki, xalçaları gətirsin əşyalarını aparsın. İddiaçı bunu etmədi. Əksinə, apardığı xalçaları iddia ərizəsində ondan tələb etdi, lakin məhkəmənin sonrakı mərhələlərində məcbur olub xalçaları, 165 manat dəyərində pərdə dəstlərini və 50 manat dəyərində “Gepa s” markalı ətçəkən maşın (rəydə 27-ci sırada) apardığını etiraf etdi. Ancaq 500 manat dəyərində (ekspert rəyində 11-ci sırada) qiymətləndirilən 2 dəst dekorlu pərdənin (naxışlı orqanza tül, qara sadə qollu, 6 metr eni, 3 metr hündürlüyü olan) də iddiaçı tərəfindən digər pərdə dəstləri ilə birgə qablaşdırıb aparması foto şəkillər, səs yazısı ilə sübut olunmasına baxmayaraq, məhkəmə tərəfindən ətçəkən maşın və dekorlu pərdə ümumi əmlak sıyahısından çıxarılmamışdır. Bundan başqa iddiaçı ərizəsində otaq qapılarının onun əşyalarla birlikdə apardığını yazmış, mətbəxdə 500 manat dəyərində (ekspert rəyində 23-cü sırada) qiymətləndirilən 1 ədəd ( 3 nəfərlik, açılıb-yığılan, boz rəngli) divan olmadığı halda siyahıya əlavə etmişdir. O, hakimə ərizə ilə müraciət etmişdir ki, iş materiallarında evin fo to şəkilləri vardır, orada mətbəxdə ancaq stol və stullar olduğu, boz rəngdə divanın olmaması və otaq qapılarının yerində olması əks olunur. Buna baxmayaraq hakim iş materiallarına istinad etmədən yalnız iddiaçının sözü ilə 500 manat dəyərində 1 ədəd divanı da ümumi əmlak siyahısından çıxarmamışdır. İddiaçının ərizədə əvvəl xalçaların və pərdə dəstlərinin onda olmadığını, otaq qapılarını çıxarıb apardığını deməsi bir daha sübut edir ki, iddiaçı qərəzli mövqe tutaraq ondan daha çox məbləğdə pul almaq məqsədini güdür. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “Maqnit” mağazasından alınmış 2.000 manat dəyərində olan “Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan iddiaçının anası tərəfindən ona hədiyyə verilm işdir. Halbuki, mülki iş materiallarında həmin əşyaların anası tərəfindən iddiaçıya hədiyyə edilməsini təsdiq edən heç bir sübut yoxdur, hətta iddiaçı iddia ərizəsində və məhkəmənin heç bir iclasında bu barədə bildirməmişdir. İddiaçı sonradan öyrənmişdir ki, hədiyyə olunan əşyalar ümumi mülkiyyətə daxil edilmir, ona görə də, yekun məhkəmə iclasında sözü gedən əşyaların anası tərəfindən ona hədiyyə edildiyini yalandan bildirmişdir. Həqiqət isə ondan ibarətdir ki, 1993-cü ildə aralarında nikah bağlanarkən və sonra yaşadıqları illər ərzində anası ona heç bir cehiz əşyaları verməmiş, əvvəl yaşadıqları mənzilə və boşanma zamanı bölünmüş sonrakı mənzilə əşyaları birgə nikah dövründə özləri almışlar. Ona görə də, iddiaçı boşandıqdan sonra cehiz əşyaları da tələb etməmişdir. Anası ilə münasibətl ər yaxşı olan vaxtlarda o, iddiaçı və onun anası ilə birlikdə ticarətlə məşğul olmuş, xarici ölkələrdən müxtəlif geyim və digər əşyalar gətirib satmış, sərmayələri və gəlirləri bir olmuşdur. Həmin vaxtlar anasının təşəbbüsü ilə bir nəfər qohumun adına “Maqnit” mağazasından 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın kreditlə götürülmüş, həmin krediti isə həm anası, həm özü ümumi qazandıqları pulla ödəmişlər. Belə olan halda, məhkəmə obyektiv həqiqətin üzə çıxarılmasına təşəbbüs göstərməmiş, yalnız iddiaçının yalan sözlərini heç bir sübut olmadan əsas götürmüşdür. İş materiallarından görünür ki, iddia ərizəsində tələb olunan əşyaların dəyəri ekspertiza tərəfindən həddən artıq şişirdilmiş, rəydə bir əşyanı götürsək, 2006-cı il istehsalı “Samsung” markalı, 100 diaqonal telev izor 2.000 manat dəyərində qiymətləndirilmişdir. Rəydə göstərilmişdir ki, bazar qiymətləri müəyyənləşdirərkən, malın bazar qiymətləri və birja katirovkaları haqqında rəsmi məlumat mənbələrindən dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan istifadə edilir. Hazırkı əşyalar qiymətləndirilərkən, Bakı şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında adları sadalanan əşyaların hazırkı bazar qiyməti müəyyən edilmişdir. Ancaq ekspert rəyində konkret olaraq hansı mənbəyə sorğu verilib cavab alınması, hazırda 100-200 manata sata bilmədiyi 2006-cı il istehsalı, 100 diaqonal, işlənmiş, köhnə model “Samsung” televizorunu hansı mənbədən 2.000 manata qiymətləndirilməsi göstərilməmişdir. İşdə eyni əşyaların qiymətləndirilməsinə dair bir-birinə zidd olan iki ekspertiza rəyi vardır. Ekspertin (ekspert E.Qəhrəmanov) 20 iyul 2022-ci il tarixli, 9/2702 saylı rəyində iş materiallarında göstərilən 14 adda əşyaların istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti təxminən 4.625 manat müəyyən olunmuş, 15 adda əşyalar haqqında məlumatlar olmadığından qiymətləndirmə aparıla bilməmişdir. Ekspertin (ekspert E.Həbibov) 03 fevral 2022-ci il tarixli (tarix xx.xx.2023-cü il göstərilib) rəyində isə iş materiallarında göstərilən 29 adda əşyaların istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti təxminən 12.125 manat müəyyən olunmuş, digər 2 adda əşyalar haqqı nda məlumatlar olmadığından qiymətləndirmə aparıla bilməmişdir. Rəylər arasında ziddiyyətlər olduğu halda məhkəmə həmin ziddiyyyətlərin aradan qaldırılmasına təşəbbüs göstərməmiş, ekspertizanın aparılmasını bir neçə ekspertə tapşırmaqla təkrar ekspertiza təyin etməmiş, əşyaların ekspertə təqdim olunmasını təmin etməmiş, ekspertləri çağırıb şişirdilmiş bazar qiymətləri və yaranmış ziddiyyətlərin aradan qaldırılması ilə bağlı dindirməmiş və əksinə bu barədə məhkəməyə verilmiş vəsatəti əsassız olaraq rədd edilmişdir. Bundan başqa siyahıda qiymətləndirilərək adları göstərilən “Maqnit” mağazasından alınmış 2.000 manat dəyərində olan “Samsung” markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan maşın hazırda işlək və saz v əziyyətdə ondadır. Dəfələrlə deməsinə baxmayaraq nə məhkəmə tərəfindən həmin əşyalara yerində baxış keçirilməmiş, nə də real qiymətləndirmə aparılması üçün ekspertlər əşyalara baxmamış, sonda məhkəmə belə bir yarımçıq, ziddiyyətli ekspert rəyini əsas götürmüş və ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Eyni zamanda, məhkəmə proseslərində rəydə qiymətləndirilən 2.000 manat dəyərində olan “Samsung"’ markalı televizor, 400 manat dəyərində olan “Beko” markalı soyuducu və 300 manat dəyərində olan “İndesit” markalı paltaryuyan maşının onda olduğunu, həmin əşyaları naturada qaytarmağa hazır olduğunu dəfələrlə bildirsə də, məhkəmə həmin əşyaların natura şəklində ödənilməsi əvəzinə, əksinə qanunsuz və ədalətsiz olaraq həmin əşyaların həddən artıq şişirdilmiş qiymətlərlə dəyəri ni ondan pul şəklində alınaraq iddiaçıya verilməsini qət etmişdir. İddiaçı ilə aralarında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 1916-cı il tarixli qətnaməsi ilə pozulmuş, həmin vaxtdan etibarən ayrı yaşamışlar. Nikah pozulduqdan sonra şifahi razılaşma əsasında birgə nikah dövründə əldə edilmiş əşyalar aralarında bölünmüşdür. Bundan 5 il sonra, yəni iddia müddəti keçdikdən sonra apardığı əşyaların da pulunu ondan almaq məqsədi ilə məhkəməyə əmlak tələbi ilə iddia ərizəsi vermişdir. İddia müddətinin axımının dayandırılması üçün heç bir əsas olmamışdır. Bu barədə məhkəməyə yazılı ərizə versə də, nəzərə alınmamış və məhkəmə tərəfindən iddiaçının əsassız və qanunsuz verilmiş iddia ərizəsinə baxılmış, bununla da Mülki Məcəllənin 373.2, 375.2-ci və Ailə Məcəlləsinin 3 6.9-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa iddiaçı ilə birgə yaşadıqları dövrdə mətbəxdə yalnız stol və stullar olduğu, orada boz rəngdə divanın olmaması iş materiallarında olan evin foto şəkilləri və digər sübutlarla təsdiq edildiyi halda məhkəmə mətbəxdə 500 manat dəyərində 1 ədəd boz rəngli divanın olması nəticəsinə gələrək həmin əşyanı ümumi əmlak siyahısından çıxarmamış və məhkəmənin müəyyən etdiyi həmin hal qeyri-mötəbər, ziddiyyətli sübutlarla təsdiq edilmişdir və sair. Birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar ondan ibarətdir ki, birgə mülkiyyətdə olan bir sıra əşyalar bölgü siyahısından çıxarılmış, tərəflərin razılığı ilə əşyaların natura şəklində bölünməsi təmin edilməmiş və əş yaların şişirdilmiş qiymətləri ilə ondan 6.935 manat pulun alınıb iddiaçıya verilməsi kimi işin hallarına uyğun gəlməyən nəticəyə gəlinmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(103)-6679/2023 saylı qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən, məruzəçi), A.İmanov və M.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(001)-45/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şikayətin qətnaməyə aid mübahi sələndirilən hissələrinə dair birinci instansiya məhkəməsinin qənaətinin hüquqi və ya faktiki əsaslarla yanlış olması sübuta yetirilmir və apellyasiya şikayətinin dəlillərinə (etirazın əsasına) dair birinci instansiya məhkəməsinə təqdim edilməli olan mötəbər sübutlar müzakirəyə təqdim edilməmişdir. Ələlxüsus qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində müxtəlif (ziddiyyətli) əsaslar təsbit edilsə də, apellyasiya icraatı zamanı mövqeyin dəqiqləşməsinə aydınlıq gətirmiş və iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməsini tələb etmişdir. Lakin məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsi tərəfindən bəzi əşyaların cehiz kimi, həm də yüksək olaraq 2.700 manat qiymətləndirilməsi hissəsində apellyasiya şikayətini müdafiə etmiş, əşyaların qiymətinin şişirildi yini və cehiz kimi deyil, birgə nikah dövründə əldə edildiyini bildirmiş, lakin buna dair (iddianı təkzib edən) sübutlar təqdim etmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nikaha daxil olduğu zaman adət-ənənəyə uyğun cehiz əşyaların gəlin tərəfindən təqdim edilməsi hamıya bəlli olan haldır. Əşyaların mövcudluğunu cavabdeh etiraf etsə də, onların cehiz olduğunu inkar edir. Ona görə, əksi sübuta yetirilməyincə hamıya bəlli olan halın, yəni əşyaların cehiz əşya kimi qəbul edilməsi yolveriləndir. Əşyaların dəyərinə aid isə ekspertin rəyini təkzib edən sübutlar təqdim edilmədiyindən, ona sübutların mötəbərliyi baxımından qiymət verilməməsi üçün əsaslar müəyyən edilmir.
25. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının hüquqlarının pozulmasını b ildiyi məqam 2021-ci ildən - yəni mənzilin ona təhvil verildiyi zamandan hesablanmalıdır. Belə ki, icra məmuru tərəfindən tərtib edilmiş 2 fevral 2021-ci il tarixli aktla mənzilin iddiaçıya təhvil verildiyi, hər iki tərəfin etirafı ilə mübahisə edilən əşyaların bölgüsünün tərəflərin razılaşması ilə aparıldığı və iddiaçıya məxsus əşyaların bir hissəsinin əvvəl mübahisə predmeti olmuş mənzildə saxlanıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı cavabdeh iddiaçıya məxsus bəzi əşyaların iddiaçıya təhvil verilənədək mənzildə saxlanıldığını, mənzil iddiaçıya təhvil verilənədək özünə məxsus əşyaları apardığını, lakin cavabdehə məxsus xalçaların da iddiaçı tərəfindən aparıldığını, habelə düzgün olmayaraq məhkəmə tərəfindən cehiz əşyaları kimi qiymətləndir ilən əşyaların birgə nikah dövründə alındığını bildirmişdir.
26. Məhkəmə kollegiyası cavabdeh tərəfindən bütövlükdə əşyaların mövcudluğu qismən etiraf edilsə də, onların çeşidinə və mülkiyyət hüquqi rejiminə dair aydınlıq gətirilməmişdir. Belə aydınlığın gətirilməsi vəzifəsi öz etirazının sübutu kimi cavabdehə mənsubdur. Mənzil təhvil verilənədək iddia müddətinin ötməsi ehtimalına dair isə qeyd edilməlidir ki, qeyd edilən zamanadək tərəflər arasında əşyaların bölgüsü ilə bağlı razılıq əldə edildiyindən hüquqların pozulması müəyyən edilməmişdir. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddətinin ötməsi müəyyən edilməmiş, lakin cavabdehin iddia müddətinin tətbiqi barədə dəlillərini müdafiə etməsi faktiki olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların onun tərəfindən qəbul edilməsini şərtləndirmişdir.
27. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34.1, 35, 36.4, 36.6, 36.8, 36.9-ci maddələrinə, habelə Mülki Məcəllənin 377, 380.1 və 380.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında bağlanmış nikaha Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. 2017-ci ildə iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri bütün əşyaları öz aralarında bölmüşlər və iddiaçı özünə məxsus əşyaları özü ilə yaşadığı ünvana aparmışdır. İddiaçı əşya tələbi ilə apardığı əşyaların bir qismini qərəzli şəkildə iddia ərizəsində göstərərək 18 fevral 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Əşyaların dəyəri barədə işə əlavə edilmiş ekspert rəyləri arasındakı ziddiyyətlərə aydınlıq gətirməmiş, onlara düzgün hüquqi qiymət verməmiş və onun ekspertiza təyin edilməsi barədə vəsatətini əsassız olaraq rədd etmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnamədə “Maqnit” mağazasından alınmış 2.000 manat dəyərində “Samsung” markalı televizovun, 400 manat dəyərində “Beko” markalı soyuducunun, 300 manat dəyirində “İndesit” markalı palta ryuyan maşının iddiaçıya anası tərəfindən hədiyyə verildiyini göstərsə də, işdə bu barədə heç bir sübut yoxdur. Dəfələrlə tələb etməsinə baxmayaraq məhkəmə tərəfindən mübahisəli əşyaları baxış keçirilməmiş, həmin əşyaların real qiymətlərini müəyyən etmək üçün iş üzrə müvafiq ekspertiza keçirib rəy almamışdır. Həmçinin sözügedən əşyalar naturada mövcud olduğu və həmin əşyaları qaytarmağa razı olduğu halda, məhkəmə həmin əşyaların özünün alınıb qaytarılmasını deyil, dəyərinin ondan tutulmasına dair qanunsuz və əsassız qətnamə çıxarmışdır. Həmçinin məhkəmə iddiaçı ilə onun arasında bağlanmış nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi haqqında iddiaçının iddia tələbinə 3 illik iddia müddətini tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı eti razın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
33. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
34. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 35. maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 37. maddə 32.3. Nikah dövründə ev təsərrüfatı i lə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
38. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
39. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
40. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
41. Maddə 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
42. Maddə 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
43. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 ill ik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Kassasiya şikayətinin nəticə hissəsindən görünür ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv olunmasını xahiş etsə də, qətnaməni əslində iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehin kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən, yəni iddianın təmin olunan hissəsində yoxladı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, qət namə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir.
56. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilməsinə baxmayaraq iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməmişdir, cavabdeh isə apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlamış və bununla da Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinin tələblərini pozaraq mübahisənin predmetinin açıq-aşkar bölünən olmasını nəzərə almamışdır. Halbuki, sözügedən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını o, halda tam yoxlamağa borcludur ki, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olsun.
57. Digər tərəfdən cavabdehin iddiaya etiraz ərizəsindən, onun həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlardan, habelə apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, o, iddiaçının iddia etdiyi əşyaların birgə nikah dövründə əldə edildiyini, ona məxsus olan xalçaları qaytararsa həmin əşyaları iddiaçıya qaytarmağa hazır olduğunu bildirmişdir.
58. Göründüyü kimi iddiaçının iddia etdiyi əşyalar naturada mövcuddur və cavabdehin izahatına görə ona məxsus xalçaları qaytararsa həmin əşyaları, o cümlədən “Samsung” markalı televizoru, “Beko” markalı soyuducunu v ə “İndesit” markalı paltaryuyan maşını iddiaçıya qaytarmağa razıdır.
59. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət verməmiş, mübahisəli əşyaların mövcud olub-olmadığını araşdırmamış, ümumiyyətlə iddiaçının cavabdehə qarşı hazırkı tələblərini dəqiqləşdirməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, başqa sözlə mübahisəli əşyalar naturada mövcud olduğu halda, iddiaçının həmin əşyaların özünü deyil, bilavasitə dəyərini tələb etməsinə diqqət yetirməmiş, bunun üçün iddiaçıya prosessual hüquq və vəzifələrini izah etməmiş, habelə görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onu qabaqcadan xəbərdar etməmiş və bununla da Azərbaycan Respublikası MPM-in 14.1, 222.1-ci maddələrinin tələblərini pozmuşdur.
60. Sadalanan normaların mənasına görə məhkəmə əmlakın özünün alınıb verilməsini deyil, dəyərinin tutulmasını o halda qət edə bilər ki, əmlak naturada mövcud olmasın, yəni əmlak naturada mövcuddursa, iddiaçı həmin əmlakın dəyərini deyil, özünü tələb etməlidir. Lakin iddiaçı tərəfindən tələb olunan əmlak qətnamə icra olunan vaxt mövcud olmadıqda, məhkəmə cavabdehdən alınmalı olan əmlakın dəyərini də qətnamənin nəticə hissəsində göstərməyə borcludur.
61. Daha sonra ekspert rəylərindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, habelə cavabdehin izahatından görünür ki, mübahisəli əşyalar- dəyəri müəyyən olunması üçün ekspertiza tədqiqatına təqdim olunmamışdır və ekspertlər tərəfindən həmin əşyaların qiymətləndirilməsi yalnız nəzəri hesablama yolu ilə müəyyən edilmişdir.
62. Azərbayca n Respublikası MPM-in 97.1, 102.1 və 102.2-ci maddələrinin mənasına görə məhkəmə, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza; ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza; əsassızlığına ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
63. Göründüyü kimi mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə g əlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə müvafiq ekspertiza təyin oluna bilər.
64. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri).
65. Apellyasiya instansiyası məhkəməsi mübahisəli əşyalara ümumiyyətlə ekspertlər tərəfindən baxış keçirilməməsini, hər iki ekspert tərəfindən həmin əşyaların nəzəri hesablama yolu ilə qiymətləndirilməsini nəzərə almadan, əşyalara bilavasitə ekspertlər tərəfindən baxış keçirilməsi üçün lazımi şərait yaratmasını cavabdehə təklif etmədən, başqa sözlə ekspertlərin nəzəri qaydada müəyyən etdikləri qiymətlərin, aşınmaları nəzərə alınmaqla naturada mövcud olan əşyaların dəyərinə uyğun olub-olmadığını tam, hərtərəfli və obyektiv araşdırmadan, sözügedən ekspert rəylərini məhkəmə iclasında tədqiq edib, həmin rəyləri işə əlavə edilmiş digər sübutlarla, o cümlədən cavabdehin izahatı ilə yanaşı qiymətləndirmədən və bununla bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini lazımi qaydada araşdırmadan, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə də dəyişdirilmədən saxlamışdır.
66. Bundan başqa apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, tərəflərin ailə münasibətlərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xitam verilmişdir.
67. Eyni zamanda iddia ərizəsindən görünür ki, 2016-cı ildən tərəflər ayrı yaşayırlar və həmin vaxtdan iddiaçı evdən getmiş və hazırkı iddia ilə məhkəməyə 4 may 2021-ci il tarixdə müraciət etmişdir.
68. Habelə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, nikah pozulduqdan sonra iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən birgə nikah dövründə əldə etdikləri əşyaları faktiki olaraq öz aralarında bölüşdürmüşlər.
69. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
70. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında nikah pozulduqdan sonra iddiaçının mübahisəli əşyalarla bağlı hüququnun pozulduğunu yalnız 2021-ci il tarixdə, yəni sözügedən mənzilin ona təhvil verildiyi gündən bildiyini göstərsə də, gəldiyi nəticəni Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbləri baxımından lazımi qaydada araşdırmayıb. Belə ki, qeyd olunan normada göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.
71. Əvvəla, iddiaçının mübahisəli əşyalara münasibətdə öz hüququnun pozulduğunu mənzilin cavabdeh tərəfindən ona təhvil verildiyi gündən bilməsi inandırıcı, ağlabatan görünmür. Çünki işə əlavə edilmiş sənədlərlə, o cümlədən qanuni qüvvəyə minmiş Bakı şəh əri Binəqədi Rayon Məhkəməsinin 6 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikaha xitam verildikdən sonra sözügedən mənzil cavabdehin istifadəsində olmuş və tərəflər arasında mənzillə bağlı uzun müddət məhkəmə çəkişmələri davam etmiş və yalnız sonda qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(001)5677/2019 saylı qətnaməsi ilə mənzilinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin onlar arasında paylarına uyğun olaraq bölüşdürülməsi və hərracdan satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması qət edilmişdir.
72. Digər tərəfdən işdən görünür ki, iddiaçı 2016-cı ildən mübahisəli əşyaların faydalı xassələrindən istifadə edə bilmədiyi, həmin vaxtdan ötən 5 il müddət ərzində m ənzildə yaşamadığı, habelə məhkəmənin qətnaməsi ilə tərəflər arasında olan nikaha 6 sentyabr 2016-cı il tarixdən xitam verildiyi halda iddiaçının həmin əşyalara münasibətdə hüququnun pozulduğunu yalnız 2021-ci ildən bilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına uyğun sayıla bilməz.
73. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmır və hesab edir ki, müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməməsi, habelə 3 illik iddia müddəti keçdikdən sonra cavabdehin iddianı etiraf etməsini göstərən müəyyən hərəkətlərə yol verməsi, iddianın mübahisələndirilən hissədə təmin edilməsi üçün əsas sayıla bilməz və bu Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmənin iddiadan imt ina barəsində qərar çıxarması üçün əsasdır.
74. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürüb-ötürməməsi məsələsinə aydınlıq gətirilməli və bundan sonra yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmaqla iddianın mübahisələndirilən hissədə əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
75. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan süb utlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 76. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub.
77. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəmə si Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(103)-6679/2023 saylı qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.