Məhkəmə qərarları › İş №2(102)-1726/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1726/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1726/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması 06.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7394/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2 saylı Bakı ASAN xilmət mərkəzinin notariat kontorunda İddiaçı (“borc verən”) ilə Cavabdeh oğlu (“borc alan”) arasında bağlanmış 19 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən “borc verən” “borc alan”a 100000 (bir yüz min) ABŞ dolları məbləğində pul borc vermiş, “Borc alan” krediti 19.04.2017-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 100 000 ABŞ dolları məbləğində əsas borc və 10 000 ABŞ dolları məbləğində faiz borcu, cəmi 110 000 ABŞ dolları borcun İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir

3. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanılmış 19 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 100 000 ABŞ dolları məbləğində borc pul vermişdir. Kredit bir il müddətinə verilmişdir və cavabdeh 19 aprel 2017-ci il tarixə qədər krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günə qədər həmin vəsaiti ona qaytarmamışdır. O, dəfələrlə cavabdehə müraciət edərək borcu qaytarmağı tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək qaytarmamış, öhdəliyin icrasından yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş f aiz ödəməyə borcludur. Cavabdeh artıq iki ildir ki, onun pulunu qaytarmır. Odur ki, cavabdehdən əsas borcla yanaşı, ödəməni gecikdirdiyi üçün illik beş faiz olmaqla iki il üçün 10000 ABŞ dolları faiz də onun xeyrinə tutulmalıdır.

4. Cavabdeh oğlu 21 oktyabr 2019-cu il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, onunla cavabdeh İddiaçı arasında 19.04.2016-cı il tarixdə 2 saylı Bakı ASAN xilmət mərkəzinin notariat kontorunda bağlanmış kredit müqaviləsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı 19.04.2016-cı il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzinin notariat kontorunda bağladıqları kredit müqaviləsinə istinad etmişdir və həmin müqaviləni sübut kimi məhkəməyə təqdim etmişd ir. Lakin həmin müqaviləni tərəflər bağlasalar da, ilkin iddia üzrə iddiaçı həmin müqavilədən irəli gələn öhdəliyini icra etməmişdir və həmin müqavilədə ona verməyini vəd etdiyi pulları ona verməmişdir. Belə ki, nə müqavilədə, nə də ki, hər hansı başqa sənəddə onun həmin pulları almağı haqqında qeyd yoxdur. O, sahibkarlıq məqsədləri üçün X ilə kredit müqaviləsi bağlamışdır. X1 kredit müqaviləsi üzrə öz öhdəliyinə əməl etmədiyindən, o, biznes layihəsini icra edə bilməmişdir, ziyan çəkmişdir. O dəfələrlə X müraciət edərək onunla birlikdə notariusa gedərək kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Buna cavab olaraq X bildirmişdir ki, həmin müqavilənin heç bir əhəmiyyəti yoxdur, çünki o, ona pulun alınması barədə iltizam verməmişdir və müqavilə icra olunmayıb. X ona demişdir ki, o, müqaviləni cırıb atmışdır. O, X bu sözlərinə inanaraq müqavilənin ləğv barədə iddia qaldırmamışdır. X1 əsassız varlanmaq üçün hal-hazırda həmin kredit müqaviləsinə istinad edərək ondan külli miqdarda pul almağa çalışır. Bağladıqları kredit müqaviləsinin 9-cu bəndinə əsasən tərəflər mübahisələri qarşılıqlı razılıq yolu ilə həll etməlidirlər. Belə razılıq olmadıqda isə tərəflər məhkəməyə müraciət edə bilərlər. Beləliklə, ilkin iddiaçı mübahisənin məhkəməyəqədər həlli prosedurana da əməl etməmiş, ona yazılı pretenziya ilə müraciət etməmişdir. Həmin prosedura əməl edilməməsinin səbəbi ondan ibarətdir ki, ilkin iddiaçı bilirdi ki, ona pretenziya göndərsə, o, ilkin iddiaçıdan vəd edilən borc pulu almadığını bildirəcək. 15.10.2019-cu il tarixdə o, ilkin iddiaçıya məktub göndərərək, həmin kredit müqaviləsinin ləğv edilməsinə yazılı razılıq verməyini xahiş etmişdir. Müqavilənin 10- cu bəndinə əsasən tərəflər yazılı razılıq əsasında müqaviləni ləğv edə bilərlər. Belə razılıq olmadıqda isə müqavilə məhkəmə qaydasında ləğv oluna bilər.Bu əsasla hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi məhkəmə tərəfindən ləğv olunmalıdır

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2019-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş N 2(009)-2694/19) iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 100000 (bir yüz min) ABŞ dolları məbləğində əsas borc və 10000 (on min) ABŞ dolları məbləğində faiz borcu, cəmi 110000 (bir yüz on min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı il ə) tutulması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 19 aprel 2016-cı il il tarixli kredit müqaviləsi tərəflərin sərbəst iradə ifadəsi əsasında bağlandığından və qanunvericiliyin bütün tələblərinə riayət olunduğundan və həmin kredit müqaviləsinin ləğv edilməsi üçün əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, qarşılıqlı iddiaçının 19 aprel 2016-cı il il tarixli kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassız hesab edilməlidir

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 389, 390, 421,423-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1, -cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icr aat

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7349/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və V.Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, müqavilənin mətnində iddiaçıya münasibətdə “borc verir” ifadəsindən istifadə olunub. Halbuki, qanunda borc verənə münasibətdə pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür ifadəsində istifadə olunub (Mülki Məcəllə, maddə 739.1). Əgər müqavilənin mətnində borc verir deyil, öhdəsinə g ötürür ifadəsi olsayıdı iddiaçının üzərinə vəzifə düşürdü ki, öhdəliyini icra etdiyini sübut etsin. Hazırkı müqavilənin mətni həm öhdəliyin yarandığını, həm də icra edildiyini təsdiq edir. Cavabdeh göstərilən mətni imzalamaqla pulun iddiaçı tərəfindən ona verildiyini təsdiq edib.

12. Müqavilənin bağlanmasından sonra cavabdehin nümayiş etdirdiyi davranışla bağlı əsaslandırma borc pul verilməsi təşəbbüsü cavabdeh tərəfindən irəli sürülüb: ona pul lazım olub. Əgər lazım olan pul cavabdehə verilməmişdirsə, ağlabatan mühakiməyə görə o, pulun verilməsi və ya başqa mənbədən (bankdan, fiziki şəxsdən və s.) pul əldə edilməsi üçün müvafiq tədbirlər görməli idi. Lakin cavabdeh heç bir tədbir görməyib, bu isə onu təsdiq edir ki, müqavilədə göstərilən pul (cavabdehə lazım olan pul) ona verilib. Əks təq dirdə sual yaranır ki, cavabdeh ona lazım olan pula ehtiyacını necə təmin edib? Nəzərə alınmalıdır ki, pul cavabdehə o dərəcədə lazım olub ki, onu əldə etmək üçün notariat kontoruna gedərək müqaviləni imzalamağa razılıq verib, hətta müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini öz üzərinə götürüb (müqavilənin 11-ci bəndi). Bundan başqa, əgər iddiaçı cavabdehi aldatmışdırsa, yəni pul verəcəyini yalandan vəd edərək kredit müqaviləsinin imzalanmasına nail olmuşdursa, ağlabatan mühakiməyə görə cavabdeh Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş 1 il ərzində müqavilənin etibarsız hesab edilməsini tələb etməli idi. Lakin cavabdeh bunu etməmiş, 3 il keçdikdən (pul tələbi barədə iddia verildikdən) sonra müqavilənin ləğvi barədə qarşılıqlı iddia qaldırmış, daha sonra işin m əhkəmə aidiyyətinə dair əsassız vəsatət qaldırmış, bu vəsatət üzrə məhkəmə qərarını apelyasiya və kassasiya qaydasında mübahisələndirməklə işin yekunlaşmasını 8 aydan artıq ləngitmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin özü bildirir ki, müqavilə imzalandıqdan sonra iddiaçı pulu 2-3 günə ona verəcəyini demiş, lakin verməmişdir. Əgər cavabdehin dedikləri həqiqət kimi qəbul olunarsa, deməli, müqavilə bağlandıqdan 2-3 gün sonra cavabdeh aldadıldığını bilmiş, lakin ötən 3 il ərzində müqavilənin etibarsız sayılması və ya ləğv edilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh bu davranışını belə əsaslandırır ki, iddiaçı ona “müqaviləni cırmışam” demiş, o isə buna inanaraq heç bir tədbir görməmişdir. Lakin müqavilənin mətnində qeyd olunub ki, onun bir nüsxəsi notariat kontorunda saxlanılır. Cava bdeh müqaviləni imzaladığına görə bunu bilirdi, habelə cavabdeh bilirdi ki, müqavilənin iddiaçıda olan nüsxəsinin cırılması notariat kontorunda saxlanan nüsxədən istifadə edilməsinə mane olmur. Bundan başqa, cavabdeh iddiaçının “müqaviləni cırmışam” sözünə nə üçün inandığını əsaslandıra bilmir, halbuki, cavabdehin özünün dediklərinə görə bundan əvvəl iddiaçının sözünə inansa da (müqaviləni imzalasa da) iddiaçı sözünün üstündə durmamışdır, yəni pulu ona verməmişdir. İddiaçı isə bildirir ki, cavabdehə müqaviləni cırmışam” deməyib. Müqavilənin bağlandığı və pulun verildiyi zaman tərəflərin yanında özlərindən başqa heç kim olmadığından hər hansı şəxsin bu məsələ ilə bağlı şahid kimi dindirilməsi mümkün deyil.

13. O cümlədən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə notariusu çağırıb dindirməli deyil, çünki notariat hərəkəti ilə bağlı mübahisə qaldırılmayıb, notarius işdə iştirak edən şəxs deyil. Notarius şahid kimi dindirilə bilər, lakin tərəflərin heç biri bu barədə vəsatət verməyib, məhkəmə öz təşəbbüsü ilə şahid çağırmaq hüququna malik deyil. İddiaçının cavabdehə 100.000 ABŞ dolları borc pul verdiyi müəyyən olunur. Həmin pulun geri qaytarılması üçün müqavilədə müəyyən edilmiş 1 illik müddət bitib, lakin cavabdeh pulu qaytarmayıb. Mülki Məcəllənin 739.1-ci maddəsində borc alanın öhdəliyi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə və zifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulu iddiaçıya qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməyib. Ona görə də birinci instansiya məhkəməsi 100.000 ABŞ dolları məbləğində pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddia ərizəsində öhdəliyin icrasının gecikdirilməsinə görə qanunda müəyyən edilmiş faiz tələb olunub. Belə ki, öhdəliyin icrası vaxtı 19.04.2017-cü il tarixinə təyin olunsa da, cavabdeh 3 ildir ki, öhdəliyi icra etmir. Birinci instansiya məhkəməsi 5 faizlə hesablama apararaq gecikməyə görə 2 il üçün 10.000 ABŞ dolları faiz tutulmasını qət edib, bu nəticə Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə uyğundur.

14. Qarşılıqlı iddiaya aid hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, qarşılıqlı iddia onunla əsaslandırılıb ki, müqavilədə göstərilən pul iddiaçı tərəfindən cavabdehə verilməyib. Lakin yuxarıda qeyd edilənlərdən müəyyən olunur ki, pul cavabdehə verilib. Ona görə də məhkəmə Mülki Məcəllənin 421-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiy a instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur

17. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərinə uyun izahat verərək şikayətin təmin ediməsini xahiş etdilər. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq M ülki Məcəllə

24. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

25. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) 26. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanılır. (maddə 7 40.2)

27. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

28. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

29. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, iş lərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

30. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) 31. əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.1 32. əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.2 33. müqavilənin bağlanması üçün iki tərəfın razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfın razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.4 34. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında i ki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.1 35. əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.1 36. əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.1 37. əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqav ilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.2 38. müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 423.2 Mülki Prossesual Məcəllə

39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

40. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

42. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

43. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7394/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar