Məhkəmə qərarları › İş №2(102)-1726/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1726/2022

12.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1726/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1726/22 (Açar sözlər: yaşayış sahəsinə görə artıq ödənilmiş vəsaitin geri qaytarılması) Bakı şəhəri, 12 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)9567/2021 nömrəli, 15.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC və İddiaçı arasında bağlanmış 12.05.2014-cü il tarixli, 03/36 nömrəli müqaviləyə əsasən, sonuncu ümumi sahəsi 83,71 kv.metr olan 36 saylı mənzilin hər bir kv.metrinə görə MMC-yə 540 manat olmaqla, cəmi 45.203 manat məbləğində pul ödəməyi, MMC isə mənzili iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. MMC tərəfindən verilmiş 10.12.2015-ci il tarixli, 03/36-20 saylı "xxxx"na əsasən, İddiaçı, mənzilin dəyərini MMC-yə tam həcmdə ödəmişdir.

2. Sözügedən mənzil 17 mart 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh MMC-nin adına qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda daşınmaz əşyanın ümumi sahəsi 74.6 kv.m. göstərilmişdir.

3. İddiaçı, MMC ilə bağladığı müqavilədə və çıxarışda mənzilin sahəsinə dair fərqə istinad edərək MMC-nin ondan artıq pul aldığını bildirir və aşağıdakı tələbi irəli sürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-ə qarşı “artıq ödənilmiş məbləğin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12 may 2014-cii il tarixli müqaviləsə əsasən ümumi sahəsi 74.6 kv.m olan Bakı şəhəri Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzil (hal-hazırda ünvan: ünvan 1 manatın və həmin məbləğə görə əldən çıxmış 3565 manat faydanın, cəmi 9084 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəb ul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin hesablamasından məlum olur ki, mənzilin ümumi sahəsi 74.0 kv.m-dir. Yəni, cavabdeh MMC-yə 9,11 kv.m üçün 5510 manat artıq pul ödənilmişdir. Cavabdeh iddiaçının pulundan istifadə etməklə və əsassız varlanmaqla gəlir əldə etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(005)3309/2021 nömrəli qətnaməsi ilə (hakim V.Quliyev) iddia rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcə də, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, iddiaçı DƏDRX-dən sorğuya cavab aldıqdan sonra, MMC-yə pretenziya məktubu ünvanlamış, cavab almadıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 347.1, 389.1, 390.1, 372.1, 373.2, 375.2, 37 7.1, 377.2, 380.1, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3, 59.4, 59.5, Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələri, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 15.12.2012-ci il tarixli Qərarının 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6-ci bəndləri ilə əsaslandırmışdır.

11. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) 15.10.2021-ci il tarixli, 2(103)-9567/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2(005)-3309/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, mənzilin ölçülərində yaranmış fərqin onun tərəfindən mənzildə aparılmış yenidənqurma və təmir işləri nəticəsində deyil, cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra edilməməsi səbəbindən yarandığını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddianın “mənzilin ölçüsündə yaranmış fərqə görə pulun tutulması barədə” hissəsi əsassızdır.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı fi ziki şəxs olaraq ona məxsus mənzildə quraşdırılmış elektrik və su sayğaclarına görə pul ödəməkdən azaddır. Lakin, MMC qeyd edilən pul məbləğini iddiaçıdan almışdır. Lakin, həmin pul məbləği MMC-dən iddiaçının xeyrinə tutula bilməz. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

16. İşin hallarından görünür ki, həmin sayğaclara görə iddiaçı tərəfindən cavabdeh MMC-yə sonuncu ödəniş 11.12.2014-cü il tarixdə edilmiş və o, hazırki iddia ilə Rayon Məhkəməsinə 11.06.2021-ci il tarixdə müraciət etmişdir. Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman isə MMC ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinə iddia müddətinin tətbiq edilmə sini xahiş etmişdir. Odur ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir hesablama aparmadan formal olaraq cavabdehin mənzil sahəsinin düzgün hesablandığı qənaətinə gəlmişdir. Belə ki, məhkəmənin yenidənqurma nəticəsində sahənin divaraltı sahəyə çevrilməsi barədə dəlili absurddur. 2 otaqlı mənzildə hansı ölçüdə divarlar inşa edilməlidir ki, mənzil sahəsi 9,11 kv.m. azalsın. İddiaçı mənzil sahəsinin 9,11 kv.m. az olması barədə sübutu məhkəməyə təqdim etsə də, cavabdeh bu halı təkzib edə bilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı Cavabdeh MMC-nin etirazı daxil olmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Alqı-satqı tərəflərin razılaşmasına uyğun həyata keçirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

22. Maddə 373.

2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

23. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

24. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vu rulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bi ldirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

30. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

31. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

32. Maddə

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

33. Maddə 59.2. Yaşayış binalarında m ənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

34. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə v ə başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilm iş qüvvəsi yoxdur.

41. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, əhəmiyyətsiz əqd əsasında ə sassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Kollegiya aşağıdakı əsaslara görə Apellyasiya Məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razılaşmır.

53. Birinci və apellyasiya instansiyası məhkəmələri mübahisə üzrə öhdəlik münasibətlərinə və iddia müddətinə dair ümumi xarakterli maddi h üquq normalarına (MM, m.385, 442, 373 və s.) istinad etsələr də, tərəflər arasındakı öhdəlik münasibətlərinin konkret olaraq hansı müqavilədən irəli gəldiyini, bu öhdəliklərin nədən ibarət olduğunu, onların nə vaxt icra edildiyini və ya pozulduğunu, buna müvafiq olaraq cavabdehin tətbiq etdiyi iddia müddətinin əvvəlinin hansı andan hesablandığını göstərməmiş, bu xüsusatlara dair konkret maddi hüquq normalarının dispozisiya şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamışlar.

54. İşdən göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdi r.

55. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

56. Belə olan halda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli halcavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur.

57. Nəzərə alınmalıdır ki, sübutetmə ded ikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan, sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlu matlar sübutlar hesab olunur.

58. Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

59. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.

60. Lakin, apellyasiya məhkəməsi müvafiq xüsusatın araşdırılması üçün ekspertiza təyin etmədən, iddiaçının dəlilinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı, mənzilin sahəsinin müqavilə üzrə nəzərdə tutulandan az olmasını mənzildə aparılmış yenidənqurma və təmir işləri nəticəsində deyil, cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi səbəbindən yarandığını sübuta yetirə bilm əmişdir.

61. Halbuki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçının vəkilinin sorğusuna verdiyi cavabla da təsdiq olunur ki, mənzilin sahəsi 83,71 kv.metr yox, 74.6 kv.m təşkil edir(mülki iş səhifə12). Yəni, iddiaçı mənzilin sahəsinin az olması halını sübuta yetirmişdir. Ona görə sübutetmə vəzifəsinin öhdəsində gələ bilməməsi əsası ilə iddianın rədd edilməsi düzgün olmamışdır.

62. Məhkəmələr nəzərə almamışdır ki, mənzilin sahəsinin yenidənqurma və təmir işləri nəticəsində 9,11 kv.m. azalmasının mümkünlüyünün müəyyən edilməsi üçün bu sahədə müvafiq bilikləri olan ekspertin xidmətindən istifadə edilməlidir. Həm də, iki otalı mənzildə aparılan yenidənqurma işlərinə görə 9,11 kv.m sahənin azalması açıq-aşkar inandırıcı görünmür.

63. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

64. Eyni zamanda, mənzilə quraşdırılmış sayğaclara görə ödənilən vəsaitin geri qaytarılması tələbinə tətbiq olunan iddia müddətinin əvvəlinin nə vaxtdan başlanması məsələsi aydınlaşdırılmadan qalmışdır. Həmin xidmətlərin dəyərinin iddiaçı tərəfindən ödənilməli olmamasını iddiaçının hansı vaxtdan bilməsi aydın deyil. Nəzərə almaq lazımdır ki, yeni inşa edilən yüksək mərtəbəli yaşayış binalarında analoji xidmətlərin haqlarının vətə ndaşlardan alınması ilə bağlı kütləvi “işgüzar” təcrübələr mövcuddur. Ona görə bununla bağlı vətəndaşların vaxtında bilgili olmaması ehtimalı daha çoxdur. Analoji mübahisələrin həlli zamanı şəxsin öz hüquqlarının pozulmasını hansı vaxtdan bildiyi və bilməli olması aydınlaşdırılmalıdır.

65. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. 66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

68. Gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9567/2021 saylı, 15.10.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar