Məhkəmə qərarları › İş №2(102)-1299/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1299/2024

30.04.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1299/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, müqavilə öhdəliklərinin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-243/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəməsindəki əvvəlki icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1726/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 120127, İ cild; link: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid=e66fc1d96e894dbba4aa5b001fcf37b3.edoc a) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

1. Yeni apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4793 nömrəli, 10 oktyabr 2022-ci il tarix li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25 ünvanında yerləşən, 36 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin mənzilin bayır və ara divarların altı nəzərə alınmadan) 78,0 kv.m təşkil edir. Mübahisəli mənzilin arakəsmə divarlarının və şaxtalarının yerləşdiyi ərazi daxil olmaqla (müvafiq azaltma əmsalları tətbiq olunmadan) sahə 83.36 kv.m (78.0+5.0+0.36) təşkil edir, bayır və ara divarların altı nəzərə alındıqda (müvafiq azaltma əmsalları tətbiq olunmadan) sahəsi 94.4 kv.m təşkil edir. Tərəflər arasında bağlanmış 12 may 2014-cü il tarixli müqavilədə qeyd edilmiş 83.71 kv.m sahənin hansı qaydada hesablanması (bayır və ara divarların altı nəzərə alınmaqla v ə ya alınmamaqla) göstərilməmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 15 mart 2021-ci il tarixli məktubunda göstərilən 74.6 kv.m sahə hesablanarkən arakəsmə və bayır divarların altı nəzərə alınmadığından və balkon 0.3 azalma əmsalı ilə hesablandığından, həmin sahə ilə mənzilin faktiki 78.0 kv.m ümumi sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin mənzilin bayır və ara divarların altı nəzərə alınmadan), eyni zamanda bayır və ara divarların altı nəzərə alınmaqla hesablanmış 93.2 kv.m ümumi sahəsi arasında fərq yaranmışdır

2. Məhkəmə Ekspertiza Mərkəzinin 10/8052 nömrəli, 18 aprel 2023-cü il tarixli əlavə ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin daxilində yerləşən sanitar qovş ağının və sanitar qovşağına bitişik yardımçı otağın arakəsmə divarları razılaşdırılmış hörgü planında qeyd olunan yerdən deyil, dəhliz istiqamətində genişləndirilərək hörülmüşdür. Faktiki olaraq mənzil təmirli vəziyyətdədir. Belə ki, mənzilin daxilində yerləşən divarlar suvanmış, divar kağızları ilə üzlənmiş, sanitar qovşağında kafel-metlax işləri görülmüş və digər təmir işləri görülmüşdür. Mübahisəli mənzilin mövcud vəziyyətdə faktiki ümumi sahəsinin 78.0 kv.m olmasını, razılaşdırılmış hörgü planında isə faktiki ümumi sahəsinin 78.43 kv.m qeyd olunmasını nəzərə alaraq, həmin mənzildə görülmüş təmir-tikinti işləri nəticəsində mənzilin faktiki ümumi sahəsi 0.43 kv.m azalmışdır.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-243/ 2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3309/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuş, Cavabdehndən (bundan sonra – cavabdeh və ya MMC) iddiaçının xeyrinə 3451,20 manat pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərcinin cavabdehə aid edilməsi qət edilmişdir.

4. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh müqavilədə nəzərdə tutulan işi (podratı) lazımi qaydada icra etməmiş, iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahədə mənzil təhvil verməmişdir. Ekspertiza rəyləri ilə mənzilin ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin mənzilin bayır və ara divarların altı nəzərə alınmadan) 78,0 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Bununla yanaşı, iddiaçı tərəfindən mənzildə aparılmış təmir işləri nəticəsində mənzilin sahəsində faktiki 0,43 kv.m azalma baş vermişdir ki, bu hal cavabdehin qüsuru kimi nəzərə alına bilməz. İş üzrə tədqiq olunmuş sübutlara əsasən mənzilin ümumi sahəsi 78.43 kv.m müəyyən olunmuşdur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, 1 kv.m-ə görə 540 manat, dolayısı ilə çatışmayan 5,28 kv.m-ə görə ödənilməli məbləğ 2851,20 manat (83.71 kv.m - 78.43 kv.m = 5.28 kv.m, 5.28 kv.m x 540 manat=2851,2 0 manat) təşkil edir.

6. Bundan əlavə məhkəmə işdə olan 13 oktyabr 2014-cü il tarixli, 13 noyabr 2014cü il tarixli, 11 dekabr 2014-cü il tarixli kommunal maliyyə arayışları əsasında müəyyən etmişdir ki, iddiaçı elektrik və su sayğacların quraşdırılmasına görə cəmi 600 manat pul ödəmişdir. Halbuki, “Eletrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli Qərarının 7.9-cu bəndinə və “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 17 iyul 2014-cu il tarixli Qərarının 6.5-ci bəndinə əsasən, cavabdehin iddiaçıdan qeyd edilən sayğaclara görə pul alması qanunvericiliyin tələblərinə uyğun olmamaqla, iddiaçının bir istehlakçı kimi də hüquqlarının pozulması ilə nəticələnmişdir.

7. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia əldən çıxmış fayda olaraq 3565 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində təmin oluna bilməz. Çünki, iddiaçı cavabdehin qeyd edilən pul vəsaitindən faydalanması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

8. Məhkəmə, həmçinin belə qənaətə gəlmişdir ki, iddiaçı iddia müddətini ötürməmişdir.

9. Məhkəmə gəldiyi nəticənin əsası kimi, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 752.1, 766, 773, 762, 528, 385, 442, 448, 439, 1091, 1092, 21, 425, 372, 377, 375-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın də lilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı əldən çıxmış faydanı tələb edərkən Mülki Məcəllənin 448 və 449-cü maddələrinə əsaslanmışdır və cavabdehə artıq pul ödəməsi barədə məhkəməyə sənəd təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən, yəni artıq ödənilmiş pulu təmin etməklə faktiki olaraq iddiaçının cavabdehdə artıq pulu olduğunu etiraf etmişdir. Lakin məhkəmə öz qənaətinin əksinə olaraq əldən çıxmış fayda tələbini təmin etməyib. Məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 aprel 2023-cü il tarixli əlavə ekspert rəyini Əmlak Məsələləri Dövlət Komitəsi nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəyindən üstün götürdüyünü əsaslandırmayıb və bununla MPM-in 88-ci maddəsinin tələblərini pozub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh MMC kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin etirazda göstərilən əsaslarla ləğv edilərək, işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

16. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank u çot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

18. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

19. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödə məyi öhdəsinə götürür.

20. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

21. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

22. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişlərini yerinə yetirmişdir.

38. İddiaçı kassasiya şikayətində də cavabdehdən məhz Mülki Məcəllənin 448.1 və 449.1-ci maddələrinə əsasən pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə faizlər tələb etdiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 449.1-ci maddəsi özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olduğu barədə qayda müəyyən edir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən bu maddənin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

39. İşə baxmış apellyasiya instansiyası məhkəməsi məhz iddiaçı tərəfindən cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalandığı barədə sübutlar təqdim olunmadığından iddianı həmin hissədə təmin etməmişdir.

40. Eyni zamanda iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən rəy verilməmişdir. Məhkəmə həmin İdarə tərəfindən iddiaçıya verilmiş çıxarışda mübahisəli mənzilin ölçüsü ilə mənzilin faktiki ölçüləri arasında yaranmış fərqi aydınlaşdırmaq üçün ekspertiza və əlavə ekspertiza təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyləri mötəbər sübut kimi qəbul edərək, yekun nəticəyə gəlmişdir.

41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

42. Cavabdehin kassasiya şikayətinin etirazının dəlilləri iddianın təmin olunmuş hissəsinin yoxlanılması ilə bağlıdır. Hazırkı icraat üzrə həmin hissə kassasiya baxışının predmetindən kənar olduğu üçün (cavabdehin kassaya şikayəti qeyri-mümkün hesab edilmişdir) q eyd olunan məsələlərə hüquqi qiymət verilməsi mümkün deyildir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-243/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar