Məhkəmə qərarları › İş №2(102)-4412/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4412/2023

12.12.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4412/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktları, kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-243/2023 saylı iş üzrə 14 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-ə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12 may 2014-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 74.6 kv.m olan Bakı şəhəri Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mənənəsində yerləşən 36 saylı mənzil (hal-hazırda ünvan: ünvan 1 manatın və həmin məbləğə görə əldən çıxmış 3565 manat faydanın, cəmi 9084 manatın tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 iyul 2021-ci il tarixli, 2(005)-3309/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Q uliyev) iddia rədd edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 15 oktyabr 2021-ci il tarixli, 2(103)-9567/2021 saylı qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X3) 12 aprel 2022-ci il tarixli, 2(102)-1726/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(103) 243/2023 saylı qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuş, cavabdehdən iddiaçının xeyrinə 3451,20 (üç min dörd yüz əlli bir manat 20 qəpik) manat pul vəsaitinin tutulması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(103)-243/2023 saylı qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Qərardad onunla əsaslandırılmışdır ki, 13 iyun 2023-cü il tarixli qətnamə ilə apellyasiya şikayəti qismən təmin olunaraq, cavabdehdən t utulması qət olunmuş pul vəsaitinin ümumi dəyəri 5000 manatı keçmir, yəni iddianın təmin olunmuş hissəsi cəmi 3451,20 manat təşkil edir. Göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 3.1, 402.1, 407.1, 407, 408.1, 408.1.1 3.1 408.1.1, 408.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin işlə birlikdə baxılması üçün kassasi ya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Hazırkı iş üzrə kassasiya şikayəti 27 oktyabr 2023-cü il tarixli qərardadla icraata qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul edilmişdir.

11. Belə ki, MPM-in 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi; kassasiya şikayətinin qaytarılması; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı m addəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

12. Göründüyü kimi, MPM-də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret göstərilmişdir.

13. Nəzərə alınmalıdır ki, kassasiya şikayətlərinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kass asiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir.

14. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402.2-ci maddəsinin və ümumiyyətlə son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılmış qanunvericilik islahatlarının məqsədlərinə cavab vermir

15. Hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, MPM-də həmin məhkəmənin 13 iyun 2023-ci il tarixli qətnamədən kasasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, həm in şikayətin qaytarılması barədə 14 sentyabr 2023-cü il tarixli qərardaddan da kasasiya şikayəti verilə bilməz.

16. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).

17. Beləliklə, hazırkı kassasiya icraatı üzrə cavabdehin kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq səhvən icraata qəbul olunduğu üçün Məcəllənin 417.1.7-ci maddəsinə əsasən həmin şikayətin icraata qəbul qərardadı ləğv edilməli və şikayət kassasiya baxışından ç ıxarılmalıdır.

18. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 27 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-243/2023 saylı iş üzrə 14 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar