Məhkəmə qərarları › İş №2(102)-1727/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1727/2019

08.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1727/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nın vəkili Xəlilov Radil Razil oğlunun, cavabdeh x2nun vəkili Qulizadə Gülnar Məmmədağa qızının iştirakı ilə, cavabdeh x2nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1726/2018 saylı, 26 aprel 2018ci il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 0 5 dekabr 2017-ci il tarixli 2(003)-6059/2017 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü x3, xx.xx.2009-cu il təvəllüdlü x4 və xx.xx.2012-ci il təvəllüdlü x5 saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və x2ndan xx.xx.2006-cı il təvəllüdlü x3, xx.xx.2009-cu il təvəllüdlü x4 və xx.xx.2012-ci il təvəllüdlü x5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq x1na ödənilməsi, x2ndan 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 25 iyul 2018-ci il tarixli, 2(103)-8126/2018 saylı qətnaməsi ilə (hakimlər: S.Hacıyev, R.Eyvazov və F.Talışinski) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1726/2018 saylı, 26 aprel 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, iddiaçı x1nın cavabdeh x2na qarşı «alimentin artırılması» tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli 2(003)-6059/2017 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü x3, xx.xx.2009-cu il təvəllüdlü x4 və xx.xx.2012-ci il təvəllüdlü x5 saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, x2ndan xx.xx.2006-cı il təvəllüdlü x3, xx.xx.2009-cu il təvəllüdlü x4 və xx.xx.2012-ci il təvəllüdlü x5 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq x1na ödənilməsi, yeni qaydada alimentin hazırkı qətnamənin qanuni q üvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Cavabdeh x2kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 25 iyul 2018-ci il tarixli, 2(103)-8126/2018 saylı qətnaməsinin ləğv edilməsi, əmək haqqının 50%-nın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli, 2(003)-6059/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü x3, xx.xx.2009-cu il təvəllüdlü x4 və xx.xx.2012-ci il təvəllüdlü x5 saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 154 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi şdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, x2 ilə 15 iyul 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü x3, xx.xx.2009-cu il təvəllüdlü x4 və xx.xx.2012-ci il təvəllüdlü x5 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri əvvəllər normal olmuş, daha sonra isə pozulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli 2(003)-6059/2017 saylı qətnaməsi ilə 07 noyabr 2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü x3, xx.xx.2009-cu il təvəllüdlü x4 və xx.xx.2012-ci il təvəllüdlü x5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, cavabdeh x2nun qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Xəzər RPİ 1-ci Polis Bölməsində sahə müvəkkili işlə yir və yaxşı qazanc əldə edir. O, özü müəllimə işləsə də, aldığı əmək haqqı ailəsinin maddi tələbatını ödəmir. 2016-cı ildə cavabdehə pul lazım olarkən onun üçün bankdan öz adına kredit götürmüş, lakin cavabdeh həmin krediti qaytaracağına söz versə də, vədinə əməl etmədiyindən, həmin krediti də özü ödəyir. Uşaqların üçü də müalicə alır, onun əmək haqqı isə ancaq yemək puluna çatır. Hazırda uşaqlar böyümüş və onların tələbatları artmışdır. Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı az olduğundan, eyni zamanda maddi vəziyyətləri ağır olduğundan uşaqların saxlanılmasında çətinlik çəkir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 25 iyul 2018-ci il tarixli, 2(103)8126/2018 saylı qətnaməsinin ləğv edilməsi, əmək haqqının 50%-nın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2nun vəkili Qulizadə Gülnar Məmmədağa qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı x1nın vəkili Xəlilov Radil Razil oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, x2 ilə x1 15 iyul 2005-ci il tarixdə Şuşa şəhəri Qeydiyyat şöbəsində nikaha daxil olmuş, nikahın bağlanması haqqında akt qeydləri kitabında bu barədə 93 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən aydın olur ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü x3, xx.xx.2009-cu il təvəllüdlü x4 və xx.xx.2012-ci il təvəllü dlü x5 uşaqları doğulmuşdur. İşə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli 2(003)-6059/2017 saylı qətnaməsindən görünür ki, 07 noyabr 2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü x3, xx.xx.2009-cu il təvəllüdlü x4 və xx.xx.2012-ci il təvəllüdlü x5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay cavabdeh x2nun qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutularaq x1na ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Ailə Məcəlləsinin 78-ci maddəsinə görə uşaqların saxlanılması üçün alimentin sabit pul məbl əğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan R espublikası Qanununa əsasən «2018-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir». «Uşaq hüquqları haqqında» 20.11.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12.11.1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində isə təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 1 7-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, alimentin tutulmasına dair qətnamənin qəbu l edilməsindən ötən müddət ərzində iddiaçı olan ananın maddi vəziyyəti kifayət qədər ağırlaşmışdır. Bu həmin dövrlə müqayisədə uşağın xərclərinin artması, habelə həmin illə müqayisədə qanunla uşaqların saxlanması üçün yaşayış minimumunun həddinin 154 manatadək artırılması ilə də öz təsdiqini tapır. Odur ki, məhkəmə kollegiyası iddiaçının qətnamə ilə müəyyən edilmiş olan hər ay hər uşaq üçün cavabdeh x2nun qazancın (başqa gəlirlərin) yarısı miqdarda alimentin (3 uşaq üçün ümumilikdə 270 manat) məbləğində alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiasının əsasları ilə razılaşır. Eyni zamanda uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ baxımından, həmçinin uşağların maddi tələbatlarının əhəmiyyətli dərəcədə artması səbəbindən iddianın m ahiyyət etibarı ilə əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8.12ci bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar