Məhkəmə qərarları › İş №2(102)-1729/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1729/2019

18.03.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1729/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh2, onun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(004)4553/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 MTK-nın ünvan 4-də inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr sahəsi olan 2 otaqlı, 14 saylı mənzilinə İddiaçı sahiblik və istifadə hüququ tanınması, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov, İş № 2(103)-10607/2018) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(004)4553/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia qismən təmin edilərək “Cavabdeh1» Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 3-cü mər təbəsində yerləşən, ümumi sahəsi 98,8 kv.metr sahəsi olan 2 otaqlı, 14 saylı mənzilin əvəzi olaraq, həmin binada yaxud həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasında mübahisə predmeti olan mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin ilk İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulması, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 Mənzil Tikinti Kooperatvi ilə İddiaçı arasında ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 98,8 kv.metr sahəsi olan 2 otaqlı, 14 saylı mənzilinə dair bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 14 noyabr 2008-ci il tarixli müqavilə etibarsız hesab edilsin, İddiaçı həmin mənzildən çıxarılsın və Cavabd eh2 həmin mənzilə köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi, iddia ərizəsinə əlavə və tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr sahəsi olan 2 otaqlı, 14 saylı mənzilin iş üzrə 1-ci cavabdeh tərəfindən onun həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə müraciət edərək ilk iddia və ona əlavə edilmiş dəqiqləşdirməyə əsasən Cavabdeh1 MTK və ona qarşı ünvan 3 ünvanında inşa edilmiş evin 1-ci blokunun 3-cü mərtəbəsində 14 saylı mənzilə sahiblik və istifadə hüququnun tanın masına dair tələblərinin rədd edilməsi, onun, cavabdehlər Cavabdeh1 MTK və İddiaçı qarşı olan ünvan 2 ünvanında inşa edilmiş evin 1-ci blokunun 3-cü mərtəbəsində 14 saylı mənzilə dair bağlanmış müqaviləsinin etibarsız hesab edilməsinə, İddiaçı həmin mənzildən çıxarılmasına və onun həmin mənzilə köçürülməsinə dair qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və onları yalnış təfsir etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edil məsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 19 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan fakt lara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli mənzil barəsində qarşılıqlı iddiaçı ilə MTK arasında bağlanmış müqavilə mübahisələndirilməmiş və bu gün də qüvvədədir. Lakin, qarşılıqlı iddiaçı mübahisə predmeti olan mənzillə ilk iddiaçı arasında bağlanmış müqaviləni mübahisələndirir. Baxmayaraq ki, mübahisə predmeti olan mənzil hazırda ilk İddiaçı faktiki istifadəsində və sahibliyindədir, lakin hazırki vəziyyətdə bu istifadənin və sahibliyin qanunsuz hesab edilməsi üçün hüquqi əsaslar mövcuddur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, İddiaçı mübahisə predmeti olan mənzil üzərində sahibliyinin və istifadəsinin qanuni olmamasını, lakin mənzillə təmin olunma barədə cavabdeh MTK-nın ilk iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin qalmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında mövcud olan mülki mübahisənin ədalətli həlli üçün ilk iddiaçı, mübahisəli mənzilin əvəzi olaraq həmin mənzilin texniki göstəricilərinə uyğun başqa bir mənzil ilə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi,cavabdeh “Cavabdeh1» MTK tərəfindən ünvan 4 ünvanında tikilməkdə olan binanın 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 98,8 kv. metr sahəli 14 №-li mənzil ilk olaraq 16.02.2008-ci il tarixli müqavilə ilə Cavabdeh2 satılmışdır. Qeyd edilən müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, ünvan 1 ünvandayerləşmiş, tikilməkdə olan yaşayış binasının 1-ci girişi, 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr olan 2 otaqlı, 14 saylı mənzili alıcı Cavabdeh2 verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirdiyi mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 50388(əlli min üç yüz səksən səkkiz) manat müəyyən edilmişdir. 26.02.2008, 03.05.2008, 20.08.2008, 21.11.2008, 29.12.2008, 18.02.2009, 22.02.2009, 22.03.2009, 31.03.2009-cu il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh2 tərəfindən ünvan 2 ünvan yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Binanın 1-ci girişi, 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr olan 2 otaqlı, 14 saylı mənzilin pay dəyərindən ödənişlər həyata keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən təkrar olaraq mübahisəli mənzil 2016-cı ildə tarixi «14.11.2008-ci il» kimi göstərilmiş müqavilə əsasında İddiaçı satılmışdır. Qeyd edilən müqaviləyə əsasən isə Cavabdeh1 MTK ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 1-ci girişi 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr olan 2 otaqlı, 14 saylı mənzili alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirdiyi mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 62000 (altmış iki min) manat müəyyən edilmişdir.16.11.2008-ci il tarixli maliyyə arayışına əsasən isə 14 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan 26.02.2008-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvan yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Binanın 1-ci girişi, 3-cü mərtəbəsində yerlə şən və ümumi sahəsi 98,8 kv.metr olan 2 otaqlı, 216 saylı mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313 və 322.1-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işinin istintaqı zamanı, həmçinin də Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmələrə ünvanladığı 05 iyun 2018-ci il və 01 avqust 2018-ci il tarixli məktubların məzmunu ilə müəyyən etdiyi kimi, mübahisəli mənzilin Cavabdeh2 satılması haqqında C.Alışovun imzası və MTK-nın möhürü ilə təsdiq olunmuş müqavilə və maliyyə arayışının əsilləri kooperativin ofis otağından götürülməklə Baş prokuror ya nında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işinin materiallarına əlavə edilmişdir. MTK-nın sədri X8həmin İdarədə istintaqda verdiyi ifadəsində mənzilin İddiaçı faktiki olaraq 2016-cı ildə MTK-nın hüquqşünası X7 tərəfindən qanunsuz satıldığını, pul vəsaitini sonuncunun götürüb MTK-ya mədaxil etmədiyini göstərmişdir. Buna baxmayaraq, MTK-nın sədri X8tərəfindən Cavabdeh2 adına həmçinin 2017-ci ilin yanvar ayında 14 №-li mənzilin əvəzlənməsi adı ilə tarixi «26.02.2008-ci il» kimi qeyd olunmuş 2 otaqlı, 94,6 kv. metr sahəli 216 № li mənzilin satışına dair sənədlər tərtib olunmuş, Cavabdeh2 aldadaraq ondan ilkin aldığı 14 №-li mənzildən imtina etməsi barədə heç bir hüquqi qüvvəsi olmayan ə rizə almağa cəhd etmiş, lakin hüquqi nəticə yaratmasa da həmin ərizənin əsli məhkəməyə və istintaqa təqdim edilməmişdir. Binanın 2-ci girişi 13-cü mərtəbəsində yerləşən 216 №-li mənzil isə 17.01.2008-ci il tarixli müqaviləyə əsasən 49854 manata X1. Mübahisə predmeti olan mənzilə dair Cavabdeh2 ilə müqaviləni və maliyyə arayışlarını cavabdehin adından “Cavabdeh1» MTK-nın sədri Cahangir Alışov, o cümlədən maliyyə arayışlarını mühasib Z.H.Səfərov imzalamış, İddiaçı ilə müqaviləni və maliyyə arayışını isə “Cavabdeh1» MTK-nın sədri X8imzalamışdır. İşdə olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23.04.2018-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Apellyasiya instansiyası məhkəməsi nin işin materialları ilə həmçinin müəyyən etdiyi kimi, ilk iddiaçı Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr sahəsi olan 2 otaqlı, 14 saylı mənzilin iş üzrə 1-ci cavabdeh tərəfindən onun həmin mənzilə sahiblik və istifadə hüququnun tanınmasını mübahisələndirsə də, mübahisəli mənzil barəsində qarşılıqlı iddiaçı ilə MTK arasında bağlanmış müqavilə mübahisələndirilməmiş və həmin əqd bu gün də qüvvədədir. Lakin, qarşılıqlı iddiaçı mübahisə predmeti olan mənzillə ilk iddiaçı arasında bağlanmış müqaviləni mübahisələndirir. AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülk iyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı q ayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4 cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun ca vabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan maddi hüquq normalarının tələblərinə istinadən ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı və qanuni olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisə predmeti olan mənzilə dair 14 noyabr 2008-ci il tarixdə müqavilə bağlanaraq hazırki vaxta kimi onun istifadəsində olması iş materiallarında olan hər hansı bir sübutla təsdiq olunmur. Əksinə, Cavabdeh2 2017-ci ilin yanvar ayınadək həmin mənzilə dövri olaraq baş çəkməsi barədə izahatları və bu izahatı təsdiq edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatı (mənzilin təkrar olaraq 2016-cı ildə tarixi «14.11.2008-ci il» kimi göstərilmiş saxta müqavilə əsasında İddiaçı satılması) bu halın mövcudluğunu inkar edir. Məhkəmə kollegiyası həmçinin İddiaçı 14 nömrəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınması üçün hüquqi əsaslar mövcud olmaması, əksinə, qarşılıqlı iddianın dəlilləri bu iddianın əsassız olmasını hazırki faktiki vəziyyətdə təsdiq edilməsinə dair nəticəsi ilə də razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, mübahisəli mənzillə bağlı qarşıl ıqlı iddiaçı Cavabdeh2 ilə daha əvvəl müqavilə bağlansa da, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* saylı cinayət işinin, həmçinin hazırki mülki işin materialları ilə, Cavabdeh2 öz razılığı ilə binanın 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 94,6 kvadrat metr sahəsi olan 216 saylı mənzilin verilməsi və hal-hazırda da onun istifadəsində olması müəyyən edilmir. Müəyyən edilmişdir ki, Cavabdeh2 14 nömrəli mənzilin ona satıldıqdan sonra təkrarən saxta müqavilə əsasında İddiaçı satılmasını aşkar etdiyinə və bu barədə polisə şikayət etdiyinə görə, MTK-nın sədri X8onu aldatmaq məqsədilə 17.01.2008-ci il tarixli müqavilə ilə 49854 manata X2 216 saylı mənzili təklif etmişdir. Çünki, əvəzi ödənilməklə Natəvan Əliyarovaya satılmış mənzil yenidən Ca vabdeh2 satılmasının hüquqi əsası olmadığına görə bunu Cavabdeh2 aldatmaq məqsədi ilə edildiyi bəlli idi. Ona görə də, Cavabdeh2 216 saylı mənzilə qanuni əsasla hər hansı bir hüququ yarana və həmin mənzil ona təhvil verilə bilməzdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya ərizə ilə müraciət edərək 14 saylı mənzildən imtina edərək, əvəzinə qarşılıqlı razılaşma yolu ilə ona 216 saylı mənzil veriməsini xahiş etməsi, gələcəkdə 14 saylı mənzillə bağlı heç bir iddiasının olmayacağını bildirməsi barədə ərizənin MTK rəhbərliyi tərəfindən Cavabdeh2 aldadılaraq yazdırılması mümkün olmasına dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə də kollegiya razılaşır. Belə ki, işə baxan məhkəmənin müəyyən etdiyi kimi, MTK rəhbərliyinin 14 nömrəli mənzili daha əvvəl əvəzi ödə nilməklə Cavabdeh2 satdığı halda, yenidən İddiaçı aldadaraq həmin mənzilə dair onunla saxta müqavilə bağladığı kimi, 216 nömrəli mənzillə bağlı da Cavabdeh2 aldatmaq məqsədilə yenidən saxta müqavilə bağlamağa cəhd edilmişdir. Beləliklə də, apellyasiya instansiyası məhkəməsinin mübahisə predmeti olan mənzilin hazırda ilk İddiaçı faktiki istifadəsində və sahibliyində olmasına baxmayaraq hazırki vəziyyətdə bu istifadənin və sahibliyin qanunsuz hesab edilməsi üçün hüquqi əsaslar mövcud olmasına, yəni, onun mübahisəli mənzil üzərində sözügedən hüquqların qanuni əsaslarla yaranmamasına dair nəticəsini kollegiya qanuni və əsaslı sayır və eyni zamanda hesab edir ki, işə baxan məhkəmə haqlı olaraq həmçinin qeyd etmişdir ki, mənzillə təmin olunma barədə cavabdeh MTK-nın ilk iddiaçı qarşısında icra e dilməmiş öhdəliyi də qalmışdır. Məhz bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında mövcud olan mülki mübahisənin ədalətli həlli üçün ilk iddiaçının mübahisəli mənzilin əvəzi olaraq həmin mənzilin texniki göstəricilərinə uyğun başqa bir mənzil ilə təmin edilməli olmasına dair nəticəsi ilə məhkəmə kollegiyası razılaşır və hesab edir ki, ilk iddiaçı tərəfindən bu kimi, yəni mübahisə predmeti olan mənzilin texniki göstəricilərinə uyğun başqa bir mənzil tələbi irəli sürülməsə də, işə baxan məhkəmə mübahisənin ədalətli həlli üçün verilmiş tələbdən bu formada kənara çıxmaqda haqlı olmuşdur. Belə ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyə tini müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədləri ni genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. İşin materiallarından görünür ki, ilk iddiaçı İddiaçı cavabdeh MTK-dan bağladığı müqaviləyə uyğun pul deyil, yalnız mənzil tələb edir. Bu cür vəziyyətdə, etibarsızlığın ayrı nəticəsi kimi pul əvəzinə mübahsə predmeti olan mənzilin göstəricilərinə uyğun başqa mənzillə təmin edilməsinin MTK-ya həvalə edilməsinin ədalətli olmaqla yanaşı ilk iddiaçı İddiaçı də maraqlarına tam uyğun olmasına dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə kollegiya razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, kassator şikayətini əsasən Cavabdeh2 tərəfindən iddia müddətinin ötürülməsi, onun mənzilinə sahiblənmək niyyətinin olması və özünün vicdanlı alıcı olması kimi dəlilləri qurmuşdur. Lakin kollegiyanın qənaətinə görə Cavabdeh1 MTK-nın 26 fevral 2008-ci il tarixli müqavilə ilə mənzili Cavabdeh2 təhvil vermək barədə üzərinə öhdəlik götürsə də, tam dəyəri ödənilmiş mənzilin ona təhvil verilməsini təmin etməməsinə və buna görə də Cavabdeh2 iddia müddətinin ötürməsi barədə arqumentin əsassız olmasına dair apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və haqlı olaraq da qeyd etmişdir ki, sözügedən MTK-nın hərəkəti (hərəkətsizliyi) nəticəsində Cavabdeh2 hüquqlarının pozulması bu günə kimi davam edir və belə vəziyyətdə onun tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlmək üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin də lillərinə qiymət verməkdə davam edərək hesab edir ki, Cavabdeh1 MTK-nın sədri X3 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinində istintaqda verdiyi ifadəsində mübahisəli mənzilin İddiaçı faktiki olaraq 2016-cı ildə MTK-nın hüquqşünası X7 tərəfindən qanunsuz satıldığını, pul vəsaitini sonuncunun götürüb MTK-ya mədaxil etmədiyini göstərsə də bu ifadələrin inandırıcı və ağlabatan olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, bu halları sübut etmək yükü artıq Cavabdeh1 MTK-nın üzərinə düşsə də, onlar bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi Cavabdeh1 MTK-nın ilk iddiaçı ilə bağladığı müqavilə və mənzilin dəyərinin ödə nilməsi barədə maliyyə arayışı qüvvədədir və MTK tərəfindən bu hal mübahisələndirilməmişdir. Həmçinin də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu halı da düzgün vurğulamışdır ki, İddiaçı mübahisə predmeti olan mənzil qanunsuz satılsa da, sonuncunun 62000 (altmış iki min) manatı faktiki olaraq MTK-nın səlahiyyətli şəxsləri ona mənzil satacaqlarına görə almışlar. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkə mə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxla nılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlən məzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüqu qi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əs asən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün iddia tələbinin təmin oluna bilməməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar