Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1729/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)- 1729/2023 Açar sözlər: yoldan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi Bakı şəhəri, 17 may 2023-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı məruzəsi ilə, Şamayev Elşad Yakuboviç və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətində o lan torpaq sahəsindəki darvazanın sökülməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1295/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2023-cü il tarixdə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri X7 küçəsində yerləşən 0,0635 ha həyətyanı torpaq sahəsi İddiaçı (bundan sonra iddiaçı) adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri X7 küçəsi, dalan 9 ev 3 ünvanında yerləşən 0,0764 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 77,6 kv.m olan fərdi yaşayış evi Cavabdeh (bundan sonra cavabdeh) adına xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
3. Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 saylı qətnaməsi ilə (hakim Hacıyev Pərviz) ilk iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun həyata keçirilməsinə İddiaçı tərəfindən hər hansı maneələrin yaradılması cavabdehə qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı «mərhum atası X4 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 nömrəli qərardadı nəzərə alınması qət edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(107)1866/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin qarşılıqlı iddia ə rizəsinin baxılması saxlanılması haqqında 11 avqust 2021-ci il tarixli 2(075)1201/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyski küçəsində onun adına **********87 saylı reyestrlə DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və cavabdehə məxsus evin həmin yola baxan hissəsində olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin adına qeydə alınmış reyestrdən çıxarış onun iddia etdiyi kimi bütün evi və torpaq sahəsini əhatə etmir. İddia etdiyi yol onun adına verilmiş reyetrdən çıxarışla olan mülkiyyətinin yeganə yoludur. Cavabdeh ona həmin yoldan istifadəyə maneəçilik törədir. Hesab etmişdir ki, həmin yoldan istifadə cavabdehə qadağan edilməlidir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 14 fevral 2018- ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində quraşdırılmış qapının (dəmir darvaza) iddiaçının öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus olmasına dair hüququ müəyyənedici sənədlər mövcuddur. Qarşılıqlı iddia üzrə cavabdeh ona məxsus torpaq sahəsinə giriş üçün qapı qoymuşdur. Həmin qapının saxlanılması onun mülkiyyət hüquqlarını pozur.
9. Məhkəmə tərəfindən mübahisə predmeti olan evlərə və torpaq sahəsinə iddiaçının və cavabdehin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin küçədən onların öz evlərinə gedən yolları ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. Cavabdehin həm evi həm də torpaq sahəsi onun mülkiyyəti kimi reyestrdə qeydə alınsa da, iddiaçının yalnız torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. Lakin müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin mülkiyyətində olan 64 kv/m-lik hissəsində darvaza-qapı quraşdırmışdır. Həmçinin cavabdehin iddiaçının həyətinə baxan hissəsindən keçməklə mülkiyyətində ev və iddiaçının mülkiyyətində olan 11 kv/m-lik torpaq sahəsi üzərində istifadəsində olan tikili vardır. Məhz iddiaçının bağlanmasını xahiş etdiyi pəncərələr də onun özünün torpaq sahəsi üzərində inşa edilmiş tikilinin üzərindədir. Bu hal işə əlavə edilmiş ƏMDK Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin xx.xx.2022- ci il tarixli mütəxəssiz Rəyində də öz əksini tapmışdır.
10. Yerli baxış zamanı və məhkəmə iclasları zamanı mövcud vəziyyətin ən potensial həlli kimi tərəflər arasında barışığın əldə edilməsi onların diqqətinə çatdırılsa da, tərə flər barışıq üçün heç bir cəhd etməmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış üzrə Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X7 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən daşınmaz əmlak olan ev Şəki şəhər torpaqların elektron uçot informasiya bazasına əsasən 78 kv.metr olub, bunun 11 kv.metri **********87 saylı reyestrdə göstərilən torpaq sahəsində, yerdə qalan 67 kv.metr hissəsi iddiaçı Cavabdeh mülkiyyətində olan 0.0764 ha torpaq sahəsi üzərində tikilmişdir. Sənəd üzrə iddiaçı Cavabdeh mülkiyyətində olub cavabdeh tərəfindən istifadə edilən darvazanın yerləşdiyi 64 kv.metr torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
12. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********87 saylı reyestrlə qeydə alınmış İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X7 küçəsində yerləşən 0.0635 torpaq sahəsinin 11 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin (tikili altında) torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
13. Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(075)-75/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) ikin iddia tələbinin qismən təmin e dilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X7 küçəsi ünvanında İddiaçı mülkiyyətində olan 0.0635 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin ona qadağan edilməsi və həmin 0,0635 ha torpaq sahəsinin 11 kv.m hissəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş evin (tikilinin) pəncərələrinin bağlanması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X7 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində İddiaçı tərəfindən quraşdırılmış darvaza-qapının cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməsi qət olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi vaxtilə tərəflərin ataları X3 mülkiyyətində olmuşdur. Onlar özləri də daxil olmaqla bütün bacı-qardaşları həmin evdə doğulmuş və həmin evdə böyüyüb boya-başa çatmışlar. Ataları hələ sağlığında mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamış, o da həmin hədiyyəni qəbul etmiş və buna dair çıxarış almışdır. Həmçinin ataları 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsi ilə mül kiyyətində olan 77.6 kv.metrlik sahəsi olan evi və 0.1741 ha torpaq sahəsini cavabdehə bağışlamış, o da hədiyyəni qəbul edərək öz adına çıxarış almışdır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin evlərinə gedən yol ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. Cavabdehin həm evi, həm də torpaq sahəsi onun mülkiyyəti kimi reyestrdə qeydə alınsa da, iddiaçının yalnız torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehin mülkiyyətində olan 64 kv.metrlik hissəsində darvaza-qapı quraşdırmışdır. Həmçinin cavabdehin iddiaçının həyətinə baxan hissəsindən keçməklə mülkiyyətində ev və iddiaçının mülkiyyətində olan 11 kv.metrlik torpaq sahəsi üzərində istifadəsində olan tikili vardır. Məhz iddiaçının bağlanmasını xahiş et diyi pəncərələr də onun özünün torpaq sahəsi üzərində inşa edilmiş tikilinin üzərindədir. Belə olan halda iddiaçı cavabdehdən mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin pəncərəsinin bağlanmasını tələb edə bilər. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin qeyd edilən mübahisəli pəncərələri bir mülkiyyətçi kimi iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadəsinə maneçilik yaradır. Bu isə qanunla yol verilməz hesab edilir.
15. Məhkəmə hesab etmişdir ki, ilk iddia qismən təmin edilərək ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X7 küçəsi ünvanında İddiaçı mülkiyyətində olan 0.0635 ha torpa q sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələr ona qadağan edilməli və həmin 0.0635 ha torpaq sahəsinin 11 kv/m hissəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş evin (tikilinin) pəncərələri bağlanmalı, ilk iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qarşılıqlı iddia təmin edilərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X7 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində İddiaçı tərəfindən quraşdırılmış darvaza-qapı cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2,180.1,180.2,180.3,180.4,A zərbaycan Respublikası Konstitusiyasının 29,71.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən “həyətinə giriş hissəsində qoyulmuş qapının sökülərək götürülməsi“ hissəsində ləğv edilməsi və bu barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ailəsinin yeganə girişçıxış yolu var, ayrı yerdən giriş-çıxış yolu yoxdur. Bu faktı öz qətnaməsində göstərsə də, hakim obyektiv qərar qəbul etməmişdir. Belə olan halda, o həyətinə gəlib-getmək üçün vertolyotdan istifadə etməlidir. Bunlardan başqa, məhkəmə işə baxan zaman aydınlaşdırmamışdır ki, cavabdeh 2018-ci il tarixdə mül kiyyət hüququ əldə etmişdir. Nə üçün bu 4 ildə atası X1 belə bir iddia ilə ona qarşı iddia qaldırmamışdır. Baxmayaraq ki, ekspertiza təyin edilmişdir, ekspertizanın rəyi də düzgün deyil. Ona görə ki, heç bir halda, heç bir vaxt atası X4 onun evinə giriş-çıxış hissəsini əhatə edən yeganə giriş-çıxış torpaq sahəsini Cavabdeh mülkiyyətinə verə bilməzdi. Ona görə ki, bu halda onun evinə gedişgəliş yolu tamam bağlanmış olardı. Bu, qardaşı Cavabdeh və Şəki şəhər Torpaq Şöbəsinin əməkdaşlarının saxtakarlığı ucbatından baş vermişdir.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1295/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Vəzirxan Məlikov ) İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabde hin apellyasiya şikayəti təmin edilməyərək,Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsini apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh qətnamənin yalnız qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsini mübahisələndirir, buna görə də, məhkəmə birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini yalnız qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsini yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,, iddiaçı və cavabdeh qardaşdırlar. İş üzrə tərəflərin mərhum ataları X4 mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçı 0.1741 ha torpaq sahəsini və 77.6 kv.metrlik sahəsi olan evi 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən cavabdeh hədiyyə etmişdir. İddiaçı və cavabdeh onlara bağışlanmış həmin daşınmaz əmlaklara dair öz adlarına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar almışlar. Həmin çıxarışlar bu gün də qüvvədədir. İddiaçı ilə cavabdehin ümumi küçədən onların öz evlərinə gedən yol ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. İddiaçı və cavabdehə məxsus torpaq sahəsinin 64 kv.metrlik hissəsində darvaza-qapı quraşdırmışdır. Qeyd olunan fakt iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli rəyində də öz təsdiqini tapmışdır.
22. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı başqa sının (qarşılqılı iddia üzrə iddiaçının) mülkiyyətində olan torpaq sahəsində darvaza-qapı quraşdırması mülkiyyətçi kimi iddiaçının hüquqlarının məhdudlaşdırır, oz mülkiyyətindən sərbəst və öz istədiyi kimi istifadə etməsini qeyi-mümkün edir. Bu isə hamılıqla tanınan və qorunmalı olan konstitusion hüquqlardan biri olan cavabdehin mülkiyyət hüququnu pozur.
23. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində hazırki iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmiş halları şübhə altına alsa da, bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir.
24. Məhkəmə hesab etmişdir ki, cavabdeh ona məxsus torpaq sahəsində iddiaçının quraşdırdığı darvaza-qapının sökülməli olduğunu iddia etməkdə, işə baxmış Rayon Məhkəməsi isə həmin iddianı təmin etmə kdə haqlı olmuşlar.
25. Məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı Cavabdeh torpaq sahəsindən servitut hüququ əsasında özünə aid torpaq sahəsinə gediş gediş-gəliş yolunun verilməsi ilə bağlı Cavabdeh, bu barədə mübahisə yarandıqda isə müvafiq məhkəməyə müraciət edə bilər.
26. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29,2, 29.4-cü, Mülki Məcəlləsinin 139.1, 140, 1 57.2, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 111-ci,MPM-in 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
28. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma aparan həm birinci instansiya məhkəməsi, həm apellyasiya məhkəməsinin mülki kollegiyası müəyyən etmişdir ki, iddiaçı ilə cavabdehin ümumi küçədən onların öz evlərinə gedən yol ayırır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. İdd iaçı və cavabdehə məxsus torpaq sahəsinin 64 kv.metrlik hissəsində darvaza- qapı quraşdırmışdır. Qeyd olunan fakt iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli rəyində də öz təsdiqini tapmışdır. Məhkəmələr özləri hər iki evə giriş-çıxış üçün darvaza olduğu müəyyən etsələr də, iddiaçının cavabdehin mülkiyyətində sonradan necə darvaza qoymasını araşdırmamışdır. 30. işə baxan hər iki məhkəmə-istər birinci instansiya məhkəməsi, istərsə də işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası nəzərə almalı idi ki, torpaq sahəsi mülkiyyətçinin sahibliyində olan sahəsində zəruri yol və keçid, ictimai yola zəruri keçidin verilməsi yol veriləndir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175-ci maddəsi qü vvədədir. Heç bir orqan onu ləğv etməyib. Bir haldakı, yaşayış sahəsindən ümumi işlənən yola başqa sahədən zəruri keçid yol yoxdursa, haradan gediş-gəliş yolu olmalıdır? İndiyə qədər haradan gediş-gəliş yolundan istifadə olunub? Belə ki, həmin Məcəllənin 175.1-ci maddəsində göstərilir ki,özgənin sahibliyində olan sahədən zəruri yol və keçid, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola elektrik, neft, qaz və su təchizatı xətlərinə keçid yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdi rilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
31. Apellyasiya şikayətində göstərilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən nəzərə almadığı halları, yol verdiyi nöqsanları, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası da nəzərə almamış, anoloji nöqsanları təkrarlamışdır.
32. Məhkəmə MPM-in 9.3 və 14.2-ci maddələrinin tələblərini kobud şəkildə pozulduğunu qeyd etmişdir.
33. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh vəsatət təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
37. Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
38. Maddə 29, hissə İİ. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
39. Maddə 29, his sə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Maddə 157.4. Əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər.
42. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
43. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbə də o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
44. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntus u hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş və apelyasiya baxışının hədlərini düzgün müəyyən etməmiş, nəticədə iddiaçının öz mülkiyyətindən istifadə hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
58. Belə ki, apelyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən “həyətinin giriş hissəsində qoyulmuş qapının sökülərək götürülməsi“ hissəsində ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri iddiaçının evinə yeganə giriş-çıxış yolunun həmin torpaq sahəsindən olması, bu halda onun evinə gediş-gəliş yolunun tamam bağlanmış olması barədə olmuşdur. Bu isə onu deməyə əsas verir ki, qarşılıqlı iddianın qapının sökülərək götürülməsi tələbi ilkin iddianın yoldan istifadəyə maneələrin aradan qaldırılması tələbi ilə qarşılıqlı bağlı olmaqla hər iki tələb üzrə mübahisənin predmeti bölünməz olmuşdur. Buna görə də, həmin apelyasiya şikayəti üzrə qarşılıqlı iddianın təmin edilən his səsi ilə yanaşı ilkin iddianın yoldan istifadəyə maneələrin aradan qaldırılması tələbi də apelyasiya məhkəməsinin baxış predmetinə aid olmuşdur.
60. Apellyasiya məhkəməsi müəyyən etdiyi işin faktiki hallarına əsasən iddiaçının istifadəsində olan darvazanın cavabdehin mülkiyyətində olan 64 kv.m torpaq sahəsində quraşdırılmasını müəyyən edərək həmin darvazanın sökülməsini qət etmişdir. Lakin bu zaman həmin 64 kv.m torpaq sahəsindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən evinə gediş-gəliş yolu kimi istifadə olunduğununəzərə almamış, cavabdeh həmin torpaq sahəsindən istifadəni qadağan etdiyi halda, iddiaçıya həmin torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə etməmişdir.
61. Apellyasiya məhkəməsi qətnaməsində yalnız iddiaçıya Cavabdeh torpaq sahəsind ən servitut hüququ əsasında özünə aid torpaq sahəsinə gediş gedişgəliş yolunun verilməsi ilə bağlı sonuncuya müraciət etmək, bu barədə mübahisə yarandıqda isə müvafiq məhkəməyə müraciət etmək hüququnun olmasını izah etməklə kifayətlənmişdir.
62. Halbuki apellyasiya məhkəməsi tərəflər arasında artıq yoldan istifadə ilə bağlı mübahisənin olmasına və iddiaçının yoldan istifadəyə maneələrin aradan qaldırılması barədə iddia tələbinin mövcudluğuna, birinci instansiya məhkəməsinin həmin tələbi rədd edərkən hər hansı əsaslandırma aparmamasına diqqət yetirməmiş, iddiaçının başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsini müzakirə etməmişdir.
63. Belə ki, sözügedən normaya əsasən əgər t orpaq sahəsi mülkiyyətçinin öz sahəsindən ictimai yola keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İşdə olan sənədlərdən aydın görünür ki, ilk iddia üzrə iddiaçının ictimai yola birbaşa və rahat keçid imkanı yoxdur.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində iddiaçının quraşdırdığı darvazanın sökülməsi ilə bağlı mövqeyi düzgün olduğuna görə, qətnamə həmin hissədə dəyişdiril mədən saxlanılmalıdır. Çünki həmin darvaza cavabdehin öz mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneçilik törədir.
65. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin darvazanın sökülməsi tələbinin təmin edilməsi ilə yanaşı iddiaçının ictimai yola keçidi yalnız cavabdehin mülkiyyətində olan 64 kv.m torpaq sahəsindən olduğu halda, iddiaçıya həmin sahədən zəruri keçid verilməsi məsələsinə ilkin iddianın yoldan istifadəyə maneələrin aradan qaldırılması tələbi çərçivəsində baxılmalı, zəruri keçid verildikdən sonra isə iddiaçıya həmin hüququ servitut kimi tələb etmək, əks tərəfə isə zəruri keçidə görə əvəz və ya muzd ödənilməsini tələb etmək hüququ izah edilməlidir.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəmə si apelyasiya baxışının predmetini düzgün müəyyən etmədiyindən cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
67. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən qismən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın yoldan istifadəyə maneələrin aradan qaldırılması barədə tələbinin rədd edilməsi hissəsində ləğvi üçün qanuni əsasdır.
68. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, ilk iddianın rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməli, qətnamə qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(107)1295/2022 saylı qətnaməsi qismən, ilk iddianın rədd edilən hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın.
70. Qərar qəbul edildiyi andan qüvvəyə minir.