Məhkəmə qərarları › İş №2(102)-173/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-173/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-173/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X4, Cavabdeh1 vəkili X1, Cavabdeh2 vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov) iddiaçı Garant Əmlak MMC-nin Cavabdeh1 əsas borc olan 16000 manat vəsaitin, əldən çıxmış fayda olaraq 5000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 2000 manat vəsaitin yarsının, yəni 1000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun yarısı, yəni 15 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh2 əsas borc olan 4000 manat vəsaitin, əldən çıxmış fayda olaraq 1000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 2000 manat vəsaitin yarsının, yəni 1000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun yarısı, yəni 15 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi b arədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məmmədova, hakimlər V.Həsənov və X.Sarıyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-n ın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X3 əsas borc olan 16000 manat vəsaitin, əldən çıxmış fayda olaraq 5000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 2000 manat vəsaitin yarsının, yəni 1000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun yarısı, yəni 15 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh2 əsas borc olan 4000 manat vəsaitin, əldən çıxmış fayda olaraq 1000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 2000 manat vəsaitin yarsının, yəni 1000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsum unun yarısı, yəni 15 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə ünvan 2 sahənin bir hissəsi xx.xx.2015-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bundan başqa işin mübahisə edilməyən hallarına görə xx xxxxxx 2018-ci il tarixli X9, X5 və Garant Əmlak arasında imzalanmış beh haqqında razılaşmaya əsasən X5 ümimi sahəsi 4 sot olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 9-cu döngə, 417-də yerləşən 4 sot daşınmaz əmlakı X6 840000 manata satmağı, E.N.Məmmədov isə həmin mənzili almağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən alqı- satqı müqaviləsi xx xxxx 2018-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməli, alqı-satqı müqaviləsinin bağlanacağını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə Beh alan Beh verənə 10000 manat məbləğində beh verir. Müqavilənin 6-ci bəndinə əsasən alıq-satqı müqaviləsi rəsmiləşdikdə Beh verən vasitəçiyə 4000 manat, beh alan isə 16000 manat məbləğində pul verməyi öhdəsinə götürür. Həmçinin o da mübahisə olunmur ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini tərəflərin razılığı ilə 840000 manat qiymətləndirilərək Cavabdeh2 satmağı öhdəsinə götürmüş və ikinci tərəfdən 70000 manat beh almışdır. Qalan 770000 manat məbləği isə xx.xx.2018-ci il tarixədək alqı-satqı müqavilə sinin rəsmiləşdirilməsi zamanı birinci tərəfə ödəməyi öhdəsinə götürür Eyni zamanda işin mübahisə olunmayan hallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini Cavabdeh2 550000 manata satmışdır İddiaçı bildirir ki,Cavabdeh1 tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin satılmasında 16.000 manat xidmət haqqı ilə şərtlənən vasitəçilik xidmətinin göstərilməsi üçün “Garant Əmlak” markası adı altında fəaliyyət göstərən Daşınmaz Əmlak Agentliyinə müraciət edilmişdir. O, üzərinə düşən öhdəliyi yerinə yetirərək həmin sahənin satılması üçün alıcı kimi digər Cavabdeh2 ilə razılığa gəlmişdir. Vasitəçilik xidmət haqqı kimi Cavabdeh2 4000 manat xidmət haq qı ödəməyi öhdəlik kimi qəbul etmişdir. Bundan sonra hər iki cavabdeh arasında, müvafiq olaraq Cavabdeh1 adından etibarnamə əsasında X5 və Cavabdeh2 adından oğlu X9 çıxış etməklə ilə xx xxxxxx 2018-ci il tarixdə 10000 manatlıq beh müqaviləsi imzalanmışdır. Lakin alqı-satqı müqaviləsinin vaxtı uzandığından və Cavabdeh1 oğlunun təhsili ilə əlaqədar pula ehtiyac olduğundan xx xxxx 2018-ci il tarixdə, hər iki cavabdeh arasında notariat kontorunda ikinci beh müqaviləsi imzalanmış və alıcı tərəfdən satıcıya əlavə 60000 manat, cəmi isə 70000 manat məbləğində beh verilmişdir. Bundan bir müddət sonra tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Bundan sonra hər iki cavabdeh ödəməli olduqları vasitəçilik xidmət haqqlarını bilərəkdən ödəməkdən yayınmışdılar. Bu səbəbdən hər iki cavabdehə ad i poçt xəbərdarlığı, daha sonra kuryer vasitəsi ilə pretenziya məktubları ünvanlanmışdır. Lakin bu günədək pulun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır Cavabdeh2 bildirir ki, hal-hazırki iş üzrə müqavilə X9 və X5 arasında bağlanılmışdır. Cavabdeh2 hazırki iş üzrə subyekt deyildir. Çünki Cavabdeh2 tərəflə heç bir müqavilə bağlamayıb və üzərinə heç bir öhdəlik götürməyib. Bir ailədə beş nəfər yaşaya bilər. Lakin hər kəs öz məsuliyyətinə cavabdeh olmalıdır. X9 Cavabdeh2 oğlu olsa da, onun birinci beh müqaviləsi bağlanan zaman anasının adından hərəkət etmək səlahiyyəti olmamışdır, 2-ci müqavilə bağlanan zaman Garant Əmlakın xeyrinə tərəflər öz üzərinə hər-hansı öhdəlik götürməmişdirlər. Cavabdeh1 bildirir ki, onlarla “Garant Əmlak” arasında müqavilə bağlanmışdır. Müqaviləy ə əsasən “Garant Əmlak” onların torpaq sahəsinin satılmasına vasitəçilik xidməti göstərməli və əvəzində müqavilə ilə müəyyənləşdirilmiş qiymətdə əvəzi ödəməli idi. Lakin buna baxmayaraq, müqavilənin şərtləri yerinə yetirilməmiş və alıcı tərəf gəlib çıxmamışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi q anuni və əsaslı olmalıdır. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi barədə alqı-satqı məhz iddiaçı tərəfindən tapılmış şəxslər yəni Cavabdeh1 və Cavabdeh2 arasında baş tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsalandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixli beh müqaviləsində nəzərdə tutulan müddətdə razılaşdırılmış alqı-satqı müqaviləsi bağlanmadığından cavabdehlərin İddiaçı qarşısında öhdəlikləri yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsi beh müqaviləsində nəzərdə tutulan müddətdə rəsmiləşdirilməsə də, İddiaçı Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaka alıcı tapmaqla bağlı üzərinə düşən öhdəliklərini yerinə yetirmiş və onun tapdığı alıcı ilə Cavabdeh1 ar asında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin alqı-satqısı baş tutmuşdur. Daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulan müddətdə bağlanmadığını, ona görə iddiaçı qarşısında olan öhdəliklərinə xitam verildiyi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, alqı-satqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulmuş müddətdə bağlanmaması iddiaçının tələb hüququna xitam verilməsi üçün əsas ola bilməzdi. Çünki iddiaçının öhdəliyi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə alıcı tapmaq və həmin şəxslər arasında müqavilə bağlanmasına nail olmaq idi. Ona görə də alqı-satqının məhz iddiaçının göstərdiyi xidmət nəticəsində onun tapdığı şəxslər arasında baş verməsi iddiaçıya göstərdiyi xidm ətə görə razılaşdırılmış haqqı tələb etmək hüququ verir. Həmçinin nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulmuş müddətdə bağlanmaması işin konktret hallarından asılı olaraq alıcı və yaxud satıcı üçün məsuliyyət yarada bilərdi. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar