Məhkəmə qərarları › İş №2(102)-173/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-173/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-173/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-485/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana xx.xx.2012-ci il tarixinədək illik 15% ödənilməklə mənzil təmiri məqsədilə 30000 manat məbləğində kredit verilmişdir

2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 24 ay müddətinə illik 16% ödənilməklə həyət evinin tikintisi məqsədilə 50000 manat məbləğində kredit verilmişdir. 3. xx.xx.2017 -ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixə- xx.xx.2011 -ci il tarixli kredit müqaviləsi üzrə banka borcu 30000 manat əsas borc, 4300 faiz faiz borcu, 1837.50 manat gecikmə faizi olmaqla, cəmi 36137,50 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 49992.62 manat əsas borc, 3821.61 manat faiz borcu, 1633.09 manat gecikmə faizi olmaqla, cəmi 5547,32 manat, ümumilikdə 91584.82 manat təşkil edir

4. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əsasən borcalan tərəfindən qaytarılmış pul vəsaitindən nə qədər əsas borca, nə qədər faiz borcuna və nə qəd ər cərimə borcuna görə silinmişdir? - xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əsasən borcalanın əsas borcu nə qədərdir? - xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əsasən borcalanın bu müqavilənin qüvvədə olduğu müddətə faiz borcu nə qədərdir? - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcalan tərəfindən qaytarılmış pul vəsaitindən nə qədər əsas borca, nə qədər faiz borcuna və nə qədər cərimə borcuna görə silinmişdir? - xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcalanın əsas borcu nə qədərdir? - xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcalanın bu müqavilənin qüvvədə olduğu müddətə faiz borcu nə qədərdir? xx.xx.2018-ci il tarixli, 1532 saylı ekspert rəyinə əsasən borcalanın banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2011 -ci il tarixli kredit müqaviləsi üzrə 23520,85 manat, o cümlədən: - əsas borc üzrə - 22016,40 manat; faiz borcu üzrə - 1504,45 manat. xx.xx.2013-cü il tarixli 105/13 saylı kredit müqaviləsi üzrə 51535,70 manat, o cümlədən: - əsas borc üzrə 48239,34 manat; faiz borcu üzrə - 3296,36 manat.

5. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçı ASC-nin xx.xx.2016-cı il tarixli 513 manat ödənişin qəbul edilməsinə dair, xx.xx.2016-cı il tarixli 456 manat ödənişin qəbul edilməsinə dair, xx.xx.2016-cı il tarixli 225 manat ödənişin qəbul edilməsinə dair və xx.xx.2016-cı il tarixli 200 manat ödənişin qəbul edilməsinə dair qəbzlərdə ödəyənin imzası s özləri qarşısındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdurmu? xx.xx.2019-ci il tarixli, 13025 saylı ekspert rəyi ilə ekspertizaya təqdim ediimiş, İddiaçı ASC-nin xx.xx.2016-cı il tarixli 513 manat ödənişin qəbul edilməsinə dair, xx.xx.2016cı il tarixli 456 manat ödənişin qəbul edilməsinə dair, xx.xx.2016-cı il tarixli 225 manat ödənişin qəbul edilməsinə dair və xx.xx.2016-cı il tarixli 200 manat ödənişin qəbul edilməsinə dair qəbzlərdə ödəyənin imzası sözləri qarşısındakı imzaların Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulmasıtələbinə dair” id dia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2017-ci il tarixə- xx.xx.2011 -ci il tarixli kredit müqaviləsi üzrə 30000 manat əsas borc, 4300 faiz borcu, 1837.50 manat gecikmə faizi olmaqla, cəmi 36137,50 manat, xx.xx.2013-cü il tarixli, 105/13 saylı kredit müqaviləsi üzrə 49992.62 manat əsas borc, 3821.61 manat faiz borcu, 1633.09 manat gecikmə faizi olmaqla, cəmi 5547,32 manat, ümumilikdə 91584.82 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh aralarında bağlanmış xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2012-ci il tarixinədək illik 15% ödənilməklə mənzil təmiri məqsədilə 30000 manat, xx.xx.2013-cü il t arixli, 105/13 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 16% ödənilməklə həyət evinin tikintisi məqsədilə 50000 manat məbləğində kredit verilmişdir. kredit müqaviləsinin 3.2.2-ci maddəsinə və kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borc alan tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini ödəməyi öz üzərinə götürmüşdür. kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur. kredit müqaviləsinin 3.2.8-ci maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri borc alan tərəfindən icra edilmədiyi və ya l azımınca icra edilmədiyi halda borc verən tərəfindən öz hüquqlarının bərpası üçün çəkilmiş məhkəmə və digər xərcləri borc verənə ödəməyi öhdəlik kimi üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh hər iki kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.Hazırda borclunun xx.xx.2017-ci il tarixə- xx.xx.2011 -ci il tarixli kredit müqaviləsi üzrə banka borcu 30000 manat əsas borc, 4300 faiz borcu, 1837.50 manat gecikmə faizi olmaqla, cəmi 36137,50 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 49992.62 manat əsas borc, 3821.61 manat faiz borcu, 1633.09 manat gecikmə faizi olmaqla, cəmi 5547,32 manat, ümumilikdə 91584.82 manat təşkil edir

8. Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli 2(011)-225/2019 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011 -ci il tarixli kredit müqaviləsi üzrə 22016,40 manat əsas borc 1504,45 faiz borcu, 37,50 manat cərimə olmaqla, cəmi 23558,35 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 48239,34 manat əsas borc, 3296,36 manat faiz borcu, 33,09 manat gecikmə faizi olmaqla, cəmi 51568,79 manat, ümumilikdə 75127,14 (yetmiş beş min bir yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 24,60 (iyirmi iki manat əlli qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 232,06 (iki yüz otuz iki manat altı qəpik) manat hissəsi Cavabdeh, 50,94 (əlli manat doxsan dörd qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tələb olunan dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunaraq xx.xx.2011 -ci il tarixli kredit müqaviləsi üzrə, 37.50 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 33.09 manat məbləğinədək azaldılmalıdır.

10. Eyni zamanda, məhkəmə Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir, cavabdeh 2016-cı ilin iyul və avqust aylarında hesablara ödəniş lər etməklə borcunu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Cavabdeh həmin ödənişlərin onun tərəfindən həyata keçirilməməsini göstərib imzaların ona məxsus olmamasını bildirsə də, məhkəmə cavabdehin bu dəlillərinə tənqidi yanaşaraq hesab etmişdir ki, qəbzlərdən göründüyü kimi hesablara ödənilən məbləğlər kifayət qədər böyük məbləğlər olmaqla məhz cavabdehin tapşırığı əsasında hər hansı üçüncü şəxs tərəfindən həyata keçirilə bilər.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1., 442, 445.1, 448.1, 739.1, 739.2-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər.

13. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-485/2020 nömrəli iş üzrə xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Baxışova və V.Ağayev) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-225/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi “Cavabdeh xx.xx.2011-ci il tarixli, 143/11 saylı kredit müqaviləsi üzrə 22016,40 manat əsas borc, 1504,45 faiz borcu, 37,50 manat cərimə olmaqla, cəmi 23558,35 manat borcun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 145 manat ekspertiza xərci tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəbzlərdəki imzaların Cavabdeh tərəfindən imzalanmaması ilə bağlı ekspert rəyini hansı əsasla mötəbər sübut kimi qəbul etməməsini əsaslandırmamışdır. Bundan əlavə iş materiallarına əlavə olunan həmin qəbzlərdən də görünür ki, ödənişlər 2011-ci il tarixli deyil, 2013-cü il tarixli müqavilə üzrə həyata keçirilmişdir. Yəni həmin ödənişlərin Cavabdeh tərəfindən həyata keçirildiyi qəbul olunsa belə ödənişlə r birinci müqavilə üzrə həyata keçirilmədiyindən həmin müqavilə üzrə iddia müddəti ötürüldükdən sonra iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Belə ki, həmin qəbzlərdən görünür ki, ödənişlər **********8370000AZN hesabına edilmişdir. xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 3.4.1-ci bəndində qeyd olunur ki, bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəmək və bunun üçün **********8370000AZN saylı cari hesabında vəsait olmasını təmin etmək borcalanın vəzifəsidir. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilmə si hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq apellyasiya kollegiyası hesab etmişdir ki, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə iddia tələbləri rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 15. iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddioa tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

23. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

24. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

25. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredi t müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

26. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

27. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş di gər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

28. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (maddə 443)

29. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

30. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)

31. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə h əmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda əhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449)

32. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. (maddə 449.2)

33. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. (maddə 449.3)

34. Həmin Məcəllənin maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlər in hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 449.4) Mülki Prossesual Məcəllə

35. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

38. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-485/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar