Məhkəmə qərarları › İş №2(102)-1730/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1730/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1730/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh X2 nümayəndəsi X3 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı “borcların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi təmin edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, İlham Kərimli, Rəşad Abdulov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı qətnamədən kasasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-****/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehlər tərəfindən birgə verilmiş kasasiya şikayəti ona əlavə olunmuş sənədlər müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, poçt göndərişinin alınması barədə xəbərnamədən görünür ki, qətnamə İddiaçı xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada verilmişdir. Kasasiya şikayətinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, kasasiya şikayətini n verilməsi üçün 15 manat dövlət rüsumu xx.xx.2020-ci il tarixdə ödənilmiş, hüquqi xidmət göstərilməsi ilə bağlı vəkillə müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmış, iddiaçının nümayəndəsi tərəfindən kasasiya şikayəti xx.xx.2020-ci il tarixdə imzalanmaqla məhkəməyə daxil olmuşdur. Göründüyü kimi kasasiya şikayətinin verilməsi müddəti ötürülmüşdür. Eyni zamanda iddiaçı tərəfindən prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, tərəfindən verilmiş kasasiya şikayətinin müddətinin ötürülməməsini nəzərə alaraq kasasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, heç yerdə heç bir sənədə imza etməmişdir. Sadəcə həmişə olduğu kimi kənddə yerləşən poçt şəbəkəsindən məhkəmə sənədini götürmüşdür. O, xx.xx.2020-ci il tarixdə kənd poçtundan məhkəmə qətnaməsini götürmüş, heç bir sənədə və qəbzə imza etməmişdir. Şikayətə əlavə etdiyi zərfdəki möhürdən də görülür ki, qətnamə xx.xx.2020-ci il tarixdə poçt şöbəsinəd daxil olmuşdur. Belə olan halda onun tərəfindən müddət ötürülməmişdir. və buna sübut işdə olan sənədlərdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı X1 və cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi X6 və vəkili Vəkil2 kasasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-****/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiy alarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsə lələrə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsini n aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kasasiya şikayətində kasasiya şikayətinə əlavə etdiyi zərfdə olan xx.xx.2020ci il tarixli möhür əksinə istinad edib, məhkəmə qətnaməsini həmin tarixdə almasını qeyd etsə də, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə Nügədi-1 PŞ-nə daxil olmuş, xx.xx.2 020-ci il tarixdə rəsmi qaydada iddiaçıya təqdim edilmişdir. Kasasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə imzalanmaqla məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Rasim oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar