Məhkəmə qərarları › İş №2(102)-1731/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1731/2019

18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1731/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11327/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən et di: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Emin Mehdiyev) 2(006)-72/2018 saylı 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə 81589 ABŞ dolları əsas, 19838,02 ABŞ dolları faiz, cəmi 101427,02 ABŞ dolları kredit borcunun ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 135000 manat məbləğində müəyyən edilərək açıq hərracdan satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili tərk etməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 iyun 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi, sonradan isə iddia həcminin artırılmasına dair arizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 10.02.20 15-ci il tarixli, 5715F saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 18 faizlə 89000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil iddiaçı “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış əsas borc məbləğini, faizləri, dəbbə pulunu tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq o, öhdəliklərin icra edilməsindən yayınmışdır. Hazırda Cavabdeh 21 sentyabr 2007-ci i l tarixli, 838 kredit müqaviləsi üzrə banka 81589 ABŞ dolları əsas, 33232 ABŞ dolları faiz, cəmi 114821 ABŞ dolları kredit borcu yaranmışdır. Ona görə də Cavabdeh 81589 ABŞ dolları əsas, 33232 ABŞ dolları faiz, cəmi 114821 ABŞ dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumunun və 35 manat notarial xərclərinin iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə bağlanmış 10.02.2015-ci il tarixli, 5715F saylı kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul t ələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmeti satıldıqdan bir ay ərzində əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə onun arasında bağlanmış 10.02.2015-ci il tarixli, 5715F saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 18 faizlə 89000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Sonradan bankla olan razılaşmaya görə kreditin müddəti 60 aya qədər artırılmışdır. Daha sonra “xxxx” ASC ona qarşı kredit borcunun tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, “xxxx” ASC tərəfindən qeyd olunmuş faizlər yüksəkdir və bank tərəfindən şişirdilmişdir. Belə ki, kredit müqaviləsi üzrə razılaşdırılmış faizlər düzgün hesablanmamışdır. “xxxx” ASC tərəfindən qeyd olunmuş borc məbləğinin əhəmiyyətli hissəsi faiz borcunu təşkil edir. Bundan əlavə, dəbbə pulu da hesablanmış faizlərə əlavə olunmuş, lakin iddia ərizəsində göstərilməmişdir. Buna görə də ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilərək onunla cavabdeh “xxxx” ASC arasında bağlanmış 10.02.2015-ci il tarixli, 5715F saylı kredit müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iddia tələbinin artırılmasına dair ərizəni nəzərə almamış və haqsız olaraq cavabdehdən tutulmalı olan faiz borcu hissəsində iddianı qismən təmin etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kass asiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclaslarında onun iştirakı təmin edilməmiş, ekspert rəyində göstərilən borc mələğləri düzgün hesablanmamış, ipoteka predmetinin ilkin satış qiyməti olduğundan daha aşağı göstərilmişdir. Ona görə də, qətnamə ləğv olunmalıdır. Tərəflərin izahatları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barə də məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 10 fevral 2015-ci il tarixli, 5715F saylı kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh 36 ay müddətinə illik 18 faizlə 89000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Tərərflər arasında bağlanmış 10 aprel 2015-ci il tarixli, 5154F saylı razılaşmaya görə 10 fevral 2015-ci il tarixli, kredit müqaviləsinin 4.1-ci maddəsində göstərilmiş 36 ay rəqəmi və sözləri 60 ay rəqəmi və sözləri ilə əvəz edilmiş, müqavilənin müddəti artırılmışdır. Tərəflər arasında bağlanmış 10 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilini iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü etmiş, ipotekanın yüklülüyü dövlət reyestrində qeydə alınmışdır. İddiaçı “xxxx” ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq kredit sazişinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit sazişi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. «xxxx» Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi 04 dekabr 2017-ci il tarixli, AB-MD-1101854 saylı maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 24 fevral 2017-ci il tarixə 81589 ABŞ dolları əsas, 33232 ABŞ dolları faiz, cəmi 114821 ABŞ dolları kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2017-ci il tarixli, 14049 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinin surətindən görünür ki, Cavabdeh 10 fevral 2015-ci il tarixli, 5715F saylı kredit müqaviləsi üzrə 24 fevral 2017-ci il tarixə 82168,10 ABŞ dolları əsas, 19838,02 ABŞ dolları məbləğində faiz borcu vardır. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək rəydə göstərilən məbləğdə əsas və və faiz borcunun tutulmasını qət etmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi həmçinin tələbin ipoteka predmetinə yönəldilməsini, əmlakın açıq hərrac yolu ilə satılmasını, həmin daşınmaz əmlakın satışından ə ldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsini, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili tərk etməsini qət etmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi cavabdehdən faiz və müvafiq olaraq ümumi borcun tutulması hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası əsas borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili tərk etməsi hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula v ə ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımın ca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən görünür ki, iddiaçı iddia tələbində və iddia tələbinin həcminin artırılması barədə ərizədə cavabdehdən 81589 ABŞ dolları əsas borc tələb etmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə əsas borcun 82168,1 ABŞ dolları olması müəyyən edilmişdir. Məhkəmə ekspertiza rəyini və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsini rəhbər tutaraq iddia tələbində tələb edilən məbləğdə əsas borc un cavabdehdən tutulmasını qət etmişdir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 39.1-ci maddəsinin görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Cavabdeh həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində ipotek a predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabadeh ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirdiyindən birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsi üçün mütəxəssis cəlb etmiş və müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş 30 mart 2018-ci il tarixli, 0185/18/ATAB saylı hesabatın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin bazar dəyəri 135000 manat təşkil edir. Məhkəmə həmin rəyə istinad edərək ipoteka predmetinin ilkin satış qiymətini rəyə uyğun müəyyən etmişdir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halı əsaslandırmamış, qiymətin rəydə göstəriləndən artıq olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən də müəyyən edilir ki, ipoteka predmeti olan əmlak 118000 manata qiymətləndirilmişdir. Ona görə də, cavabdehin kassasiya şikayətinin bu dəlili əsassız dır. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, bu barədə iş materiallarına poçt xəbərnaməsinin və cavabdehin “SMS” bildirişlə məlumtlamdırılmasına dair çıxarışın əlavə edilməsi, lakin məhkəmə iclaslarına gəlmədiyi müəyyən edilir. Məlumatlı olduğu məhkəmə iclaslarına gəlməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası faiz borcu hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə bu hissədə işdə olan sübutları tam araşdırmamış, məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, işdən göründüyü kimi, tərəflər arasında olan kredit müqaviləsinə 10 aprel 2015ci il tarixdə dəyişiklik edilərək müqavilənin müddəti 60 aya uzadılmış, müqavilə 2020-ci ilə qədər qüvvədə olmuşdur. Borcun müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini qərara alan birinci instansiya məhkəməsi ekspert qarşısında cavabdehin 24 fevral 2017-ci il tarixə qədər nə qədər borcunun olması sualını qoymuş, ekspert verdiyi rəydə cavabdehin həmin tarixə 19838,02 ABŞ dolları borcunun olması barədə rəy vermişdir. Bundan sonra iddiaçı 04 dekabr 2017-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim etmiş və cavabdehdən 33232 ABŞ dolları faiz borcunun tutulmasını tələb etmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də tam hüquqlu məhkəmə kimi apellyasiya ins tansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizəyə qiymət verməmişdir. Məhkəmə ekspert rəyinə istinad edərək cavabdehdən 19838,02 ABŞ dolları faiz borcunun tutulmasını qət etmiş, lakin məhkəmə nəzərə almamışdır ki, ekspertiza rəyində göstərilən məbləğ 24 fevral 2017-ci il tarixə olan faiz borcunun məbləğidir. İddia tələbinin həcminin artırılması barədə ərizə isə məhkəməyə 04 dekabr 2017-ci il tarixdə təqdim edilmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edən zaman müqavilə müddəti başa çatmamış, məhkəmə isə həmin vaxta olan faiz borcunu müəyyən etməmişdir. Ona görə də, qətnamə faiz borcunun tutulması hissədə əsaslı sayıla bilməz. İddiaçı bu halı apellyasiya şikayətində mübahisləndirməsinə baxmaya raq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlili ilə bağlı hər hansı bir araşdırma aparmamışdır. Halbu ki, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan so nra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət ed ir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlili ilə bağlı göstərmişdir ki, “xxxx” ASC-nin apellyasiya şikayətində irəli sürülən, faiz borcunun tutulması hissəsində əsassız olaraq iddianın qismən təmin edilməsi ilə bağlı cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza rəyi ilə müfaviq borc məbləği hesablanmışdır. Göründüyü kimi, məhkəmə iddiaçının şikayətinin dəlilinə aid olmayan mülahizələri qətnaməsində qeyd etmiş, cavabdeh tərəfindən bu barədə məhkəmələrə sübutun təqdim edilmədiyini göstərmişdir. Halbuki iddiaçının şikayətinin dəlili sübutun təqdim edilməsi ilə bağlı olmamış, iddiaçı məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizəyə qiymət verilməməsini mübahisələndirmişdir. Məhkəmənin faiz borcu hissədə ekspert rəyinə istinad etməsi isə yuxarıda qeyd edilənlərə əsasən əsassız olmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə faiz borcunun tutulması hissədə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə və müvafiq olaraq ümumi borcun tutulması hissəsində ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Cavabehin kassasiya şikayəti qərarın əsaslandırıcı hissəsində qeyd olunanlara əsasən təmin edilməməlidir. İddiaçı kassasiya şikayətində qətnamənin ümumilikdə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, iddiaçı qətnaməni yalnız faiz borcunun tutulması hissədə mübahisləndirmişdir. Ona görə də, iddiaçının kassasiya şikayəti təmin edilməlidir. Şə rh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11327/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi cavabdehdən 19838,02 ABŞ dolları faiz borcunun və müfafiq olaraq ümumi borcun tutulması hissələrdə ləğv edilsin, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar