Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1731/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1286/2016 nömrəli 8 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaç ı "xxxx" ASC məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixli 86/14/PBŞ nömrəli kredit müqaviləsi üzrə 105** manat əsas borcun, 98**.48 manat hesablanmış faiz borcun və 11298 manat dəbbə olmaqla cəmi 31598,48 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 5** manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən xx.xx.2015-ci il tarixindən başlayaraq borc öhdəliyi icra edilən günədək qətnamənin icrası qaydasında xx.xx.2014-ci il tarixli 86/14//PBŞ nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASCnin xeyrinə hər gün üçün 16,33 manat gündəlik faiz borcu və 21 manat gündəlik dəbbə pulu hesablanmaqla tutulması, ipoteka predmeti 14**0 manata qiymətləndirilən və borcun əvəzi bu qiymətlə Sabirabad rayonu, Nizami kəndində Cavabdeh mülkiyyətindəki 0,22 ha torpaq sahəsində yerləşən 90,6 kv.m yaşayış,4 9,5 kv.m yardımçı, 140,1 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə və onun tərkibindəki cəmi 418,7 kv.m sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsi, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Sabirabad rayonu, Nizami kəndində cavabdehin mülkiyyətindəki 0,22 ha torpaq sahəsində yerləşən 90.6 kv.m yaşayış, 49.5 kv.m yardımçı, 140.1 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi və onun tərkibindəki tikili və qurğuların boşaldılması və girov qoyulmuş ev əşyaları - 1 ədəd televizor, 1 ədəd soyuducu, yataq otağ dəsti, qonaq otaq dəsti və kondisonerin açıq hərracda satılaraq tələb edilən borcun ödənilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şirvan şəhər məhkəməsinin (hakim Z.Əliyev) 3 mart 2016-cı il tarixli 2(032)358/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.5** manat əsas borc, 9.8**,48 manat hesablanmış faiz borcu və 5.**0 manat dəbbə pulu olmaqla cəmi 25.3**,48 (iyirmi beş min üç yüz manat qırx səkkiz qəpik) manat və hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 1** manatın tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsinin ipoteka ilə yüklü olan Sabirabad rayonu Nizami kəndində cavabdehin mülkiyyətindəki 0.22 ha torpaq sahəsində yerləşən 90.6 kv.m yaşayış, 49.5 kv.m yardımçı, 140.1 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə və onun tərkibindəki cəmi 418.7 kv.m sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsi, onların açıq hə rracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 15.**0 manat müəyyən edilməsi, girov qoyulmuş ev əşyalarının 770 manat qiymətləndirilməsi, girov qoyulmuş ev əşyaları- 1 ədəd televizor, 1 ədəd soyuducu, yataq otağı dəsti, qonaq otağı dəsti və kondisonerin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, iddia təmin olunduğundan iddia qaldırılarkən ödənilmiş 30 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi digər hissələrdə təmin edilməmişdir.
3. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək iddianın tam təmin olunmasını xahiş etmişdir.
4. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyul 2016-cı il tarixli 2(106)1286/2016 nömrəli qətnaməsi ilə (hakimlər V.Cəbrayılov, N.Mirzəyev və T.Heydərov) apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən qismən, yəni ipoteka predmeti olan fərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilmiş və Sabirabad rayonu Nizami kəndində cavabdehin mülkiyyətindəki 0,22 ha torpaq sahəsində yerləşən 90,6 kv.m yaşayış, 49,5 kv.m yardımçı, 140,1 kv.m ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə və onun tərkibindəki cəmi 418,7 kv.m sahədən ibarət həyətyanı tikili və qurğulara tutma yönəldildikdə və onlar satıldıqda ən geci bir ay ərzində cavabdeh tərəfindən boşaldılması qət edilmişdir.
5. Cavabdeh apell yasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək ötürülmüş kassasiya müddətinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
6. Ərizəçi müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, müddətin ötürülməsi üzürlü səbəblərdən olmuşdur. Belə ki, cavabdeh xx.xx.2015-ci il tarixdə Almaniya Respublikasına getmişdir və həmin vaxtdan orada yaşamaqdadır. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrinin mövcudluğundan ümumiyyətlə məlumatı olmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi isə vermiş olduğu sorğu əsasında xx.xx.2025-ci il tarixində poçt vasitəsi ilə göndərilmişdir. Ona görə də cavabdeh qətnaməni Almaniya Respublikasında yaşadığından əldə edə bilməmişdir. Qətnamənin icrası ilə bağl ı icra şöbəsinin icra məmuru qardaşına məlumat verdikdən sonra qətnamədən məlumatı olmuşdur. Qeyd olunan səbəbdən qətnamədən kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş iki aylıq müddət ötürülmüşdür.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1286/2016 nömrəli 8 aprel 2025-ci il tarixli qərardadı ilə (hakimlər İlham Qoşunəli oğlu Əsədov - sədrlik edən və məruzəçi, X2 və X3) cavabdehin müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi, kassasiya şikayətinin qaytarılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 21 iyul 2016-ci il tarixli qətnaməsi məlumat üçün 28 iyul 2016-ci il tarixdə tərəflərə göndərilmiş, kassasiya şikayəti verilmədiyindən 26 oktyabr 2016-cı il tarixdə icraya yö nəldilmişdir. Qətnamə elan edildikdən və icraya yönəldildikdən təxminən 9 il sonra cavabdeh kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə aktlarından kassasiya şikayəti vermək hüququnun həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici 2 aylıq müddət müəyyən etmiş (MPM, maddə 405.0.1) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133).
10. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş, bir çox hallarda icraya yönəlilmiş və ya icra olunmuş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, MPM-in 133-cü maddəsində məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyət i ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları icra olunmuş məhkəmə aktının istənilən vaxt, hətta onun icrasından illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə sikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın.
11. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqla rı əks etdirən prosessual qaydalar məcmusuna, MPM-in məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 2 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Qanuni qüvvəsini al mış məhkəmə aktına uzun illər keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozmuş olur.
12. Yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil.
13. Bu cür yanaşma, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır.
14. «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2**6-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirmişdir ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə gör ə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnrz fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü hənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik p rinsipinə əməl olunması ilə əiaqələndirərək, qeyd etmişdir ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd).
15. Kollegiya MPM-in 133-cü maddəsini, buraxılmış müddətin davamiyyətindən asılı olmayaraq, həmin müddətin bərpa edilməsinə və bu yolla məhkəmə aktına onun qanuni qüvvəyə minməsindən qeyri-müəyyən vaxt ötdükdən sonra da təkrar baxmaq imkanı qazandıran norma kimi təfsir etməkdən imtina edir.
16. Sözügedən qətnamənin mübahisələndirilməsi və kassasiya qaydasında təkrar baxılması üçün prosessual imkanların ya radılmasına əsas verən hüquqi müəyyənlik prinsipinin pozulmasına bəraət qazandıran müstəsna hallar olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə) ərizəsinin təmin edilməsi və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(106)-1286/2016 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərardad çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2015-ci il tarixdə Almaniya Respublikasına getmiş və həmin vaxtdan da hal-hazıra kimi orada yaşayır. Aşağı instansiya məhkəmələrinin qətnamələrindən məlumatı olmamışdır. Sözügedən qətnamə sorğu əsasında 28 fevral 2025-ci il t arixində poçt vasitəsi ilə göndərilmişdir. Ona görə də cavabdeh qətnaməni Almaniya Respublikasında yaşadığından əldə edə bilməmişdir.Qətnamənin icrası ilə bağlı icra şöbəsindən icra məmuru qardaşına məlumat verdikdən sonra qətnamədən xəbəri olmuşdur. Şikayətin verilməsi müddəti üzürlü səbəblərdən buraxılmışdır və müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən rəsmi sənədlər mülki işin materiallarında vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin b uraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
23. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halla rı müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kollegiya bildirir ki, əgər cavabdeh özü ərizə verərək ötürülmüş müddətin bərpa olunmasını xahiş edirsə, o zaman prosessual müddətin üzrlü səbəblərdən buraxılmasına dair sübutları məhkəməyə təqdim etməli idi.
29. Cavabdehin ərizəsinə baxan apellyasiya məhkəməsi onun dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin cavabdehin iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.
30. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2**8-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada ü zürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1286/2016 nömrəli 8 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.