Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1733/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiçı İddiaçı vəkili X1 və nümayəndəsi H6, cavabdeh “Cavabdeh1 Lizinq” MMC-nin vəkili Vəkil iştirakları ilə. Cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2018- ci il tarixli qətnaməsi ilə (hakim:R.N.Quliyev; 2(005)-2085/2018) iddiaçı İddiaçı cavabdehlər “Cavabdeh1 Lizinq ” MMC-nə və “xxxx” ASC-nə qarşı avtomaşının qaytarılması və ya pulun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh “Cavabdeh1 Lizinq” MMC-dən 1.850 ( min səkkiz yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulması, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixl, qətnaməsi ilə (İ.K.Xəlilov: (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və A.Q.Hüseynov; 2(103)-10409/2018) İddiaçı və cavabdeh «Cavabdeh1 Lizinq» MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2018ci il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər «Cavabdeh1 Lizinq» MMC-nə və «xxxx» ASC-nə qarşı avtomaşının qaytarılması və ya pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh1 Lizinq» MMC ilə aralarında bağlanmış 15.11.2016-cı il tarixli müqaviləyə əsasən ona verilmiş buraxılış ili 2015-ci il olan «Renault Loqan» markalı,******* şassi nömrəli, ******* mühərrik nömrəli, qara rəngli avtomaşının ona qaytarılması və ya 12.650 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onunla «Cavabdeh1 Lizinq» MMC arasında 15.11.2016-cı il tarixdə bağlanmış müqaviləyə və müqavilə əsasında tərtib olunmuş ödəniş qrafıkinə əsasən o, buraxılış i li 2015-ci il olan «Renault Loqan» markalı, ********** şassi nömrəli, ***** mühərrik nömrəli, qara rəngli avtomaşın üçün ilkin olaraq 3500 manat, sonradan isə aylıq 628,28 manat olmaqla, cəmi 3150 manat, ümumilikdə isə 6650 manat ödəniş etmişdir. Daha sonra maddi vəziyyəti çətinləşdiyi üçün yuxarıda qeyd olunan avtomobil onun tərəfindən 04.05.2017-ci il tarixdə «Cavabdeh1 Lizinq» MMC-nə təhvil verilmişdir. O, «xxxx» ASC-nə müraciət edərək maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar aylıq ödənişləri edə bilməyəcəyini, ona yeni ödəniş qrafiki açıldığı və ödəmə müddəti 48 ayadək uzadılacağı təqdirdə borcu ayda 400 manat məbləğində ödəniş etməklə ödəyəcəyini bildirmiş və avtomaşının ona qaytarılmasını xahiş etmişdir.Bu səbəbdən də hesab etmişdir ki, ödədiyi 6650 manat məbləğinə pul vəsaiti və b ank tərəfindən süründürməçiliyə məruz qalması ilə bağlı əldən çıxmış fayda nəzərə alınmaqla cəmi 12650 manat məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, buraxılış ili 2015-ci il olan «Renault Loqan» markalı, ********************nömrəli, ********** mühərrik nömrəli, qara rəngli avtomaşının və ya 12650 manat məbləğində pulun qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X2 və nümayəndəsi H6 kassasiya şika yətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəməkollegiyasınıniclasında cavabdeh “Cavabdeh1 MMC-nin vəkili Vəkil kassasiya şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən 15.11.2016-cı il tarixli ərizəsinə əsasən H6 «Cavabdeh1 Lizinq» MMC-nə müraciət edərək, 36 ay müddətinə «Renault n» markalı, ********************nömrəli, ********** mühərrik nömrəli avtomobilin lizinqə verilməsini xahiş etmişdir. 15.11.2016-cı il tarixli **********saylı maliyyə lizinqi maviləsindən və ona əlavə olunmuş ödəniş qrafikinə əsasən «Cavabdeh1 Lizinq» MMC bir alqı-satqı qiyməti 18.990 manat təşkil edən, 2015-ci il olan «Renault Loqan» markalı, ******* şassi nömrəli, ********** mühərrik nömrəli, qara rəngli avtomaşını 36 ay müddətinə, aylıq ödəniş 628,28 manat olmaqla İddiaçı lizinqə vermişdir. Həmin müqavilənin 5.3-cü bəndindən görünür ki, lizinq obyektinin qeydiyyatı, habelə gömrük rəsmiləşdirilməsi ilə bağlı xərcləri Lizinq alan ödəyir. Həmin müqavilənin 10.1 -ci bəndindən görünür ki, lizinq obyekti müqavilənin bütün müddəti ərzində Lizinq alan tərəfindən Lizinq verənin seçdiyi sığorta şirkətindən Lizinq alanın vəsaiti abına sığortalanır. İş materiallarındakı arayışdan (lizinq satış forması) görünür ki, bir ədəd alqı- qiyməti 18.990 manat təşkil edən, 2015-ci il olan «Renault Loqan» markalı, ********************rəli, ********** mühərrik nömrəli, qara rəngli avtomaşın ödəniş müddəti 36 ay, ilkin ödəniş 1850 manat olmaqla «Nurgün Motors» şirkəti tərəfindən İddiaçı satılmışdır. Ödəniş formasına (arayışa) əsasən İddiaçı tərəfindən cəmi 2400 mana t məbləğində pul vəsaiti «Nurgün Motors» şirkətinə ödənilmişdir, bundan 550 manat avtomaşına qeydiyyat nömrəsi alınması ilə bağlı BDYPİ-nə edilmiş ödəniş, 1850 manat isə ilkin ödəniş təşkil edir. 15.11.2016-cı il tarixli təhvil-təslim aktına əsasən 2015-ci il olan «Renault Loqan» markalı, ********************nömrəli, ********** mühərrik nömrəli, qara rəngli avtomaşın «Cavabdeh1 Lizinq» MMC tərəfindən İddiaçı təhvil verilmişdir. Nəqliyyat vasitəsinin kasko sığortası şəhadətnaməsinə əsasən 2015-ci il olan «Renault Loqan» markalı, ********************nömrəli, ********** mühərrik irəli, qara rəngli avtomaşın «xxxx» ASC tərəfindən sığortalanmış, sığorta obyektinin dəyəri 18.990 manat, sığorta məbləği 18.990 manat, sığorta haqqı 1101,42 manat, azad olma manat məbləğində müəyyən edilmişdir. 15.11.2016-cı il tarixli, 15.12.2016-cı il tarixli, 14.01.2017-ci arixli, 14.02.2017-ci il tarixli, 15.03.2017-ci il tarixli və 14.04.2017-ci il tarixli qəbzlərdən görünür ki, ddiaçı İddiaçı tərəfindən (sığorta haqqı 1101,42 manat, 5 ay X 628,30 manat) cəmi 4243 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, İddiaçı 15.11.2016-cı il tarixli **********saylı maliyyə lizinqi müqaviləsi üzrə cəmi 3141,48 manat məbləğində pul ssaitini «xxxx» ASC vasitəsi ilə «Cavabdeh1 Lizinq» MMC-nə ödəmişdir. 04.05.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, 115-ci il olan «Renault Loqan» markalı, ********************nömrəli, ********** mühərrik nömrəli, qara ngli avtomaşın İddiaçı tərəfindən «Cavabdeh1 Lizinq» MMC-nə təhvil verilmişdir, 20.06.2017-ci il tarixli ərizəsinə əsasən İddiaçı oğlu (nümayəndəsi Hümbətov Nail Səlim oğlu vasitəsi ilə) «Cavabdeh1 Lizinq» MMC-nə müraciət edərək, maddi vəziyyətinin pis olması və aylıq ödənişləri edə bilməməsi səbəbindən lizinqə götürdüyü avtomaşını 04.05.2017-ci il tarixdə «Cavabdeh1 Lizinq» MMC-nə təhvil verdiyini qeyd edərək, ona ayda 400 manat ödəmək şərti ilə yeni qrafik açılmasını və ödəmə müddətini 48 nədər uzadmasını, əks təqdirdə onun tərəfindən ödənilən 6650 manat məbləğində pulun ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-ci maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 36 ay müddətinə lizinq müqaviləsi bağlanmış, dəyəri 18.990 manat təşkil edən, 2015-ci il buraxılışı olan «Renault Loqan» markalı, avtomaşını 36 ay müddətinə, aylıq ödəniş 628,28 manat olmaqla İddiaçı lizinqə vermişdir. Lizinq alan ilkin ödəniş adı ilə 3500 manat ödəniş etmiş, avtomaşını beş ay istifadə etmiş, hər ay razılaşdıqları kimi 628.30 manat ödəniş etmiş və beş aydan sonra ödənişi edə bilməyəcəyi üçün avtomaşını lizinq şirkətinə qaytarmışdır. Tərəflər arasında müqavilə bağlanmış, müqavilə qüvvəsinə minmiş, tərəflər müqavilənin əsas şərtləri barədə (o cümlədən aylıq ödəniş) razılığa gəlmişlər. Sonradan lizinq alanın maddi vəziyyətinin pisləşməsi ilə aylıq ödənişləri ödəyə bilməyəcəyini anlayaraq lizinq verənə aylıq ödənişin aşağı salınması barə də irəli sürdüyü təklif yeni müqavilənin bağlanması təklifi kimi qiymətləndirilməlidir. Lizinq şirkəti bu təklifi qəbul etməməkdə haqlı olmuşdur. Çünki müqavilə sərbəst iradə ifadəsidir. iddiaçı ilkin ödəniş olaraq 3500 manat vəsait ödəmişdir. Həmin vəsaitdən 2400 manat məbləğində pul vəsaiti «Nurgün Motors» şirkətinə ödənilmiş, vəsaitin 550 manatı avtomaşına dövlət qeydiyyat nömrəsi alınması ilə bağlı BDYPİ-nə ödənilmiş, 1101,42 manat avtomaşının sığortalanması üçün ödənilmiş, 1850 manat ilkin ödəniş kimi mədaxil edilmişdir. İlkin ödənişin nədən ibarət olması məlum deyil. Cavabdehin nümayəndəsi bildirir ki, həmin məbləğ müqavilənin bağlanmasının ilkin şərtidir, əks təqdirdə müqavilə bağlanmazdı, ilkin ödəniş avtomaşının satınalma dəyərinə daxil olan məbləğdir. Lizinq müqaviləsi müəyyən mu zd ödəmək şərti ilə lizinq obyektindən istifadə müqaviləsidir. Bu müqavilə nisyə alqı-satqı müqaviləsi deyil ki, ilkin ödəniş avtomaşının dəyərindən çıxılsın. İşdən də göründüyü kimi ilkin ödənişin 1850 manatı ödənilmiş muzda da daxil edilməmişdir. Ona görə 1850 manatın iddiaçıya qaytarılması əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 01 oktyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv
Məhkəmə qərarları › İş №2(102)-1733/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1733/2019
11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver