Məhkəmə qərarları › İş №2(102)-1734/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1734/2022

12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1734/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ № 2(102)-1734/22 (Açar sözlər: avtomobilin qanunsuz sahiblikdən geri tələb olunması) Bakı şəhəri, 12 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması və pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7356/2021 nömrəli, 13.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 22.02.2012-ci il tarixli, 01 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən İddiaçıTəvəkkül oğluna avtomobilin alınması üçün illik 25 dərəcə ilə faiz hesablamaq şərti ilə 24 ay müddətinə 12.250 manat məbləğində kredit verilmişdir.

2. Həmin öhdəliyin təminatı olaraq İddiaçı mülkiyyətində olan “Hyundai Coupe” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin, İddiaçı "xxxx" ASC qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə Banka borcu yaranmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.02.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Bankın xeyrinə cəmi 10.696 manat məbləğində borc və 30 manat d övlət rüsumu tutulmuş və tutma ipoteka predmetinə yönəldilmişdir. Həmin borc məbləği ödənilməmişdir. 4. **-DP-*** dövlət nömrə nişanlı, “Hyundai Coupe” minik markalı avtomobili idarə etmək üçün İddiaçı tərəfindən Cavabdeh 29.12.2015-ci il tarixdən 10.06.2017-ci il tarixədək etibarnamə verilmişdir.

5. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı cəmi 493,76 manat məbləğdə kompensasiya hesablanmış, həmin məbləğin 9,16 manat hissəsi iddiaçının "xxxx" ASC-də, 484,60 manatı isə ləğv prosesində olan "xxxx" ASC-də olan kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz istifadəsində olan ona məxsus **-DP-*** dövlət nömrə nişanlı "Hyundai Coupe" minik markalı avtomobilin, habelə vaxtında ödəməli olduğu aylıq krediti ödəmədiyi üçün yığılmış 8.500 manat məbləğində kredit pulunun, digər bankdan ona çatası olan 500 manat məbləğdə pulun və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə aralarında olan razılığa əsasən etibarnamə ilə ipoteka predmetini cavabdehə vermiş, cavabdeh isə bunun müqabilində 22.02.2012-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə onun əvəzinə ödənişlər etməyi öz üzərinə götürmüş, lakin cəmi 1.500 manat pul ödəmiş, sonradan isə ödənişlər etməmiş və avtomobili də bugünədək qaytarmamış, nəticədə məhkəmə qaydasında ondan Bankın xeyrinə pul tutulmuş və hazırda 8.500 manat borcu qalmışdır. Habelə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanına uyğun olaraq ona ödənilməli olan 500 manat pulun Banklar qarşısında olan başqa öhdəliklərinin icrasına yönəldilmiş, nəticədə həm avtomobilindən məhrum olmuş, həm də 9000 manat məbləğində maddi ziyan dəymişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) 28 fevral 2020-ci il tarixli, 2(001)-968/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Hyundai Coupe" minik markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq onun mülkiyyətçisi olan İddiaçı qaytarılması, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin İddiaçı aid edilməsi, dövlət rüsumunun qalan 10 (on) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan **-DP-*** dövlət nömrə nişanlı, "Hyundai Coupe" minik markalı avtomobili Cavabdeh etibarnaməli idarəçiliyinə verməklə, mülkiyyət hüququnu deyil, bu hüquqdan irəli gələn sahiblik və istifadə hüquqlarını cavabdehə vermişdir. Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən də aydın olur ki, Cavabdeh 10.06.2017-ci il tarixdə artıq nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinin verildiyi müddətin bitdiyini bilsə də, avtomobili iddiaçının qanuni sahibliyinə qaytarmamaqla, faktiki olaraq mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlaka vicdansız sahiblik etməkdə davam etmiş, nəqliyyat vasitəsini əsl mülkiyyətçiyə geri qaytarmamışdır. Eyni zamanda, məhkəmə araşdırması ilə İddiaçı mübahisəli avtomobili cavabdehə etibar etməkdə məqsədinin avtomobili onun mülkiyyətinə deyil istifadəsinə verməkdən ibarət olduğu müəyyən edilmişdir. Hüquqi nəticə etibarı ilə hazırda İddiaçı qanunsuz olaraq öz mülkiyyətindən məhrum olunmuşdur.

10. Məhkəmə iddia tələbinin “cavabdehdən 8.500 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı kredit öhdəliklərinin icrası qaydasında ona hər ay 300 manat pulun ödənilməsi müqabilində avtomobilin cavabd ehin istifadəsinə verilməsi barədə cavabdehlə razılıq əldə olunmasına, məhz onun tərəfindən bu ödənişlərin həyata keçirilməməsi səbəbindən göstərilən məbləğdə borcun yaranmasına istinad etsə də, məhkəməyə belə bir razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

11. Məhkəmə, eyni hüquqi mövqedən çıxış edərək, iddia tələbini “cavabdehdən 500 manat pulun tutulması” hissəsində də əsassız hesab edərək qeyd etmişdir ki, ölkə başçısının qeyd edilən 28.02.2019-cu il tarixli Fərmanına əsasən iddiaçıya 500 manat deyil, cəmi 493,76 manat məbləğində kompensasiya hesablanmışdır. Lakin, məbləğindən asılı olmayaraq, həmin vəsait iddiaçının ödəniş müddəti keçmiş əsas borclarının ödənilməsinə yönəldilmişdir. Nəticə etibarı ilə bu öhdəliklərin yaranmasında cavabdehin hər hansı təqsi rinin olması müəyyən edilməmişdir. Başqa sözlə, bu məsələdə cavabdehin hər hansı mülki hüquqi məsuliyyəti yaranmamışdır.

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7356/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov - sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) 28 fevral 2020-ci il tarixli, 2(001)968/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

15. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassas iya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, o, avtomobili "xxxx" ASC-nin əməkdaşı Anar adlı şəxsdən idarə etmək üçün almış, bunun müqabilində 1500 manat pul ödəmiş, sonra mülki etibarnamə tələb etdikdə hazırki iş üzrə iddiaçı bundan imtina etmiş, bu zaman o aldadıldığını başa düşürək, avtomobili Anara qaytarmış, ödədiyi pulu geri tələb etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

20. Maddə 166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüquq unun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandır ır.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

31. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisəli avtomobili cavabdehə etibar etməkdə məqsədi avtomobili onun mülkiyyətinə deyil, istifadəsinə verməkdən ibarət olmuş, lakin etibarnamənin müddəti bitdikdən sonra cavabdeh avtomobili mülkiyyətçisi olan iddia çıya qaytarmamış, nəticədə iddiaçı qanunsuz olaraq öz mülkiyyətindən məhrum olunmuşdur.

32. Mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Bu baxımdan, hazırki mübahisəyə qiymət verən məhkəmələr həmin prinsipləri rəhbər tutmaqla, işə düzgün hüquqi qiymət vermişdir.

33. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri işin faktiki halları ilə bağlıdır ki, MPM-ə əsasən, Ali Məhkəmə işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§21-§23) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ha lları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7356/2021 nömrəli, 13.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar