Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1735/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) 15.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2 Həbib oğlunun, Cavabeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6361/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Seyidov X2 müharibəsi veteranı olduğu üçün ona Biləcəri qəsəbəsində 2 mərtəbəli 5 otaqlı ev verilmişdir. O, həmin evi 2008-ci ildə satmış, həmin vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi 13 ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş 4 bloklu 16 mərtəbəli binanın 4 giriş 9-cu mərtəbəsində 286 saylı mənzili almışdır. Bu barədə MTK ilə aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin pulunu tamamilə ödədiyi üçün ona maliyyə arayışı verilmişdir. Daha sonra həmin mənzilə dair Dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilinin ilkin təmirinə görə 14000 manat, ilkin təmirdən sonra evində olan əmlakının məhv olmasına görə 35000 manat, cavabdehin ona yetirdiyi xəsarətə görə 4500 manat, daha sonra cavabdehin təqsirinə görə evinin yenidən təmiri ilə bağlı çəkdiyi xərclə bağlı 12000 manat, cavabdehin mənzilini zəbt etməsi ilə bağlı kirayədə qaldığı üçün 18000 manat (3 il hər ay 500 manatdan), cavabdehin ucbatından qapılara çəkdiyi xərcə görə 2800 manat, cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 50000 manat-cəmi 136300 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaç ı Qarabağ müharibəsi veteranı olduğu üçün ona Biləcəri qəsəbəsində 2 mərtəbəli 5 otaqlı ev verilmişdir. O, həmin evi 2008-ci ildə satmış, həmin vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi 13 ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş 4 bloklu 16 mərtəbəli binanın 4 giriş 9-cu mərtəbəsində 286 saylı mənzili almışdır. Bu barədə MTK ilə aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin pulunu tamamilə ödədiyi üçün ona maliyyə arayışı verilmişdir. Daha sonra həmin mənzilə dair Reyestrdən Çıxarış da almışdır. İddiaçı təzə aldığı evi təmir etdirdiyi üçün ailə üzvləri ilə birlikdə kirayə mənzildə yaşamışdır. İddiaçı evin giriş qapısını dəmirdən, pəncərələrini isə plastik materialdan düzəltdirmişdir. Bundan başqa evin təmirinə 14000 manat xərc çəkmişdir. İddiaçı təmir etdirdiyi mənzilə 2015-ci ildə getdikdə evin dəmir qapısının sındırılmış və əvəzinə başqa qapı qoyulduğunu görmüşdür. İddiaçı mənzili Asif adlı şəxsin Ağa adlı şəxsə satdığını öyrənmişdir. MTK-nın sədri Ədalət Qəmbərov, iddiaçı, Asif və Ağa mənzilə getmişlər, mənzilin qapısını Ağa açmışdır. MTK-nın sədri Ədalət Qəmbərov iddiaçıya Ağanın qoyduğu çöl dəmir qapını sındırmasını, mənzilə daxil olub orada yaşamasını bildirmişdir. İddiaçı polis əməkdaşlarının iştirakı ilə Ağanın qanunsuz qoydurduğu qapını oradan çıxarıb qapının kənarına qoymuş və yerinə özünün düzəltdirdiyi başqa qapı qoymuşdur. İddiaçı 2016-cı ilin aprel ayında evinə köçməyə hazırlaşmış, lakin gedib mənzilinə baxanda qoyduğu qapının çıxarıldığını və içəridə başqa ustaların işlədiyini görmüşdür. O, mənzilə daxil olanda Cavabdeh mənzili öz istədiyi kimi dəyişdirdiyini və onu təmir etdirdiyini görmüşdür. MTK-nın sədri mənzilə gedərək orada işləyən ustaları qovmuşdur. O, Ağaya həmin mənzilin iddiaçıya məxsus olduğunu bildirmişdir. Asif evi satdığını ona bildirdikdə Ədalət evin qanunsuz satıldığını, aidiyyəti orqanlara bu barədə bildirəcəyini demişdir. Asif və Ağa iddiaçı Mirrasimi döymüş, onu xəstəxanaya yerləşdirmişlər. O, 28 gün xəstəxanada qalıb müalicə olunmuş, bu müddət ərzində Cavabdeh onun evinin konstruksiyasını dəyişib öz arzusuna uyğun şəkildə təmir etdirmişdir. Halbuki iddiaçı mənzilin təmirinə 14000 manat məbləğində xərc çəkmişdir. Həmçinin evi təmir edib qurtardıqdan sonra oraya lazımi əşyalarını aparıb yerləşdirmişdir. Həmin əşyalar 35000 manat dəyərində olmuşdur. Cavabd eh həmin mənzildən çıxarılmasına dair iddiaçı ilə onun arasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının tələbi təmin olunaraq Cavabdeh mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə icraya yönəlmiş və icraçılar Ağanı mənzildən çıxardıqdan sonra o evinə getmişdir. Evinə daxil olduqda Ağanın onun evində olan 35000 manatlıq əmlakını apardığını görmüşdür. O, bu günə kimi iddiaçının əmlakını qaytarmamışdır. Cavabdeh mənzillə bağlı məhkəmə mübahisəsindən sonra “xxxx” MTK tərəfindən ona Xətai rayonunda 3 otaqlı mənzil verilmişdir. İddiaçı xəstəxanada müalicə olunduğu dövrdə 28 gün işə gedə bilməmiş, aylıq gəlirini əldə edə bilməmişdir. Müalicə xərci ilə bərabər dərman pulu ilə birlikdə 3500 manat xərc çəkmişdir. Xəstəxanadan çıxdıqdan sonra evdə amb ulator müalicəyə 1000 manat xərc çəkmişdir. Ağanın ona yetirdiyi xəsarətlər nəticəsində ona 4500 manat məbləğində ziyan dəymişdir. Cavabdeh onun evinin konstruksiyasını pozub istədiyi kimi evi təmir etdirmişdir. İddiaçı evi məhkəmə yolu ilə ondan alandan sonra əvvəlki kimi evini təmir etdirmişdir. Təmirə 12000 manat xərc çəkmişdir. O, evə çəkdiyi 12000 manat xərci Ağanın qanunsuz hərəkətinə görə çəkmişdir. İddiaçı üç dəfə dəmir qapı düzəltdirib yerləşdirsə də, Ağa onu sındıraraq çıxarmışdır. Birinci qapıya 1200 manat, ikinci qapıya 900 manat, üçüncü qapıya 700 manat məbləğində, ümumilikdə qapılara cəmi 2800 manat xərcləmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində üç il qanunsuz olaraq kirayədə qalmışdır. Hər ay kirayə haqqı 500 manat, üç il müddətində 18000 manat kirayə haqq ı ödəmişdir. Cavabdeh iddiaçıya 86300 manat məbləğində ziyan vurmuşdur. Cavabdehin bu hərəkətlərinə görə iddiaçı həm maddi, həm mənəvi əziyyət çəkmişdir. Cavabdeh tərəfindən ona 50000 manat mənəvi ziyan vurulmuşdur. Bakı şəhəri Xətai Rayon məhkəməsinin (hakim Ayğün Həsənova) 2(011)-1184/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı istinad etdiyi halları şahid ifadələri ilə sübuta yetirməyə çalışmış və məhkəmə iclasında özünün verdiyi izahatlarla birgə şahid ifadələrinə də istinad etmişdir. Məhkəmə araşdırma zamanı dinlənilmiş şahid ifadələrini mötəbər sübut kimi qəbul etməyərək qeyd etmişdir ki, şahidlərin verdiyi ifadələr hər hansı sənədə, müqaviləyə əsaslanmır. Belə ki, məhkəmə iclasında dindirilmiş X5 qeyd etmişdir ki, iddiaçı təmir üçün ondan tikinti materialları almışdır. Lakin bu alğı-satqının hər hansı qaydada mağazasının alğı-satqı tarixçəsində (hesab vərəqəsini, çek və ya qəbzi) keçməsi ilə bağlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı öz izahatında cavabdehin ona döyüb xəsarətlər yetirdiyini, xəstəxanaya yerləşdirilərək orada 28 gün qalıb müalicə olunduğunu, daha sonra isə öz evində ambulator müalicə olunduğunu bildirmişdir. Lakin o, xəstəxanada qalıb müalicə olunması ilə bağlı hər hansı bir həkim rəyini, xəstəxanadan verilmiş arayışı, dərman reseptlərini, ona cavabdeh tərəfindən yetirilmiş xəsarətlərlə bağlı hər hansı rəsmi sənədi məhkəməyə təqdim etməmiş, onun əsaslandığı bu hallar məhkəmə iclasında sübuta yetirilməmişdir. Eyni zamanda iddiaçının vəkili tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş cinayət işi ilə bağlı məktuba əsasən, İddiaçı Cavabdeh tərəfindən döyülməsi faktı ilə əlaqədar başlanmış cinayət işinə əməldə cinayət tərkibi olmadığı üçün xitam verilmişdir. İddiaçı ona məxsus olan 35000 manatlıq əmlakın cavabdeh tərəfindən aparıldığını, bu günə kimi də qaytarılmadığını iddia etmişdir. Lakin o, həmin əmlakların nədən ibarət olmasını, onların cavabdeh tərəfindən aparılıb geri qaytarılmamasını sübuta yetirə bilməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçının bir müddət kirayə mənzildə yaşamasının cavabdehin təqsiri ucbatından olması sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 iddiaçının uzun illər onun evində kirayədə qa lmasını, onların arasında kirayə müqaviləsinin olmamasını, iddiaçı ilə həmkəndli olmasını qeyd etmişdir. Məhkəmə iddiaçının bir müddət kirayədə qalmasını işin mübahisə edilməyən halı kimi qiymətləndirərək qeyd etmişdir ki, iddiaçının məhkəmədə verdiyi ifadələrə əsasən o evi təmirsiz vəziyyətdə əldə etmiş və təmiri başa çatana qədər kirayədə qalmaq qərarına gəlmişdir. Bu müddət ərzində hazırkı iş üzrə cavabdehlə mənzilə dair aralarında mübahisə yaranmış və məsələnin həlli məhkəmə müstəvisinə çıxmışdır. Çəkişmə prosesi zamanı iddiaçının öz mülkiyyətindən istifadə edə bilməməsi ilə bağlı uğradığı maddı çətinliklər danılmazdır. Lakin bu maddı məhrumiyyətlərin məhz cavabdehin təqsirindən baş verməsi mübahisəlidir. Belə ki, hər iki tərəf hüquqlarının pozulmasınıa istinad edərək məhkəməyə müraciə t etmiş və qanunla qorunan mənafelərinin bərpasını istəmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, gedən məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfin çəkdiyi maddı xərcləri işin hazırkı vəziyyətində cavabdehdən tələb etməsi deyil, hər iki tərəfi mənzillə bağlı münaqişəli vəziyyətə salan MTK-dan tələb etməsi daha ağlabatandır. Birinci instansiyanın qənaətinə görə iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin törətdiyi əməl nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu, nəticədə 136300 manat məbləğində xərc çəkdiyini qeyd etsə də, qeyd olunan xərcləri sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabd ehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Ziya Şirinov) 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şahidlərin birinci instansiya məhkəməsinə verdikləri ifadələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 096-12837-1220 saylı məktubundan görünür ki, iddiaçının cavabdeh barəsində verdiyi şikayət əsasında icraatı başlanılmış ********* saylı cinayət işinə RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadığına görə) xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsini, MPM-nin 14 və 77- ci maddələrinin tələblərini nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi sübuta yetməyən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə də aid dəlili əsassızdır. İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş daha bir tələb ondan ibarətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 3 il ərzində kirayədə yaşamaq məcbiriyyətində qalmış və hər ay kirayə haqqı olaraq 500 manat, 3 il müddətində isə 18000 manat kirayə haqqı ödəmişdir. İddiaçı bu tələbini sübutu yetirmək üçün şahid X3 ifadəsinə istinad etmişdir. X8 Rayon Məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, o, özünə məxsus evi tanışı olan iddiaçıya 5 il müddətinə, ayda 500 manata kirayəyə vermişdir. İddiaçı ilə tanış olduğu üçün kirayə müqaviləsini yazılı bağlamamışdır. Göründüyü kimi, iddiaçı kirayə götürdüyü mənzili 3 il müddətinə götürdüyünü bildirsə də, şahid K.Hüseynov iddiaçıdan fərqli olaraq bu müddətin 5 ildən ibarət olduğunu bildirmişdir. Bundan başqa K.Hüseynovun ifadəsindən görünür ki, o, iddiaçının məhz cavabdehin qanunsuz əməli nəticəsində onun mənzilində kirayədə qalması barədə birinci instansiya məhkəməsinə məlumat verməmişdir. Bunları və yazılı müqavilənin mövcud olmamasını, habelə iddiaçı ilə şahid K.Hüseynovun tanış olmalarını nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi şahid K.Hüseynovun ifadəsini mötəbər sübut kimi qəbul etməməkdə və müzakirə edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edil ən bu hissəsinə aid dəlili əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2 Həbib oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamı şdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil2 Həbib oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır v ə hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6361/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov