Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1735/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARDADİ (açar sözlər: kassasiya baxışından çıxarılma) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2164/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mübahisəli mənzilə onun və övladlarının istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(060)-3197/2022 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2164/2022 nömrəli iş üzrə 7 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edil miş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(102)1735/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilən kassasiya şikayəti icraata qəbul edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti baxışdan çıxarılmalı və iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarının araşdırılması zamanı kassatorun 25 fevral 2023-cü il tarixidə vəfat etdiyi, lakin kassasiya şikayətinin elektron məhkəmə sisteminə 28 fevral 2023-cü il tarixdə yerləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 408.1.1-ci maddəsində göstərilir ki, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayə tinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi işə baxarkən kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesa b edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 15 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti baxışdan çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403-409-cu və 417.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2164/2022 nömrəli iş üzrə 7 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məh kəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1735/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1735/2023
18.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver