Məhkəmə qərarları › İş №2(102)-1737/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1737/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1737/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-***/21 (Açar sözlər:mənzildən çıxarma,alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh, qarşılıq lı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan1 saylı mənzildən çıxarılmaları və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İd diaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək ona məxsus olmuş Bakı şəhəri ********* küçəsində yerləşən ***** nömrəli fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixdə İddiaçı ilə onun arasında bağlanmış AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsinin və AR ƏMDK yanında DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2017-ci ildə İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməklə qa rşılıqlı iddia tələbinni rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X10 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan1 saylı mənzildən çıxarılması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, eyni zamanda maddi ziyana görə 13000 manatın, qiymətləndirmə xərcinə görə “X9” MMC-ə ödənilmiş 300 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ünvan1 saylı mənzilə mülkiyyət hüququ Cavabdeh2 ilə aralarında xx.xx.2017-ci il tarixində notariat kontorunda bağlanmış AN-İ № ***** ** nömrəli alqı-satqı müqaviləsi əsasında ona keçmişdir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışa əsasən o, həmin mənzilin mülkiyyətçisidir. Hazırda qeyd olunan ünvanda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmaqla faktiki olaraq yaşayırlar. Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin 13cü bəndinə əsasən, satıcı xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin xx.xx.2017-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi üzrə alqı-satqı həyata keçirildikdən sonra, cavabdehlərin mənzildə pasport qeydiyyatında qalmaqla humanistlik göstərərək müvəqqəti olaraq 1 il müddətind ə müvəqqəti yaşamalarına şifahi icazə vermişdir. Həmin müddətin keçməsinə baxmayaraq, cavabdehlər ona məxsus mənzildən çıxmırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən çıxarışda, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olduğu müəyyən edilmişdir. Cavabdehlərin onun mənzilində yaşaması və pasport qeydiyyatında qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ üzrə ona məxsus olmuş Bakı şəhəri ********* küçəsində yerləşən ***** nömrəli yaşayış evinə dair İddiaçı ilə aralarında bağlanmış AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsi əslində yalan əqdir və həmin əqd onunla əri Cavabdeh1 arasında şifahi bağlanmış borc müqaviləsini pə rdələmək və həmin borcun ödənilməsini təmin etməkdən ötrü bağlanmış əqdir. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl əri Cavabdeh1 X3 250000 manat borc almış və İddiaçı borcun təminatı kimi evi onun adına keçirməyi israrla tələb edərək, borc qaytarıldıqdan sonra evi yenidən onun adına keçirəcəyini bildirmişdir. Lakin əri Cavabdeh1 sonradan düşdüyü çətin maddi vəziyyət borcun ödənilməsini gecikdirildiyindən İddiaçı məhkəmədə hazırkı iddianı qaldırmışdır. Ona məxsus olmuş fərdi yaşayış evinin alqı-satqısına dair əqdin yalan əqd olması və əri Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış şifahi borc müqaviləsini pərdələmək üçün bağlanması ilk öncə onunla təsdiq olunur ki, mübahisəli fərdi yaşayış evinin faktiki dəyəri bir milyon manatdan da artıq məbləğ təşkil edir. Digə r tərəfdən, həmin əqdin formal xarakter daşıması onunla təsdiq olunur ki, iddiaçının qeyd etdiyi kimi 07.10. 2017-ci il tarixli alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən biz xx.xx.2017-ci il tarixədək, yəni bir ay ərzində evin qeydiyyatdan çıxmalı idilər. Lakin keçən 2 il ərzində iddiaçı bir dəfə də olsun onlardan evin qeydiyyatından çıxmalarını tələb etməmiş və ümumiyyətlə onlara bunu xatırlatmamışdır. Əgər mübahisələndirilən alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək üçün bağlanmasaydı, müqavilənin bağlanmasından keçən 2 il müddətində iddiaçının özü həmin evdə qeydiyyata alınardı. Göründüyü kimi, yuxarıda qeyd etdiyi dəlillər mülkiyyət hüququ üzrə ona məxsus olmuş Bakı şəhəri ********* küçəsində yerləşən ***** nömrəli yaşayış evinə dair İddiaçı ilə onun arasında bağlanmış A N-1№ ******* nömrəli alqı-satqı müqaviləsinin əslində yalan əqd olub, əri Cavabdeh1 ilə iddiaçı arasında şifahi bağlanmış borc müqaviləsini pərdələmək üçün bağlanmasını təsdiq edir. Ona görə də ona məxsus olmuş Bakı şəhəri ********* küçəsində yerləşən ***** nömrəli fərdi yaşayış evinə dair 07.10. 2017-ci il tarixdə İddiaçı ilə onun arasında bağlanmış AN-1№******** nömrəli alqı-satqı müqaviləsi və AR ƏMDK yanında DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2017-ci ildə İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı Çıxarış etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(005)-*****/2019 nömrəli qərardadı ilə (hakim Kəmalə Əmirxanova) iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmi ş, ekspertizanın aparılması “X9” MMC-yə tapşırılmışdır. “X9” MMC-nin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, ********* küçəsi, ***** nömrəli fərdi yaşayış evinin hazırkı dövrə orta hesabla bazar qiyməti 500000 manat, likvid qiyməti 450.000 manat məbləğində təşkil edir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-***/2020 nömrəli qətnaməsi ilə (hakim – Kəmalə Əmirxanova) ilk iddianın qismən təmin edilməsi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, ekspertiza xərcinə görə “X9” MMC-nə ödənilmiş 300 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi, qarşılıqlı iddia tə ləbinni təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mülki işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış və ünvan1 İddiaçı mülkiyyətinə verilmişdir. Alqı-satqı müqaviləsinin 13-ü bəndindən görünür ki, satıcı, yəni Cavabdeh2 xx.xx.2017-ci il tarixədək evdə qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür. Cavabdehlər tərəfindən qeyd edilən mənzil boşaldılmamış və hazırda da cavabdehlər həmin mənzildə yaşıyırlar. Bu isə mənzilin hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və onların istifadə hüquqlarına xitam verilməlidir. Bundan başqa ilk iddia üzrə iddiaçı X4 13.000 manat məbləği ndə maddi ziyanın tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilk iddia ərizəsi bu hissədə sübuta yetirilə bilmədi. Belə ki, iddiaçı tərəfindən qeyd edilən halın təsdiq edilməsi üçün hər hansı bir maliyyə sənədləri məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə ilk iddianı pul tələbi hissəsində əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə ümumilikdə qarşılılqı iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanunazidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqd lər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas gətirə bilmədi. Bu səbəbdən məhkəmə qarşılıqlı iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə qarşılıqlı iddia tələbinə iddia müddəti tətbiq edilməklə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh 2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi xx xxxxxxx 2017-ci il tarixdə bağlanılmışdır. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə iddiaçı 2019-cu ilin noyabr ayında məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da, Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə bu müqavilənin etibarsızlığını mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.3, 178.1, 337.1, 337.2, 337.3, 337.5, 339.1, 340.2, 354.1, 354.2, 372.1, 375.2, 376, 377.2, 425, 442, 449.1, 567, 646.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzr ə iddiaçı Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-****/2020 saylı qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə tapşırılmışdır. “xxxx” Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli MB 13/**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, ********* küçəsi, ***** nömrəli fərdi yaşayış evinin hazırkı dövrə orta hesabla bazar qiyməti 530000 manat, likvid qiyməti 477.000 manat məbləğində təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-****/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)*****/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması, qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pulun ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyinə əsasən qarşılıqlı iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin etibarsız olunmasını iddia etsə də, bu halları təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı təqdim edilə bilməmişdir. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin daha yüksək olmasına baxmayaraq, alqı-satqının 206 200 manat müqabilində rəsmiləşdirilməsinin onun formallığına dəlalət etməsi ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir; çünki əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Həmçinin mənzilin dəyəri etibarsız hesab olunma üçün əsas vermiş olsa belə, hazırki halda bu əsas müqavilənin etibarsız sayılmasını istisna edir. Belə ki, İddiaçı tərəfindən cavabdehlərin “xxxx” ASC-yə olan 206000 manat bo rcun ödənilməsi işin mübahisəsiz halıdır. Həmçinin qarşılıqlı iddiaçı məhz iddiasında göstərmişdir ki, əri Cavabdeh1 İddiaçı əlavə olaraq 250000 manat borc almışdır. Belə olan halda 206000+250000=456000 manat edir ki, bu da evin hazırki qiyməti ilə təxminən eynilik təşkil edir. Apellyator tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyində mənzilin qiyməti 870.000 manat olduğu göstərilsə də, iş üzrə keçirilmiş digər iki qiymətləndirmə rəyində mənzilin qiyməti təxminən yaxın qiymətlərdə olduğu müəyyən olunur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, hazırki mülki iş üzrə qarşılıqlı id dia tələbinə iddia müddəti tətbiq edilməklə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi xx xxxxxxx 2017-ci il tarixdə bağlanılmışdır. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə iddiaçı 2019-cu ilin noyabr ayında məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Bununla da, Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə bu müqavilənin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Apellyasiya şikayətinin dəlilləri barədə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlil ləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (vəkil X5) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya kollegiyası işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, istinad etdiyi maddi hüquq normasını düzgün təfsir etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Belə ki, həyat yoldaşı və iş üzrə cavabdeh olan X8 ilə İddiaçı arasında iş birliyi və eyni zamanda dostluq münasibətləri olmuşdur. Təqribi olaraq 2015-ci ildən 2017-ci ilədək o nların "xxxx” ASC-də olan borcları ilə bağlı problemləri yaranmağa başlamışdır və bundan sonra həyat yoldaşı bu məsələ ilə bağlı dostu olan İddiaçı köməklik istəmişdir. İddiaçı da köməklik edəcəyini bildirərək onlara bir il müddət verərək həmin borcun təminatı kimi “xxxx” ASC-də ipotekada olan hal-hazırki mübahisə predmeti olan Bakı şəhəri, ********* küçəsi, ev ***** saylı mənzilin onun adına keçirilməsi müqabilində razı olacağını bildirmişdir. Onlar da İddiaçı inandıqlarından onun təklifi ilə razı olmuşlar və bundan sonra onların “xxxx” ASC-yə olan borcları bağlayaraq qeyd edilən alqı-satqını həyata keçirmişlər. İddiaçı ilə onun arasında bağlanmış AN-1№ ******* nömrəii alqı-satqı müqaviləsi əslində yalan əqdir və həmin əqd İddiaçı ilə həyat yoldaşı Cavabdeh1 arasında şifahi bağlanmış borc müqaviləsinin pərdələməkdən ötrü bağlanmış əqdir. Belə ki, hal hazırda düşdükləri çətin maddi vəziyyətdən istifadə edən İddiaçı hal-hazırki iddianı qaldırmışdır. İddiaçı evin hansı otaqlardan ibarət olmasını və hansı şəraitdə olmasını belə bilmir, çünki iddiaçı heç vaxt mübahisə predmeti olan evdə olmamışdır. Burdan da görünür ki, qeyd edilən alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Eyni zamanda mübahisə predmeti olan Bakı şəhəri, ************** küçəsi, ev ***** saylı mənzilin alqı-satqını həyata keçirəndə qiyməti bir milyona yaxın olmuşdur. Bu qiymətdən də görünür ki, onları evi satmaq niyətləri olmamışdır və İddiaçı inandıqlarından bu alqı-satqını həyata keçirmişlər. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində ərinin İddiaçı 250000 manat borc olması göstərilmişdir. Lakin məhkəmə dövründə də bildirmişdir ki, onun bu borcdan xəbəri olmamışdır və həmin borc ərinin direktoru olduğu şirkətin İddiaçı ilə aralarında olan məsələdir. Həmin borcun onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə aidiyyəti yoxdur. Apelyasiya şikayətində verdiyi izahatdan da görünür ki, onun qeyd edilən mənzili satmaq niyyəti olmamışdır. Belə ki, İddiaçı etiraf edərək ərinin ondan bir il müddət istəməsini, işlərini yoluna qoyduqdan sonra evi ona təhvil verməsini bildirmişdir. Hətta o, ərinə təklif etmişdir ki, bir il müddətində imkanı düzələrsə onun ödədiyi pulu ödəyər, o da evi qaytarar. İddiaçı nə üçün pul verib aldığı evi geri qaytarmaqdan danışır. Çünki işin həqiqiliyi elə bundan ibarətdir ki, onların evi satmaq niyyəti olmamışdır. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd mübahisələndirilən əqdlər kateqroiyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. İddiaçı onun əlverişsiz vəziyyətindən istifadə edərək, əqdin bağlanmasına nail olmuşdur. Eyni zamanda, apelyasiya məhkəməsinin 206000+250000 manatları toplayaraq evin qiyməti ilə cəmləşdirməsi düzgün yanaşma deyil. Bundan əlavə məhkəmə iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Hazırki halda onun əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin hansı nəticələrə səbəb olmasını İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zamandan məlumatı olmuş, bundan sonra qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddəti tətbiq edilməməli idi. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili X5 məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili X1 ilə əlaqədar məhkəməyə hər hansı sübut ünvanlamadığını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə istinad edərək, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2 kasasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və apelyas iya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqı sı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələn dirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahi sə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutla rla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən qarşılıqlı iddia tələbi hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının qarşılıqlı iddia tələbi hissəsində ləğvi xahiş edildiyindən məhkəmə aktı yalnız həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəmə si tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə əlaqədar dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığını və iddia müddətinin keçməməsini apelyasiya şikayətindəki dəlillərinə uyğun əsaslandırsa da, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı üzrə qarşılıqlı iddiaçı tərəfindən müqavilənin etiba rsızlığını şərtləndirən xüsusatlarla bağlı hər hansı sübut məhkəməyə təqdim edilə bilməmişdir. Qarşılıqlı iddiaçının əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Qarşılıqlı iddiaçının müddətinin ötürülməməsi barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, bu barədə də qarşılıqlı iddiaçının dəlilli əsassızdır. Belə ki, işin mübahisə edilməyən halına görə alqı-satqı müqaviləsi xx xxxxxxx 2017-ci il tarixdə bağlanılmışdır. Qarşılıqlı iddiaçının onlara evin qaytarılması üçün ilk iddiaçı tərəfindən borcunu qaytarmaq şərtilə bir il vaxt verilməsini bildirməsi əsas götürülərsə belə, o zaman qeyd edilən bir illik müddət 2018-ci ilin oktabr ayında tamam olmuşdur ki, qarşılıqlı iddiaçı da bu zamandan sonra mənzilin alqı-satqısı il ə əlaqədar məhkəmədə hər hansı mübahisələndirmə həyata keçirməmiş, yalnız ilk iddiaçının mənzildən onların çıxarılmaları barədə iddia tələbindən sonra məhkəməyə müraciət etmişdir ki, bu hal da özündə həm iddia müddətinin ötürülməsini, həm də alqı-satqı müqaviləsinin etibarlılığını ehtiva edir. Çünki, qarşılıqlı iddiaçının özünün qeyd etdiyi kimi, borca görə qeyd edilən müqavilə bağlanmış olsa idi, alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin müqavilənin 13-cü maddəsinə uyğun olaraq bir illik müddət tamam olarkən borcun ödənilməsinin qeyri-mümkün olmasını anlayıb, alqı-satqı müqaviləsinin etibarsızlığı və ya mənzilin özünə qaytarılması ilə əlaqədar məhkəməyə müraciət etmək imkanı olmuşdur ki, o, bu imkandan da istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar