Məhkəmə qərarları › İş №2(102)-1738/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1738/2019

28.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1738/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X2, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(006)2323/2016, hakim E.Ə.Mehdiyev) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 14.406 manat maddi zərərin tutularaq iddiaçıya öd ənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-2934/2017, hakimlər T.M.Əliyev, T.S.Səmədov, İ.S.Şirinov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 07.12.2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, maddi zərərin əvəzi olaraq 12.906 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2017-ci il tarixli qərarı ilə (iş № 2(102)-7628/2017, hakimlər M.T.Əhmədova, Ə.M.Rüstəmov, Ə.G.Nurməmmədov)Cavabdehkassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən bax ılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-2412/2018, hakimlər R.Ə.Eyvazov, S.F.Hacıyev, F.Ş.Talışinski)Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək maddi zərərin məbləğinin 1.511 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyidirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “Nissan X-Trail” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı, “X3” markalı **-ON-*** dövlət qeydiyyat n işanlı avtomobilCavabdeh mülkiyyətində olmuşdur. 21 yanvar 2016-cı il tarixdə “Nissan X-Trail” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21123” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə və “X3” markalı **-ON*** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan X-Trail” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hər üç avtomobilin sürücüsü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ bəndinin tələbini pozduqlarına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinmişlər. 22 fevral 2016-cı il tarixdə İddiaçı Cavabdeh təqsirli hərəkəti nəticəsində onun avtomobilə 17.765 manat zərərə dəydiyinə istinad edərək həmin məbləğin, eləcə də h üquqi xidmət üçün və məhkəməyə müraciət etmək üçün çəkdiyi xərclərin əvəzinin Cavabdeh tutulmasına dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının 31 may 2016-cı il tarixli rəyinə əsasəntəqdim edilmiş, 28 yanvar 2016-cı il tarixli qüsur aktı məlumatlarına əsasən 2010-cu il buraxılışlı “Nissan X-Trail” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən – dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 17.030 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti 14.210 manat, təmir-bərpa işlərinin qiyməti 2.820 manat və dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq etməklə 14.406 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 11.586 manat, təm ir-bərpa işlərinin qiyməti 2.820 manat müəyyən edilmişdir. Hazırki iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən alınmış 12 iyul 2018-ci il tarixli ekspert rəyi ilə dəyişilməli hissələrin və təmir-bərpa işlərinin qiyməti cəmi 1.511 manat müəyyən edilmişdir. Ekspert hesablama apararkən qəzadan sonra birbaşa avtomobilə baxış keçirib rəy verilən 28 yanvar 2016-cı il tarixli qüsur aktını və ondan sonra 31 may 2016-cı il tarixli ekspert rəyini nəzərə almayaraq, cavabdeh tərəfindən təqdim edilmiş hadisədən il yarım sonra avtomobilə baxış keçirilmədən verilmiş 08.05.2017-ci i l tarixli əsassız qüsur aktına əsaslanmışdır. İlkin rəydə avtomobilə baxış keçirilərək avtomobilin 36 adda hissəsinin sıradan çıxması göstərilsə də, cavabdeh tərəfindən təqdim edilmiş rəydə sıradan çıxan hissələr 4 adda göstərilmişdir. Beləliklə iki ekspert rəyi ilə dəymiş zərərə görə müəyyən edilən məbləğlər arasında 15.519 manat fərq yaranmış, apellyasiya instansiyası məhkəməsi də həmin hala hüquqi qiymət verməyərək işə birtərəfli qaydada baxmış, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. “K.Bünyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş 17.765 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb edir. Apellyasiya instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 12.906 manat məbləğində pulun tutulmasına dair qətnaməsi cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya instansiya məhkəməsi həmin qətnaməni ləğv edərək işi yenidən baxılması üçün apellyasiya m əhkəməsinə göndərmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 1.511 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul etmiş, hazırda iddiaçı həmin qətnaməni kassasiya qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə kassasiya instansiyası məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Nissan X-Trail” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh idarə etdiyi “X3” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma anınadək, iddiaçıya məxsus avtomobil “VAZ 21123” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avt omobillə toqquşmuş, toqquşma nəticəsində istər “VAZ 21123” markalı avtomobil, istərsə də, iddiaçıya məxsus “Nissan X-Trail” markalı avtomobil zədələnmişdir. Bundan sonra, cavabdehin idarə etdiyi “X3” markalı avtomobil iddiaçının idarə etdiyi avtomobilin sol yan tərəfindən toqquşmaqla, avtomobilin məhz həmin hissəsinə zərər vurmuşdur. Obyektiv olaraq qeyd edilməsi zəruridir ki, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və qərarlarla hər üç sürücünün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozması, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmaları, iddiaçının avtomobilinin cavabdehin avtomobili ilə toqquşması anınadək artıq digər nəqliyyat vasitəsi ilə toqquşmaqla, zədələnməsi işin mübahisəsiz halıdır. Cavabdehin avtomobilinin ön hissəsi i lə iddiaçıya məxsus avtomobilin yalnız sol hissəsi təmas etdiyindən, iddiaçının avtobilinin digər hissələrinə vurulmuş zərərə görə cavabdeh məsuliyyət daşıya bilməz. İş üzrə kassasiya instansiyası məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, işin yuxarıda sadalanan faktiki halları tam və hərtərəfli araşdırılmaqla, cavabdehin məsuliyyətinin həddi, iddiaçı qarşısında hansı həcmdə maddi məsuliyyət daşıdığı müəyyən edilməli, iddiaçıya məxsus olan avtomobilin sol yan hissəsinin zədələnməsi nəticəsində vurulmuş zərərin məbləği müəyyən edilməli, həmin zərər müəyyən edildikdən sonra bu hissədə iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsi cavabdehin üzərinə qoyula bilər. İşə yenidən baxan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci mad dəsinin kassasiya məhkəməsinin qərarında qeyd olunan göstərişlərə uyğun olaraq avtomobilin sol yan hissəsinin zədələnməsi nəticəsində vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün əlavə ekspertiza təyin etmiş, ekspert qarşısına “X3” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Nissan X-Trail” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşması nəticəsində sonuncu avtomobilə qeyd edilən hissədə dəyən zərərin məbləğinin müəyyən edilməsi barədə sual qoyulmuş və mülki iş tədqiq edilməsi üçün ekspertizaya təqdim edilmişdir. “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” AzərbaycanRespublikası Qanununun məhkəmə ekspertizası fəaliyyətinin vəzifəsini müəyyən edən 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Ekspert yol nəqliyyat hadisəsi baş verdikdən 2 gün sonra, 28 yanvar 2016-cı il tarixdə tərtib edilmiş qüsur aktını ümumiyyətlə tədqiq etməmiş, tədqiqatı yalnız fotoşəkil əsasında tərtib edilmiş 08 may 2017-ci il tarixli qüsur aktı əsasında aparmışdır. 12 iyul 2018-ci il tarixli ekspert rəyi ilə “Nissan X-Trail” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə dəyən zərərin məbləği 1.511 manat müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi ilə iddiaçıya məxsus avtomobilə dəyən zərərin məbləği 14.406 manat, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən alınmış ekspert rəy i ilə isə avtomobilin sol yan hissəsinə dəyən zərərin 1.511 manat təşkil etdiyi göstərilmişdir. Ekspert rəyləri arasında avtomobilin sol hissəsinə dəymiş zərərin məbləği ilə bağlı kəskin fərqin olması işin mübahisəsiz halıdır. İş üzrə iddiaçı apellyasiya məhkəməsinə işin qeyd olunan hallarını göstərməklə həmin ekspertiza rəyinə yazılı etiraz vermişdir. Eyni zamanda iddiaçı ərizə verərək ilkin ekspertiza rəyi ilə avtomobilin sağ və sol hissələrinə dəymiş zərərin ümumi şəkildə hesablanmasını göstərərək sağ tərəfə hesablanmış zərərin məbləğinin çıxılaraq yalnız sol tərəfə vurulmuş zərər məbləğinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsinin tələblərinə görə bir neçə ekspertin rəyləri arasında ziddiyyət olması təkrar ekspertiza keçirilməsi üçün əsasdır. Bununla bərabər əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin 26.05.2017-ci il tarixli iclas protokolundan görünür ki, iddiaçı məhkəmə kollegiyasının iclasında cavabdehin nəğd şəkildə 8.000 manat ödəyəcəyi təqdirdə onunla barışmağa razı olduğunu bildirmiş, cavabdehin nümayəndəsi isə cavabdehin 5.000 manat ödəməyə imkanı çatdığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına görməzlikdən gələrək ümumiyyətlə hüquqi qiymət vermədən ən azından ekspert rəyləri arasında ziddiyyətin aradan qaldırılması üçün təkrar ekspertiza təyin etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. AzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1cimaddəsinəəsasənməhkəməninqətnaməsiqanunivəəsaslıolmalıdır. Həmin Məcəllənin 217.3cümaddəsinəəsasənqətnaməişüzrəmüəyyənedilmişhəqiqihallaravətərəflərinqarşılıqlımünasibəti nəuyğunəsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilən həqiqi hallara uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya mə hkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar