Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1738/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: aliment məbləğinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7374/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəm ənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı və Cavabdeh xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3801/2011 nömrəli, 13 dekabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2006-cı il təvəllüdlü Nəzrin İskəndərova və xx.xx.2009-cu il təvəllüdlü Mehri İskəndərovanın anaları İddiaçı yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən qazancının 1/3 hissəsi miqdarında ali mentin hər ay tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1031/2012 nömrəli, 10 aprel 2012-ci il tarixli qətnaməsinı əsasən, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2006-cı il təvəllüdlü Nəzrin İskəndərova və xx.xx.2009-cu il təvəllüdlü Mehri İskəndərovanın yetkinlik yaşına çatanadək hər ay tutulan alimentin məbləğinin dəyişdirilməsi və cəmi 180 manat sabit pul məbləğində müəyyən olunması qət edilmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1738/2015 nömrəli, 12 may 2015-ci il tarixli qətnaməsinı əsasən, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2006-cı il təvəllüdlü Nəzrin İskəndərova və xx.xx.2009-cu il təvəllüdlü Mehri İskəndərovanın yetkinlik yaşına çatanadək hər ay tutulan alimentin məbləğinin dəy işdirilməsi və cəmi 300 manat sabit pul məbləğində müəyyən olunması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4736/2015 nömrəli, 11 avqust 2015-cü il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilərək, hər ay tutulan alimentin məbləğinin hər uşaq üçün 108 manat, cəmi isə 216 manat məbləğində tutulması müəyyən edilmişdir.
6. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və Mediasiya Şurasının 23 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Barışıq sazişi”nə əsasən, 01 may 2022ci il tarixdən başlayaraq hər ay tutulan alimentin məbləğinin hər uşaq üçün 250 manat, cəmi isə 500 manat məbləğində müəyyən edilməəklə artırılması barədə razılığa gəlmişlər.
7. Cavabdeh daha sonra X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı iki uşaqları doğulmuşdur.
8. AZEMİS “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara əsasən, cavabdeh “TƏBİB”də şöbə müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı 3.561,15 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş 2 övladının - xx.xx.2006-cı il təvəllüdlü Nəzrin və xx.xx.2009-cu il təvəllüdlü Mehrinin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin işlədiyi müəssisələrdən aldığı əmək haqqından və digər qazancından hər ay 1/3 hissədə alimentin, habelə mediasiya xərcinin əvəzi kimi 50 manat, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi kimi 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin aldığı əmək haqqını və digər aylıq qazanclarını ondan gizlətdiyini hiss etmiş, bu səbəbdən də cavabdehin işlədiyi müəssisəyə sorğu verilmiş, sorğu ilə cavabdehin nə qədər qazanc əldə etməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin müəssisə cavabdeh razı olmadığı üçün sorğuya cavab verməkdən imtina etmişdir. Belə ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sorğu verilsə də, sonuncu orqan Əmək Məcəl ləsinin 88-ci maddəsinə istinad edib cavabdeh razı olmadığı üçün ona aid məlumatları verməkdən imtina etmişdir. Təbiiki bu da iddiaçını ciddi şəkildə narahat etmişdir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsi iddianı təmin etməmişdir. Haqlı olaraq hesab etmişdir ki, cavabdeh birgə nikahdan doğulmuş uşaqlara onların layiqli həyat səviyyəsini təmin etmək üçün normal məbləğdə aliment ödəməkdən yayınır və gəlirlərinin məbləğini gizlədir. X6 cavabdehin işlədiyi müəssisə və aldığı əmək haqqı barədə məlumat verməməsi onun narahatlığını daha da artırır. Ona görə də aliment məbləği Cavabdeh aldığı əmək haqqına və digər aylıq qazanclarına uyğun müəyyən edilməlidir. Cavabdehin əldə etdiyi gəlirlər artmışdır. Rəsmi şəkildə əldə etdiyi məlumata görə cavabdeh Ak ademik M.A.Topçubaşov adına X8 aparıcı elmi işçi vəzifəsində də işləyir və hər ay 549 manat 50 qəpik əmək haqqı alır. Bundan başqa o, elmi rütbəsinə də görə əlavə haqlar və imtiyazlar alır.
11. Birinci instansiya məhkəməsindəki icraatda cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, cavabdeh ilə iddiaçı arasında uşaqlarının saxlanılması üçün alimentlə bağlı xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır və cavabdeh alimenti vaxtı-vaxtında ödəyir. Cavabdeh əvvəl Akademik M.A.Topçubaşov adına X13 PHŞ-in “Qaraciyər, od kisəsi, mədəaltı vəzin cərrahlığı” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmış və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Hazırda Cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 şöbə müdi ri vəzifəsində çalışır və aylıq əmək haqqı 3.561,15 manat göstərilsə də, vergilər tutulduqdan sonra aldığı maaş 2.700 manat təşkil edir. Cavabdeh yenidən ailə qurmuş və həmin nikahdan da iki uşağı vardır. Cavabdehin himayəsində həyat yoldaşı, iki uşağı və valideynləri də vardır. İddiaçı isə hər il alimentlə bağlı məhkəməyə müraciət edir. Cavabdeh hazırda iddiaçı ilə birgə nikahdan anadan olmuş uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmasını təklif edir və buna razıdır. Odur ki, məhkəmədən cavabdehdən iddiaçı ilə birgə nikahdan anadan olmuş qızları Nəzrin və Mehrinin saxlanılması üçün hər ay hər uşağa 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.
12. Bakı şəhəri Suraxanı Ra yon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(010)-2728/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia qismən təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü Nəzrin İskəndərovanın və xx.xx.2009-cu il təvəllüdlü Mehri İskəndərovanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4736/2015 nömrəli iş üzrə 11 avqust 2015-cü il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarının dəyişdirilərək cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi və hazırki qətnamənin qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, tərəflərin maddi durumunu nəzərə alara q hesab etmişdir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, onun aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Həmçinin alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.
14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 50 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının vəkilinə hü quqi xidmətə görə ödənilmiş 100 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə aid hissədə isə məhkəmə hesab etmişdir ki, iddiaçı buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia bu hissədə təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 112-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrü bəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarında ifadə edilmiş hüquqi mövqeyə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13 və 19-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3 və 27-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin hər uşağa görə 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində müəyyən edilməsi barədə yeni qətnamə qəbul ol unmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikahın pozulmasından sonra cavabdeh yeni nikaha daxil olmuş və həmin nikahdan 2 övladı var. Bundan başqa, cavabdehin himayəsində arvadı və yaşlı valideynləri var. Cavabdeh “TƏBİB”də şöbə müdiri vəzifəsində çalışır. Hazırkı iş üzrə məhkəmə araşdırmasına qədər cavabdeh “M.A.Topçubaşov adına X13”ndə “qaraciyər, öd kisəsi, mədəaltı vəzinin cərrahlığı” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. İddiaçı ilə barışıq sazişi bağlanan zaman cavabdeh iki yerdə işləyirdi və həmin dövrdə alimentin məbləği hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat müəyyən edilmişdir. Qətnamə qəbul edilən zaman isə cavabdeh sadəcə “TƏBİB”də çalışmışdır. Cavabdeh məhkəmə baxışı zamanı hər uşaq üçün 300 manat olmaqla, ümu milikdə 600 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Bu təklif isə əvvəlki aliment məbləğinin 20% artımı deməkdir. Ölkə üzrə inflyasiya həddi 20% təşkil etmədiyi halda, cavabdehin bu təklifi, habelə dəlilləri və təqdim etdiyi sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-7374/2023 nömrəli, 26 dekabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddianı qismən qəbul edərək, ondan iddiaçının xeyrinə tutulan alimentin məbləğin in hər uşağa görə 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh bu təklifini onunla əsaslandırır ki, o, ikinci dəfə nikaha daxil olmuş və həmin nikahdan 2 övladı var. Bundan başqa onun himayəsində arvadı və yaşlı valideynləri var. O, əvvəl iki iş yerində işlədiyi halda, hazırda maddi vəziyyətində dəyişiklik olmuş, yalnız “TƏBİB”də şöbə müdiri vəzifəsində çalışır. “Barışıq sazişinə” əsasən, hər bir uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat aliment ödəyirdi, hazırda həmin məbləği 20% artıraraq hər uşaq üçün 300 manat olmaqla, ümumilikdə 600 manat ödəməyə hazırdır. Ölkə üzrə inflyasiya həddi nəzərə alınarsa iddiaçının tələb etdiyi aliment miqdarı əsassızdır.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh aylıq qazancı yetərli səviyyədə olduğu üçün iddiaçı ilə birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, onun aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Həmçinin valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu və vəzifəsidir. Odur ki, birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, onun a ylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən etməkdə haqlı olmuşdur.
21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, Ailə Məcəlləsinin 76.1.2, 112-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5, 8, 13, 19-cu və Mülki Prosessual Məcəllənin 119.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında cavabdeh tərəfindən hər bir uşağa təklif edilən 300 manat, ümumilikdə 600 manatın iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul olunması nı xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsi özü bu normalara istinad etməklə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi i lə alimentin müəyyən olunmuş miqdarını dəyişə biləcəyini qeyd etməkdədir. Ancaq maddələrin dispozisiyalarından da göründüyü kimi bu maddələr uşaqların sayına görə qanunvericiliklə müəyyən edilmiş alimentin miqdarını, o cümlədən tərəflər arasında bağlanmış olan hər hansı bir saziş və ya razılıq əsasında və yaxud tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olacağı təqdirdə aliment məbləğinin dəyişə biləcəyini qeyd etməkdədir. İşdə olan materiallardan da göründüyü kimi cavabdehin iddiaçı ilə birgə nikahından olan Nəzrin İskəndərova və Mehri İskəndərova ilə yanaşı ikinci nikahından da İskəndər İskəndərli və Əli İskəndərli adlı övladları vardır. Yəni cavabdehin ümumilikdə dörd övladı vardır ki, bununla bağlı sübutlar məhkəməyə təqdim olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində alimentin məbləğini müəyyən edərkən bunları nəzərə almamış, Ailə Məcəlləsinin 76-cı maddəsinin müddəallarını digər iki uşağı nəzərə almadan iddiaçı ilə nikahdan olan uşaqlara münasibətdə tətbiq etmişdir. Yəni apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərini rəhbər tutarkən sadəcə iki uşağın mənafeyini nəzərə almış, digər uşaqları görməzlikdən gəlmişdir. Qətnamədə qeyd edilən Plenum qərarının tələblərindən də göründüyü kimi alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olma sı, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İstinad edilən Ali Məhkəmənin Plenum qərarı maddi hüquq norması kimi göstərilsə də istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tövsif edilməmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
24. İddiaçının vəkili Vəkil3 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
25. Maddə 17 (İİ hissə). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
26. Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
27. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
28. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
29. Maddə 7 5.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
30. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
31. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.
31. Maddə 76.2. Valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
32. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
33. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
34. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
35. Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
36. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası.
35. Maddə
3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilmə sinə ilk növbədə diqqət yetməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.2. Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri:
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən alimentin məbləğinin müəyyən edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı şikayətdə mübahisələndirilən hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları əsas etibarı ilə düzgün tətbiq edilərək, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi barədə iddia tələbinin əsaslı olması barədə düzgün nəticəyə gəlsə də, məhkəmə işin faktiki halları ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən, iddiaçı ilə olan nikahının pozulmasından sonra cavabdehin yenidən ailə qurmasını və sonuncu nikahdan da iki uşağının olmasını müəyyən etdiyi halda, cavabdehin iddiaçı ilə nikahdan olan iki uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin miqdarını müəyyən edərkən, cavabdehin sonrakı nikahdan olan iki yetkinlik yaşına çatmayan uşağının mənafeyini nəzərə almamaqla yanlışlığa yol vermişdir.
33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətlər i çərçivəsində təqdim olunmuş sübutları tədqiq etmiş və tədqiq etdiyi sübutlara qismən hüquqi qiymət vermişdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment məbləğinin müəyyən edilməsi ilə bağlı mübahisə həll edilərkən ilk növbədə uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır. Bu halda məhkəmələr həm birinci nikahdan, həm də ikinci nikahdan olan uşaqların üstün mənafelərini mütləq nəzərə almalıdırlar. 35. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 28 mart 2016cı il tarixli qərarının 8.7-ci bəndində də qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
36. Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
37. Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 38. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
39. Barəsində kassasiya şikayətləri verilən qətnamədən də görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlayarkən, - cavabdeh in aylıq qazancının yetərli səviyyədə olduğu üçün iddiaçı ilə birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, onun aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsini işin hallarına və uşaqların üstün maraqlarına uyğun olması, həmçinin valideynlərin mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borclu olmaları, uşaqların saxlanılmasının valideynlərin mənəvi borcu və vəzifəsi olmasını qeyd edərək, birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə almaqla, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişd irilərək, onun aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən etməkdə haqlı olması barədə nəticəyə gəlmişdir.
40. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Cavabdeh iddiaçı ilə olan nikahının pozulmasından sonra Nailə İskəndərova ilə rəsmi nikaha daxil olaraq ailə qurmasını, onların birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü İskəndər İskəndərli və xx.xx.2022-ci il təvəllüdlü Əli İskəndərli adlı iki uşaqlarının doğulmasını müəyyən etsə də, alimentin məbləğini müəyyən edərkən tədqiq etdikləri həmin sübutları nəzərə almamışlar.
41. Halbuki “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məh kəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər hallar ın araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır.
42. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
43. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin birinci n ikahdan olan uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçının xeyrinə cavabdehdən tutulmalı alimentin miqdarı elə müəyyən edilməlidir ki, həmin məbləğ cavabdehin birinci nikahdan olan uşaqlarının mənafeyinə uyğun olduğu kimi, onun sonrakı nikahından olan uşaqlarının da mənafelərinə uyğun olsun.
44. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının müqayisəli təhlilini, habelə Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqeni işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflərin birgə nikahlarından iki övladları vardır. Cavabdehin isə iddiaçı ilə nikahının pozulmasından sonra daxil olduğu yeni nikahından daha iki övladı vardır. Hazırki iş üzrə tərəflər birgə nikahdan olan uşaqlarının saxlanılmasında bərabər məsuliyyət daşımaqla onların maddi və mənəvi tələbatlarının ödənilməsində də eyni həcmdə öhdəlik daşıyırlar. Ölkə üzrə yaşayış minimumu müəyyən edilərkən əhali kateqoriyalarının yaşayışının təmin edilməsi üçün minimum istehlak səbəti əsas götürülür ki, uşağın saxlanılması üçün də 235 manat müəyyən edilmişdir. Həmin məbləğ uşağın saxlanılmasının minimum hədlərini müəyyən edir. Uşağın saxlanılmasında valideynlərin bərabər məsuliyyət və öhdəlik daşımaları nəzərə alınaraq, valideynlər uşağın saxlanılması üçün onun minimum təminatını ödəməlidirlər. AZEMİS “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara əsasən, cavabdeh “TƏBİB”də şöbə müdiri vəzifəsində çalışır və aylıq əmək haqqı 3.561,15 manat təşkil edir.
45. Lakin cavabdehin birinci nikahdan ola n uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün həmin məbləğin 1/3 hissəsi kimi alimentin cavabdehdən tutulması, valideynlərin bərabər öhdəlik daşımaları nəzərə alınarsa, uşaqların saxlanılması üçün daha böyük yükün cavabdehin üzərinə düşməsinə şərait yaratmaqla, cavabdehin sonrakı nikahdan olan uşaqlarının mənafeyi baxımından da ədalətli hesab edilə bilməz. Bu isə onu ehtiva edir ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşaqların mənafeyinin pozulmamasından ötrü tərəflərin maddi vəziyyəti, işin faktiki halları, cavabdehin yenidən ailə qurması, yeni ailədə iki uşağının olması düzgün dəyərləndirilməmiş, nəticədə maddi hüquq normaları səhv tətbiq və təfsir edilməklə mübahisələndirilən hissədə düzgün olmayan nəticəyə gəl inmişdir.
46. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulması nəzərdə tutulduğundan, hazırda isə cavabdehin faktiki olaraq dörd övladının olması nəzərə alınaraq, iddia tələbi üzrə cavabdehdən birinci nikahdan olan iki uşağının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentin miqdarı, onun qazancının (başqa gəlirlərinin) yarısının 1/2 hissəsi, yəni ümumi aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən birinci nikahdan olan iki uşağının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün alimentin m iqdarının bu qaydada müəyyən edilməsi, onun həm birinci nikahdan olan uşaqlarının, həm də sonrakı nikahından olan uşaqlarının mənafelərinə uyğun olmaqla, uşaqların təminat səviyyəsinə və aliment ödəyən cavabdehin maddi vəziyyətinə təsirinin də nəzərə alınmasına şərait yaratmış olardı.
47. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında cavabdeh tərəfindən hər bir uşağa təklif edilən 300 manat, ümumilikdə 600 manatın iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul olunmasına dair dəlilini, xeyirlərinə aliment tələb olunan uşaqların mənafelərinə və təminat səviyyəsinə uyğun olmaması səbəbindən əsassız hesab edir.
48. Odur ki, məhkəmə kollagiyası apellyasiya instansiya məhkəməsinin alimentin məbləğinin müəyy ən etməməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin düzgün olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, xx.xx.2007-ci il təvəllüdlü Nəzrin İskəndərovanın və xx.xx.2009-cu il təvəllüdlü Mehri İskəndərovanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarı Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında müəyyən edilməli və 14 may 2024-cü il tarixdən başlayaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qətnamə cavabdehin kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7374/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarı Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında müəyyən edilsin və 14 may 2024-cü il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə cavabdehin kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.