Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1739/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “şərəf və ləyaqətin müdafiəsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçını vəkili X1, cavabdehin vəkili Vəkil iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-248/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-cu il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh 2017-ci ilin iyul-avqust aylarında və 2019-cu ilin yanvar-aprel aylarında internet informasiya ehtiyatında “instaqram” sosial şəbəkəsində “Kərimli Gülər” adı ilə açdığı səhifəsində (profilində) onun barəsində paylaşaraq yaydığı şərəf və ləyaqətini “ət tökücü, tula, cındır, cadugər, uşaqlarının atalarının şübhəli olduğu” kimi şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan və həqiqətə uyğun olmayan məlumatların şərəf və ləyaqətini ləkələdiyi üçün təkzib olunması və həmin məlumatların yayılması nəticəsində rahatlığının, səhhətinin pozulması, ruh düşkünlüyünün yaranması, sarsıntı, i ztirab, həyacan keçirməsi, maddi və mənəvi zərərə məruz qaldığını iddia edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış 17 fevral 2020-ci il tarixli ekspert rəyində göstərilir ki, "İnstaqram" sosial şəbəkəsinin "Direct" bölməsində İddiaçı ilə Cavabdeh arasında olan yazışmalarda Cavabdeh tərəfindən istifadə edilən və mülki iş materiallarının 48-ci vərəqəsində olan "cındır" və "səviyyəsiz", 47 və 51-ci vərəqələrdəki "tula", 47-ci vərəqədəki "küçə adamı", 49-cu vərəqədəki "yatağa gedən sənsən" söz və ifadələri, həmin yazışmalar yayılmış hesab edildiyi təqdirdə İddiaçı şərəf və ləyaqətini alçaldan söz və ifadələrdir. Həmin yazışmaların yayılmış hesab edilibedilməməsi isə ekspert-linqvistin səlahiyyətlərinə aid olmayıb, hüquqi araşdırma tələb edən məsələdir, məhkəmə kom pyuter texniki ekspertizası üzrə - iş materiallarının 45-52 vərəqələrindəki yazışmalar "İnstaqram Direct" vasitəsilə iki nəfər şəxs arasında aparılan məlumat mübadiləsidir, üçüncü şəxslər tərəfindən oxunması üçün texniki imkanlar nəzərdə tutulmayıb. İş materiallarının 54-61 vərəqələrindəki paylaşımlar "İnstaqram Direct" vasitəsilə yayımlanmayıb, instaqram hekayələrinə bənzər olduğuna görə həmin məlumatları üçüncü şəxslərin oxumaq, görmək üçün texniki imkanları olmuşdur. Apellyasiya instansiayası məhkəməsi tərəfindən təyin edilərək alınmış mülki iş materiallarının 54-61-ci vərəqələrində olan paylaşımlardakı yazılarda İddiaçı barəsində istifadə edilmiş "Ay xortdana oxshar orda burda ushaq daliyca danishmaginnan...", "Allah adami seni kimi surtuylerden qorusun", "Chox dushuysen allahin vermed iyi seyleri mollardan dilenirsen", "Caduger, getdiyin mollarin unvaninda chatdirdilar" cümlələrindəki "xortdana oxşar", "düşük", "sürtük", cadugər" ifdələri və "...yeni subhe olunacaq ushaq menim evimdə deyil, kimsə subhe elese emin olki sennen olanlara subhe eliyer cunki qetiyyen atalarina oxshamirlar", "Men sen kimi zorla kiminse.... (rəyə bax) dusmeyi bacaran qadinlardan deyilem..." cümlələrindəki ifadələr İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələrdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2017-ci ilin iyul-avqust aylarında və 2019-cu ilin yanvar-aprel ay larında internet informasiya ehtiyatında “instaqram” sosial şəbəkəsində “Kərimli Gülər” adı ilə açdığı səhifəsində (profilində) onun barəsində paylaşaraq yaydığı şərəf və ləyaqətini “ət tökücü, tula, cındır, cadugər, uşaqlarının atalarının şübhəli olduğu” kimi şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan və həqiqətə uyğun olmayan məlumatların şərəf və ləyaqətini ləkələdiyi üçün məhkəmə qaydasında təkzib olunması və həmin məlumatların yayılması nəticəsində rahatlığının, səhhətinin pozulması, ruh düşkünlüyünün yaranması, sarsıntı, iztirab, həyacan keçirməsi, maddi və mənəvi zərərə məruz qaldığını nəzərə alıb, maddi ziyana görə 20 min manat, mənəvi ziyana görə 50 min manat, dövlət rüsumu 30 manat, cəmi 70030 ( yetmiş min otuz) manat pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, X15 ilə 25 yanvar 2006-cı il tarixdə el adəti ilə toy edərək evlənməklə ailə həyatı qurmuşlar. Lakin nikahlarını rəsmi olaraq qeyd etdirməmişlər. Bunun səbəbi isə Emin Bağırova inanması və onun işi ilə əlaqədar hansısa sənədlərə imza etməkdən ötrü onu aparmamaq üçün razılıq verməməsini bildirməsi olub. Birgə evliliklərindən 28 oktyabr 2006-cı ildə X18, 02 may 2008-ci ildə X11 və 27 yanvar 2012-ci ildə X16 adlı üç uşaqları olmuşdur. Aşağıda qeyd edəcəyim hadisə baş verənədək ailədə mehriban olmuşlar və övladlarının təlim-tərbiyəsi, onların inkişaf və böyümələri ilə məşğul olmuşlar. Bəzən Eminin gecələr onları evdə tək qoyub anası gilə getmək adı ilə evdən getməsindən şübhələmiş və onun başqa bir qadınla əlaqəsinin olmasmı Emini n öz etirafı ilə müəyyən etmişdir. Həmin qadını Emin özü ilə 2017-ci il ərzində Çin Xalq Respublikasına və Moskva şəhərinə aparıb, gətirib. Sonradan həmin qadının Cavabdeh olmasını öyrənmişdir. X15 21 iyul 2017-ci il tarixdə Lənkəran şəhəri, Səttərxan küçəsi, ev 117-də qeydiyyatda olan, 07 sentyabr 1988-ci il təvəllüdlü Cavabdeh ilə el adəti ilə 2-ci toy edərək evlənməklə ailə həyatı qurmuşdur. Bu izdivacdan da onların 2018-ci ildə bir övladları olmuşdur. Özü 24 sentyabr 2017-ci il tarixdə üç övladı ilə birgə atasının evindən ünvan 1 ünvanında yerləşən evinə köçmüşdür. 27 sentyabr 2017-ci il tarixdə onlara məlum olub ki, Emin cavabdehlə kənardan pul qarşılığında tutulan və özlərini Emin Bağırovun ailə üzvləri (valideynləri) kimi təqdim edən insanlarla Bakı şəhərində “xına-nişan” məclisi və Qəbələdə toy mərasimi keçirmişlər. 04 aprel 2018-ci il tarixdə özü xəstəxanada olarkən, evimin giriş qapısının çöl hissəsinə Cavabdeh tapşırığına əsasən kimsə Eminlə Gülərin xına mərasiminin dvd disklərini xüsusi yapışqanla yapışdırmışdır. Bundan azyaşlı uşaqları qorxu və stress keçirmişlər. Həmin diskə övladları kompyuterdə baxarkən atalarının başqa bir qadınla xına və nişan mərasimini keçirdiyinin şahidi olmuşlar. Xəstəxanadan qayıtdıqdan sonra özü həmin disklərin görüntülərinə baxıb dərin əsəb və stress keçirtmişdir. Bütün bunlar həm övladlarının, həm də onun səhhətinə və uşaqlarının təlimtərbiyəsinə, onların psixoloji durumuna çox pis təsir etmişdir. Həyat yoldaşı Emin 02 may 2018-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq bu işlərin məcburiyyət qarşısında qalaraq baş verdiyini b ildirsə də, Eminlə barışmamış və sonra ona məlum olmuşdur ki, həmin qadın - Gülər Emindən hamilədir və tezliklə ana olacaqdır. Emin bütün bunları inkar edərək həmin qadından ayrıldığını desə də, 25 avqust 2018-ci il tarixdə gündüz vaxtı Bakı şəhərindəki German Hospitalda olarkən Emin ilə həmin Cavabdeh qadm həkimin yanına uşaq dünyaya gətirmək üçün gəldiklərini görmüşdür. Emin isə bunları inkar edib-boynuna almayıb. 05 sentyabr 2018-ci ildə qeyd edilənlərlə əlaqədar keçirdiyi stresslə bağlı səhhətindəki problemlər səbəbindən Ankara şəhərinə müalicəyə getmiş və oradan qayıtdıqdan sonra 2018-ci ilin dekabr ayında Eminlə uşaqları naminə barışmışlar. Lakin bundan bir neçə gün keçdikdən sonra həmin Cavabdeh ona təzyiq göstərməyə başlamış, ona böhtan ataraq ünvanına tərbiyəsiz, dilə gətirilməsi mümkün olmayan, şərəf və ləyaqətini ləkələyən, alçaldan sözləri internet informasiya ehtiyatında “instaqram” sosial şəbəkəsində “KərimliGülər” adı ilə açdığı saytda, öz rəsmi instaqram profilində yazaraq paylaşmışdır. Onun istər 2017-ci ilin iyul-avqust aylarında və istərsə də 2019-cu ilin yanvar, fevral, mart və aprel aylarında həmin instaqram səhifəsində ona böhtan ataraq şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı yazılardakı sözlərlə qohumları, onu tanıyan onlarla insan həmin sözləri oxuyaraq tanış olmuşlar və buna şahiddirlər. Həmin qadının belə müdaxilələrindən sonra ailəsi yenidən dağılmışdır. Hətta Cavabdeh sözü gedən instaqram səhifəsində 2019-cu ilin yanvar-fevral aylarında yazmışdır ki, “onun üç uşağının atası şübhəlidir, onlar atalarına (Eminə) oxşamırlar”. Yəni guy a o əxlaqsız həyat tərzi keçirmiş və üç övladını müxtəlif və başqa-başqa kişilərdən qazanmışdır. Həmin yazıları oxuyan hər bir kəs istər-istəməz belə bir fikrə düşə bilər, ona və övladlarına şübhə ilə yanaşa bilər. Bu isə istər-istəməz ona qarşı Gülər tərəfindən atılan böhtandır ki, o da onun yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi Cavabdeh 2017-ci ilin iyul- avqust aylarında “instaqram” sosial şəbəkəsindəki özünə məxus saytda onun ünvanına aşağıdakı sözləri yazmışdır: “Sən küçə adamısan vallah, seviyyənə qussunlar, aydaa əttökücü tula, amma hələ sənin kimi cındır, səviyyəsiz deyiləm, yata qda da şəkilin var məndə, nə düşmüsən... (iddia ərizəsinə bax) tula ” X12 2019-cu ilin yanvar-aprel aylarında instaqram sosial şəbəkəsindəki “kərimiligülər” səhifəsində onun ünvanına aşağıdakı sözləri yazmışdır; “ay xortdana oxşar, orda burda uşaq dalıyca danışmağınla səviyyənin qısa balaqlarından aşıb-daşdığı görünür. Sınıqsınıqsan, yenə özünü elə aparırsan, guya əla həyat yaşayırsan. Oğlumuzun adını protez dişlərinə və silikonlu dodağına götürmə. Onsuzda bizim oğlumuzu görənlər eyni atasının kopyasıdı deyib, bu qədər oxşarlığa hətta təəciib edirlər. Yəni şübhə olunacaq uşaq mənim evimdə deyil. Kimsə şübhə eləsə əmin ol ki, səndən olanlara şübhə eliyər, çünki qətiyyən atalarına oxşamırlar. Cadugər, getdiyi mollaların ünvanını da çatdırdılar, utandun yerinə. Allah adamı sənin kimi sürtükl ərdən qorusun. Yazığım gəlir yanındakına, nə qədər cadular yedizdirmisən? Mənə elədiklərini də bilirəm, dedilər. Amma əlin çatmadığına görə mənə təsir etmir, çox düşüksən, Allahın vermədiyi şeyləri mollalardan dilənirsən. Uşağın görünüşü atasının kim olmasının sübutudur. Bunu oğlumuzun atası da bilir. Mən sənin kimi zorla kiminsə... (idd.ərizəsinə bax) düşməyi bacaran qadınlardan deyiləm. Kaş ki, xına diski ilə yanaşı toy diskini də gətirib çatdırardı satılıq sürücümüz”. Yuxanda qeyd etdikləri ərizəsinə əlavə etdiyi X4 “instaqram “sosial şəbəkəsindəki “kərimligülər” səhifəsində paylaşdığı yazıların A-4 vərəqlərində çıxardığı vərəqlərdəki yazılarda, 04 ədəd dvd diskdəki görüntülərlə, bir ədəd fləş kartdakı görüntülərlə, tibbi, övladlarının doğum haqqındakı sənədlərlə təsdiq olunur. Cavabde h tərəfindən təhqir olunmağı, ona böhtan atılması nəticəsində səhhətində ciddi problemlər əmələ gəlmiş, keçirdiyi əsəb, həyəcan və stress nəticəsində maddi və mənəvi zərərə məruz qalmışdır. Hazırda da səhhətindəki problemlərlə əlaqədar müalicə olunur. Bununla əlaqədar 20 min manat maddi ziyana, 50(əlli) min manat mənəvi ziyana düşmüşdür. Yuxanda qeyd etdiklərini ailə üzvləri, fotoşəkillər, arayışlar, 30 iyul 1973-cü il təvəllüdlü, Şəmkir şəhəri, İ.Məmmədov küçəsi, ev 81-də qeydiyyatda olan (yaşayan) X20, Şəmkir şəhəri, M.Hüseynzadə küçəsi, ev 28-də qeydiyyatda olan (yaşayan) X8, Şəmkir şəhəri, Q.Nəbi küçəsi, ev 22-də qeydiyyatda olan (yaşayan) X13, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68 məh, ev 8, mən 41-də qeydiyyatda olan X5, X6 (Şəmkir şəhər sakini), Şəmkir şəhəri, H/ş əh. Xətt-3, ev-13də qeydiyyatda olan (yaşayan) X14, Bakı şəhəri, 9 mkr. M.Cəlal küçəsi, ev 63, mənzil 78- də qeydiyyatda olan X3 da təsdiq edirlər. Adları qeyd olunan şəxslərin məhkəmə araşdırması zamanı ifadələrinin alınmasını daha ədalətli və obyektiv hesab edir. Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.R.Məmmədov, iş № 2(049) -1931/2019) İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbin dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan yazışmalar şəxsi yazışmalar olmuş, onu iddiaçı və ya cavabdeh kimsəyə göstərmədiyi təqdirdə kənar şəxslərin onu sosial şəbəkə vasitəsi ilə görməsi istisna ounur. Bundan b aşqa həmin yazışmalarda iddiaçıya aid olan hər hansı ad, soyad və ya başqa məlumatlar müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və F.Soltanov, iş № 2(106)-248/2020) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1931/2019 saylı 25 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiası qismən təmin olunmuş, Cavabdeh Novruz qızının "İnstaqram" sosial şəbəkəsi vasitəsilə İddiaçı ünvanına etdiyi paylaşımlardakı "Ay xortdana oxshar orda burda ushaq daliyca danishmaginnan...", "Allah adami seni kimi surtuylerden qorusun", "Chox dushuysen allahin v ermediyi seyleri mollardan dilenirsen", "Caduger, getdiyin mollarin unvaninda chatdirdilar" cümlələrindəki "xortdana oxşar", "düşük", "sürtük", cadugər" ifdələri və "...yeni subhe olunacaq ushaq menim evimdə deyil, kimsə subhe elese emin olki sennen olanlara subhe eliyer cunki qetiyyen atalarina oxshamirlar" və sair kimi leksikona uyğun olmayan ifadələr İddiaçı şərəf və ləyaqətini ləkələyən ifadələr hesab edilmiş, Cavabdeh Novruz qızından yetirilmiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul və iddiaçının çəkmiş olduğu 45 manat məhkəmə məsrəfinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi q iymət verməklə onu əhatənin (dostların, tanışların və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər; yazılı, şifahi, bədən hərəkətləri ilə və sair. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyləməklə, nalayiq sözlər söyləməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. Şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Mühümü odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 54-61-ci vərəqələrində olan paylaşımlardakı yazılarda İddiaçı barəsində istifadə edilmiş "Ay xortdana oxshar orda burda ushaq daliyca danishmaginnan...", "Allah adami seni kimi surtuylerden qorusun", "Chox dushuysen allahin vermediyi seyleri mollardan dilenirsen", "Caduger, getdiyin mollarin unvaninda chatdirdilar" cümlələrindəki "xortdana oxşar", "düşük", "sürtük", cadugər" ifdələri və "...yeni subhe olunacaq ushaq menim evimdə deyil, kimsə subhe elese emin olki sennen olanlara subhe eliyer cunki qetiyyen atalarina oxshamirlar", "Men sen kimi zorla kiminse.....(rəyə bax) dusmeyi bacaran qadinlardan deyilem..." cümlələrindəki ifadələr İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələrdir və paylaşımlar "İnstaqram Direct" vasitəsilə yayımlanmayıb, instaqram hekayələrinə bənzər olduğuna görə həmin məlumatları üçüncü şəxslərin oxumaq, görmək üçün texniki imkanları olmuşdur. Cavabdeh özü də, əvvəlki apelyasiya baxışı z amanı həmin paylaşımların onun tərəfindən edildiyini üzərində imzalarını əks etdirməklə təsdiq etmişdir. (həmin paylaşımlar sonradan yenidən iş materillarına əlavə olunmuş və işin 140-145-ci vərəqlərində yer almışdır). Cavabdehin "İnstaqram" sosial şəbəkəsində iddiaçının barəsində etdiyi şərəf və ləyaqətini alçaldan paylaşımları üçüncü şəxslərin oxumaq, görmək üçün texniki imkanları olduğundan, həmin ifadələr yayılmış hesab edilməli, apelyasiya şikayəti həmin hissədə təmin olunaraq, şərəf və ləyaqəti ləkələyən ifadələr hesab edilməlidir. İddiaçı mənəvi sarsıntılar keçirməsi, bunların hazırki iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh "İnstaqram" sosial şəbəkəsində onun barəsində üçüncü şəxsləri oxuyub, görə biləcəyi şərəf və ləyaqətini alçaldan paylaşımlar etməsində ifadə ol unan qanunsuz hərəkətləri, həmin hərəkətlə iddiaçının keçirmiş olduğu mənəvi sarsıntılar arasında səbəbli əlaqənin mövcudluğu, cavabdehin təqsirinin olması, məhkəmə kollegiyasına mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və sair halları nəzərə alaraq, iddiaçıya mənəvi zərərin yetirilməsi qənaətinə gəlməyə və yetirilən mənəvi zərərin məbləğini ağlabatan və ədalətli hesab etdiyi 1000 manat həddində müəyyən etməyə əsas verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)248/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasya instansiyası məhkməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, müraciətin ünvanlanması və şəxsə aid olması məhkəmə tədqiqatı zamanı sübuta yetmədiyi və tərəfindən mübahisələndirildiyi halda, məhkəmə sübutetmə vəzifəsini öz üzərinə götürərək məhz paylaşımın iddiaçıya ünvanlanması və aidiyyatını təsdiq edən heç bir əsaslandırma aparmadan və etirazında göstərdiklərinə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-248/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçının vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-248/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmə dən saxlanmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. 50-ci maddəsinə ə sasən isə hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 23.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinin tələbinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məc əllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfı, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş et dirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliy i nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 10-cu bəndində Plenum izah etm işdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11-ci bəndində isə Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliy in ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bi lməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2 -ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 416-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 418.3-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kasaasiya şikayətinə münasibətdə qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı faktın sübut etdilməsi, hansının sübut edilməməsi müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayətində istinad olunan dəlillərə münasibətdə qeyd etmişdir ki, İddiaçı mənəvi sarsıntılar keçirməsi, bunların hazırki iddia tələbi üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh "İnstaqram" sosial şəbəkəsində onun barəsində üçüncü şəxsləri oxuyub, görə biləcəyi şərəf və ləyaqətini alçaldan paylaşımlar etməsində ifadə olunan qanunsuz hərəkətləri, həmin hərəkətlə iddiaçının keçirmiş old uğu mənəvi sarsıntılar arasında səbəbli əlaqənin mövcudluğu, cavabdehin təqsirinin olması labüddür. Bu baxımdan iddia qismən təmin olunarkən məhkəmə kollegiyasına mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri nəzərə alınmışdır. Mənəvi ziyanın qiymətləndirilməsinə gəldikdə isə məhkəmə kollegiyası apellyasiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənlməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyü nəzərə almışdır. Bu hallar nəzərə alındıqda isə, cavabdehdən 1000 manat məb ləğində mənəvi ziyanın tutulması ağlabatandır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. sin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-248/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1739/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1739/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver