Məhkəmə qərarları › İş №2(102)-174/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-174/2020

09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-174/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-554/2018, hakim Ə.S.Qəhrəmanov) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 XXX oğluna qarşı iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 İzahat oğlu və Cavabdeh3 müştərək qaydada 33.371 manat məbləğində əsas borc, 10.288 manat məbləğində faiz borcu, cəmi 43.659 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd eidlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11770/2018, hakimlər N.Ş.Cəfərov, V.Ə.Baxışova, V.T.Həsənov) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-4059/2019, hakimlər A,K.Kalbalıyev, Ə.Ə.Əliyev, V.Ə.İbayev) Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11159/2019, hakimlər V.N.Sadıqov, İ.K.Xəlilov, A.N.İmanov) Ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən – iddianın təmin edilməyən «tutmanın Cavabdeh1 XXX oğluna məxsus yük avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, açı q hərracdan satılması və bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi» hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, cavabdehlər Cavabdeh2 İzahat oğlu və Cavabdeh3 müştərək qaydada 33.371 manat məbləğində əsas borc, 10.288 manat məbləğində faiz borcu, cəmi 43.659 manat məbləğində borcun Cavabdeh1 XXX oğluna məxsus «Howo ZZ3317N3867W» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi və açıq hərracdan satılmaqla bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbu l edilməsini, Cavabdeh2 isə qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh1 XXX oğlu arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 19 faizlə 36 ay müddətinə qaytarmaq şərtilə 53.400 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə həmin avtomobil bankın xeyrinə yuklü edilmişdir. Sonradan İddiaçı ASC ilə Cavabdeh2 İzahat oğlu arasında xx xxxx 2014-cü il tarixdə müqavilə bağlanılmış və həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 XXX oğluna məxsus avtomobilə görə, həmin avtomobili təhvil almaqla 35.779 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı olaraq eyni tarixdə bağlanmış bankla Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2018-ci il tarixdə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 XXX oğluna qarşı kredit müqaviləsi üzrə borcun tuulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə dair etirazlar və tərəflərin izahatları: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməməklə, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, b orcludan əsassız olaraq dəbbə pulu tutulmamışdır. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla bağlanmış müqavilə əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Belə ki, həmin müqavilə avtomobilin alqısatqı edilməsi məqsədilə bağlanılmışdır. Bank avtomobilin mülkiyyətçisi olmadığına görə avtomobilə dair onunla alqı-satqı müqaviləsi bağlaya bilməzdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun birgə qaydada cavabdehlərdən tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilərək, avtomobilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, açıq hərracdan satılması və bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, xx xxxx 2014-cü il tarixli öhdəlik müqaviləsinə əsasən, Cavabdeh2 xx xxxxxxx 2011-ci il tarixli kredit müq aviləsi üzrə Cavabdeh1 XXX oğlu tərəfindən icra edilməmiş qalan 35779 manat məbləğində kredit öhdəliyinin icrasınıöz üzərinə götürmüş, Mülki Məcəllənin 522.1 və 522.2-ci maddələrinə uyğun olaraq, öhdəliyin ötürülməsi baş vermişdir. Öhdəlik müqaviləsində avtomobilin Cavabdeh2 tərəfindən alınması göstərilsə də, tərəflər arasında faktiki olaraq alqı-satqı müqaviləsi bağlanılmamış, avtomobil yalnız Cavabdeh2 istifadəsinə və sahibliyinə verilməklə, Cavabdeh1 XXX oğlunun ödənilməmiş qalan kredit öhdəliyi ona keçimişdir. Buna görə də kredit öhdəliyinin icra edilməməsinə görə Cavabdeh1 məsuliyyət daşımır. Bununla bərabər, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin dəbbə pulu haqqında razılaşmanın formasını müəyyən edən 463-cü maddəsinin tələblərinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəli yin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi, xx xxxx 2014-cü il tarixli öhdəlik müqaviləsində öhdəliyin pozulması halında dəbbə pulu ödənilməsi nəzərdə tutulmamışdır, bu halda iddiaçının həmin hissədə tələbi əsassızdır. Digər tərəfdən, tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtı nda icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Cavabdehin öhdəlik müqaviləsinin əhəmiyyətsiz əqd olması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, ipoteka müqaviləsi xx xxxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır ki, həmin müqavilə üzrə də öhdəliklər Elmir Mahmudluya ötürülmüşdür, yəni ipoteka müqaviləsi öhdəliyin təminatçısı kimi öz qüvvəsini saxlamışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin 12.2-ci bəndinə əsasən, ipoteka qoyan ipoteka saxlayan ilə bağlad ığı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini və faizləri ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şik ayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar