Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-174/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-199/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğ vedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, 65 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 85.512,67 manat əsas borc, 79.135,07 manat faiz borcunun, 28.086,45 manat cərimənin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6005/2018 saylı iş üz rə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi (hakim Elçin Ağayev) ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, 65 saylı kredit müqaviləsinə əsasən 85.512,67 manat əsas borc, 47.453,49 manat faiz borcu və 5.000 manat dəbbə pulu olmaqla, cəmi 137.966,16 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)199/2020 nömrəli qətnaməsi ilə (hakimlər Şeyda Məhərr əmova - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Məmməd Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6005/2018 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehdən 85512,67 manat əsas və 47453,49 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borc 69.158,60 (altmış doqquz min yüz əlli səkkiz manat 60 qəpik) manat və faiz borcu 27.501,41 (iyirmi yeddi min beş yüz bir manat 41 qəpik) manat, cəmi borcun məbləği 101.660,01 (yüz bir min altı yüz altmış manat 1 qəpik) manat məbləğində müəyyənləşdirilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Qətnamə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır( iş.v.113) xx.xx.2020-ci il tarixdə iddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)199/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş və həmin şikayətə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli qətnamə bankın ünvanına xx xxxx 2020-ci il tarixində daxil olmuşdur, Azərbaycan Respublikasında məlum koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi müddəti tətbiq edilməsi barədə müvafiq qərar qəbul edildiyindən, həmçinin xüsu si karantin rejimi müddətində iş fəaliyyəti məhdudlaşdırıldığından Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-199/2020 saylı qətnaməsindən mülki-prosessual qanunvericiliyinin yuxarıda göstərilən hüquq normasının tələbləri ilə müəyyən edilmiş vaxt ərzində kassasiya şikayəti məhkəməyə verilməmiş və bununla da kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-199/2020 nömrəli qərardadı ilə (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-199/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bə rpası barədə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin edilməyərək, kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ölkə üzrə xüsusi karantin rejimi tətbiq olunsa da ölkə ərazisində fəaliyyət göstərən bankların fəaliyyəti tam olaraq dayandırılmamışdır. Buna görə də, iddiaçının nümayəndəsinin ərizədə qeyd etdiklərini məhkəmə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün üzürlü səbəb hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 133.1, 405.0.1-ci maddələrinin tələblərinə istinad edərək əsaslandırmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-199/2020 nömrəli qərardadının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-199/2020 nömrəli qətnaməsindən şikayət vermə müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dünyada və ölkə ərazisində yayılmış yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin xx xxxx 2020-ci il, 01/411 nömrəli qərarına əsasən Azərbaycan Hökuməti tər əfindən aparılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və daha sonra bu müddət uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondu da həmin qurumların siyahısına əlavə edilmişdir. Bu səbəbdən, xx xxx 2020-ci il tarixində karantin rejimində yumşalmalar tətbiq edilən kimi hüquq şöbəsinin əməkdaşları işə çıxmış və həmin vaxt qətnamələr ilə tanış olaraq yığılıb qalmış iş çoxluğu şəraitində mümkün qısa zamanda şikayətləri hazırlamışdırlar. Lakin bundan sonra da, məlum olduğu kimi 23 və 30 may tarixləri ölkədə qeyri-iş günləri müəyyən edilmişdir. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlə r çərçivəsində mübahisəli qətnamədən şikayət vermək mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil Möhübbət oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)199/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqey i Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-199/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surəti iddiaçıya xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, lazımi qaydada tərtib edilmiş kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməmiş və üzrsüz səbəbdən kassasiya şikayəti vermə müddətini ötürmüşdür. İş materiallarından görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-199/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətini xx.xx.2020-ci il tarixdə rəsmi qaydada almasına baxmayaraq, xx.xx.2020-ci ildə kassasi ya şikayəti və müddətin bərpasına dair ərizə vermişdir. Həmin müddətdə ölkə ərazisində pandemiya ilə bağlı xüsusi karantin rejiminin mövcud olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə xx xxxxx 2020-ci il tarixli, 144 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılsa da, x xxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiqində müəyyən yumuşalmalar olmuşdur və kassasiya şikayətində qeyd edildiyi kimi Fondun hüquq şöbəsinin əməkdaşları xx.xx.2020-ci ildən işdə olublar, qətnamədən kassasiya şikayəti isə bundan 1 ay sonra təqdim edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmadığından apellyasiya instansiya məhkəməsi haqlı olaraq, kassasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məh kəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-199/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-174/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-174/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver