Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-174/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, öhdəlik münasibətləri, icra qeydi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1583/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 09 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 90000 manat məbləğində pulu borc vermiş və Cavabdeh həmin borcu xx.xx.2019-cu il tarixədək hər ilin noyabr ayında 30000 manat olmaqla borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən borclu Cavabdeh 90000 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsinə dair xx.xx.2019-cu il tarixli icra sənədi (icra qeydi) verilmiş və Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə həmin icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul edilmişdir.
3. Cavabdeh tərəfindən İddiaçı 400 00 manat pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 yanvar 2017-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 90000 manat borc pul vermişdir. Aralarında bağlanmış kredit müqaviləsi Bakı şəhər 46 saylı notariat kontorunda təsdiq edilmişdir. Cavabdeh pulu hər ilin noyabr ayında 30000 manat olmaqla ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günə qədər həmin məbləğdən cəmi 40000 manat qaytarmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehdən borcunu qaytarmasını dəfələr lə tələb etmişdir. Buna baxmayaraq, Cavabdeh yalan vədlər verərək həmin pulları qaytaracağını bildirsə də, bu günə qədər 50000 manat borcunu qaytarmamışdır.
6. Cavabdeh iddianı qəbul etməyərk bildirmişdir ki, cavabdeh İddiaçı ilə 18 yanvar 2017-ci ildə Bakı şəhəri 46 saylı notariat kontorunda formal kredit müqaviləsi bağlamışlar. Həmin kredit müqaviləsi üzrə cavabdeh ona heç bir vəsait verməmişdir. Cavabdehlə tanışlığı qardaşı X2 barəsində olan cinayət işi ilə əlaqədar olmuşdur. Qardaşının cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs olmuşdur. Qardaşı həbsdə olduğu müddətdə onun cavabdehə qarşı hər hansı pul öhdəliyinin olmamasına baxmayaraq, cavabdeh davamlı olaraq ona hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb etmişdir. Nəticədə qardaşı ilə bağlı olduğu üçün özünə məxsus əmlaklarını sataraq iddiaçıya vermişdir. Hədə-qorxu təsiri altında həmçinin onun gələcəkdə qardaşına qarşı hər hansı şikayəti və tələbinin olmaması müqabilində ondan heç bir vəsait almadan yuxarıda adıçəkilən kredit müqaviləsini bağlamağa məcbur qalmışdır. Həmin puldan da 4000 manat iddiaçıya vermişdir.
7. Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(020)-17/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, Cavabdeh 50000 (əlli min) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh Tağıyev X1 Tofiq Nadir oğluna qarşı aralarında xx.xx.2017-ci ildə bağlanmış hazırkı kredit müqaviləsinin etibarsız hesab edilməsi və İd diaçı verdiyi 40000 manat pul vəsaitinin ondan tutulması barədə Bakı şəhər Xəzar rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(003)1446/20 nömrəli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilməmişdir. Cavabdeh məhkəmənin həmin qətnaməsindən apelyasiya şikayəti vermiş, işə apelyasiya qaydasında baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli 2(103)-2956/2021 nömrəli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli 2(103)- 2956/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Beləliklə hazırkı iş üzrə Cavabdeh İddiaçı qarşı qaldırdığı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxan Bakı şəhər Xəzar rayon məhkəməsi tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsızlığını şübhə altına alan hər hansı bir halın müəyyən olunmadığı qənaətinə gələrək iddianı rədd etmiş, işə baxan yuxarı instansiya məhkəmələrin də həmin qətnaməni dəyişdirmədən saxlamaları kredit müqaviləsinin qanuni və əsaslı olduğunu sübut edir.
10. Bununla da məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı iddia üzrə kredit müqaviləsi iddiaçının özündədir. Cavabdeh iddiaçıdan borc almadığını, qardaşının işi ilə əlaqədar iddiaçı ilə aralarında formal kredit müqaviləsi bağladıqlarını b ildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Hazırda borc sənədinin iddiaçıda olması cavabdeh tərəfindən həmin borcun tam şəkildə ödənilməməsinə dəlalət edir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 529.3, 740-cı maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında hər hansı borc münasibəti olmamışdır. Sadəcə görünüş üçün müqavilə bağlanmışdır. Müqavilənin bağlanmağına isə məcburiyyət q arşısında qalaraq razılıq vermişdir. Çünki həmin dövrdə əsas məqsədi törətmədiyi cinayətə görə ittiham olunan qardaşını xilas etmək olmuşdur. Həmin kredit müqaviləsinin sadəcə görüntü üçün bağlandığını sübut edən hallardan biri də ondan ibarətdir ki, eyni notariat ofisində eyni tarixdə cavabdeh tərəfindən qardaşıma qarşı hər hansı şikayətinin olmaması barədə ərizə verilmişdir. Həmin dövrdə kimliyindən asılı olmayaraq istənilən sənədə qol çəkə və istənilən əmlakını qardaşına görə verməyə hazır idi. Lakin iddiaçının verdiyi iddia ərizəsi üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(020)-17/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 50000 (əlli min) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun məbləğinin tutularaq, İddiaçı verilməsi qət ed ilmişdir. Lakin məhkəmə qətnamənin çıxarılması üçün əsas kimi götürdüyü notarial borc müqaviləsini mütləq həqiqət kimi qəbul etmişdir. İş materiallarında olan tərəflərin izahatlarından da aydın şəkildə görünür ki, qeyd edilən borc müqaviləsi formal olaraq imzalanmış heç bir hüquqi əhəmiyyəti olmayan uydurma əqddir.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1583/2022 nömrəli iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Zeynal Zeynalov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(020)-17/2021 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasib ətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh 18 yanvar 2017-ci il tarixli kredit borc müqaviləsini mübahisələndirmiş və məhkəmələr tərəfindən həmin müqavilənin etibarsızlığı üçün əsaslar olmadığından iddia tələbi təmin edilməmiş və hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Bu isə onu göstərir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə işdə olan sübutlar iddiaçının iddia tələbində haqlı olmasına dəlalət edir, cavabdehin iddia tələbinə etirazı isə formal mülahizədən ibarətdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 50000 (əlli min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuma görə 30 (otuz) manat alınıb İddiaçı verilməlidir” qənətinə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab etmiş, işdə olan sübutların məzmununu qətnamədə təkrarlamağa zərurət görməmişdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 425.1, 427.1, 442, 448.1, 529.3, 739.1, 740-cı maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1583/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırma üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi tərəflər arasında olan borc müqaviləsinin həqiqi hallara uyğun olub olmamasına qiymət verməli, əqdin bağlandığı tarixdə olan ictimai münasibətləri rəhbər tutmalı idi. Belə ki, iddiaçı və cavabdeh arasında münasibətlər iddiaçının qardaşına qarşı olan cinayət işi üzrə yaranmış, sonradan isə iddiaçının qardaşı hər hansı mülkiyyətlə bağlı olan cinayətə görə məhkum edilməmişdir. Qeyd edilən səbəbdən iddiaçının bağladığı formal borc müqaviləsi görünüş üçün bağlanmışdır ki, iddiaçının qardaşına qarşı hər hansı başqa tələblər irəli sürülməsin. Lakin məhkəmə qeyd edilən xüsusatı nəzərə almamış, müqavilənin etibarlılığını yoxlamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miq darda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
24. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi hesab olunur.
25. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istin ad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üç ün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəm əsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayəti dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
39. Belə ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin bağlanması və xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən həmin kredit müqaviləsi əsasında icra sənədinin (icra qeydi) verilməsi, Cavabdeh tərəfindən İddiaçı həmin kredit müqaviləsi üzrə 90000 manat borcdan 40000 manat hissəsinin ödənilməsi işin mübahisəsiz hallarıdır.
40. Aşağı instansiya məhkəmələri tərəfindən işə baxılarkən notariusun icra qeydinin veril məsi halı məhkəmələrə bəlli olmuş, iş materiallarında icra icraatının hansı mərhələdə olması (davam etməsi və ya xitam olması) barədə hər hansı məlumat olmamışdır. İddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, notariusun icra qeydi mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 42. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
43. Həmin Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir.
44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnam əsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
45. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
46. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4 və 226.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1583/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.