Məhkəmə qərarları › İş №2(102)-1741/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1741/2019

15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1741/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xxx oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-11385/2018 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və vəkil i xxx oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(003)-137/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ə.S.Qəhrəmanov) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən əsas borca görə 21.263,36 manat, hesablanmış cəriməyə görə 6.886,09 manat, cəriməyə görə 100 manat, cəmi 28.249,45 manat kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın cavabdehə məxsus olan Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxxv küçəsi, 3-cü döngə, 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin evin ilkin satış qiymətinin 8 7.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-11385/2018-saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və İ.K.Xəlilov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı təşkilatın nümayəndəsi Həmidə Quliyeva və vəkili Azər Məmmədov qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdeh ə qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 24 faiz ödənilməsi şərti ilə 25.000 manat kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 26 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxxv küçəsi, 3-cü döngə, 8 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə əsas borcu və ona hesablanmış faizləri iddiaçı təşkilata ödəməmiş və nəticədə onun iddiaçı təşkilata ödənilməmiş 21.263,36 manat əsas, 10.033,07 manat faiz borcu yaranmış və cavabdeh barəsində 13.535,75 manat cərimə hesablanmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şik ayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Azər Məmmədov məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı təşkilatın vəkili Azər Məmmədovun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehin iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun yaranmasına, ipot eka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsinə, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün faktiki əsasların olmasına istinald etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 296.1, 297-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında bağlanmış 26 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən cavabdehə 24 ay müddətinə, illik 24 faiz ödənilməsi şərti ilə 25.000 manat kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 26 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxxv küçəsi, 3-cü döngə, istifadədə olan 0,027 ha torpaq sahəsində yerləşən, 8 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulmuşdur. İddia ərizəsindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə əsas borcu və ona hesablanmış faizləri iddiaçı təşkilata ödəməmiş və nəticədə onun id diaçı təşkilata ödənilməmiş 21.263,36 manat əsas, 10.033,07 manat faiz borcu yaranmış və cavabdeh barəsində 13.535,75 manat cərimə hesablanmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 30 aprel 2018-ci il tarixli ekspert rəyinə görə Bakı şəhəri, xxx rayonu, xxx qəsəbəsi, xxxv küçəsi, 3-cü döngə, istifadədə olan 0,027 ha torpaq sahəsində yerləşən, 8 saylı fərdi yaşayış evinin hazırkı vaxda orta bazar qiyməti 87.000 manat təşkil edir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı təşkilat kassasiya şikayətində əsas borcu, ona hesablanmış faizləri və cəriməni mübahisələndirmir və kassasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirir. İddiaçı təşkilat kassasiya şikayətində 26 noyabr 2014-cü il tarix li kredit müqaviləsində ipoteka predmetinin bazar dəyərinin 60.000 manat, likvid dəyərinin 53.000 manat müəyyən edildiyi halda, 30 aprel 2018-ci il tarixli ekspert rəyində ipoteka predmetinin ilkin satış qiymətinin 87.000 manat məbləğində müəyyən edilməsi ilə razılaşmamasını göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, hətta işə apellyasiya qaydasında baxılarkən iş üzrə təkrar ekspertiza keçirilməsinə dair məhkəməyə yazılı vəsatət belə verməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə görə, açıq hərracdan satışa çıxarılan ipoteka predmeti nin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinin eyni qaydası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsində nəzərdə tutulmuşdur. Qanunun həmin normasına görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (Qanunun 39.3.3-cü maddəsi). Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyan cavabdehlə ipoteka saxlayan iddiaçı təşkilatın qarşılıqlı razılaşması əsasında müəyyən edilsə də, sonradan mübahisə olduğundan, birinci i nstansiya məhkəməsi tərəfindən düzgün olaraq müstəqil qiymətləndiricinin rəyi əsasında ipoteka predmeti yenidən qiymətləndirməklə sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı təşkilat qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və iddiaçı təşkilat kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətb iq etməməsini, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və vəkili xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-11385/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar