Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1742/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:borc tələbi) 22.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2327/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxx 2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçı Ağcabədi rayonunun Avşar kənd sakini İddiaçı ehtiyacı olduğu üçün 2019-cu ilin yanvar ayında qaytarmaq şərtilə 5000 manat məbləğində borc pul almış və tez bir müddət ərzində qaytaracağını vəd etmişdir. xx xxxx 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hesab nömrəsinə 400 manat pul köçürülmüşdür. xx xxxx 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hesab nömrəsinə 100 manat pul köçürülmüşdür. xx xxxx 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hesab nömrəsinə 500 manat pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi il ə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxxxx 2018-ci il tarixdə ondan yaxın vaxtlarda qaytarmaq şərtilə 5000 manat məbləğində borc pul almış və aldığı borc pulu tez müddət ərzində, yəni 2019-cu ilin yanvar ayında qaytaracağını bildirib və borc almasına dair qəbz yazaraq ona vermişdir. Borc pul cavabdeh tərəfindən bu günə kimi qaytarılmamışdır. Dəfələrlə cavabdehə pulu qaytarması barədə müraciət etsə də, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, yuxarıda şərh olunanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh aldığı puldan oğlu Elşən vasitəsilə 1000 manatnı göndərmiş, sonra isə üç dəfəyə 500+400+100 manat məbləğlərində ödənişlər etmişdir. Cavabdeh bu günə kimi borclu qaldığı 3000 manat borcu qaytarmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, həqiqətən də, 2018-ci ildə Mübarizdən 5000 manat məbləğində borc olaraq pul almış və həmin aldığı borc pul barədə qəbz də yazıb vermişdir. Hazırda onun Mübarizə heç bir məbləğdə borcu yoxdur. Oğlu Elşən və özü Mübarizə olan borcu tamamilə ödəmişlər. Belə ki, üç dəfəyə bank vasitəsilə 1000 manat ödəmiş, yerdə qalan borcunu da vermiş, lakin ödəmə barədə borcverəndən qəbz almamışdır. Əlavə olaraq Mübarizə 2500 manat məbləğində pul vermişdir. O, pulu Mübarizə verən vaxtı onun yazdığı qəbzi ona gətirməsini demiş, la kin Mübariz yaxşı deyib, qəbzi ona verməmişdir. Ağcabədi Rayon Məhkəməsinin (hakim S.Ləzimov) 2(017)-639/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 3000 manat məbləğində borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh borcalan kimi iddiaçı qarşısında borc öhdəliyini yerinə yetirməmişdir. Tərəflər arasında 5000 manat borcun verilməsinə dair yazılı qəbz tərtib olunmuşdur, cavabdeh tez bir zamanda borcunu qaytarmaq barədə üzərinə öhdəlik götürsə də, öhdəliyini pozaraq lazımınca icra etməmiş, nəticədə kreditor qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Cavabdeh iddiaçıdan borc aldığını, həmin borcun qaytarılmasını göstərmiş, la kin borcun 3000 manat hissəsini qaytarmasında dair hər hansı bir sübut təqdim etməmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Fuad Soltanov) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normaları düzgün t ətbiq edilmişdir. Cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin iddiaçıdan yazılı qəbz verməklə borca aldığı pulu, verdiyi qəbzi geri almadan, yaxud iddiaçıdan yazılı qəbz almadan borcun tam olaraq qaytarması barədə arqumentləri inandırıcı olmamaqla yanaşı, işin hallarına da uyğun gəlmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavdebeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili Və kil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kre dit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızıdır. Cavabdeh iddiaçıdan borc aldığını etiraf etmiş, borcunu tamamilə qaytardığını bildirmişdir. Lakin borcunun qaytarılması barədə məhkəmələrə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2327/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov