Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1746/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, iddiaçı «xxxx» ASC-nin vəkili və nümayəndəsi***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.09.2018-ci il tarixli, 2(103)8412/2018 nömrəli qətnaməsindən iddiaçı «xxxx» ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1651/2018 saylı, 28 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5303,91 (beş min üç yüz üç manat doxsan bir qəpik) manat əsas borc, 2384,26 (iki min üç yüz səksən dörd manat iyirmi altı qəpik) manat faiz borcu, 85,96 (səksən beş manat doxsan altı qəpik) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat, kredit borcunun ödənişinin gecikdirildiyi gün üçün bank uçot dərəcəsi 5% hesablanmaqla 291,71 (iki yüz doxsan bir manat yetmiş bir qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat, ümumilikdə 8096,24 (səkkiz min doxsan altı manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14. 09.2018-ci il tarixli, 2(103)8412/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid mübahisələndirilən hissədə ləğv edilmiş və iddia onlara aid mübahisələndirilən hissədə təmin edilməmişdir. İddiaçı «xxxx» ASC və onun vəkili*** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 07 yanvar 2014-cü il tarixli 00/11599/AFS saylı kredit m üqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən hesablanmış 5303,91 manat məbləğində əsas borcun, kredit müqaviləsinin 4.2. bəndinə əsasən 2384,26 manat məbləğində faiz borcunun, müqavilənin 5.2. bəndinə əsasən 85,96 manat məbləğində cərimə borcu olmaqla, kredit borcunun ödənişinin gecikdirildiyi gün üçün bank uçot dərəcəsi 5% hesablanmaqla 291,71 manat, cəmi 8065,84 manat məbləğinin və ödənilmiş 30,40 manat məhkəmə xərclərinin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı «xxxx» ASC və onun vəkili*** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddian ın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qərarını öz mülahizəsi və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıraraq, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verməmiş və apellyasiya şikayətlərində bunu mübahisələndirməmiş zaminlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam vermmiş, əsassız olaraq iddia tələbini onlara münasibətdə təmin etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı «xxxx» ASC-nin vəkili və nümayəndəsi*** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətini təmin edərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsini qismən ləğv edərkən haqlı olmuş, maddi və pros essual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 07 yanvar 2014-cü il tarixli 00/11599/AFS №li kredit müqaviləsinin təsdiqlənmiş surətinə əsasən, həmin müqavilənin 2.1, 2.2, 4.2. və 6.10. bəndlərinə əsasən Bank tərəfindən, kredit alan Cavabdeh1 avtomobilin alınması üçün illik 16 % ödənilməsi şərti ilə 36 ay müddətinə 13605 manat məbləğində kredit verilmiş, kreditalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan «xxxx» ASC-nin «Mərkəz» filialı ilə C avabdeh1 arasında bağlanmış 07 yanvar 2014-cü il tarixli 00/11599/AFS №-li kredit müqaviləsinin 7.1. bəndindən, 07 yanvar 2014-cü il tarixli 00/11599/AFS №-li ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1nın bankdan aldığı kredit öhdəliyinin təminatı olaraq, ona məxsus 2013-cü il buraxılışlı, sedan tipli, MDHBBAN17Z0504962 ban, 786712B mühərrik nömrəli, ağ mirvari rəngli «Nissan Sunny» markalı 90SZ133 dövlət qeydiyyat nişanlı minik avtomobili banka girov qoyularaq yüklü edilmişdir. İşdə olan «xxxx» ASC-nin «Mərkəz» filialı ilə Cavabdeh1 və Cavabdeh2, eyni zamanda, «xxxx» ASC-nin «Mərkəz» filialı ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 27 dekabr 2014-cü il tarixli 00/11599/AFS №-li zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqavilələrindən irəli gələn öhdəliyin in icrası Cavabdeh2 və Cavabdeh3 zaminlikləri ilə təmin edilmiş və sonuncular kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə faizlərin və hesablaşma gününə cərimə sanksiyasının ödənilməsi öhdəliyinin icra edilməməsi halları da daxil olmaqla, Bank qarşısında Borclu ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin i crası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 27 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminliyə onların təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni konkret olaraq 07 yanvar 2018-ci ilədək iddiaçının iddia irəli sürülmək hüququ olmuş, lakin iddiaçı həmin bu müddəti ötürmüşdür. Çünki mülki iş materiallarından da görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə 26 fevral 2018-ci il tarixdə daxil olmuşdur. Belə olan halda zaminliyə xitam verilməli və zaminlərə münasibətdə iddia təmin olunmamalı idi. Ancaq birinci instansiya məhkəməsi tərəfindən bu norma da tətbiq edilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.09.2018-ci il tarixli, 2(103)-8412/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1746/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1746/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver