Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1746/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Məhkəməsinin (hakim F.Babayev) xx.xx.2017-ci il tarixli, 2(004)****/2017 nömrəli qərardadı ilə İd diaçı Cavabdeh1-yə qarşı “kredit müqavilələrinin ləğv edilməsi, kredit müqavilələri üzrə borcun manatla ödənilməsi, kredit müqaviləsi üzrə artıq hesablanmış faizlərin və digər ödənişlərin silinməsi” tələbinə dair 2(004)-****/2017 saylı və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, İddiaçı Sabir oğluna və Cavabdeh10 qarşı “borc və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair 2(067)-****/2017 saylı mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Məhkəməsinin (hakim F.Babayev) xx.xx.2018-ci il tarixli, 2(004)****/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “kredit müqavilələrinin ləğv edilməsi, kredit müqavilələri üzrə borcun manatla ödənilməsi, kredit müqaviləsi üzrə artıq he sablanmış faizlərin və digər ödənişlərin silinməsi”, iddiaçı Cavabdeh1-nin cavabdehlər İddiaçı, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, İddiaçı və Cavabdeh10 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi və əmlakların boşaldılaraq alıcıya təhvil verilməsi” tələblərinin qismən təmin edilməsi, cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada ****** saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 209964.59 ABŞ dolları əsas borc, 10934.78 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 221899.37 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan m anatla miqdarının, 011R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 4625 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 105625 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarının, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının tutularaq Cavabdeh1-yə ödənilməsi, ipoteka predmetləri olan İddiaçı məxsus olan Xaçmaz şəhəri ****** küçəsi **** nömrəli fərdi yaşayış evinə və 0.10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 86734,80 manat, ***** rayonu, ***** ünvanında 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi ya şayış evinin ilkin satış qiymətinin 87897,60 manat, **** rayonu,****** kəndində 0.03142 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının (Mağaza) ilikn satış qiymətinin 48216 manat; ***** rayonu,****** kəndində 0.08985 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının (Avtomobil emalatxanası) ilkin satış qiymətinin 120540 manat müəyyən edilməklə ****** saylı xx.xx.2013-cü il tarixli və 011R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşmaları üzrə tutmanın həmin daşınmaz əmlaklara yönəldilməsi və əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ****** saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə cəmi 221899.37 ABŞ dollarının, 011R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cəmi 105625 ABŞ dollarının, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının Cavabdeh1-yə ödənilməsi, ***** şəhəri ****** küçəsi *** nömrəli fərdi yaşayış evinə və 0.10 ha torpaq sahəsi tutma yönəldikdən və o, satıldıqdan sonra İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, İddiaçı və Cavabdeh10 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzillərdən məcburi qaydada çıxarılması, Xaçmaz rayonu, ******ünvanında 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Xaçmaz rayonu,****** kəndində 0.03142 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binası (Mağaza) və Xaçmaz rayonu,***** * kəndində 0.08985 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (Avtomobil emalatxanası) tutma yönəldildikdən və həmin əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, İddiaçı ilə Cavabdeh1-nin Xaçmaz filialı arasında bağlanmış xx.xx.2009-cu il tarixli ****** saylı kredit xətti müqaviləsi, kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2013-cü il tarixli 354 saylı saziş, ****** saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli ****** saylı razılaşması və xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşmasının ləğv edilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köç ürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)****/2018 nömrəli qətnaməsinin qismən, yəni ****** və 011R********** saylı kredit razılaşmaları üzrə faiz borcunun məbləği hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilərək, ****** nömrəli kredit razılaşması üzrə alınmalı olan faiz borcunun məbləğinin 69.374.92 ABŞ dolları, əsas və faiz borcun, cərimənin cəminin isə 280339.51 ABŞ dolları müəyyən edilməsi, 011R********** saylı kredit razılaşması üzrə alınmalı olan faiz borc unun məbləğinin 32.458.33 ABŞ dolları, əsas və faiz borcun, cərimənin cəminin isə 133458.33 ABŞ dolları müəyyən edilməsi, qətnamənin Cavabdeh1-nin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılması, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)****/2018 nömrəli qətnaməsinin qismən, yəni ipoteka predmətlərinin ilkin satış qiymətinin məbləği hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, ipoteka predmetləri olan İddiaçı məxsus olan **** rayonu, ******ünvanında 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 115000 manat, Xaçmaz rayonu,****** kəndində 0.03142 ha torpaq sah əsində yerləşən qeyri yaşayış binasının (Mağaza) ilkin satış qiymətinin 85000 manat, Xaçmaz rayonu,****** kəndində 0.08985 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının (Avtomobil emalatxanası) ilkin satış qiymətinin 130000 manat müəyyən edilməsi, qətnamənin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertiza xərci - 250 manatın 50 manatının Cavabdeh1-dən tutularaq, 200 manatının isə cavabdeh İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetlərinin qiymətləndiricisinin xidmət haqqı 350 manatın 100 manatının Cavabdeh1-dən tutularaq, 150 manatının İddiaçı alınaraq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh1-nin cavabdehlər İddiaçı, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, İddiaçı və Cavabdeh10 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi və əmlakların boşaldılaraq alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada iddiaçı Cavabdeh1-nin xeyrinə ****** saylı kredit razılaşması üzrə 211869.55 ABŞ dolları əsas borc, 32044.39 ABŞ dolları faiz borcu, 186112.63 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 430026.57 ABŞ dolları məbləğində borcun, 011R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 14541.67 ABŞ dolları faiz borcu, 31600 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 146141.67 ABŞ dolları məbləğində borcun, ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 576168.24 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması, tələbin İddiaçı məxsus Xaçmaz rayonu, ******ünvanında 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə, Xaçmaz rayonu,****** kəndində 0.03142 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (Mağaza), Xaçmaz rayonu,****** kəndində 0.08985 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (Avtomobil emalatxanası) və Xaçmaz ş əhəri ****** küçəsi **** nömrəli fərdi yaşayış evinə və 0.10 ha torpaq sahəsinə yönəldilməklə açıq hərracdan satılması və 576.168.24 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh1-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun İddiaçı və Cavabdeh2 ümumi qaydada tutulması, İddiaçı məxsus Xaçmaz şəhəri ****** küçəsi *** nömrəli fərdi yaşayış evinə və 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o, satıldıqdan sonra İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavab deh8, İddiaçı və Cavabdeh10 həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməi, İddiaçı məxsus Xaçmaz rayonu, ******ünvanında 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İddiaçı məxsus Xaçmaz rayonu,****** kəndində 0.03142 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (Mağaza) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İddiaçı məxsus Xaçmaz rayonu,****** kəndində 0.08985 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (Avtomobil emalatxanası) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərr acın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1-yə qarşı “kredit müqavilələrinin ləğv edilməsi, kredit müqavilələri üzrə borcun manatla ödənilməsi, kredit müqaviləsi üzrə artıq hesablanmış faizlərin və digər ödənişlərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1-nin Xaçmaz filialı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, ****** saylı kredit xətti müqaviləsinin, ****** saylı kredit müqaviləsinin ləğv olunması, hər iki müqavilə üzrə ödənişlərin xx.xx.2015-ci ildə bankın onunla razılaşdırdığı əlavə razılaşma və bu razılaşmaya əlavə olunmuş ödəniş qrafikinə uyğun olaraq ABŞ dollarının manata 1.05 məzənnəsi ilə aparılması, xx.xx.2015-ci ildən sonra əsas borca hesablanmış faizlərin və büt ün digər ödənişlərin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli ****** saylı kredit xətti müqaviləsi, kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2013-cü il tarixli 354 saylı saziş, ****** saylı xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə, xx.xx.2013-cü il tarixli ****** saylı razılaşmasına və xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada iddiaçı Cavabdeh1-nin xeyrinə ****** saylı kredit razılaşması üzrə 211869.55 ABŞ dolları əsas borc, 71151.98 ABŞ dolları f aiz borcu, 279960.45 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 562981.98 ABŞ dolları məbləğində borcun, 011R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 33000 ABŞ dolları faiz borcu, 75900 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 208900 ABŞ dolları məbləğində borcun, ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 771881.98 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması, tələbin İddiaçı məxsus Xaçmaz rayonu, ******ünvanında 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə, Xaçmaz rayonu,****** kəndində 0.03142 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (Mağaza), Xaçmaz rayonu,****** kəndində 0.08985 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (Avtomobil emalatxanası) və Xaçmaz şəhəri ****** küçəsi 17 nömrəli fərdi yaşayış evinə və 0.10 ha torpaq sahəsinə yönəldilməklə açıq hərracdan satılması və cəmi 771881.98 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh1-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun İddiaçı və Cavabdeh2 ümumi qaydada tutulması, İddiaçı məxsus Xaçmaz şəhəri ****** küçəsi ***** nömrəli fərdi yaşayış evi nə və 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o, satıldıqdan sonra İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, İddiaçı və Cavabdeh10 həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməi, İddiaçı məxsus Xaçmaz rayonu, ******ünvanında 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İddiaçı məxsus Xaçmaz rayonu,****** kəndində 0.03142 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (Mağaza) tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İddiaçı məxsus Xaçmaz rayonu,****** kəndində 0.08985 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (Avtomobil emalatxanası) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh1-nin şikayəti üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmiş hissəsinə apellyasiya məhkəməsi düzgün qiymət verməmişdir. Apellyasiya məhkəməsi ekspertiza təyin edərkən bankın vəsatətindəki xx.xx.2018-ci il tarixinə olan kredit borclarının müəyyən edilməsi barədə sual qoyaraq bankın maraqları prizmasından hərəkət etmiş və əsas sız olaraq xx.xx.2018-ci il tarixinə kredit borcuna faizlər hesablamışdır. Halbuki, birinci instansiya məhkəməsində işə baxılarkən işə baxan hakim hesablanmış borca aydınlıq gətirilməsini təklif etmiş, bankın bu məsələni uzatması ilə əlaqədar birinci instansiya məhkəməsi ekspertiza təyin etmiş, bundan sonra bank iddia tələbinin artırılması barədə xx.xx.2018-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi həmin ərizəni nəzərə almamışdır. Çünki bank hüquqlarından suiistifadə etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin Cavabdeh1 apellyasiy a şikayəti üzrə dəyişdirilmiş hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Vəkil1, cavabdehlər X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, İddiaçı və Cavabdeh10 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 vəkili Vəki l1 kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətlərin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası hazırda İddiaçı tərəfindən mübahisələndirilən hissə ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, bankın apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi bankın iddia tələbinin artırılmasına (dəyişdirilməsinə) dair xx.xx.2018-ci il tarixli ərizəsinə(bax: cild.2.iş vər; 186-193) əhəm iyyət verməyərək göstərmişdir ki, bank faiz və cəriməni tənasübsüz surətdə yüksək olaraq hesablamış, zərərin azaldılması üçün tədbir görməmiş, onunla müqaviləyə xitam verməmişdir. Hesab etmişdir ki, cavabdeh İddiaçı əsas borca görə faiz borcu ağlabatan müddət, yəni İddiaçı Cavabdeh1-yə ərizə ilə müraciət etdiyi tarixdən 90 gün sonra, xx xxxxx 2016-ci tarixədək hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki,...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), hə min müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Ona görə də bankın iddia tələbinin artırılmasına (dəyişdirilməsinə) dair xx.xx.2018-ci il tarixli ərizəsini nəzərə almamaqla birinci instansiya məhkəməsi Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin tələblərini pozmuşdur. Bununla yanaşı, iddiaçı bank apellyasiya şikayətində ****** saylı kredit razılaşmasının əsas borc məbləğinin, hər iki kredit razılaşmasının faiz və cərimənin məbləğlərinin təmin olunmaması hissəsində ləğv edilməsi, iddiasının ****** saylı kredit razılaşması üzrə əsas məbləğinin (211869,55 ABŞ dolları), faiz məbləğinin (71151.98 ABŞ dolları), cərim ə məbləğinin (279960.45 ABŞ dolları), 011R********** saylı kredit razılaşması üzrə faiz məbləğinin (33000 ABŞ dolları), cərimə məbləğinin (75900 ABŞ dolları) tələb olunması hissələrinin tam təmin edilməsini xahiş etsə də ****** saylı kredit razılaşması üzrə əsas məbləğin (211869,55 ABŞ dolları), hər iki müqavilə üzrə faiz məbləğlərinin tələb etdiyi həcmdə olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 28719 saylı rəyi ilə xx xxxxxx 2018-cı il tarixə, yəni iddia tələbinin artırıldığı tarixə 29yanvar 2013-cü il tarixli 11R00Q003373 saylı kredit razılaşması üzrə - əsas borcun 209 964.59 ABŞ dolları, faiz borcun isə 69 374.92 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli 011R ********** saylı kredit razılaşması əsas borcun 100000.00 ABŞ dolları, faiz borcun isə 32.458,33 ABŞ dolları olduğu müəyyən edilmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. İddiaçının nümayəndəsi də ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcun məbləğinə etiraz etmədi. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası olmadığından həmin rəydə müəyyən edilən məbləğlər, yəni 11R00Q003373 saylı kredit razılaşması üzrə əsas borcun 209 964.59 ABŞ dolları, faiz borcun isə 69 374.92 ABŞ dolları, xx xx xxxx 2015-ci il tarixli 011R********** saylı kredit razılaşması üzrə isə faiz borcun 32.458,33 ABŞ dolları nəzərə alınmaqla iddia tələbləri qismən təmin edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassator apellyasiya instansiya məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizası təyin edərkən bankın mənafeyinə uyğun, yəni iddia tələbinin həcminin artırılması dövrünə mövcud olan borcun məbləğinin müəyyən edilməsi ilə bağlı sualla ekspertə müraciət etməsinə, bununla da onun hüquqlarının pozulmasına, bankın iddia tələbinin artırılması barədə ərizə ilə müraciət etməklə hüququndan sui-istifadə etməsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının düzgün tətbiq edilməməsinə istinad etsə də, tərəflər arasında bağlanmış kredit razılaşmasının 2.3-cü maddəsindən də görünür ki, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanması, həmçinin Kredit хətti müqaviləsinin 4.4-cü bəndinin əsasən bütün öhdəliklərini tam icra edənədək bu müqavilənin qüvvədə olması barədə tərəflər qarşılıqlı razılığa gəlmişlər. Bu hal tərəflərin iradə ifadəsinin təzahürüdür. Odur ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icr a edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmə dikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqın da bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka p redmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 42 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1746/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1746/2020
16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver