Məhkəmə qərarları › İş №2(102)-1746/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1746/2022

19.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1746/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi 19.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1899/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xanlar rayonu Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə İddiaçı Xanlar rayonu Topalhəsənli kəndində yerləşən 0,20 ha torpaq sahəsi verilmişdir.

2. Göygöl rayon Polis şöbəsinin 14 aprel 2018-ci il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, iddiaçının razılığı ilə həmin torpaq sahəsində moruq əkib-becərmiş və torpaq sahəsinə dair vergi ödəmiş, qoz ağaclarını da moruq kollarına kölgə saldığına görə İddiaçı təkidi ilə kəsmiş, torpaq sahəsində beton dirəklər isə ümumiyyətlə olmamışdır. Üzüm tənəklərini özü əkmiş, lakin sonradan qurumuşdur İş üzrə qəbul edilmiş m əhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10500 (on min beş yüz) manat pulun tutularaq ona ödənilməsi, Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən torpaq sahəsində 50 ədəd üzüm tənəyinin, 60 sıra moruq bağının dəmir məftilləri və 180 ədəd beton dirəyi ilə birgə bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonunun Topalhəsənli kəndində 0.20 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. Torpaq sahəsi mərhum atasından qalma bağ sahəsi olmuş, tikanlı məftil və beton dirəklərlə hasarlanmışdı. Bağ sahəsində moruq kollarından başqa 4 ədəd irigövdəli qoz ağacı, 50 ədəd üzüm tənəyi olmuşdur. Xid məti işi ilə əlaqədar Bakı şəhərində yaşadığından atasından qalmış bağ sahəsinə 2003-cü ilədək Gəncə şəhərində yaşayan qardaşı X nəzarət edirdi. Həmin il qardaşı vəfat edəndən sonra bağ sahəsini baxmaq üçün həmin kəndin sakini Cavabdeh həvalə etmişdir. Sonuncu qardaşının sağlığında bağa baxmaqda kömək etmişdir. Bakı şəhərindən tez-tez gəlib-gedə bilmədiyindən cavabdeh bağ sahəsinə qulluq etməyi öhdəsinə götürmüş, həmin kənddə yaşayan qohumu X1 da cavabdehi yaxşı tanıdığını bildirərək cavabdehin bağa yaxşı baxacağına onu arxayın salmışdır. Ara-sıra kəndə gələndə X birlikdə bağa baş çəkmiş, mövsüm vaxtlarında cavabdeh bağın məhsullarından ona pay vermiş, beləliklə, onun etimadını qazanmış və arxayın olaraq bir müddət bağa baş çəkməmişdir. Növbəti dəfə bağa baş çəkməyə gedəndə sahənin tamam ilə dağıdıldığını görmüşdür. Belə ki, cavabdeh onun uzaqda olmasından istifadə edərək sahənin beton dirəklərini və moruq kollarını kökündən çıxararaq kəndin orta məktəbinin yaxınlığında özünə yeni bağ düzəltmişdir. Bundan başqa cavabdeh bağda olan 4 ədəd iri gövdəli qoz ağaclarını kökündən kəsərək inşaat materialı kimi başqa şəxslərə satmışdır. Bağda olan 50-dən artıq üzüm ağacını da kökündən kəsərək məhv etmişdir. Cavabdehə bağı dağıtmasına görə iradını bildirəndə cavabdeh ona qoz ağaclarını yandırmaq üçün kəsdiyini, moruq kollarını və üzüm ağaclarını, beton dirəkləri isə bərpa edəcəyini bildirmiş, lakin sonradan bunları etməmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə Göygöl rayon polis şöbəsinə və prokurorluğa şikayət ərizəsi vermişdir. Göygöl rayon polis şöbəsinin 06.11.2018-ci il ta rixli qərarı ilə cavabdehin barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, həmin qərarda cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan ziyanın ödənilməsinə dair məhkəməyə müraciət hüququ izah edilmişdir. Cavabdeh ona 4 ədəd iri gövdəli bar verən qoz ağacının 5 ildə verdiyi bara görə 5000 manat, 4 ədəd qoz ağacının kəsilib satılmasından 1000 manat, 60 sıra moruğun yığılıb satılmasından 5 ilə görə 2500 manat, beton dirəklərə görə hər birini 5 manatdan olmaqla 180x5=900 manat, moruq kolunu saxlayan metal məftilə görə 150 manat, bağında olan 50 ədəd üzün tənəyindən 5 ilə yığılan məhsula görə 1000 manat cəmi 10500 manat maddi ziyan vurmuşdur.

5. Göygöl Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(066)-392/2020 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddian ın təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid olunması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçıya 10500 manat pulun cavabdehdən tutularaq onu xeyrinə ödənilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif oluns da iddiaçı bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1899/2021 nömrəli iş üzrə 23 iyun 2021-c i il tarixli qətnaməsi ilə (hakimlər: R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli 2(066)392/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, fonnal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.

11. Belə ki, iddiaçı apellyasiya şikayətində tələbinin əsaslı olmasının Gö ygöl rayon Polis şöbəsinin 14 aprel 2018-ci il tarixli qərarında öz təsdiqini tapdığını qeyd etmişdir. Lakin həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, iddiaçının razılığı ilə həmin torpaq sahəsində moruq əkib-becərmiş və torpaq sahəsinə dair vergi ödəmiş, qoz ağaclarını da moruq kollarına kölgə saldığına görə İddiaçı təkidi ilə kəsmiş, torpaq sahəsində beton dirəklər isə ümumiyyətlə olmamışdır. Üzüm tənəklərini özü əkmiş, lakin sonradan qurumuşdur. Göründüyü kimi cavabdehin təqsirli, yəni hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi iş materiallari ilə sübut olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

17. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)

18. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)

19. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2)

20. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (maddə 1097.1) Mülki Prossesual Məcəllə

21. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

22. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

23. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

24. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

26. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakt erli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1899/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar