Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1748/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7172/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2023-cü il ta rixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-252/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən, təqdimat təmin edilmiş, ********* saylı cinayət işi üzrə xx.xx.1989-cu ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində 1(bir) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.
2. Moskva şəhəri Naqatinski Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, İddiaçı barəsində 01 ay 00 gün müddətinə, yəni 2017-ci ilin mart ayının 17-dək həbs qətimkan tədbiri seçilmişdir.
3. Moskva şəhəri N aqatinski Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə Moskvanın Zyablikovo rayonunda Rusiya DİN-nin ODŞ-nin müstəntiqi tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarılan təqsirləndirilən şəxs İddiaçı barəsində həbsdə saxlama müddəti 05 ay 00 gün, ümumilikdə isə 06 ay 00 gün müddətinə qədər, yəni 2019-cu ilin avqustun 18-i daxil olmaqla uzadılmışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-273/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri istintaq müddətinin so nunadək, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)- 94/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-274/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 272/2021 saylı, xx.xx.2021-ci il tarixli qər arına əsasən, İddiaçı Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və zərərçəkmiş şəxs Akif Qocayevin apellyasiya şikayəti təmin olunmamışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, kassasiya şikayəti və kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərəçəkmiş şəxs (mülki iddiaçı) və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılm ışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 200.000 (iki yüz min) manat məbləğində maddi ziyanın və 100.000 (yüz min) manat mənəvi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2834/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardad ı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi" tələbinə dair 2(060)-2834/2022 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin mart ayından həmin ilin sentyabr ayına qədər müvəqqəti olaraq Sumqayıt şəhərində mənzillərə kameraların quraşdırılması ilə məşğul olmuşdur. Həmin dövrdə zərərçəkmiş X2 mənzilinə kamera çəkilməsi ilə bağlı onunla tanış olmuşdur. Akifin mənzilinə kameranı çəkmişdir və pulunu da tam şəkildə almışdır. Akifin öz təşəbbüsü ilə ondan 3000 (üç min) manat faizə pul almışdır ki, iş lərini genişləndirsin. 4 ayda ona hər ay 600 (altı yüz) manatdan faiz vermişdir. Avqust ayının sonu sentyabr ayının əvvəllərində Akifə məlumat vermişdir ki, burada işləri alınmır, Türkiyə Respublikasında ona iş təklif ediblər və o getməlidir. Həmçinin, bildirmişdir ki, ora çatan kimi ona məlumat verəcək və pulu da hissə-hissə göndərəcək. Getməmişdən əvvəl də ona əlavə olaraq 500 (beş yüz) manat faizə pul vermişdir. Əslində Akifdən aldığı pulu tam şəkildə qaytarmışdır. O, 2014-cü ilin sentyabr ayının 12-də Azərbaycanı tərk etmişdir. Türkiyə Respublikasına çatdıqdan sonra Akifə orada olması barədə məlumat vermişdir və Türkiyə Respublikasında işlətdiyi nömrəni də ona bildirmişdir. 2014-cü ilin oktyabr ayının sonlarında Akif ona zəng edib qardaşının rəhmətə getdiyini və pulunun hamısını təcili qaytarmasını bildirmişdir. Akifə 5 ay faiz verdiyini və ona borcunun olmadığını bildirmişdir. Əgər qaytardığı faizləri faiz kimi qəbul edib pulunu nağd istəyirsə, indi imkanının olmadığını qeyd etmişdir. Bundan sonra onların əlaqələri kəsilmiş, Türkiyə Respublikasından Rusiya Federasiyasına getmişdir. 2016-cı ilin iyun ayına qədər Akiflə heç bir əlaqələri olmamış və bu müddət ərzində də Akif ondan heç bir orqana şikayət etməmişdir. Belə ki, şikayət etmək üçün də heç bir əsası olmamışdır. Lakin sonradan, yəni 2016-cı ilin iyun ayında Akif heç bir həqiqəti əks etdirməyən, tam yalan və iftiradan ibarət şikayət ərizəsi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən iddiaçının barəsində 1 ay müddətinə qiyabi həbs qətimkan tədb iri seçilmişdir. xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasında konkret olaraq Moskva şəhərində axtarışda olması barədə məlumat almış və həmin gün də həbs edilmişdir. 8 ay 12 gün sonra Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. xx.xx.2019-cu il tarixdən cinayət işi xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər prokuroru vəzifəsində işləyən Sərdar İmanovun icraatına qəbul edilərək təzələnmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə iddiaçıya ittiham elan edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən cinayət işinin ibtidai istintaq müddətinin xx.xx.2020-ci il tarixədək uzadılması barədə təqdimat verilmişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən barə sində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2020- ci il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü (hakim: E.Q.Məmmədov) ilə ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilmişdir. Həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının iddiaçıya izah edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-272/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı (hakim: E.M.Əhmədov) ilə iddiaçıya Azərbaycan Re spublikasının CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 1(060)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və zərərçəkmiş şəxs Akif Qocayevin apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim: T.L.Kazımov) ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərəçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həbs olunması ilə bağlı iddiaçının ilk öncə Rusiya Federasiyasında qurduğu işi bir a nın içində məhv edilmişdir. 2015-ci il tarixdən tutulan günə qədər, yəni xx.xx.1019-cu il tarixinə qədər işləmiş, hər ay ən azından milli valyutada 5000 (beş min) manat civarında pul qazanmışdır. Belə ki, bu məbləğdən aşağı pul qazanmaqla orada yaşamaq da mümkün deyil. Həmin məbləğ ilə kirayə ev tutmuş, yeməyi, içməyi və s. ilə birlikdə bəzən qazancı 5000 (beş min) manatdan yuxarı olmuşdur. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilə qədər, yəni sərasər 3 il ərzində heç bir yerdə işləməmişdir. Belə ki, onun barəsində Ali Məhkəmənin sonuncu qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilib. Bu müddət ərzində Rusiya Federasiyasındakı işini itirməklə yanaşı, anasına da ağır bir yük olmuşdur. Ev dustaqlığına buraxılana qədər Gədəbəy rayonundan tez-tez Bakıya İstintaq Təcridxanasına yanına gedibgəlm ələr, istər istintaq dövrü, istərsə də birinci instansiya məhkəməsi üçün vəkillə müqavilə bağlamaq anasına təqribən 7000 (yeddi min) manata başa gəlib. Bütün bunlarla yanaşı, iddiaçı ağlasığmaz dərəcədə mənəvi zərər çəkmişdir. Tam bədbinləşmiş, dövlət orqanlarının heç bir məntiqi əsası olmayan bir ərizə əsasında onu başqa ölkədə həbs etdirib, ekstradisiyasını 8 ay gecikdirərək ona mənəvi iztirab vermələri, iddiaçının dövlət orqanlarına qarşı münasibətini dəyişmişdir. Bu hadisələrə görə o, ailə də qura bilməmişdir. 3 il ərzində hər ay ən azı 5000 (beş min) manat gəlirdən məhrum edilmişdir. Bu isə 180.000 (yüz səksən min) manat məbləğ təşkil edir. 3 il ərzindəki mənəvi zərəri isə 100.000 (yüz min) manat həcmindədir. Bir sözlə iddiaçı hesab edir ki, ona dəymiş maddi və mənəvi ziyan 300.000 (ü ç yüz min) manat civarında hesablanmalıdır.
12. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə etmiş, təmin edilməsini xahiş etmişdir.
13. Bakı şəhər Nəsimi rayon məhkəməsinin (X1) 2(006)-3132/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 15.000 (on beş min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
14. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı məhrum olduğu gəlirlərə, hüquqi yardıma görə vəkillə müqavilə bağlanmasına, yol xərcinə görə ona 200.000 (iki yüz min) manat məbləğində ziyan dəydiyini bildirsə də, iddiasını ə saslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmə tərəfindən iddia tələbinin maddi zərər hissəsinə münasibətdə rədd edilməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlə r mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
15. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 15000 (on beş min) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, İddiaçı 9 (doqquz) ay 10 (on) gün həbsdə, 1 (bir) il 2 (iki) ay 7 (yeddi) gün ev dustaqlığında qanunsuz olaraq saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən 100.000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23, 1101.1, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instanisyası məhkəməsində icraat
17. Bakı şəhər Nəsimi ra yon məhkəməsinin (X1) 2(006)-3132/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
18. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun.
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)-7172/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışd ır.
21. Kollegiya qeyd etmişdir ki, iddiaçı maddi zərər çəkdiyini iddia etsə də, bununla bağlı birinci instansiya məhkəməsinə sübut təqdim etməyib. Ona görə də məhkəmə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Nəsimi RM maddi zərərin əvəzi kimi 200.000 manat ödənilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlmiş və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırmışdır. İddiaçı mənəvi zərərin əvəzi 100.000 manat tələb etsə də, Nəsimi RM düzgün olaraq 15.000 manat ödənilməsini qət etmişdir. Belə ki, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qaldığını, barəsində qətimkan tədbiri seçildiyini, bütün bu nların nəticəsində mənəvi sarsıntı keçirdiyini və iztirab çəkdiyini bildirmişdir. Kollegiya bildirmişdir ki, mənəvi zərərin əvəzi kimi müəyyən olunmuş 15.000 manat ağlabatan məbləğdir. Ona görə də məhkəmə kollegiyası “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, mənəvi zərərə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlillər
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)-7172/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şika yəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassator kassasiya şikayətini əsaslandıraraqq qeyd etmişdir ki, Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası(qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəv i zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 15.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 190-cımaddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədi ldikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 15.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Ümumiyyətlə son zamanlar analoji işlər üzrə (eləcə də hazırkıməhkəmə mübahisəsində) Nəsimi Rayon Məhkəməsi tərəfindən mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının min manatdan hesablanması həm məntiqi cəhətdən aydın deyildir, həm də Ali Məhkəmənin Plenu munun tövsiyələri ilə ziddiyət təşkil edir. Lakin qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, hər hansı sübut tədqiq olunmamışdır. Bununla belə bu cür sübutlar (şəxsin fiziki və mənəvi iztirabları barədə) mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
25. Maddə 21.2 Zərər dedikdə, hüququ pozu lmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
33. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materiall arı ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
39. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Azərbaycan Respublikas ı Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7172/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.