Məhkəmə qərarları › İş №2(102)-1749/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1749/2019

05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1749/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-xx/18) iddiaçı “xxxx” QSC-nin cavabdehlər X2, Cavabdeh2, Cavabd eh3n və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3n və Cavabdeh4 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 43208,23 ABŞ dolları məbləğində kredit borcu, 11467,88 ABŞ dolları məbləğində faiz borcu, 4000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 58676,11 ABŞ dolları məbləğində borc ödəniş günü manata olan məzənnə ilə manatla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət dövlət rüsumunun tutulması, borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh3n Həbib qızına məxsus 03.12.2013-cü il tarixli MS seriyalı 000061 saylı adlı mənzil sertifikatına (OKDK: 22.02.2007;№ 08/5 008) yönəldilməsi, həmin mənzil sertifikatının ixtisaslaşdırılmış Fond birjasında hərrac a çıxarılması və hərracda ilkin satış qiymətinin 142 742.60 manat müəyyən edilməsi, sertifikatın satılması və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh3n qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh4 və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, V.Baxışova və N.Cəfərov, iş № 2(103)xx/18) cavabdehlər Cavabdeh4 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi onlara münasibətdə dəyişdirilmədənsaxlanılmışdır. Cavabdeh Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3n və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Feyruz oğlundan müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 43208,23 ABŞ dolları məbləğində kredit borcu, 6975.42 ABŞ dolları məbləğində faiz borcu, 27937.71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 78121.36 ABŞ dolları məbləğində borcun 30 manat dövlət rüsumunun tutulması, tələbin 03.12.2013-cü il tarixli MS seriyalı 000061 saylı mənzil sertifikatına (OKDK: 22.02.2007;№ 08/5 008) yönəldilməsi, həmin qiymətli kağızın açıq hərracdan satılması, cəmi 78121.36 məbləğində borcun və 30 manat dövlət rüsumunun həmin qiymətli kağızın açıq hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X1, Cavabdeh2, Cavabdeh3n və Cavabdeh4 ümumi qaydada tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual xxxx normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh4 vəkili Vəkil məhkəmə kollegiyası nın iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. xxxxi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual xxxx normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh4 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq q ətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh4 Feyruz oğlu və Cavabdeh1 münasibətdə dəyişdirilmədənsaxlayarkənaşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 06.12.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank cavabdehə 120 ay ərzində 5 000 000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. 06.12.2013-cü il tarixli kredit razılaşması əsasında kredit xətti müqaviləsi üzrə Cavabdeh1 tərəfindən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. 01.04.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklə tərəflərin razılığı ilə ödəmə planına dəyişiklik edilmişdir. Ödəniş planına əsasən Cavabdeh1 21 ay müddətinə 1,5833 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. 06.12.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3n Həbib qızı, Cavabdeh4 bank qarşısında öz üzərlərin məsuliyyət götürmüşlər. Kredi xətti mü qaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqəsədi ilə Cavabdeh3n Həbib qızı ilə bank arasında bağlanmış 06.12.2013-cü il tarixli girov müqaviləsi əsasında 03.12.2013-cü il tarixli MS seriyalı 000061 saylı mənzil sertifkatı iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 03.12.2013-cü il tarixli MS seriyalı 000061 saylı mənzil sertifikatına əsasən emitent «xxxx» MTK tərəfindən Bakı şəhəri Xətai prospekt 38 blok B13-cü mərtəbə 218 saylı mənzilə dair Cavabdeh3n Həbib qızının adına mənzil sertifikatı verilmiş, mənzil sertifikatı 22.02.2007-ci il tarixdə 08/5 008 № ilə qeydiyyata alınmışdır. 18.01.2018-ci il tarixli maliyyə arayışından görünür ki, 06.12.2013-cü il tarixli 17L000003485 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 43208,23 ABŞ dolları məbləğində kredit borcu, 18.01.2018-ci il tarixə 499 gün üçün hesablanmış 11467 ABŞ dolları faiz borcu, 18.01.2018-ci il tarixə 499 gün üçün hesablanmış cərimə 36447,62 ABŞ dolları, cəmi 91123,73 ABŞ dolları borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki xxxxların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək xxxxu vardır. Öhdəlikdə tərəf kimi mülki-xxxx münasibətlərinin bütün iştirakçıları-fiziki və xxxxi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək xxxxu olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik xxxxunun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən ed ən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər bağlamış olduqları müqavilədə borcun, o cümlədən əsas, faiz və cərimə borcunun ödənilmə qaydasını razılaşdırmış və həmin şərtlərə uyğun cavabdeh öhdəliklərini qismən yerinə yetirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından İddiaçı ASC ilə cavabdehlər arasında müqavilə (kredit, zaminlik) xxxx münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmişdir. Cavabdehlər apellyasiya şikayətində tələb olunan borc məbləğinin düzgün hesablanmadığı və ipoteka predmetinin ilkin satış qiymətinin az göstərildiyinə istinad etsələr də bununla bağlı hər hansı möhtəbər sübuta istinad etməmişlər. Cavabdehlər birinci instansiya məhkəməsində nümayəndəsi vasitəsi ilə müvafiq ekspertizalar keçirilməsinə dair vəsatətlər verdiklərini göstərmiş olsalar da, işdə olan məhkəmə iclası protokollarında belə vəsatətin verilməsi müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi mühasibat sənədləri əsasında hesablanmış borc məbləğinin düzgün olmamasını müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdehlər ipoteka predmetinin qiyməti ilə razı olmamışlarsa bununla bağlı da məhkəmə qaydasında müvafiq qiymətləndiricinin təyin olunmasını tələb edə bilərdilər, lakin cavabdeh tərəf bu imkandan da istifadə etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq tələb olunan dəbbə pulu məbləğinin çox olduğunu müəyyən etmiş və həmin məbləği əsas borc məbləğinə mütənasib olan məbləğədək azaltmışdır. Apellyasiya instansiyası məhkəməsi həm borc məbləğinin, həm də ipoteka predmetinin dəyərinin daha az və ya çox olmasını təsdiq e dən sübutların mövcud olmadığına istinad edərək belə qənaətə gəlmişdir ki, cavabdehlərin mübahisələndirdikləri hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual xxxx normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri hazırkı iş üzrə apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və müfəssəl xxxxi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdür üldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli xxxx münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının xxxxunun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli xxxx münasibətini tənzimləyən maddi xxxx normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli xxxx normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kas sasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 Feyruz oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xxx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar