Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-175/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, ərizəçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4984/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC (bundan sonra – Bank və ya ərizəçi) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01L000002924 saylı krеdit xətti müqaviləsinə əsasən Cavabdeh2 195 ay müddətinə 200000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır.
2. Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı krеdit razılaşmasına əsasən Cavabdeh2 15 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22500 manat məbləğində krеdit verilmişdir.
3. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəlik lərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər.
4. Bank ilə borclu Cavabdeh2, zaminlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, mediasiya reyestrində M-00249 nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı 4 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə 1 fevral 2022-ci il tarixdə barışıq sazişi imzalamışdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı QSC, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 maraqlı şəxslər kimi göstərdiyi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, N:MŞB/4-00119 saylı barışıq sazişinin məcbur i icrası üçün barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən Banka qaytarmamışdır. Cavabdeh2 15999.08 manat əsas borc, 5449.63 manat faiz borcu qalmışdır. Mediasiya prosesinin nəticəsi olaraq tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, N:MŞB/4-00119 saylı barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 xx.xx.2022-ci il tarixədək Banka 001R********** saylı krеdit razılaşması əsasında 16000 manat əsas b orc, 5449.63 manat məbləğində faiz borcunu ödəməyi, Bank isə 9590.36 manat məbləğində cərimə borcunun silinməsini öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixindən bu günə qədər barışıq sazişi üzrə kredit ödənişləri həyata keçirilməmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2416/2022 nömrəli iş üzrə 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) ərizə təmin edilərək, ərizəçi Bank ilə maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, N:MŞB/4-00119 saylı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi təsdiq edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, maraqlı şəxslər tərəfindən ərizəçi ilə aralarınd a mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/4-00119 saylı barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-in 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17, 355-23.1, 355-25.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4984/2022 nömrəli mülki iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Raqib Qurbanov və Vüsalə Baxışova) maraqlı şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-in 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edildiyindən, rayon məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, maraqlı şəxs Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili müqavilə müddəti ərzində öhdəliyə əməl edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsidir ki, bu hal barışıq sazişinin təsdiq edilməməsi üçün əsas ola bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17, 355-23.1, 355-25.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan barışıq sazişinin şərtlərinin ağırlığı kassatorun bir növ daha ağır nəticələrə səbəb ola biləcək duruma düşməyi baxımından məhkəmə sazişi təsdiq etməməli və mübahisənin kredit öhdəliyindən irəli gələn hallardan mübahisə ic raatında həyata keçirilməsini qeyd etməli idi. Kassatorun və digərlərinin Bank qarşısında olan öhdəliyini məhz kassatorun borcalan kimi, mövcud pandemiya şəraitində baş vermiş fors-major hallarından irəli gəlməsi səbəbi ilə icra edə bilmədiyi işin mübahisəsiz halı olmuşdur. Bank o məqamda kassator ilə barışıq sazişini bağlamışdır ki,o nə əsas nə də faiz üzrə öhdəliklərini icra edə bilməmişdir. Bu xüsusda əlavə olaraq 9590,36 manat cərimə faizi ətrafında hüquqi manevr etməklə sanki onun “saman çöpündən yapışdığımdan” məharətlə istifadə edir, mübahisənin gələcəkdə məhkəmələrdə artıq müqavilədən irəli gələn hallarla deyil Barışıq sazişindən irəli gələn öhdəliklərin icrası ilə bağlı tələbinin (burada qeyd edilməlidir ki, Bank kassatordan adi qaydada 9590,36 manat dəbbə pulu tələb edə bilməzdi, etsəydi belə məhkəmələr 16000 manat əsas borca münasibətdə 9590,36 manat dəbbə pulunu təmin etməyəcəkdilər) rahat təmin ediləcəyini bilmişdir. Bu isə kassatorun müqavilə azadlığı hüququnun Bank tərəfindən pozulması deməkdir. Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə müqavilə üzrə öhdəlikdən irəli gələn hallara dair qanunun normalarını tətbiq etmək əvəzinə Barışıq sazişindən irəli gələn öhdəliklərə qiymət verməklə qanunun normasının tətbiqində yanlışlığa yol vermişdir.
17. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Maddə 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi nin təsdiq edilməsi haqqında işlərə baxır.
24. Maddə 355-23.1. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
25. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
26. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi bütövlükdə yoxlanılır.
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4984/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.