Məhkəmə qərarları › İş №2(102)-1750/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1750/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1750/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), X8 və X11 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X4, Cavabdeh1 vəkili Vəkil, Cavabdeh3 vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin, çıxarışın etibarsız hesab edilməsi”, Cavabdeh3 Cavabdeh2 və İddiaçı qarşı “mənzildən çıxarılma” tələbi barədə qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarix li 2(103)-9266/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi, ev 30A, mənzil 176-ya dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, AN-İ ******* saylı, Cavabdeh1 ilə X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ, ******* nömrəli alqı-satqı müqavilələrinin və həmin mənzillə bağlı X5 verilmiş çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X6 da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızının əşyaları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30A, 176 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi; cavabdehlər Cavabdeh2 və Məlikova (Qafarova) Ayşən Eldəniz qızından hər ay üçün 3000 (üç min) manat hesablanmaqla 2018-ci ilin iyul ayından hazırkı vaxtadək, yəni 7 ay müddət üçün 21000 (iyirmi bir min) manat, eləcə də hazırki iş üzrə qətnamə icra olunanadək hər ay üçün 3000 (üç min) manat hesablanmaqla əldən çıxmış faydanın, vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğindən pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-657/2019 saylı, xx xxxxxx 2019-cu il tar ixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh2 və İddiaçı mübahisəli mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq Cavabdeh3 təhvil verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. (hakim Natavan Tağıyeva) İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-657/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh3 da şikayət verərək, qarşılıqlı iddia tələbini təmin olunmayan hissəsində qətnamənin ləğv, qarşılıqlı iddianın tam təmin ediməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9266/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabde hin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-657/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiasının təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsində yerləşən 30 “A” nömrəli evin 176 nömrəli mənzilinə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli “Alğı-satqı müqaviləsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli “Alğı-satqı müqaviləsi” və həmin mənzillə bağlı X5 verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın” etibarsız hesab edilməsi, iş üzrə restitusiya tətbiq edilməsi, xx.xx.2018-ci il tarixli “Alğı-satqı müqaviləsi” üzrə mənzilə görə ödənilmiş 310.000 (üz yüz on min) manat məbləğində pulun Cavabdeh1 tutularaq Cavabdeh3, xx.xx.2016-cı il tarixli “Alğı-satqı müqaviləsi” üzrə mənzilə görə ödənilmiş 314.000 (üç yüz on dörd min) manat məbləğində pulun isəCavabdeh2 tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Şeyda Məhərrəmova, Elşad Şamayev ) Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz ə mlakı ilə bağlı bütün səlahiyyətləri etibarnamə ilə iş üzrə cavabdeh olan əri Cavabdeh2 vermiş, sonuncu da həmin etibarnamə əsasında mənzilin alqı-satqısını etdiyi üçün müqavilənin etibarsızlığına əsas olan hal olmamış, müddət keçdiyi üçün iddiaçı əqdi mübahisələndirmək hüququnu itirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Cavabdeh3 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mənzili mülkiyyətçisindən dəyərini tam ödəməklə almışdır. Vicdanlı əldə edəndir, mənzili alarkən vicdanlılığını şübhə altına alan heç bir hal aşkar edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 Təvvəkül oğlunun vəkili Vəkil və Cavabdeh3 vəkili və nümayəndəsi X1 şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X2 şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh2 və üçüncü şəxs DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, Cavabdeh2 onunla birgə nikah dövründə əld ə etdikləri mənzili xx xxxxxx 2016-cı il tarixdə onun razılığı olmadan digər Cavabdeh1 satmışdır. Alqı-satqı zamanı onun razılığı aldadılma yolu ilə ondan alınmış xx xxxxxx 2016-cı il tarixli etibarnamə ilə baş tutmuşdur. Mənzilin satılmasına razı olsa idi, bunu eyni gündə verdiyi etibarnamə ilə deyil, birbaşa alqı-satqı müqaviləsinin bağlanmasına dair razılıq ərizəsi ilə rəsmiləşdirərdi. Buna görə də cavabdeh olan əri Cavabdeh2 öz maraqlarından çıxış edərək, etibarnamə ilə verilmiş səlahiyyətlərdən kənar çıxmışdır. Cavabdeh1 da sonradan mənzili digər Cavabdeh3 satmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh3 da iddiasını onunla əsaslandırıb ki, mübahisəli mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyərini tam ödəməklə R.Hüseyonvdan alıb, mənzil mülkiyyətindədir. Cavabdeh2 və İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmasalar da, həmin mənzildə qanunsuz olaraq yaşamaqda davam edirlər, bu səbəbdən mülkiyyətindən istifadə edə bilmir, bu səbəbdən əlavə olaraq ona maddi zərər də dəyib. Mənzilin hər ay üçün kirayə haqqının 3000 manat olması nəzərə alınarsa, cavabdehlər 7 ay müddət üçün 21000 manat, eləcə də hazırki iş üzrə qətnamə icra olunanadək hər ay üçün 3000 manat hesablanmaqla əldən çıxmış faydanın və 5000 manat mənəvi zərərin əvəzini ona ödəməlidirlər. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdır ıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4127/2019 saylı, xx xxxx 2019-cu iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şikayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan, hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara istinad etməsi işin faktiki hallarını araşdırma kimi qəbul edilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhə ri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi, ev 30A, mənzil 176-ya dair Cavabdeh2 ilə Cavabdeh1 arasında xx xxxxxx 2016-cı il tarixdə müqavilə bağlanarkən İddiaçı bütün əmlakına dair sərəncam vermək hüququ da daxil olmaqla əri Cavabdeh2 verdiyi xx xxxxxx 2016-cı il tarixli etibarnamə və həmin etibarnamə əsasında Cavabdeh2 arvadının adından eyni tarixli razılıq ərizəsi olmuşdur. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinadən İddiaçı xx.xx.2016-cı il tarixli etibarnamə ilə əri Cavabdeh2 dövlət idarələrində onun adından ərizə verməyi etibar etsə də, xüsusi qaydada fəaliyyət göstərən notariat kontorunda onun adından ərizə yazılmasını Cavabdeh2 etibar etməməsini, xx.xx.2016-cı il tarixli razılıq ərizəsinin 1 saylı “ASAN xidmət” mərkəzinin n otariat kontorunda xüsusi notarius tərəfindən təsdiq edilməsini, xüsusi qaydada fəaliyyət göstərən xüsusi notariusun isə dövlət orqanı sayılmadığı üçün Cavabdeh2 səlahiyyəti olmadan həmin imzanı atmasını, bununla da mübahisəli mənzilin satılmasına İddiaçı razılığının olmamasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də “Notariat haqqında” Qanun, Mülki Məcəllənin 225.1, 225.6, 337.1, 337.4 və 337.5-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyasının bu mövqeyi ilə razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi halına maddi hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının verdiyi etibarnaməyə Mülki Məcəllənin əqdin təmsilçi vasitəsilə də bağlanması qaydalarını nizama salan 359-366-cı maddələri baxımından heç bir qiymət verməmişdir. Həmçinin məhkəmənin “Notariat haqqında” Qanunda dövlət və xüsusi notarius fəaliyyətlərinin fərqləndirilməsini qeyd etməklə, mübahisəni həmin normalar baxımından həll etməsini də məhkəmə kollegiyası əsaslı hesab etmir. “Notariat haqqında” Qanunda dövlət və xüsusi notariusların fəaliyyətini nizama salan normalar olsa da, həmin fəaliyyət növləri Qanunun ayrı-ayrı fəsilləri ilə tənzimlənsə də, Qanunun 17 və 26-cı maddələrinə əsasən dövlət və xüsusi notariusların apardığı notariat hərəkətlərində hər hansı fərq yoxdur. Razılıq ərizəsinin dövlət orq anına deyil, xüsusi notariusa ünvanlanmasına gəldikdə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi yalnız notarial qaydada bağlanır və bununla bağlı bütün hərəkətlər də notariat orqanında aparılmaqla, ərizələr və digər sənədlər notariusa ünvanlanır. Buna görə də etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində notariatda aparılmalı olan hərəkətlər üzrə razılığın notariusa deyil, hər hansı başqa dövlət orqanına ünvanlanmalı olmasını “Notariat haqqında” Qanunun tələbləri baxımından təfsir edilməsini məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına uyğun saymır. İşin müəyyən edilmiş mübahisəsiz halından biri də odur ki, Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə, K.Kazımzadə küçəsi, ev 30A, mənzil 176 İddiaçı ilə Cavabdeh2 birgə mülkiyyəti olmuşdur. xx.xx.2016-cı il tarixli etibarnamə i lə İddiaçı harada yerləşməsindən asılı olmayaraq bütün əmlaklarına dair sərəncam vermək hüququnu Cavabdeh2 vermişdir. Apelyasiya instansiyası məhkəməsi mənzilin satılmasına İddiaçı razılıq ərizəsinin olubolmamasından asılı olmayaraq, İddiaçı əri ilə birgə mülkiyyətdə olan mənzilin öz payına düşən hissəsinə dair sərəncam hüququnu xx.xx.2016-cı il tarixli etibarnamə ilə ərinə verməsini və bunun nəticəsi olaraq alqı-satqı müqaviləsinin də həmin etibarnamə əsasında təmsilçi vasitəsilə bağlanmasını, belə olan halda da razılıq ərizəsinin verilməsinə zərurət olub-olmamasını Mülki Məcəllənin 359-366-cı maddələri kontekstində araşdırmamışdır. Bundan əlavə, Cavabdeh2la Cavabdeh1 arasında müqavilə xx xxxxxx 2016-cı ildə bağlanmış, iddiaçı bu müqaviləni 2018-ci ilin oktyabrında, yəni 2 il 8 aydan sonr a mübahisələndirmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd edilən normadakı müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanun larına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazı mi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, əqdlərin etibarsızlığının mübahisələndirilməsi ilə bağlı müddətlər kəsici olduğuna görə müddətin tətbiq edilməsi barədə ərizə verilməsinə zərurət yoxdur. Buna baxmayaraq iş üzrə Cavabdeh1 mübahisəyə müddətin tətbiq edilməsi barədə ərizəsi olsa da, apelyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddiası ilə bağlı müddəti ötürüb-ötürməməsi halını Mülki Məcəllənin 377.1 və 354-cü maddələrinin tələbləri baxımından qiymətləndirməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və bu tələbdən doğan həmin mənzillə bağlı X5 verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması nəticəsinə gələrkən apelyasiya instansiyası məhkəməsi həm də Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini pozmuş, X5 münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olubolmamasını, onun mənzili vicdanlı əldə edən olub-olmamasını araşdırmamış və bunu qətnamədə də əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələbinə görə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar g östərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, mə hkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən pozuntuları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419, 420 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9266/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar