Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1750/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, 3-cü şəxslər Bakı şəhəri Cavabdeh2nə, AR FHN Tikintidə X1 Agentliyinə və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-******/21 (Açar sözlər: maddi zərər) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1 və cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mülkiyyətdə olan yaşayış sahəsinə vurulan zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh yaşadığı və mülkiyyətində olan Bakı şəhəri, ******** küçəsində yerləşən ** nömrəli evin *** nömrəli mənzilinə vurduğu zərərin, tikinti başlananadək mövcud olan bazar dəyəri məbləğində 80000 manat pulun Cavabdeh1 MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci insta nsiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq 2018-ci ilin may ayından, ailəsi ilə yaşadığı binanın 5 metr aralığında Cavabdeh1 MTK+ tərəfindən hündürmərtəbəli bina inşa edilir. Qazıntı işləri başlanan gündən onun mülkiyyətində olan mənzildə yaşamaq mümkün deyil. Tikintinin nəticəsində mənzilin və blokun divarlarında əmələ gələn əsaslı çatlar və zədələr mənzili qəzalı vəziyyətə salmış, onun və ailəsinin həyatına təhlükə yaratmışdır. Hətta tikinti başlanandan bir neçə dəfə sürüşmə baş vermişdir. İnşa olunan 18 mərtəbəli bina şəhərsalma və tikinti qaydalarına zidd yaşadığı binaya çox yaxın, demək olar ki, bitişik tikilir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci bəndinə əsasən digər tikililərlə binanın ara məsafə tikilən binan ın divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Bu barədə qonşularla birgə dəfələrlə əlaqədar qurumlara) AR Fövqəladə Hallar Nazirliyinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və s.) müraciət etmişdir. Lakin heç bir təşkilat haqlı tələblərinə ağlabatan cavab verməyib. Ancaq qarşılarında ucaldılan binanın “Pilot proekt” olduğunu iddia ediblər. Yəni “Pilot proekt” Azərbaycan Respublikasının qanunlarına əsasən inşa edilməli deyil, “Pilot proekt” insanların təhlükəsizliyinə, canına, malına qəsd edə bilər? 2018-ci ilin yayına qədər o, Bakı şəhərinin elit evlərindən biri sayılan gözəl binada yaşayırdı. Dənizə mənzərəsi, təmiz havası, geniş mənzili var idi. Mənzili 700-800.000 manat qiymətləndirilmişdir. Cavabdeh1 MTK-nın apardığı tikinti nəticəsində isə bina, o cümlədən mənzili yara rsız və qəzalı hala salınıb, evi çatlarla örtülüb və hər gün çatların artmasının şahidi olur. Onu və ailəsini belə təhlükəli şəraitdə yaşamağa məcbur edən, bahalı mənzilini dəyərsizləşdirən, bu müddət ərzində sağlamlığına, psixoloji durumuna vurulan zərərə kim məsuliyyət daşıyacaq. Nə cavabdeh, nə də 3-cü şəxslərin heç biri evinin qəzalı vəziyyətə düşməsinin qarşısını almaq üçün heç bir tədbir görməmişlər. Bundan başqa, tikintinin qanuni əsasını təsdiq edən sənədlərin mövcudluğu (tikintiyə icazə və s.) müvafiq dövlət orqanlar tərəfindən qanunauyğun verilib-verilməməsi məsələsi də sual altındadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli, 2(009)-*****/2019 saylı qərardadı ilə (hakim Şahin Abdullayev) məhkəmə tikinti-texni ki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli ***** №-li rəyinə əsasən: 1-ci sual üzrə: Bakı şəhəri, ******** küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın ** saylı binaya münasibətdə Dövlətbaşekspertiza tərəfindən razılaşdırılmış eskiz layihəsində göstərilmiş ara məsafəsinə uyğun yerləşdiyi olduğunu və AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın Yanğın əleyhinə tələblərin 2-ci bəndinə əsasən binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün ara məsafəsinin inşaat norma və qaydalarına uyğun olduğu müəyyən edilir. 2-ci və 3-cü suallar üzrə: Cavabdeh1 MTK tərəfindən inşa olunmuş çox mərtəbəli binanın İddiaçı məxsus Bakı şəhəri, ******** küçəsində yerləşən ** saylı evin **** saylı mənzilin pəncərələrindən 21,2 m. kənarda yerləşdiyini və binalar arasındakı məsafənin razılaşdırılmış layihəyə uyğun olduğunu nəzərə aldıqda, çoxmərtəbəli binanın ** saylı evin **** saylı mənzilinə düşən təbii işığın və hava axımının qarşısını alınmadığı müəyyən olunur. Çoxmərtəbəli yaşayış binasının inşaat norma və qaydalarına uyğun inşa edildiyi, **** saylı mənzilin texniki pasportunda göstərilən 8 və 10 saylı tikililərinə düşən təbii işığın və hava axımının qarşısı alınmadığı nəzərə alaraq, qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmadı. 4-cü sual üzrə: Bakı şəhəri, ******** küçəsində yerləşən *** saylı evin *** saylı mənzilinin divarları və tavanı üzərində müxtəlif şaquli və üfuqi nazik suvaq üstü çatları n yaranma səbəbi (Cavabdeh1 MTK tərəfindən binanın inşası ilə əlaqədar olub-olmaması) və dəymiş ziyanın dəyəri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin mütəxəssis rəyi və smeta sənədləri təqdim edildikdən sonra müəyyən oluna bilər. Birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-****/2019 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbinin təmin edilməməsi, İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə ekspertiza xərcinin əvəzi kimi 100 manat məbləğində pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə cavabdeh tərəfindən aparılan tikintinin razılaşdırılmış eskiz layihəsi əsasən aparılması müəyyən edilmiş və həmin tikinti AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qay daları”nın Yanğın əleyhinə tələblərin 2-ci bəndinə uyğundur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən aparılan tikintinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsinə əsasən uyğun olmayaraq aparılmasını iddia etsə də bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmşidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MTK tərəfindən aparılan tikintinin şəhərsalma və tikinti qaydalarına, həmçinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olması müəyyən edildiyindən, bununla da iddiaçının iddia ərizəsində gətirdiyi dəlillərin öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh tərəfindən aparılan tikintinin onun hüquqlarının pozulmasına səbəb olmasını iddia etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ekspert rəyi ilə Cavabdeh1 MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli binanın İddiaçı məxsus Bakı şəhəri, ******** küçəsində yerləşən ** saylı evin **** saylı mənzilin pəncərələrindən 21,2 m. kənarda yerləşdiyini və binalar arasındakı məsafənin razılaşdırılmış layihəyə uyğun olması, həmçinin çoxmərtəbəli binanın *** saylı evin **** saylı mənzilinə düşən təbii işığın və hava axımının qarşısını almadığı müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin apardığı tikintinin iddiaçının qanunla qorunan mənafeyinə xələl gətirməməsi iş üzrə təyin edilmiş ekspert rəyi ilə öz təsdiqini tapdığından və həmin ekspert rəyini təkzib edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və qimətləndirilməlidir. İş üzrə təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətindəki mənzilinin divarları və tavanı üzərində müxtəlif şaquli və üfuqi nazik suvaq üstü çatlar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilində yaranmış qüsurların cavabdehin apardığı tikinti nəticəsində baş verməsini iddia etsə də, həmin qüsurların məhz tikinti başlayan və aparılan vaxt yaranması, aparılan tikinti ilə yaranmış qüsurlar arasında səbəbli əlaqənin olması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı mənzilində yaranmış qüsurlar nəticəsində vurulmuş ziyanın əvəzi olaraq mənzilin mövcud bazar dəyərinin cavabdehdən tutulmasını xahiş edir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindəki mənzilin yaşayış üçün yararsız və qəzalı vəziyyətə salması halı mövcud deyil. Digər tərəfdən cavabdeh tərəfindən iddiaçının yaşadığı binanın yaxınlığında yüksək mərtəbəli binanın tikintisi, iddiaçının mənzilində yaşamasını qeyri-mümkün edən hal kimi qiymətləndirilə bilməz. Yəni iddiaçı cavabdeh tərəfindən aparılan tikinti nəticəsində vurulmuş ziyanın əvəzi kimi mülkiyyətindəki mənzilin dəyərinin tələb etməsi qanuni hesab edilə bilməz. İddiaçının cavabdehdən mənzilin dəyərini tələb etmək üçün ilk növbədə həmin mənzildə onun yaşamasının qeyri-mümkünlüyü və həmin qeyri-mümkünlüyün cavabdehin hərəkətləri nəticəsində baş verməsi faktı sübut olunmalıdır. Lakin iddiaçı tərəfindən belə sübutlar da məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 386-cı, Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 88, 101.3, 103.1, və 119.1-ci maddələri ilə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) xx xxxxxxx 2019-cu il tarixli, 2(103)*****/2019 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR FHN Tikintidə X1 Agentliyini n mütəxəssisləri cəlbə edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin mütəxəssis rəyinə əsasən, binada sakinlər tərəfindən sonradan artırmalar və eyvanların, böyük ölçülü şüşəbəndlərin inşa olunması, göstərilən əlavə tikililər inşaat-norma və qaydaları gözlənilmədən yerinə yetirilmiş və həmçinin bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binada yuxarıda göstərilən səbəblərdən və uzun illər istismar nəticəsində bəzi yerlərdə kiçik ölçülü çatlar və suvaq çatları müşahidə olunur. Binada hər hansı bir ciddi deformasiya və zədələr müşahidə olunmamışdır. Göstərilən kiçik ölçülü çat və suvaq çatları binanın normal istismarına və insanların həyat və sağlamlığına təhlükə törətmir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeydə Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)****/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-*****/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması, apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya məhkəməsinin, həm də apelyasiya baxışı zamanı iş üzrə verilmiş ekspert rəylərindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ******** küçəsində yerləşən *** nömrəli evin **** nömrəli məznilinə zərərin dəyməsinə Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın inşa edilməsi səbəb olmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin cavabdeh tərəfindən inşa edilən binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin 69.5.1-ci maddəsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə dəlilinə dair qeyd edir ki, göstərilən səbəblə iddiaçının cavabdehə qarşı məhkəməyə müraciət etmək də subyektiv hüququ yoxdur. Belə ki, binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə iddia tələbi ilə müv afiq icra hakimiyyəti oraqanı məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (v əkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işə baxarkən Səbail rayon Məhkəməsinin qanunsuz və əsassız mövqeyi ilə razılaşaraq, işin faktiki hallarına düzgün qiymət vermədən detallı şəkildə MTK-nın qanunsuz və haqsız mövqeyini müdafiə etməklə mülki, mülki prosessual, şəhərsalma və tikinti normaları qaydalarına zidd olan qərar qəbul edilmişdir. Belə ki, işin hallarından da göründüyü kimi, MTK tərəfindən onun yaşadığı və qeydiyyatda olduğu, həmçinin ona məxsus, sahəsi 200 kv.metrdən artıq olan Bakı şəhəri, ******** küçəsində yerləşən **** nömrəli evin *** nömrəli mənzilinin tam yaxınlığında - 5-10 metr ara məsafəsində hündür mərtəbəli bina tikintisi nəticəsində bazar dəyəri 800000 manat olan əmlakında gözlə görünə biləcək dərəcədə çatlar əmələ gəlməklə binanın əsas dayaq hissələri zədələnmişdir. Bununla bağlı apelyasiya icraatında iş üzrə təyin edilmiş məhkəmə- mühəndislik ekspertizası, həmçinin Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən MTK-nın inşa etmiş olduğu tikilinin Tikinti və Şəhərsalma normalarına uyğun olub-olmamasına dair mütəxəssislər qarşısında qoyulmuş suallara həmin orqanlar tərəfindən birmənalı olaraq cavab verilməmiş, bununla da keçirilən ekspertizanın iş üzrə obyektiv və qanuni qərar qəbul edilməsinə dair mötəbər sübut kimi qiymətlə ndirilməsinə əsaslı maneələr yaradılmışdır. Suallardan ən başlıcası isə bundan ibarət olmuşdur ki, tikilən hündür mərtəbəli binanın tikinti normalarına əsasən İddiaçı mülkiyyətində olan binaya hansı məsafədə yerləşir və hündürlüyün ara məsafəsinə münasibətdə 0.6 faizini təşkil edib-etmir? Bütün digər qarşıya qoyulan suallara ekspertizanın vermiş olduğu cavabın məhz bu sualdan çox asılı olduğunu nəzərə alınsa, bu suala cavab verilmədiyi təqdirdə digər sualların hər hansı məntiqi və işin nəticəsinə dair təsir gücünün olmadığı qənaətində olmaq olar. Məhkəmənin bu mövqeyi ilə birmənalı razılaşmayaraq, yenidən üç vəsatət verərik iş üzrə rəy vermiş ekspertlərin məhkəmə iclasına dəvət edilmələrini, onların bu iş üzrə mütəxəssis və ekspert kimi biliklərinin yerində yoxlanılmasını xahiş etməsinə baxmayaraq hər 3 vəsatət təmin edilməyərək, məhkəməyə dəvət etdiyi bina sakinlərinin ifadələrinin alınması ilə bağlı (şahid qismində) təmin edilmədi. Ən əsas vəsatəti isə MTK-nın binanın layihəsinin bu günə qədər məhkəməyə təqdim edilməməsi ilə bağlıdır. Təsəvvür edin ki, bina inşa edən MTK binanın layihəsini məhkəməyə təqdim etmir. Ekspert qarşısında qoyulan 3-cü sualın araşdırılmadığını məhkəmə kollegiyasının diqqətinə çatdırsa da, məhkəmə heyəti müşavirəyə gedərək qərarın dəyişdirmədən saxlanması barədə qərarını elan etdi. Məhkəmə işin tam mahiyyətinə varmadan iddianın mahiyyətindən kənara çıxaraq tam fərqli predmet barəsində öz mülahizələrini və gəldiyi nəticəni qeyd etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı işti rakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, 3-cü şəxslər Bakı şəhəri Cavabdeh2, AR FHN Tikintidə X1 Agentliyinin və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətli nümaytəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci ma ddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəhlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Əvvəla qeyd edilməlidir ki, kasasiya yoxlaması həyata keçirilərkən iş materiallarına əsasən, xüsusilə də iş materiallarında olan ekspert rəyləri ilə və fotoşəkillərlə müəyyən edilmişdir ki, iddiaçının mənzilində çatlar yaranmış, nəticədə onun mənzilinə ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmi n Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2,-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəy i gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Daha sonra qeyd edilməlidir ki, məhkəmə araşdırması həyata keçirilərkən təyin edilmiş hər iki məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert qarşısında cavabdeh tərəfindən iddiaçının mənzilinə ziyanın vurulub-vurulmadığı ilə əlaqədar sual qoyulsa da, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza üzrə bu suala AR FHN Tikintidə X1 Agentliyinin mütəxəssis rəyi və smeta sənədləri təqdim edildikdən sonra zərərin cavabdeh tərəfindən vurulubvurulmadığının müəyyən oluna biləcəyi göstərilməklə cavab verilməmiş, apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə isə AR FHN Tikintidə X1 Agentliyinin mütəxəssislərinin cəlb edilməklə həyata keçiriləcək ekspertiza tədqiqatının nəticəsi üzrə bu sualın cavabı tələb olunsa da, AR FHN Tikintidə X1 Agentliyinin mütəxəssis rəyində bu suala cavab verilmədiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyində AR FHN Tikintidə X1 Agentliyinin mütəxəssis rəyinə əsasən tədqiq olunan mənzildə yaranmış çatların Cavabdeh1 MTK tərəfindən çoxmərtəbəli binanın inşa edilməsi ilə əlaqədar olmadığından qərardadın bu barədə sualı üzrə tədqiqat aparılmadığı göstərilmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qətnamədə həm birinci instansiya məhkəməsinin, həm də apelyasiya baxışı zamanı iş üzrə verilmiş ekspert rəyləri ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ******** küçəsində yerləşən *** nömrəli evin **** nömrəli mənzilinə zərərin dəyməsinə Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın inşa edilməsi səbəb olmadığının müəyyən olunduğuna istinad edərək, iddia tələbini əsaslı hesab etməmişdir. Halbuki, göründüyü kimi, birinci instansiya məhkəməsində baxış zamanı təyin edilmiş ekspertiza üzrə bu barədə suala cavab verilməkdən mütəxəssis rəyi və smeta olmaması ilə əlaqədar imtina edilmiş, apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə ekspert tərəfindən isə mütəxəsis rəyində göstərilən sualla bağlı cavab verilmədiyi halda, cavab verilmiş kimi qəbul edilərək, bu barədə tədqiqat aparılmamışdır. Apelyasiya kollegiyası isə ekspert rəyləri ilə iddiaçının mənzilinə ziyanın cavabdeh tərəfindən vurulmadığının müəyyən olunduğuna istinad edərək qətnaməsini əsaslandırmışdır. Apelyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası iddiaçının mənzilinə dəymiş ziyanın cavabdeh tərəfindən vurulub-vurul madığı barədə məhkəmənin ekspert qarşısında qoyulmuş suala cavab verməyərək, ümumiyyətlə bu barədə tədqiqat aparmayaraq natamam rəy verməklə ekspertiza tədqiqatını başa çatdırmışdır. Apelyasiya kollegiyası isə qeyd edilən xüsusatlara əhəmiyyət verməyərək, Azərbaycan Respublikası MPM-nin 63.2-ci maddəsinin tələblərini nəzərə almayaraq, əlavə ekspertiza təyin etmək imkanında olduğu halda, natamam rəyi mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 63.2-ci maddəsinə əsasən, ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. Həmin Məcəllənin 102.1-ci mad dəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ə ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxd ıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1 -ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin ış üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkd ir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya mal ik olması; 3)müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud q ismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər.Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məh kəmə olduğundan, yuxarıda göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-****/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxa rıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.