Məhkəmə qərarları › İş №2(102)-1751/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1751/2019

15.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1751/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2755/2018 nömrəli iş üzrə 16 oktyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2(004)-10362/2016 nömrəli, 12 avqust 2016-cı il tarixli qətnaməsi ilə birinci iddia tam, ikinci iddia isə qismən təmin olunmuş, Cavabdeh ilə İddiaçı2 arasında bağlanılmış 02.12.2013-cü il tarixli 32L000001302 saylı kredit xətti müqaviləsinin, 09.12.2013-cü il tarixli 32R000001493 saylı, 25.09.2014-cü il tarixli 32R000003325 saylı, 28.10.2014-cü il tarixli 032R********** saylı, 20.11.2014-cü il tarixli 032R********** saylı, 15.12.2014-cü il tarixli 032R********** saylı, 29.12.2014-cü il tarixli 032R********** saylı, 12.03.2015-ci il tarixli 032R********** saylı, 07.07.2015-ci il tarixli 032R********** saylı, 15.07.2015-ci il tarixli, 032R********** saylı və 27.08.2015-ci il tarixli 032R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, İddiaçı2 və İddiaçı1 müştərək qaydada 32R000003325 saylı kredit razılaşması üzrə 95254,52 ABŞ dolları əsas borc, 5408,37 ABŞ dolları faiz borcu və 1051, 11 ABŞ dolları cərimə olmaqla cəmi 101714 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 196846,33 ABŞ dolları əsas borc, 12860,62 ABŞ dolları faiz borcu və 671,54 ABŞ dolları cərimə olmaqla cəmi 210378,49 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 98500,44 ABŞ dolları əsas borc, 5707,55 ABŞ dolları faiz borcu və 720,51 ABŞ dolları cərimə olmaqla cəmi 104928,50 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 6066,67 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə olmaqla cəmi 106566,67 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 6494,19 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə olmaqla, cəmi 106994,19 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ doll arı əsas borc, 6105,56 ABŞ dolları faiz borcu və 1000 aBş dolları cərimə olmaqla cəmi 107105,56 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 6377,78 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə olmaqla cəmi 106677,78 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 200000 ABŞ dolları əsas borcu, 12133,33 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 213133,33 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 6611,11 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə olmaqla cəmi 106911,11 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 200000 ABŞ dolları əsas borc, 11772,22 ABŞ dolları faiz borcu və 400 ABŞ dolları cərimə olmaqla cəmi 212172,22 ABŞ dolları, ümum ilikdə 1376581,85 (bir milyon üç yüz yetmiş altı min beş yüz səksən bir dollar səksən beş sent) ABŞ dolları məbləğində borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 110,70 (bir yüz on manat yetmiş qəpik) manat məhkəmə xərclərinin Cavabdeh-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetləri olan İddiaçı2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 2,90 ha torpaq sahəsinə, İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin ümumi sahəsi 375 kv.m, yaşayış sahəsi 144,68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 5 otaqlı 113 saylı mənzilinə və İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, İddiaçı2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 2,90 ha torpaq sahəsinin ilkin satış qiymətinin ******* (dörd milyon üç yüz əlli min) manat, İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin ümumi sahəsi 375 kv.m, yaşayış sahəsi 144.68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 5 otaqlı 113 saylı mənzilin ilkin satış qiymətinin 750000 (yeddi yüz əlli min) manat və İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (altı milyon səksən dörd min dörd yüz) manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin 113 saylı mənzili açıq hərracda satıldıqdan 1 ay sonra İddiaçı1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunan vəsait iddia tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin ikinci iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı1 ümumi qaydada ikinci iddia üzrə iddiaçı Cavabdeh-nin xeyrinə tutulması, əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğin ipoteka qoyanlara qaytarılması, birinci iddianın qaldırılmasına görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun birinci iddia üzrə Cavabdeh-dən alınıb birinci iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, ikinci iddia tələbinin "İddiaçı2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 2,90 ha torpaq sahəsi satıldıq dan 1 ay sonra İddiaçı2 həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və Cavabdeh-yə təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı1 həmin qeyri-yaşayış sahəsindən çıxarılması və Cavabdeh-yə təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin 5 otaqlı 113 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı1 həmin mənzilə istifadə hüququnun itirilməsi və Cavabdeh-yə təhvil verilməsi" hissələrində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və S.F.Hacıyev) 2(103)-1638/2017 nömrəli, 08 avqust 201 7-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq Yasamal Rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 921900 (doqquz yüz iyirmi bir min doqquz yüz) manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin ümumi sahəsi 375 kv.m, yaşayış sahəsi 144.68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 5 otaqlı 113-cü mənzilinin ilkin satış qiyməti 568658 (beş yüz altmış səkkiz min altı yüz əlli səkkiz) manat və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1 725 354 (bir milyon yeddi yüz iyirmi beş min üç yüz əlli dörd) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, tərəflərdən ekspert müəssisələrinin xeyrinə dövlət rüsumu tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi) Ə.A.Əhmədov və İ.K.Dəmirov) 2(102)-9097/2017 nömrəli iş üzrə 26 dekabr 2017-ci il tarixli qərarı ilə birinci iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1638/2017 nömrəli, 08 avqust 2017-ci il tarixli qətnaməsi qismən – ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilib və iş həmin hisə də yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, ikinci iddiaçı Cavabdeh-nin kassasiya şikayəti təmin edilməyərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və N.Ş.Cəfərov) 2(103)-2755/2018 nömrəli, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-10362/2016 saylı 12 avqust 2016-cı il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin ümumi sahəsi 375 kv.m, yaşayış sahəsi 144.68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 5 otaqlı 113 saylı mənzilinin ilkin bazar dəyəri 480.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 2.700.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 2,90 ha torpaq sahəsinin bazar dəyəri 870.000 manat müəyyən edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin Quba Filialı ilə İddiaçı2 arasında bağlanılmış 02.12.2013-cü il tarixli 32L000001302 saylı kredit xətti müqaviləsinin, İddiaçı2 ilə bağlanmış 32M000000114 saylı 23.09.2014-cü il tarixli və İddiaçı1 ilə bağlanmış 32M000000055 saylı 03.12.2013-cü il tarixli və 18.11.2015-ci il tarixli ipote ka müqavilələrinin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 1-ci mərtəbə və 3.15 m səviyyə, 869,2 kv.m ümumi sahədən ibarət 108 saylı qeyri-yaşayış sahəsinin 6.084.400 manata, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 2.90 ha torpaq sahəsinin 4.350.000 manata və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 nömrəli evin tex.mərtəbə (penthous), 5 otaqlı, ümumi sahəsi 375,0 kv.m, yaşayış sahəsi 144,68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 113 saylı mənzilin 750.000 manata açıq hərracdan satılması, satışdan əldə olunan puldan bankın borcunun ödənilməsi, yerdə qalan məbləğin onlara qaytarılması, həmin əmlakların bankın xeyrinə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər və 4 saylı Ərazi idarələrində aparılan qeydiyyatların ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 32R000003325 saylı kredit razılaşması üzrə 95254,52 ABŞ dolları əsas borc, 5408,37 ABŞ dolları faiz borcu və 10951,11 ABŞ dolları cərimə olmaqla cəmi 111614 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 196846,33 ABŞ dolları əsas borc, 12860,62 ABŞ dolları faiz borcu və 26571,54 ABŞ dolları cərimə olmaqla cəmi 236278,49 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 98500,44 ABŞ dolları əsas borc, 5707,55 ABŞ dolları faiz borcu və 11720,51 ABŞ dolları cərimə olmaqla cəmi 115928.50 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 6 066,67 ABŞ dolları faiz borcu və 12500 ABŞ dolları cərimə olmaqla cəmi 118566,67 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 6494,19 ABŞ dolları faiz borcu və 13500 ABŞ dolları cərimə olmaqla cəmi 119994,19 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 6105,56 ABŞ dolları faiz borcu və 12800 ABŞ dolları cərimə olmaqla cəmi 118905,56 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 6377,78 ABŞ dolları faiz borcu və 13300 ABŞ dolları cərimə olmaqla cəmi 119677,78 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 200000 ABŞ dolları əsas borcu, 12133,33 ABŞ dolları faiz borcu və 25000 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 237133,33 ABŞ dolları, 032R********* * saylı kredit razılaşması üzrə 100000 ABŞ dolları əsas borc, 6611,11 ABŞ dolları faiz borcu və 13500 ABŞ dolları cərimə olmaqla cəmi 120111,11 ABŞ dolları, 032R********** saylı kredit razılaşması üzrə 200000 ABŞ dolları əsas borc, 11772,22 ABŞ dolları faiz borcu və 26400 ABŞ dolları cərimə olmaqla cəmi 238172,22 ABŞ dolları, ümumilikdə cəmi 1536381,85 (bir milyon beş yüz otuz altı min üç yüz səksən bir dollar səksən beş sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmetləri olan İddiaçı2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəb əsində 2,90 ha torpaq sahəsinə, İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin 5 otaqlı ümumi sahəsi 375 kv.m, yaşayış sahəsi 144,68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 113 saylı mənzilinə və İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və iddia tələbinin hərracdan satışdan əldə olunan vəsait hesabına təmin edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, Abşeron rayon Mehdiabad qəsəbəsində 2,90 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı2 həmin torpaq sahəsindən çıxar ılması, torpaq sahəsinin boşaldılması və Cavabdeh-yə təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı1 həmin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılması və Cavabdeh-yə təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin 5 otaqlı 113 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və Cavabdeh-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 kassasiya şikayəti ve rərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2755/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edib, həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı1 məhkəmə kollegiyasına ərizə göndərərək kassasiya şikayətindən imtina edib kassasiya icraata xitam verilməsini xahiş etmişdir. Ərizə notarial qaydada təsdiq edilmədiyindən və iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən, onun həqiqiliyin müəyyən etmək mümkün olmadığından məhkəmə kollegiyası hesab edir ki, işə baxılmalıdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməmələrinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)2755/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti tə min edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblə rinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Cavabdeh - ilə İddiaçı1 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin ümumi sahəsi 375 kv.m, yaşayış sahəsi 144,68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 5 otaqlı 113 saylı mənzilin dəyəri 225000 ABŞ dolları (236452,50 manat), 03 dekabr 2013-cü il tarixli ipoteka müqasləsinə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin dəyəri 1.176.600 m anat, 23 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 2,90 ha torpaq sahəsi dəyəri 955.399,20 manat müəyyən edilməsi razılaşdırılmışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində ipoteka predmeti olan daşınmaz əmlaklardan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 2,90 ha torpaq sahəsinin ilkin satış qiymətini 4 350 000 (dörd milyon üç yüz əlli min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin ümumi sahəsi 375 kv.m, yaşayış sahəsi 144.68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 5 otaqlı 113 saylı mənzilinin ilkin satış qiymətini 750 000 (yeddi yüz əlli min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini 6 084 400 (altı milyon səksən dörd min dörd yüz) manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətini müəyyən edərkən "xxxx" MMC-nin 02.02.2016-cı il tarixli, 21, 22, 23 saylı hesabatlarını rəhbər tutmuşdur. Əvvəlki apellyasiya instansiya icraatı zamanı işə baxılarkən üç dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin rəylərə əsasən: "xxxx" MMC-nin verdiyi qiymətləndirmə hesabatlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 2,90 ha torpaq sahəsinin ilkin satış qiymətini 4 130 600 (dörd milyon yüz otuz min altı yüz) manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin ümumi sahəsi 375 kv.m, yaşayış sahəsi 144.68 kv.m, yardımçı sahəsi 230,32 kv.m ol an 5 otaqlı 113 saylı mənzilinin ilkin satış qiymətini 744 000 (yeddi yüz qırx dörd min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiymətinin 6 010 800 (altı milyon on min səkkiz yüz) manat olduğu göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 17 mart 2017-ci il tarixli rəydə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 2,90 ha torpaq sahəsinin bazar və likvid dəyərinin 4 260 000 (dörd milyon iki yüz altmış min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin 113 saylı mənzilinin bazar və likvid dəyərinin 760 000 (yeddi yüz altmış min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar və likvid dəyərinin 5 580 000 (beş milyon beş yüz səksən min) manat olduğu qeyd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 01.06.2017-ci il tarixli qiymətləndirmə hesabatlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 2,90 ha torpaq sahəsinin bazar dəyərinin 921 900 manat və likvid dəyərinin 658 500 manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin 113 saylı mənzilinin bazar dəyərinin 568 658 manat və likvid dəyərinin 379 105 manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyərinin 1 725 354 manat və likvid dəyərinin 1 150 236 manat olduğu qeyd edilmişdir. Əvəlki kassasiya instansiya icraatı zamanı işə baxılarkən apelly asiya instansiyası məhkəməsinin qətnaməsini qismən ləğv edərək yenidən apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, yeni apellyasiya baxışı zamanı ekspertiza keçirilməli olduğu qənaətinə gəldiyi təqdirdə həmin ekspertizanın ilk növbədə qanunvericiliklə bu növ fəaliyyətlə məşğul olmaq və daşınmaz əmlakların qiymətləndirməsini həyata keçirmək səlahiyyətinə malik olan dövlət ekspert müəssisələrinin (Əmlak Məsələləri Dövlət Komitəsi və Məhkəmə Ekspertiza Mərkəzi) ekspertlərinə həvalə olunması məsələsi müzakirə etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 7.10-cu bəndinə əsasən, daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssi sələrin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi bu qurumun səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılmas ı hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Kraska İsveçrəyə qarşı" iş üzrə 19 aprel 1993- cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı "məhkəmə" üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Krçmar Çex Respublikasına qarşı" iş üzrə 03 mart 2000ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanın ın verilməsini tələb edir. Məhz kassasiya instansiya məhkəməsinin qərarında göstərilənlər nəzərə alınaraq işin təkrar apellyasiya baxışı zamanı müvafiq qiymətləndirmələrin həyata keçirilməsi üçün həm Məhkəmə Ekspetiza Mərkəzinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətindən rəylərin alınması üçün müvafiq qərardadlar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2018-ci il tarixli məktubu ilə rəy verilməmiş, məhkəməyə göndərilən məlumatla müəyyən olunmuşdur ki, qərardadla ekspertiza qarşısında qoyulmuş sualda İddiaçı2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində 2,90 ha torpaq sahəsinin; İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 saylı evin ümumi sahəsi 375 kv.m, yaşayış sahəs i 144,68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 5 otaqlı 113 saylı mənzilinin; İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 108 ünvanında 1-ci mərtəbədə yerləşən 869,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar və likvid qiyməti neçə manat təşkil etməsi göstərilmişdir. Mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının və s. bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən və qərardaddakı sual konkret məlumatların əldə edilməsinə aid olduğundan mərkəzdə bu sual üzrə ekspertiza aparılmadığı göstərilmişdir. Bununla əlaqədar olaraq məhkəmə tikinti-texniki ekspertizası keçrilməsi barədə 05 iyun 2018-ci il tarixli «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 12-c i maddəsinə və Məhkəmə ekspertizalarının aparılmasının təşkili haqqında təlimatın 3.2-ci bəndinin tələblərinə müvafiq olaraq icrasız olaraq saxlanmış və mülki iş materialları geri qaytarılmışdır. 27 fevral 2018-ci il tarixli qərardadla Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə göndərilmiş qərardadın icrası ilə bağlı olaraq 04 iyun 2018-ci il tarixli məktubla daxil olmuş rəylərdən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin ümumi sahəsi 375 kv.m, yaşayış sahəsi 144.68 kv.m, yardımçı sahəsi 230,32 kv.m olan 5 otaqlı 113 saylı mənzilinin bazar dəyəri 480.000, likvid dəyəri 410.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 2.700.000 manat, likvid dəyəri 2.200.000 manat, 05 iyun 2018-ci il tarixli rəylə isə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 2,90 ha torpaq sahəsinin bazar dəyəri 870.000 manat, likvid dəyəri isə 700000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinin eyni qaydası Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 39.3-cü maddəsində nəzərdə tutulmuşdur. Qanunun həmin no rmasına görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir (39.3.1). ipoteka predmetinin təsviri (39.3.2.); ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən daxil olmuş rəy işin araşdırılmış hallarına, eyni zamanda tərəflərin ipote ka müqavilələri bağlayarkən özlərinin müəyyən etmiş olduqları qiymətlərə uyğundur. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetlərinin dəyərinin müəyyən olunmuş məbləğdən daha artıq olmasına dair məhkəməyə təqdim olunmuş digər qiymətləndirmə rəyləri möhtəbər sübutlar kimi qəbul oluna bilməz. Bu həm tərəflərin özlərinin razılaşmış olduqları qiymətlərə uyğun olmamaqla, həm də bugünkü bazar dəyərlərinə uyğun deyildr. Nəzərə alınmalıdır ki, bazarda baş verən qiymətlərin azalması ipoteka predmətlərinin dəyərinin artmasına deyil, əksinə azalmasına təsir edir. Cavabdeh tərəfin etirazında elə bir sübut mövcud deyildir ki, mübahisəsiz olaraq həmin sübut ipoteka predmetlərinin dəyərinin həddindən artıq məbləğdə artmasını təsdiq etsin. Məhkəmə kollegiyası Əmlak Məsələləri Döv lət Komitəsinin müvafiq qurumunun, yəni dövlətin qiymətləndirmə ilə bağlı səlahiyyət verdiyi qurumunun tərtib edərək məhkəməyə təqdim etdiyi rəyi mötəbər və işin araşdırılmış hallarına uyğun rəy kimi qəbul edərək, həmin rəy əsasında nəticəyə gəlməyi ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu nəticəsi işin faktiki hallarına uyğun olduğundan onunla razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hə rtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqın da” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2755/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2755/2018 nömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar